Buraxili ş İ Ş İ Mövzu: Bazar münasibətləri şəraitində kiçik və orta sahibkarlığın inkişafı Məzun


Sahibkarlıq fəaliyyətinin formaları, növləri və inkişaf xüsusiyyətləri



Yüklə 462,86 Kb.
səhifə6/18
tarix19.12.2023
ölçüsü462,86 Kb.
#151020
1   2   3   4   5   6   7   8   9   ...   18
referat 1633(1)

Sahibkarlıq fəaliyyətinin formaları, növləri və inkişaf xüsusiyyətləri.

Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununda (maddə 4) yazılmışdır:



  1. Azərbaycan Respublikasında sahibkarlığın qanun çərçivəsində həyata keçirilən bütün formalarına icazə verilir. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq sahibkarlığın bütün formaları bərabər hüquqludur.

  2. Fərdi və şərikli şəkildə həyat keçirilən sahibkarlıq qanunvericilikdə nəzərdə tutulmuş formalarda təşkil edilə bilər.

Azərbaycan Respublikasının “Sahibkarlıq fəaliyyəti haqqında” qanunda göstərilmişdir.
“Sahibkarlıq fəaliyyətinin və mülkiyyətçi ilə münasibətlərin xarakterindən asılı olaraq sahibkarlıq fəaliyyəti ilə həm mülkiyyətçinin özü, həm də onun müəyyən etdiyi səlahiyyətlər daxilində təsərrüfatın başçısı hüququ əsasında mülkiyyətçinin əmlakını idarə edən subyekt məşğul ola bilər.”
Sahibkarlıq fəaliyyəti müəyyənistehsal vasitələri mülkiyyətlə və intellektual mülkiyyətlə yerinə yetirilir. Adətən istehsal vasitələri və intellektual mülkiyyət sahibləri özləri sahibkarlıq fəaliyyəti göstərirlər. Lakin bazar iqtisadiyyatı şəraitində özgənin mülkiyyətilə sahibkarlıq fəaliyyəti geniş yayılmışdır. Istehsal vasitələrinin sahibi onunla sahibkarlıq fəaliyyətini başqasına həvalə edə bilər. Belə ki, mülkiyyətçi öz müəssisəsinə rəhbər təyin etməklə sahibkarlıq funksiyasını müqavilə ilə başasına həvalə də bilər. Həmçinin mülkiyyəti icarəyə götürməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq olar. Kredit götürməklə sahibkarlıq fəaliyyəti də özgənin mülkiyətilə sahibkarlıq fəaliyyəti hesab oluna bilər. Özgənin intelektual mülkiyyəti ilə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq olar Məsələn, Elmi-labaratoriya, konstruktor bürosu təşkil edən sahibkarlıq fəaliyyəti.
Azərbaycan müəssisələr haqqında qanuna görə müəssisələr aşağıdakı təşkilatihüquqi formalarda olur:

  1. dövlət müəssisəsi

  2. fərdi (ailə) müəssisəsi

  3. şərikli (tam ortaqlı) müəssisə

  4. payçı və şərikli (komandit ortaqlıqlar) müəssisə

  5. məhdud məsuliyyətli müəssisə

  6. səhmdar cəmiyyət

Dövlət müəssisəsi dövlət mülkiyyətinə əsaslanır və 2 formada olur. a)əmlakı tamamilə dövlətə məxsus, b)səhmlərin nəzarət paketi dövlət orqanlarına məxsus olan müəssisələr. Dövlət müəssisələri xüsusi bölmənin öz kapitalını yönəltmək istəmədiyi və ya yönəldə bilmədiyi sahələrdə sahibkalıq fəaliyyəti həyata keçirirlər. Məsələn, iş yüksək kapital tələb etdikdə, fəaliyyətin nəticəsinin müddəti və kəmiyyəti məlum olmadıqda, istehsal edəcəyi məhsul və ya xidmət dövlət tərəfindən tənzimləndikdə və s. Bəzi ölkənin enerji təminatı, nəqliyyat, rabitə və s.kimi sahələr var, hansı ki bu sahələr iqtisadiyyatın normal fəaliyyətini təmin edirlər.
Fərdi (ailə) üəssisəsi vətandaş mülkiyyətində və ya onun ailə üzvlərinin ümumi pay mülkiyyətində olan müəsiisələrdir. Mülkiyyətçi müəssisənin öhdəliklərinə öz əmlakı ilə qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. Fərdi müəssisənin bir neçə üstünlükləri vardır. Məsələn, işə başlamaq və onun fəaliyyətinə son vermək asandır. Burada sahibkar hec kəslə məsləhətləşmək, heç kəsdən icazə almaq (dövlətdən başqa) məcburiyyətində deyil. Ancaq dövlətdən lisenziya alib işə başlayır; gəlirlərini heç kimlə bölüşmür, buna görə də sahibkar işin nəticəsinə son dərəcə maraqlıdırlar. Öz müəssisəsini öz gələcəyi nəslinə viras kimi saxlaya bilər və s. Bu müəssisələrin həmçinin mənfi cəhətkəri də vardır. Məsələn, sahibkar müəssisəsinə görə limitsiz öhdəlik daşıyır. Əgər müəssisə səmərəli fəaliyyət göstərməszə, bütün müəssisəyə sahibkar özü cavabdehdir; fəaliyyətə başlamaq üçün çox maliyyə vəsaiti tələb oluna bilər, bu da hamıya sahibkarlıq fəaliyyətinə başlamağa imkan vermir; İşi tək idarə etmək çətin ola bilər, tək işləyəndə müəssisə sahibkar bəzi gəlirlərdən məhrum olur. məsələn, sığorta, məzuniyyət və s. ödəmələr. Bu müəssisələr adətən qısamüddətli fəaliyyət göstərdiklərindən, digər sahibkar strukturları, əsasən də maliyyə-kredit təşkilatları onlarda fəaliyyətə həvəs göstərmirlər.
Şərikli (tam ortaqlı) müəssisə azı 2 fiziki və hüquqi şəxs tərəfindən müqavilə əsasında təsis edilən müəssisələrdir. Şəriklər müəssisəyə pay qoyurlar və müəssisədən çıxdıqda da öz paylarını geri alırlar. Şəriklər müəssisənin öhdəliklərinə bütün əmlakları ilə cavadehdirlər. Bu müəssisənin də bəzi üstünlükləri var:fərdi sahibkarlıqdan fərdi olaraq, daha geniş maliyyə imkanlarına malik olurlar; Aydındır ki, hər bir insanın ayrı-ayrı qabiliyyətləri var. Burada şəriklər arasında vəzifə bölgüsü aparmaqla müəssisədə ixtisaslaşmaa aparmaq olar. Şəriklər bir-birinə sərbəst vaxt verirlər. Bu vaxtdan istifadə edərək sahibkar öz qabiliyyət və prespektivlərini artıra bilər. Bütün bu müsbət cəhətlərlə yanaşı şırikli müəssisələrin mənfi cəhətləri də vardır: Qoyduğu paydan asılı olmayaraq, bütün müəssisəyə cavabdehlik. Sahibkar öz səhvi üzündən olub-olmadı, müəssisənin borclarına bütün əmlakı ilə cavabdehdir. Bəzi şəriklər çox pay duyur, bəziləri isə daha çox əmək sərf edir. Bu da gəlirlərin bölüşdürülməsində konfliktə səbəb olur. Qərarların qəbul edilməsində də şəriklər arasında mübahisı baş verə bilər.
Payçı və şərikli (komandit ortalıqlar) müəssisə azı şərik ə bir payçı tərəfindən təsis edilir. Müəssisənin öhdəliklərinə şəriklər bütün əmlakı ilə, payçılar isə yalnız verdiyi pay həcmində məsuliyyət daşıyırlar. İdarə heyətinin seçilməsi və onların səlahiyyətlərinin seçilməsində yalnız şəriklərin səs vermək hüququ var. Müəssisə daxili qərarların qəbul edilməsində isə həm şəriklərin, həm də payçıların hüququ vardır. Payçı və şərik müəssisədən çıxdıqda öz payını geri alır.
Məhdud məsuliyyətli müəssisə bir və ya bir neçə hüquqi və ya fiziki şəxs tərəfindən yaradılan, nizamnamə fondu təsis müqaviləsi ilə müəyyən edilən həcmdə paylara bölünən müəssisədir. Təsisçilər nizamnamə payları həcminə görə məsuliyyət daşıyırlar. Burada payçılar öz üzərinə düşən hissəni qiymətli maddi dəyərlərlə (torpaq, mənzil, daş-qaş və s.) də ödəyə bilər. Cəmiyyətin iştirakçılarına qiymətli kağız hüququna malik olmayan və cəmiyyətin razılığı olmadan bir kimsəyə satıla bilməyən şəhadətnamə verilir. Iştirakçılar bu şəhadətnamyə əsasən pay alırlar. Bu pay öz sahiblərinə payçıların icrasında iştirak etmək, divident almaq, cəmiyyət fəaliyyətini dayandırarkən əmlakınbir hissəsini almaq imkanı verir. MMC-lərin bir fərqləndirici cəhəti də var ki, bu müəssisələrin fəaliyyəti haqda məlumat ictimai mətbuatında çap edilmir. Bu da sahibkara müəssisənin sirlərini etibarli şəkildə qorumağa imkan verir.
Səhmdar cəmiyyət təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə nizamnamə fondunu səhm buraxmaq yolu ilə formalaşdırılan fiziki və ya hüquqi şəxs tərəfindən könüllü saziş əsasında yaradılan müəssisədir. Səhmdar cəmiyyət azı 3 fiziki və ya hüquqi şəxs tərəfindən yaradılır. Səhmdar cəmiyyətin iştirakçıları verdikləri pay həcmində məsuliyyət daşıyırlar və verdikləri pay müqabilində də divident alırlar. Səhmdar cəmiyyətlər insanlara imkan verir ki, ən kiçik vəsaitlərini belə işgüzarlıq fəaliyyəti həyata keçirmək üçün bir yerə toplasınlar və səmərəli istifadə etsinlər. Bu da eyni bir müəssisədə xeyli sayda mülkiyyətçilərin mənafelərinin əlaqələndirilməsini və vahid bir məqsədə yönəldilməsini təmin edir. Səhmdar cəmiyyətləri müxtəlif mülkiyyətçilərin kapitallarının birləşdirilməsinin ən etibarlı və möhkəm formalardan biridir. Cəmiyyət üzvlərindən hər hansı biri üzvlükdən çıxarsa, cəmiyyət ləğv edilməyib fəaliyyətinə davam edir. Səhmdar cəmiyyətlərin 2 tipi var: açıq və qapalı səhmdar cəmiyyətləri. “Açıq tipli” səhmdar cəmiyyətində səhmdarların sayı məhdudlaşdırılmır, səhmlər fond birjasında satılıb alınır. “Qapalı tipli” səhmdar cəmiyyətində isə səhmlər bir neçə təsisçilərə məxsusdur və azad alınıb-satılmır.
Sahibkarlıq fəaliyyəti öz miqyasına göre kiçik, orta və iri sahibkarlığa bölünür. Və hər bir bazar iqtisadiyyatı ölkəsində dövlət kiçik və orta sahibkarlıq üçün mextəlif imtiyazlar və ğüzəştlər sistemi tətbiq edir. Bu imtiyazlar və ğüzəştlər sistemi əhalinin, əsasən də onun maddi imkanları məhdud olan hissəsinin sahibkarlıq fəaliyyətinə cəlb olunmasına stimul yaratmaq məqsədi daşıyır. Kiçik və orta sahibkarlıq azad iqtisadiyyatının ən yüksək elementlərindən biri olmaqla aşağıdakı mühüm funksiyaları yerinə yetirir:

  1. İqtisadiyyatın lazımi çevikliyini, istehsalın ixtisaslaşmasına və kooperativləşməsini təmin edir ki, bu da iqtisadi səmərəliyi şərtləndirir.

  2. İstehsal sahələrində yaramış geriləmələri tezliklə aradan qaldırır, elmi-texniki yenilikləri istehsalata daha tez tətbiq edir və çəkdiyi xərci qısa müddətə çıxarır.

  3. Bazar iqtisadiyyatı üçün lazım olan rəqabət mühitini yaradır və antiinhisarçı rolunu oynayır, bazar konyukturasının dəyişməsinə tez bir zamanda reaksiya verir.

  4. Elə sağlam oynayır işguzarlıq mühiti yaradır ki, bunsuz şəxsi marağa və istehsalsalçıların təşəbbüsünə əsaslanan bazar iqtisadiyyatı mümkün deyil.

Dünya ölkələrinin təcrübəsi göstərir ki, orta və iri müəssisələri müəyyən etmək üçün vahid meyar yoxdur. Bəzən sənayenini hər hansı bir sahəsində müəssisələrin da eynilik yoxdur. Bəzən sənayeni hər hansı bir sahəsində müəssisələrin miqyasında xeyli müxtəliflik olur. Kiçik və orta sahibkarığı dəqiq təsnifatlaşdırmaq üçün onların təşkilatı, hüquqi, sosial, iqtisadi və sosialoji aspektləri əhatə edən keyfiyyət xüsusiyyətlərini konktetləşdirmək lazım gəlir ki, bu da mürəkkəb və çətin məsələdir. Daha çox müəssisədəki işçilərin sayın, əsas kapitalın dəyərinə, satlıq məhsulun dəyər ifadəsində həcminə, kapital qoyuluşu həcminə v s. göstəricilərə görə təsnifləşdirədən istifadə edilir.
Azərbaycan Respublikasında 2000-ci il iyulun 1-dən sonra dövlət əmlakının özəlləşdirilməsinin Dövlət proqramında müəssisələr işçilərin sayına görə aşağıdakı kimi təsnifləşdirilir.



Yüklə 462,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə