Buraxili ş İ Ş İ Mövzu: Bazar münasibətləri şəraitində kiçik və orta sahibkarlığın inkişafı Məzun


Kiçik və orta sahibkarlıq – bazar rəqabətinin inkişaf amili kimi



Yüklə 462,86 Kb.
səhifə9/18
tarix19.12.2023
ölçüsü462,86 Kb.
#151020
1   ...   5   6   7   8   9   10   11   12   ...   18
referat 1633(1)

Kiçik və orta sahibkarlıq – bazar rəqabətinin inkişaf amili kimi

Rəqabət – bazar subyektləri arasında sahibkarlıq fəaliyyətinin ən əlverişli şərtləri uğrunda mübarizəsinin elə formasıdır ki, bu zaman onların müstəqil fəaliyyətinin hər birinin bazarda əmtəə (məhsul, iş, xidmət) dövriyyəsinin ümumi vəziyyətinə təsir etmək imkanını əsaslı surətdə məhdudlaşdırır və stimullaşdırır. Sahibkarlıq fəaliyyətində rəqabət sahibkarların sərfəli istehsal şərtləri və məhsul satışı uğrunda mübarizəsini əks etdirir. O, istehsalın tempi və həcminin tənzimləyicisi rolunu oynayır və bu zaman istehsalçını elmi-texniki nəaliyyətlərin tətbiqinə, əmək məhsuldarlığının yüksəldilməsinə, texnologiyanın, istehsalın təşkilini təkmilləşdirilməsinə və s. məcbur edir.
Rəqabətli iqtisadi şəraitdə sahibkarlıq mühiti öz fəaliyyətinin maksimum yüksək mənfəət əldə etmək, satış həcmini artırmaq və bazarda öz bölməsini genişləndirmək kimi əss məqsədlərinin təmin olunmasından ötrü öz mal və xidmətlərinin istehlakçılarını müstəqil surətdə axtarır. Rəqabət sahibkarları bazarda daha səmərəli hərəkətlərə vadar edir. Ən aşağı qiymətlərlə ən yaxşı keyfiyyətli mal və xidmətlərin daha geniş çeşidini istehlakçılara təqdim etməyə məcbur edir. Rəqabətin təzahürü bazar mühitini inkişafının əsas tendensiyalarından biridir.
Bazar iqtisadiyyatı sistemində olan rəqabət iki amili alıcını və satıcını xəbərdar edir və istehsalın məqsədi üçün bu ikisinin arasındakı münasibətləri tənzimləyir.
Kiçik və orta sahibkarlıq müəssisələrinin istehsalının inkişafı iqtisadiyyatın sağlamlaşdırılmasından ötrü əlvirişli şərait yaradır, çünki rəqabət şəraiti inkişaf edir, əlavə iş yerləri yaradılır, struktur yenidənqurması gedir, istehlak bölməsi genişlənir.
Rəqabət bazarın təbiətinə daxilən xas olan bir ünsur olub bazar iqtisadiyyatını inkişaf etdirən başlıca amillərdən biri kimi çıxış edir.
Rəqabət bazar əlaqələrinə cəlb olunmuş bazarın iştirakçıları arasında xüsusi formada təzahür edən münasibıtləri ifadə edir. O bir tərəfdən istehlahçıların öz aralarında, digər tərəfdən istehsalçılarla istehlakçıların öz aralarında mənafelərinin reallaşması uğrunda mübarizəni əks etdirir. Onlar öz aralarında rəqabət mübarizəsi yoli ilə istehsalda, satışda-alışda əlverişli şəraitə nail olmağa çalışırlar. Bu mübarizə isə həmişə onları istehsalı təkmilləşdirməkdə, inkişaf etdirməkə maraqlı edir, çünki rəqabət mübariəsinə dözməkdə həmişə iflasa uğramaq təhlükəsi var. Rəqabət bazar iqtisadiyyatı şəraitində müəssisələrin xüsusi sahibkarlıq fəaliyyətinin səmərəliyinin yüksəldilməsinin başlıca amilidir. Rəqabət nəticəsində subyektlər həmişə bir-birini ötməyə, bir-birini öz iqtisadi göstəricilərini yaxşılaşdırmağa sövq edir, bir-birindən geri qalmamağa çalışırlar.
Rəqabət bir tərəfdən istehsalın kifayət qədər çevik olmasında istehsalçıları stimullaşdırır, digər tərəfdən bu iqtisadi mübarizəyə tab gətirməyənlərin iflasa uğramasına səbəb olur. o elmi-texniki nəaliyyətlərin istehsala tətbiqinin sürətləndirilməsini, əməyin təşkilinin mütərəqqi formalarının tətbiqin, eni zamanda iqtisadiyyatda təşkilati və struktur dəyişikliyin aparılasını zəruri edir. Əks təqdirdə iqtisadiyyatın dünya iqtisadi inkişafından geri qalması prosesi müşahidə olunur.
Rəqabət nəticəsində məhsulun keyfiyyətinin yaxşılaşdırılması dünya bzarına rəqabət qabiliyyətli məhsulla çıxmağa imkan yaradır. Rəqabət nəticəsində məhsul vahidinə material məsrəfləri istehslçı tərəfindən aşağı salınır və nəticədə həm istehsalın, həm də bütövlükdə iqtisadiyyatın səmərəliliyi yüksəlir.
Inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, kiçik və orta sahibkarlığın hərtərəfli dəstəklənməsi rəqabətin daimi inkişafının istehlakçının üstünlük verdiyi hallara qarşı etinasızlıq göstərməklə bu prosesdən ötrü səciyyəvi olan inhisarlaşdırma tendensiyalarının aradan qaldırılmasının sarsılmaz şərtidir. Əhalinin ən müxtəlif sosial təbəqələri üçün nəzərdə tutulan ən müxtəlif mal və xidmətlərin təklif edilməsi kiçik və orta sahibkarlıq fəaliyyətinə qarşı daimi tələbatın olması üçün şəraitin yaradılmasına imkan verir.
Bundan başqa inkişaf etmiş sənaye ölkələrində hətta autsoring üzrə kənara verilməsi məqsədəuyğun olan işlər üzrə iri tendensiya əmtəə gəlməyə başlamışdır. Ticarət sahəsində rəqabətlik mübarizəsi üzrə dərsliklərdən birisini D.teylor bu sözlərlə başlayır: Kiçik müəssisənin rəqabət qabiliyyətliyi onun öz məhsulunun satış bazarının uzun müddət saxlamaq və genişləndirmək öz əməliyatlarından və kapital qoyuluşlarından gəlirlərin azalmasına yol verməmək bacarığından irəli gəlir.
Kiçik və orta sahibkarlığa xas olan çeviklik və dinamiklik faktik surətdə kiçik müəssisənin öz fəaliyyətinin təkmilləşdirilməsi prosesində daim fikir verməyə sövq edir. Beleliklə, kiçik və orta sahibkarlığın rəqabət qabiliyyətliyinin birinci amilini dəyişilmək və təkmilləşdirmək bacarığı kimi formalaşdırmaq olar.
Kiçik və orta müəssisələrin bu bacarığı ilə sahibkarlığın rəqabət üstünlütünün ikinci amili innovasiyalılıqla – müəssisələrin innovasiyalara, tələbatın potensial surətdə irəli sürdüyü yeniliklərin istehsalata daim tətbiq edilməsinə qabil ilə olması sıx surətdə bağlıdır.
Bazar məhdud sepmentlərinə yiyələnmək bacarığı – kiçik və orta biznesin mühüm keyfiyyət xarakteristikalarından biridir və eyni zamanda rəqabət qabiliyyətliliyinin üçüncü amilidir. Bir qayda olaraq, kiçik müəssisələrin nomenklaturası və çeşidi daim dəyişilən məmulatların kiçik dəstinin hazırlanması lüzumu əmələ gəldikdə meydana çıxır. Belə əhsullar istehlakçıların məhdud miqdarda olması şəraitində əhəmiyyətsiz mənbələrdən, əsasən yerli xammal və materiallardan istifadə etməlkə hazırlanır.
Iri biznesə nisbətən kiçik və orta sahibkarlıq daha yüksək səviyyədə müstəqillik və məsuliyyət tələb edir. Kiçik və orta biznes sahibkarları yalnız özlərinə bel bağlaya bilərlər: start kapitalını, ilkin investsiyaları özləri tapmalıdırlar öz iş proqramlarını işləyib hazırlamalı özlərini lazımı ehtiyatlarla təmin etməli qəbul etdikləri qərarları nəticələrinə görə cavabdeh olmalıdırlar. Kiçik və orta biznes sahəsində qəbul olunan qərarlara görə yüksək məsuliyyətlik səviyyəsi həm də eyni zamanda kiçik və orta sahibkarlığın rəqabət qabiliyyətliliyinin dördüncü amili hesab oluna bilər.



Yüklə 462,86 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə