peyğəmbərimizi
ümmətini necə Sevdi?
181
razı olar.” - düşüncəsi ilə Peyğəmbərimiz bu duaları gecə
ibadətlərinin şüarı edirdi.
Məhz Abdullah bin Amr rəvayəti ilə Peyğəmbərimiz
gecənin zülmət qaranlığında bu iki dua ayəsini oxu yur, göz
yaşı tökür, sonra səcdəyə qapanır və belə yalvarırdı:
يِتَّمُأ َّمُهَّللَأ ...يِتَّمُأ َّمُهَّللَأ “Allahummə ümməti... Allahummə
ümməti... (Allahım, mənim ümmətim... Allahım, mənim
ümmətim...)” Dəqiqələrlə, bəlkə saatlarla bu hal davam
edirdi. Elə hey ağlayırdı... Artıq necə bir hal baş verirsə, Allah-
Təala Onun ümmətinə təşnə olmasının xətrinə Cəbrayılı
göndərir və belə bir müjdə verirdi. Cəbrayıl: “Rəbbim
dedi ki:
“Ey Rəsulum! Biz ümmətin mövzusunda Səni
razı edəcəyik və Səni kədərləndirməyəcəyik.” - dedi.”
Peyğəmbərimiz bu müjdəni alan kimi üzündə güllər açmağa
başlayır, sevinir, bir tərəfdən gözyaşlarını silərkən, digər
tərəfdən də Rəbbinə şükür edirdi.
187
Təkcə bu rəvayət belə,
Onun ümmətinə olan sevgisinin hansı ölçüdə olduğunu
başa düşməyimiz üçün kifayət deyilmi?
Buna oxşar bir hadisəni də Hz. Aişə
anamız nəql
etmişdir.
188
Aişə anamız deyir ki: “Bir gecə demək olar ki,
səhərə qədər Allah Rəsulunun
qiyamda, səcdədə
dua etdiyini gördüm. Yanına gedib Fəth Surəsində keçən
bu ayəni oxudum:
“Bununla da Allah sənin əvvəlki və
sonrakı günahlarını bağışlayacaq, sənə olan nemətini
tamamkamal edəcək və səni düz yola müvəffəq
187.
Müslim, İman, 356
188.
Müslim, Münafiqun, 81
peyğəmbərimizi
Səhabə kimi Sevmək
182
edəcəkdir!”
189
Rasulullah bu ayəni eşidib təbəssüm etdi.
Mən onun bu təbəssümündən ürəklənib dedim ki: “Ya
Rasulullah! Allah sənə bu qədər ikram etmişkən, sən niyə
özünə belə əziyyət edirsən?” Mənim bu sözlərimi eşidib
gözləri doldu və:
اًروُكَش اًدْبَع ُنوُكَا َلاَفَا !ُةَشئاَع اَي “Ya Aişə! Əfələ əkunu abdən
şəkura? (Ey Aişə! Şükür edən bir qul olmayımmı?)”-
dedi.”
Aişə anamız bu sözdən sonra heç bir şey deyə bilmədi.
Ancaq rəvayətin ardında belə deyir: Həmin gecə bu
ayəni təkrar-təkrar oxudu:
“Əgər onlara əzab versən,
şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları
bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət
sahibi, hikmət sahibisən.”
190
Deməli, Peyğəmbərimizin o gecəsində də əksər gecələrdə
olduğu kimi gündəmi ümməti imiş. O gecə də ümmətinə,
yəni bizə dua etmiş, göz yaşlarını bizim üçün axıdıb
səccadəsini islatmışdı... Deməli, Peyğəmbərimiz bir tərəfdən
Allaha qarşı şükrünün bir ifadəsi olaraq məsuliyyətini dərk
edərək səhərlərə qədər ibadət edərkən, digər tərəfdən də
ümməti üçün böyük bir fədakarlıqla çırpınırmış... Bu bir
isar idi. Nə deməkdi isar? Yaşamaq üçün yaşamaq deyil,
yaşatmaq üçün yaşamaqdı. Peyğəmbərimizin
də
etdiyi bu idi.
Süyutinin İbn Munzirdən nəql etdiyi bir rəvayətdə
189.
Fəth, 48/2
190.
Maidə, 5/118
peyğəmbərimizi
ümmətini necə Sevdi?
183
də biz Peyğəmbərimizin ümmətinə olan sevdasının
hansı səviyyədə olduğunu daha aydın görürük. Bir gün
Peyğəmbərimiz Qurandan belə bir ayə oxudu:
“(Ya
Rəsulum!) Səndən əvvəl də (dünyada) heç bir bəşərə
əbədiyyət (ölməzlik) vermədik. Belə olduğu təqdirdə,
sən ölsən, onlar dirimi qalacaqlar?!”
191
Ayənin mesajı açıq-aydın deyilmi? Bu ayəni özümüzə
nazil olmuş kimi təsəvvür etsək və burada öləcəyinin xəbəri
verilənin Peyğəmbərimiz
deyil, şəxsən özümüz ol-
duğunu düşünsək, görəsən bu ayəyə reaksiyamız necə
olardı? Bu ayəni o gün oxuyan kimi Peyğəmbərimizin
dilindən çıxan ilk cümlə bu olmuşdu:
؟يِتَّمُِل ْنَمَف “Fə mən li ümməti? (Bəs (məndən sonra)
ümmətim necə olacaq?)”
192
Peyğəmbərimizin bu ayəyə reaksiyası belə olmuşdu. Bu
nədir? Ana kimi ölüm döşəyində belə övladlarını düşünən,
mən getdikdən sonra onların halı necə olacaq deyə təlaşa
qapılan bir ananın çırpınışı nədirsə, Onun çırpınışı da elə-
dir.
Yaşamaq üçün yaşamaq deyil, yaşatmaq üçün yaşamaq...
Bu sözün Peyğəmbərimizin həyatında necə əks olunduğunu
daha yaxşı dərk edəcəyimiz bir misal da verəcəyəm: Pey-
ğəmbərimiz
bir gün əshabına özü ilə ümməti ara sın-
dakı münasibətin necə olduğunu belə anladır: “Mənimlə
sizin halınız buna oxşayır: Bir nəfər qaranlıq gecədə ocaq
191.
Ənbiya, 21/34
192.
Süyuti, əd-Dürrül-Mənsur, c.4, s.318
peyğəmbərimizi
Səhabə kimi Sevmək
184
qalayır. Ocağın alovu göyə yüksəldikdə kə pənəklər o
alova doğru hücum edir. Ocaq qalayan şəxs kəpənəklər
yanmasın deyə, onların alova tərəf uçmasına mane olmağa
çalışır. Məhz mən də sizin cəhənnəmə hücum etməməyiniz
üçün sizi tuturam, sizi belinizdən tutub çəkirəm, ocağa
düşməməyiniz üçün çırpınıram.”
193
Bir ömür boyu Peyğəmbərimizin
çırpınışı buna
gö rə olmuşdu, elə deyilmi? İnsanlar bu mesajları oxusun
deyə, sanki O, canını fəda etmişdi. Müzzəmmil və Müddəssir
Surəsindəki dəvətin mesajlarını insanlara çatdırma ayələri
nazil olduqda Peyğəmbərimiz yatağına baxmış və:
“Artıq
yatmaq vaxtı deyil, ey Xədicəm!” - demişdi. O, iyirmi
üç illik risaləti ərzində ümməti üçün nə doyunca yedi, nə
doyunca içdi, nə də rahat yatdı. Ümmətini sevdiyinə görə
onların cəhənnəmə doğru getməmələri üçün çırpındı. Axı
sevgi fədakarlıq istəyir, vəfa istəyir, istiqamət və israr istəyir.
Peyğəmbərimiz
də ümmətini sevdiyi üçün bunların
hamısını artıqlaması ilə yerinə yetirdi.
Səhabənin məşhurlarından olan Abdurrahman bin Avf
nəql edir: “Bir gün Peyğəmbərimizin tək başına Mə dinənin
kənarına doğru getdiyini gördüm. Öz-özümə dedim ki:
“Allah Rəsuluna
bildirmədən onun ardınca gedim.
Həm Onu qoruyaram, həm də hara getdiyini öyrənmiş ola-
ram.” Xeyli yol getdi. Məscidi-Nəbəvidən çox uzaqda yer-
ləşən bir bağçaya gəldi.
194
Orada bir müddət oturdu və dua
193.
Buxari, Kitabu Əhadisil-Ənbiya, 30
194.
Bu bağça Məscidi-Nəbəvinin 900 metr şimalında yerləşir. O
Dostları ilə paylaş: |