Buraxili ş İ Ş İ Mövzu: Bazar münasibətləri şəraitində kiçik və orta sahibkarlığın inkişafı Məzun



Yüklə 462,86 Kb.
səhifə3/18
tarix19.12.2023
ölçüsü462,86 Kb.
#151020
1   2   3   4   5   6   7   8   9   ...   18
referat 1633(1)

Nəticə və təkliflər ............................................................................................

63

Ədəbiyyat........................................................................................................

65

Giriş


Müstəqil Azərbaycan Respublik amirlik sistemindən demokratik prinsiplər əsasında qurulan və azad bazar münasibətlərinə söykənən yeni iqtisadi sisteminə keçməyə başlamışdır. Sərbəst bazar iqtisadiyyatına xas olan müstəqil və sərbəst iqtisadi fəallığı yalnız sahibkarlıq fəaliyyəti sahəsində üzə çıxır. Belə ki, bazar iqtisadiyyatı şəraitində müxtəlif mülkiyyət formalarının yaranması insanların mülkiyyətə münasibətini dəyişdirir, sahibkarlıq hissini gücləndirir və məhsul bolluğu yaratmağa olan marağını artırır.
Sivilizasiyalı bazar iqtisadiyyatının formalaşmasının ən başlıca struktur komponentlərindən biri sahibkarlıq fəaliyyətidir. Sahibkarlıq fəaliyyəti fiziki və hüquqi şəxslərin mənfəət əldə etməsi məqsədilə qanunvericiliklə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün növləri, o cümlədən məhsul istehsalı, satışı və xidmət göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir. Zəngin məzmuna, müxtəlif növlərə və formalara malik olan sahibkarlıq fəaliyyəti iqtisadi və sosial tərəqqinin əsas şərtidir, sahibkarlar isə cəmiyyətin ən təşəbbüskar, çevik, elmi-texniki yenilikləri daha tez mənimsəyən və istehsalata tətbiq edən sosial təbəqəsidir.
Bazar iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olan sahibkarlıq həmişə çalışır ki, mövcud iqtisadi resurslardan qənaətlə, səmərəli istifadə edərək dünya standartlarına uyğun rəqabət qabiliyyətli məhsul istehsalını artırsın, rəqabət bazarında öz təklifi ilə çıxış edə bilsin və nəticədə yüksək mənfəət götürsün. Deməli, milli iqtisadiyyatı formalaşdırmaq və inkişaf etdirmək üçün saglam sahibkarlıq mühitinin yaradılması, insanların sahibkarlıq ruhunda tərbiyə olunması və sahibkarlıq fəaliyyətinin öncül inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi zəruridir.
Sahibkarlığın inkişafı bir tərəfdən məhsul bolluğu yaratmaqla daxili istehlak bazarının formalaşmasına səbəb olur və saglam rəqabət üçün geniş imkanlar açir,digər tərəfdən isə işsizlik kimi kəskin sosial-iqtisadi problemlərin həllini sürətləndirir və dövlət büdcəsinin zənginləşməsinə kömək edir.
Azərbaycan Respublikasinda sahibkarligin inkişafi ilə əlaqədar müəyyən işlər görülüb:Antiinhisar Siyasəti və Sahibkarliga Kömək Komitəsi və həmin komitənin nəzdində Sahibkarliga Kömək Milli Fondu yaradilib,”Sahibkarliq fəaliyyəti haqqinda” Qanun,”Sahibkarligin inkişafi sahəsində dövlət siyasətinin əsas istiqamətləri”və ”Azərbaycan Respublikasinda kiçik və orta sahibkarliga Dövlət Köməyi Proqrami” qəbul edilib.Sahibkarliq fəaliyyəti haqqinda Azərbaycan Respublikasinin Qanunu bütün mülkiyyət formalarinin bərabərliyi prinsiplərinin həyata keçirilməsi ,müstəqil olaraq fəaliyyət sahələri seçilməsi və iqtisadi qərarlar qəbul edilməsi əsasinda təşəbbüskarligin və işgüzarligin geniş vüsət almasi üçün əlverişli şəraitin yaradilmasina yönəldilmişdir.Özəlləşdirmə və aqrar islahatlar inamla həyata keçirilir,müxtəlif mülkiyyət formalari inkişaf etdirilir,sahibkarligin fəaliyyəti dövlət tərəfindən tənzimlənir.
Sahibkarlığın inkişafının aktuallığını nəzərə alıb buraxılış işimi bu mövzuya həsr etdim. Buraxılış işi girişdən, 3 fəsildən, 8 paraqrafdan, nəticə və təkliflərdən və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.
Birinci fəsil bazar iqtisadi sistemində kiçik və orta sahibkarlıq haqqındadır. Burada sahibkarlıq fəaliyyətinin mahiyyəti, bazar iqtisadi sistemində yeri və rolu, sahibkarlıq fəaliyyətinin formaları, növləri və inkişaf xüsusiyyətləri öz əksini tapır.
İkinci fəsil ölkə iqtisadiyyatında kiçik və orta sahibkarlığın inkişafının müasir vəziyyətinin təhlilindən bəhs edir. Bu fəsildə kiçik və orta sahibkarlığın inkişaf dinamikası, sosial-iqtisadi inkişafda kiçik və orta sahibkarlığın inkişafının rolunun qiymətlənməsi, dövlət tərəfindən stimullaşdırılmasının müasir vəziyyəti məsələləri öz həllini tapır.
Üçüncü fəsil ölkə iqtisadiyyatında kiçik və orta sahibkarlığın inkişafının gücləndirilməsi istiqamətlərini əhatə edir. Belə ki, bu mövzu ətrafında ölkə iqtisadiyyatında kiçik və orta sahibkarlığın inkişafında mövcud olan problemlər və onların aradan qaldırılması yolları, kiçik və orta sahibkarlığın inkişafının dövlət tərəfindən stimulaşması istiqamətləri kimi məsələlər ətraflı şərh olunur.



Yüklə 462,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə