Buraxili ş İ Ş İ Mövzu: Bazar münasibətləri şəraitində kiçik və orta sahibkarlığın inkişafı Məzun


I Fəsil. Bazar iqtisadi sistemində kiçik və orta sahibkarlığın yeri, rolu



Yüklə 462,86 Kb.
səhifə4/18
tarix19.12.2023
ölçüsü462,86 Kb.
#151020
1   2   3   4   5   6   7   8   9   ...   18
referat 1633(1)

I Fəsil. Bazar iqtisadi sistemində kiçik və orta sahibkarlığın yeri, rolu
və əhəmiyyəti.

    1. Sahibkarlıq fəaliyyətinin mahiyyəti, bazar iqtisadi sistemində onun yeri və rolu.

Bazarın klassik formalarının yanarnması hələ ibtidai cəmiyyətin dağıldığı və quldarlıq sisteminin yarandığı tarixi dövrə təsadüf etsə də, bazar iqtisadiyyatının formalaşması yalnız kapitalizm cəmiyyəti dövründə baş vermişdir. Bu gün bazar iqtisadiyyatlı ölkələrin əksəriyyəti kapitalist sisteminə daxil olan ölkələrdir. Bunun əsas səbəbi ondan ibarətdir ki, bazar iqtisadiyyatının normal fəaliyyəti üçün zəruri şərt olan cəmiyyətin üzvlərinin və təsərrüfat vahidlərinin öz davranışlarından iqtisadi azadlığı məhz kapitalızm cəmiyyəti daxilində mövcud olmuşdur. Bazar iqtisadiyyatının birinci şərti iqtisadi azadlıqdır. A. Smit bu barədə yazırdı ki, “Əgər millət tam azadlıqdan istifadə edərək inkişaf edə bilməsəydi, yer üzündə haçansa tərəqqi edə bilən millət tapmaq mümkün olmazdı”. Lakin indiyədək mövcud olan bütün iqtisadi sistemlərdə bu meyar cəmiyyətin bütün sahələrinə, iqtisadiyyatın hər bir subyektinə şamil edilməmişdir. Ümumiyyətlə, kaptalizmlərdən əvvəlki sistemlərdə işçi qüvvəsinin ictimi əməyə cəlb edilməsində q/iqtisadi metodlardan istifadə edilirdi. Bu cəmiyyətlərin heç birində insanların öz iş qüvvəsi üzərində azad surətdə sərəncam vermək imkanı olmamışdır. Belə bir imkan yalnız kapitalizm quruluşunda mövcud olmuşdur. Ona görə də bazar iqtisadiyyatı yalnız kapitalizm quruluşunda mövcud olmuşdur. Ona görə də bazar iqyisadiyyatı yalnız kapitalizm quruluşu əsasında yarana bilərdi.
Ictimai əmək bölgüsünün əmələ gəlməsilə xüsusi mülkiyyət də əmələ gəldi. Lakin bu xüsusi mülkiyyət kapitalizm dövründəki xüsusi mülkiyyətdən köklü surətdə fərqlənir. Belə ki, kapitalimə qədərki dövrdə xüsusi mülkiyyətə sahib olma hüququ onların bütün üzvlərinə deyil, ayrıca kiçik bir qrupa aid idi. Cəmiyyətin böyük bir hissəsinin təşkil edən təhkimli kəndlilər, qullar bu hüquqdan məhrum idi. Lakin kapitalizm cəmiyyətində xüsusi mülkiyyətlə iqtisadi azadlıq bir-birinin şərtləndirir və biri digərini tamamlayır. Belə ki, cəmiyyətin hər bir üzvünün azad şəkildə xüsusi mülkiyyətə sahib olmaq hüququ var. Yəni, bu cəmiyyətdə hər bir şəxs azad fəaliiyət göstərə bilər. Bu zaman hər bir şəxs öz fəaliyyətində hər şeydən əvvəl öz şəxsin mənfəətini əsas götürür. Beləliklə, sahibkarlıq fəaliyyətinin yalnız bazar iqtisadiyyatı şəraitində mövcudluğunu şərtləndirən aşağıdakı 3 cəhəti qeyd etmək olar.

  1. Sahibkarlıq fəaliyyəti bazarla əlaqəli halda olur, yəni o, əmtəə təsərrüfatı şəraitində real məzmun alır. Həm quldar, həm də feodal təsərüfatları xüsusi mülkiyyətə əsaslansa da, əsasənnatural təsərrüfat formasında çıxış etmiş və qapalı xarakter daşımışdır.

  2. Hər bir quldar, yaxud feoda öz təsərrüfatının səmərəli, məhsuldar fəaliyytində maraqlı olsalar da, hər halda bu təsərrüfatların bilavasitə məqsədi mənfəət qazanmaq olmamışdır. Bunlardan fərqli olaraq sahibkarlıq fəaliyyəti hər şeydən əvvəl mənfəət naminə həyata keçirilir.

  3. Sahibkarlıq fəaliyyəti əsasən iqtisadi cəhətdən azad olan insanların fəaliyyətinə əsaslanır. Quldar və feodal təsərrüfatlarında çalışanlar tam, yaxud yarımasılı vəziyyətdə olmuşlar.

Sahibkarlıq fəaliyyəti haqqında bir neçə baxışlara baxaq. Qərb iqtisadiyyatında ilk dəfə bu anlayışı Fransız iqtisadçısı Kantilyon işlətmişdir. Onun fikrincə, feodalizm cəmiyyətindəki torpaq mülkiyyətçilərinəvə müxtəlif növlü muzdurlara yeni iqtisadi sistemdə, yəni kapitalizm cəmiyyətində mənfəət götürmək məqsədilə digərlərindən məhsulu müəyyən qiymətə alaraq bazarda özünə də məlum olmayan qiymətə satmağa çalışan (deməli risk edən) yeni insanlar qrupu əlavə olunmuşdur. Bu insanları Kantilyon sahibkarlar adlandırılmışdır. Onun fikrincə, sahibkarlıq xüsusi növ iqtisadi funksiya olub, müxtəlif növ əmtəələr bazarında tələblə təklif arasında uyğunlq yaratmağa xidmət edir.
Fransız iqtisadçısı J.B. Sey də Smit kimi, sahibkarı risk etməsinə baxmayaraq, mənfəət götürmək məqsədilə hər hansı bir məhsul istehsal edən şəxs kimi göstərirdi. Sey öz təhlilinində sahibkarlıq fəaliyyətini istehsal amillərindən səmərəli istifadə forması kimi xarakterizə edir. O, həm də sahibkarın mənfəətinin təmin edilməsi üçün istehsal amillərinin az gəlirli sahələrdən yüksək gəlirli sahələrə azad surətdə axa bilməsinə xidmət edən iqtisadi mühiti-bazar mühitini təhlil edir. Sahibkarın bütövlükdə əldə ediyi gəlirləri və bu gəlirlərin sahibkarlıq bilikləri və təcrübəsilə bağlı əldə edilən hissəni açıb göstərir. Sahibkarlıq fəaliyyətinin klassik nəzəriyyəsi də Sey tərəfində yaradılmışdır. Bu nəzəriyyə bazar iqtisadiyyatı tərkib hissəsi kimi bu gün də öz əhəmiyyətini saxlamışdır.
Ingilis iqtisadçıları A.Smit və D. Rikardo iqtisadiyyatda sahibkarlığa xüsusi yer ayırmişlar. Smit sahibkarları öz istehsalını təşkil edən, planlaşdıran, onun nəticələri üzərində sərəncam verən, risk edən mülkiyyətçi kimi səciyyələndirir. A.Smit bazar sisteminin mərkəzi mexanizmini-rəqabət mexanizmini geniş təhlil edərək göstərir ki, yalnız öz vəziyyəti barədə düşünən insanlara qarşı analoji olan daha çox adam zidd mövqedə durur. Beləliklə, bazarda fəaliyyət göstərən hər bir fərd rəqiblər tərəfindən təklif olunan qiyməti qəbul etmək məcburiyyətində qalır. Belə şəraitdə analoji məhsul istehlakçılarına nisbətən daha çox məhsul istehsal etmək istəyən sahibkar üçün alıcıların tapılması işi olduqca çətinləşir. Eyni zamanda rəqiblərinə nisbətən işçisinə daha az əmək haqqı vermək istəyən sahibkar münasib işçi tapa bilmir. Beləliklə, bazar mexanizmi bütün bazar iştirakçılarını intizamlı olmağa sövq edir.
D.Rikardo kapitalizmə mütləq daimi, təbii istehsal üsulu görmüş, sahibkarlıq fəaliyyətinə isə faydalı təsərrüfatçılığın məcburi elementi kimi baxmışdır.
Alman iqtisadçısı V.Zombart sahibkarlıq qarşısında duran məqsədi 2 yerə: əsas və asılı məqsədlərə bölmüşdür. Onun fikrincə, mənfəət əldə edilməsi sahibkarlıq fəaliyyətinin əsas deyil, ikinci dərəcəli məqsədidir. Bu fəaliyyətin əsas məqsədi isə daimi inkişaf etmək, genişləndirməkdir. Bu məqsədə çatmaq üçün sahibkar risk etməli, inadkarlıq və inam göstərməlidi, ümumi mənafe naminə bir çox insanları işə cəlb etməyi bacarmalıdır.
Avstriya iqtisadçısı Y.Şumpeterin sahibkarlıq haqda fikirləri də maraqlıdır. Sahibkarı novator adlandıran Şumpeter onun başlıca vəzifəsi kimi istehsal amillərinin yeni kombinasiyasına və beləliklə də, iqtisadi tərəqqiyə nail olmağı əvvəldən görə bilmək, köhnəliyə zidd çıxmaq, yenilik tapıb onu tətbiq etmək, qabaqcadan verilmişproseslər əsasında deyil, həmin prosesləri özü müəyyən edərək fəaliyyət göstərmək qabiliyyətidir. Sahibkar fəaliyyətinin subyekti həm istehsalın sahibi, fərdi kapitalist və ya mülkiyyətçi, həm də istehsal müəssisinin, bankın səhmdar cəmiyyətinin idarəedicisi ola bilər.
Fransız iqtisadçısı A.Marşalın iqtisadi tətqiatlarında da sahibkarlıq fəaliyyətinin tətbiqinə rast gəlmək olar. O, ilk dəfə istehsalın 3 klassik amilləri (torpaq, kapital, əmək) siyahısına dördüncü amili – təşkili əlavə etmişdir. Məhs o vaxtdan etibarən sahibkarlıq anlayışı geniş mənada təsəvvür edilir. Marşal sahibkarlıq fəaliyyətinin əsas sferası kimi istehsal sferasını qəbul edir. Digər tərəfdən O, azad sahibkarlıqla bazar iqtisadiyyatının əsas şərti olan iqtisadi azadlığı eyniləşdirməklə sahibkarlıq fəaliyyətini bazar iqtisadiyyatının fərqləndirici xüsusiyyəti kimi qeyd etmişdir.
Nobel mükafatı laureatı, İngilis iqtisadçısı F.A.Xayek sahibkarlıq fəaliyyətinə yeni aspektdən yanaşmışdır. Onun fikrincə sahibkarlıq fəaliyyətinin mahiyyəti yeni iqtisadi imkanların axtarılması və öyrənilməsidir.
Marksizmin iqtisadi nəzəriyyəsində isə sahibkarlığa demək olar ki yer verilməmişdir. K. Marks sahibkar və kapitalist anlayışlarını birbirindən yırmamış, kapitalistin bütün iqtisadi fəaliyyətinin dəyər və izafi dəyər təlimi baxımından təhlil etmişdir. Bu təlimə görə, kapitalistin mənfəənin mənbəyini muzdlu fəhlələr tərəfindən yaradılan dəyərin (məhsulun) haqqı ödənilməmiş hissəsi təşkil edir. Sahibkara məxsus olan risk etmək, qabaqcadan görmək, yenilikçi olmaq, səmərəli idarə etmək və s. anlayışlara isə Marks öz iqtisadi təlimində yer verməmişdir.
Sahibkarlıq fəaliyyətilə bağlı məsələlərdən biri də sahibkarlığın subyektidir. Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunun I bölməsinin III maddəsində yazılır:

  1. Sahibkarlıqla Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna edilməlkə aşağıdakılar məşğul ola bilər:

fəaliyyət qabiliyyəti olan Azaerbaycan Respublikasının hər bir vətəndaşı;
mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər;
hər bir xarici vətandaş və ya vətəndaşlığı olmayan şəxs;
xarici hüquqi şəxslər.

  1. Sahibkarlıq fəaliyyəti ilə bağlı məsələləri həllini və ya bu fəaliyyətə nəzarəti həyata keçirən dövlət orqanlarının vəzifəli şəxslərinə və mütəxəssislərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qadağandır.

  2. Sahibkarlıq fəaliyyıtinin və mülkiyyətçi ilə münasibətlərin xarakterindın asılı olaraq sahibkarlıq fealiyyəti ilə həm mülkiyyətçinin özü, həm də onun müəyyən etdiyi səlahiyyətlər daxilində təsərrüfatın başçısı hüququ əsasında mülkiyyətçinin əmlakını idarə subyekt məşğul ola bilər.

  3. Müəssisəni idarə edən subyektin və əmlakın mülkiyyətçisinin münasibətləri tərəflərin qarşılıqlı öhdəliklərinin, hüquqlarını və məsuliyyətlərini müəyyən edən müqavilə (bağlaşma) ilə tənzimlənir.

Müəssisənin mülkiyyətçisi müəssisəni idarə edən şəxslə müqavilə bağlandıqdan sonra müqavilədə, müəssisənin nizamnaməsində və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna edilmədiklə müəssisənin fəaliyyətinə qarışa bilməz.
Göründüyü kimi, bəzi istisna halları çıxsaq, hər bir əs sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Lakin bununla belə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bir sıra tələblər irəli sürülür. Bu tələblərin bəzilərinə nəzər salaq. Bunlardan biri kapitala malik olmaqdır. Bu kapital ya lap əvvəldən sahibkarın özünə məxsus ola bilər, ya da o, həmin kapitalı kənardan məsələn, icarə formasında əldə edə bilər. Kapital sahibkara istehsal ehtiyatlarını öz sərəncamına almaq imkanı verərək, sahibkarlıq fəaliyyətinə başlamaq üçün əlverişli start vəziyyəti yaradır. Lakin bu kapitaldan səmərəli və mənffətlə istifadəni təmin etmir. Həm də, bu kapitalın ilkin həcmi sahibkarlıq fəaliyyətinin imkanlarına təsir etsə də, onun keyfiyyəti ilə bilavasitə əlaqədar deyildir. Qərb ölkələrinin sahibkarlıq sahəsindəki təcrübələri göstərur ki, bir sıra hallarda bu sahadə əldə edilən qələbə pulun, kapitalın ilkin həcmi ilə əlaqədar olmayıb, yenilikçilik risk, ideya ilə asılı halda yaranmişdır. Yəni, kapital sahibkarlıq fəaliyyəti üçün zəruri olsa da, kifayət deyildir. Bu sahədə müvəffəqiyyət qazanmaq üçün bir sıra cəhətlər məsələn, mürəkkəb bazar konyukturası şəraitində düzgün qərar çıxara bilmək, istehsal amillərinin ən səmərəlisind istifadə etməyə nail olmaq, elim-texniki tərəqqidən istifadə etmək, iş görmək bacarığı və s. tələb olunur. Bunlarla yanaşı, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi təfəkkür tərzi, konkret olaraq sahibkarlıq təfəkkürü tələb olunur ki, bunun da tərkib hissəsi kimi təşəbüskarlıq, digərləri ilə münasibətə girmək bacarığı, yüksək məsuliyyət hissi, təşkilatçılıq, qətilik, inadkarlıq, liderliyə can atmaq və s. xüsusiyyətlər sahibkarda cəmləşməlidir.
Lakin yuxarıda göstərilən keyfiyyətlərin hamısı sahibkarda cəmləşməyə də bilər. Bu halda həmin şəxslər özlərində olmayan keyfiyyətlərə malik olan digər şəxslərlə şəriklik, payçılıq və digər şərtlər daxilində müştərək sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Belə olduqda isə həmin şəxslər sahibkarlıq fəaliyyətinin birgə, kollektiv subyektlərinə çevrilirlər. Bəzi ölkələrdə dövlət özü də zəruri hallarda müvafiq müəssisələrin, idarə və təşkilatların simasında sahibkarlıq fəaliyyətinin subyektinə çevirilir.
Sahibkarlıq fəaliyyətinin subyektləri bir-birilə qarşılıqlı fəaliyyətdə və asılıqda iştirak edirlər. Bu asıllığı aşağıdakı şəkildə görmək olar.



Dövlət






Tərəfdaş



Alıcılar



Sahibkar








Muzdlu işçi




Yüklə 462,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə