Buraxili ş İ Ş İ Mövzu: Bazar münasibətləri şəraitində kiçik və orta sahibkarlığın inkişafı Məzun



Yüklə 462,86 Kb.
səhifə7/18
tarix19.12.2023
ölçüsü462,86 Kb.
#151020
1   2   3   4   5   6   7   8   9   10   ...   18
referat 1633(1)

Müəssisələrin təsnifatı Cədvəl 1

Sahə mənsubiyyətinə görə müəssisələri nöcləri

Işçilərin sayına görü qruplaşdırma




kiçik

orta

iri

Sənaye

50-dək

50-150

150-dək

Nəqliyyat və rabitə

50-dək

50-100

100-dən çox

tikinti

50-dək

50-100

100-dən çox

Elmi-texniki

30-dək

30-75

75-dən çoc

Ticarət, xidmət dairəsi və s.

25-dək

25-50

50-dən çox

Kiçik sahibkarlığın fəaliyyət dairəsini müxtəlif səbəblərə göre orta və iri müəssisələrin siraət edə bilmədiyi və ya iqtisadi cəhətdən qeyri-əlverişli hesab etdiyi sahələr təşkil edirlər. Ümumiyyətlə kiçik sahibkarlıq sistemi özündə bir neçə sahələri birləşdirir.

  1. Yerli bazar üçün işləyən kiçik həcmli və mövsümi məhsullar istehsal edən müəssisələr, mağazalar, kafelər, atelyelər və s.

  2. Maşınqayırma məhsulları (cihazlar, hissələr, alətlər) istehsal edən müəssisələr.

  3. Orta və iri müəssisələrin yardımçı istehsalı kimi çıxış edən müssisələr.

Kiçik sahibkarlığın inkişsaf etdirilməsi ölkənin inkişafında daha əhəmiyyətli rola malikdir. Ona görə də, bu müəssisələrin sayı getdikcə artır. Bu da işsizlərin işlə təmin olunmasında böyük rol oynayır.
Kiçik müəssisələrin digərlərin nisbətən bir neçə üstün cəhətləri vardır:

  1. Kiçik müəssisələrin yaradılması üçün daha az ilkin kapital tələb olunur.

  2. Kiçik müəssisələr bazardakı dəyişikliklərə daha cəld və çevikdirlər. Buna görə də bu müəssisələr bazardakı dəyişikliklərə daha tez uyğunlaşa və öz fəaliyyətlərini alıcıların tələblərinə uyğun yenidən qua bilirlər.

  3. Kiçik müəssisələr yüksək rentabelliyə malikdirlər, yəni məhsulları daha az istehsal xərcləri hesabına istehsal edə bilirlər. Buna istehsal xərclərinə qənaət etməyə imkan verən bir neçe amillər səbəb olur: bu müəssisələrin dar ixtişaşlaşması, əmək haqqının, inzibati idarəetmə xərclərinin daha aşağı səviyyəsi, işçilərdən, avadanlıqlardan daha tez baş verir.

  4. Kiçik müəssisələrdə kapitalın dövriyyəsi daa tez baş verir.

  5. Kiçik müəssisələr inhisarçılığın məhdudlaşdırılmasında, bazarda rəqabətin yaradılmasında böyük rol oynayırlar.

  6. Kiçik müəssisələr istehsal tullantılardan daha səmərəli istifadə edirlər. Hətta, bəzən iri müəssisələrin tullantıları hesab edilən məhsullar kiçik müəssisələr üçün istehsal texnologiyasının zəruri komponenti rolunu oynayırlar.

  7. Kiçik müəssisələr əsasən yerli bazar üçün işlətdiklərinə görə, nəqliyyat xərcləri azalır. Istehsal və xidmətlərin istehlak sferaına yaxınlaşmasına, yerli xammal, əmək, material ehtiyyatlarının iqtisadi proseslərə cəlb edilməsinə əlverişli şərait yaradır.

  8. Kiçik müəssisələrin müxtəlif səbəblər üzündən öz fəaliyyətini dayandırılması və ya fəaliyyətinin başqa yönəltməsi bazar üçün elə də mənfi təsir etmir.

  9. Kiçik müəssisələrin sahibləri müəssisə iflasa uğradıqda dərin psixoloji gərginliyə məruz qalmirlar.

Bu saydığımız müsbət cəhətlərlə kiçik müəssisələrin cəətləri də vardır. Məsələn, iqtisadi cəhətdən müstəqil olan kiçik sahibkarların əsasən fərdi fəaliyyəti onlar üçün bir sıra probləmlər yaradır. Çünki, əslində bu müstəqillik həm prinsip, həm də təcrübi fəaliyyətdə yaşamaq uğrunda mübarizədən ibarətdir. Kiçik sahibkarlıq daima yüksək rəqabət şəraitində fəaliyyət göstərirlər. Kapital tutmlu texniki vəzifələrin həyata keçirilməsi, kənardan investisiyaların əldə edilməsi, zəruri informasiyaların alınması, ixtisaslı menecerlərin cəlb edilməsi, işçilərin sosial cəhətdən mühavizəsi, və s. sahələrdə kiçik müəssisələrin imkanların iri müəssisələrə nisbətən məhdud olur.
Iqtisadiyyatın inkişafında iri sahibkarlığın rolu da danılmazdır. Iri korporasiyalar və onların birlikləri hər şeydən əvvəl texnoloji tərəqqini, iqtisadi artımı, və əhalinin sosial müdafiəsini təmin edirlər. Iqtisadiyyatın elmtutumlu, infrakstruktur və hasilat sahələrində onların mövqeləri daha böyükdür. Çünki, belə sahələrdə kiçik və orta sahibkarlıq fəaliyyət göstərə bilmir. Bunu əsasən sənaye sahələrinə kiçik və orta sahibkarlıq fəaliyyət göstərə bilmir. Bunu əsasən sənaye sahələrinə aid etmək olar. Iri sahibkarlıq fəaliyyəti ilə məşğul olan müəssisələrin sayı az olsa da, məşğul olduğu fəaliyyət sahəsində hegemonluğu öz əllərində saxlayırlar. Məsələn, ABŞ-da iri korporasiyalar bütün sənate firmalarının təqribən beşdə birini təşkil etsələr də, ölkənin bütövlükdə sənaye məhsulunun 90% -ni istehsal edir. Iri müəssisələr adətən kütləvi və sabit çeşidli məhsul istehsal edirlər.
Iri müəssisələr də bir sıra özünəməxsus cəhətləri vardır:

  1. Qabaqcıl texnika və texnologiyadan geniş istifadə;

  2. Kapitalın yüksək təmərküzləşməsi və mərkəzləşməsi.

  3. Güclü istehsal bazası; formalaşmış informasıya sistemi, sabit təsərrüfat əlaqələri, xarici bazarda etibarlı nüfuz.

  4. Geniş maliyyə imkanları.

  5. Daha uzun dövrü əhatə edən fəaliyyət.

  6. Bazar deyişikliklərinə uzun müdət müqavimət göstərə bilmə imkanları.

  7. Fəaliyyətinin geniş surətdə reklam imkanı, yüksək dəyərli elmi-tədqiqat işləri aparması və s.

Sahibkarlıq fəaliyyətinin növləri sahibkarın fəaliyətinin əsas sferasını müəyyən edirlər. Sahibkarlıq fəaliyyətinin növləri aşağıdakılardır:
-İstehsal sahibkarlığı
-Kommersiya sahibkarlığı
-Maliyyə sahibkarlığı
-Konsultativ sahibkarlıq.
Bunu aşağıdakı cədvəl vasitəsilə əyani görmək olar.



Yüklə 462,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə