ƏĢkan Ģahları dövründə Azərbaycanda və onunla qonĢu əyalətlərdə dağınıq halda olan
"Avesta" bölmələri toplanmıĢ, bu kitab yenidən bərpa edilmiĢdir. Bu iĢ Sasanlıların ilk
hakimiyyət illərində də davam etdirilmiĢdir. Sasanlı Ģahı II ġapur (379-cu ildə ölüb) möbidan-
möbid (kahinlər kahini) Azərbüd Ġspənd oğluna tapĢırmıĢdır ki, "Avesta"nı tam təkmilləĢdirib
yenidən redaktə etsin. Bu iĢ baĢa çatanda II ġapur ZərdüĢt dinini rəsmi dövlət dini elan
etmiĢdir. Azərbaycan (Azərbüd) toplayıb tərtib və redaktə etdiyi "Avesta", dediyimiz kimi
onaqədərki "Avesta"nın dörddə biridir və bu zamana gəlib çatan da onun təhrif edilmiĢ
Ģəklidir. Bu "Avesta" beĢ bölməyə ayrılır:
1.
Yasna
2.
Vispered
3.
Vendidad
4.
YəĢt
5.
Xorde Avesta/Xurtak Apastak (Xırda-Kiçik Avesta)
Yasna
yetmiĢ iki (72) bölmədən ibarətdir, onun yalnız bir bölməsi
Qatalar
adlanır. Dünyada
tanınmıĢ
zərdüĢtlükĢünaslar
və
avestaĢünaslar
birgə fikrə - sonuca gələrək bildirirlər ki, yalnız
bu Qatalar və bir sıra Vəndidad ZərdüĢtün əsəridir və "Avesta"nın ən əski bölmələridir. Biz
hörmətli oxucunun buna ayrıca diqqət yetirməsini istəyirik: çünki söyləyəcəyimiz fikrin önəmli
xətlərindən biri budur və çox həssas bir çıxıĢ nöqtəsidir. Belə ki, görkəmli Azərbaycan
dahisi ZərdüĢt dünyada ilk təkallahlıq din sistemini yaradan bəĢər dühalarından
olmuĢdur. Min-min yazıqlar olsun ki, fars əfsanəçi, Ģahçı, əfsunçu zehniyyatı təktanrılı
zərdüĢtlük dinini elə bir hala salmıĢdır ki, bu din sonradan ya ikiyaradanlı, ya da çoxallahlı din
kimi qəbul edilmiĢdir. Bu, Ģovinist və əfsanəçi, nağılçı fars zehniyyat və niyyətinin Azərbaycan
türk xalqına vurduğu ilk ölümcül yaralardan biridir!
Türk, ərəb, rus, fransız, fars, dəri pəhləvi dillərinin kamil bilicisi olan Azərbaycan alimi Ġsmayıl
ġəms ("Avesta"nın Qatalarını incələyərək, müqayisəli tarix - məntiq metoduna və fəlsəfi
prinsiplərə dayanaraq, çox haqlı olaraq,
zərdüĢtlüyün təktanrılı din olduğunu əsaslı
sübut etmiĢdir
. Ġsmayıl xoca yazır: "ZərdüĢt çoxallahlığın əleyhinə çıxaraq Ahuramazdanı
yeganə Yaradan, Xaliq bilmiĢdir…
Məhəmməd peyğəmbərdən sonra bəzi din xadimləri ZərdüĢt dinini ikiallahlı kimi baĢa
düĢmüĢlər. Onlar Ahuramazda ilə Əhriməni, Xeyirlə ġəri bir-birinə qarĢı qoyaraq, ayrı-ayrı
varlıq hesab etmiĢlər…
ZərdüĢtün Qatalarda dediklərini məntiq və fəlsəfə prinsipləri ilə dərindən təhlil etdikdə bu
nəzəriyyələrin düzgün olmadığı meydana çıxır" (Bax: Avesta, I kitab. Bakı,1995, s.28).
ZərdüĢtlük dini üç böyük əsas üzərində qurulmuĢdur: Uğurlu DüĢüncə, Uğurlu
Söz, Uğurlu ĠĢ. Bir sıra alimlər bu üç əsası bütün dinlərin ana prinsipi sayırlar. Biz də bu
fikirdəyik. Bir məsələni də gözdən qaçırmayaq ki, bunları tarixdə ilk dəfə ZərdüĢt demiĢdir.
ZərdüĢt Tanrıya
Ahura
,
Mazda
, ya da bir yerdə
Ahura Mazda
,
Mazda Ahura
deyə müraciət
edir. Qataların birində ZərdüĢt Tanrıya belə müraciət edir:
"Ey Mazda, mən öz düĢüncəmlə
(yəni Uğurlu DüĢüncə ilə - Ə.E.) dərk etdim ki, varlığın ilki də, sonu da sənsən. Səni öz
gözümlə gördükdə baĢa düĢdüm ki, ən düzgün, ən doğru hakim sənsən, dünyadakı iĢlər
haqqında ən ədalətli hökm verən sənsən!"
Doğrudan doğruya soruĢuruq: bu müraciət təktanrılıq deyilmi? BaĢqa bir yerdə deyir:
"Ey
Mazda, həm hökmdarlıq, həm də qüdrət sənin əlindədir"
. BaĢqa bir yerdə ZərdüĢt deyir:
"Ey
Ahura, bunu səndən soruĢuram, mənə düzgün söylə. Səninlə dininə çağırılmıĢ adamlar
dindarlıq baxımından ona necə yanaĢacaqlar? Ey Mazda, bu iĢ üçün Sənin tərəfindən ilk
seçilmiĢ adam mənəm!"
Bu Qatadan aydındır ki, ZərdüĢt bu dini öz dini adlandırmamıĢ, onu
Tanrının dini
adlandırmıĢ
və bu dini yönəltmək üçün
Tanrı-Ahura Mazda ZərdüĢtü peyğəmbər seçmiĢdir
. Bəhs
etdiyimiz mövzunun böyük uzmanları bu dini həm
mazdeizm
, həm də
zərdüĢtlük
, ya da
ZərdüĢt dini
adlandırır, bir çox halda biri obirini rədd edir. Bu yuxarıda gətirdiyim misaldan və
daha baĢqa misallardan aydın olur ki, ZərdüĢt Tanrıya (Mazda, Ahura, Ahura-Mazda)
müraciət etmiĢ və bu dini
Tanrının dini
kimi qəbul etmiĢdir. Ona görə də bu dinə
mazdaizm
(mazdailik),
ahuraizm
(ahuralıq),
ahuramazdailik
demək heç də yanlıĢ deyil və bu dinin
ZərdüĢtün adı ilə adlanması doğrudur. Bu, bütün dinlərə də aiddir. Məsələn, islam dininə
peyğəmbərin adı ilə bağlı "məhəmmədiyyə" də deyilir. Ġbrahim peyğəmbərin yaydığı dinə
"hənəfiyyə" deyildiyi kimi "ibraniyyə" də deyilir və bu kimi baĢqalarına da (məs., isavilik,
musavilik və b.).
Yuxarıda gətirdiyimiz misallardan aydın olur ki,
mazdailik (zərdüĢtlük)
ilk yaranıĢında təktanrılı
din olmuĢ, sonradan təhrif edilərək ikiallahlı din donuna geydirilmiĢdi. Nəticədə belə
alınmıĢdır: dünyanın - yaradılıĢın (varlığın) iki baĢlanğıcı var: Xeyir və ġər. Xeyir Allahı
Mazdadır - Hörmüzddür, Ģər Allahı Əhrimandır (Əhliman).
Sorğu doğa bilər: nə olsun ki, parslar təktanrılı bir dini ikitanrılı dinə çevirmiĢlər? Bundan
farslar, türklər, bəĢəriyyət nə itirmiĢdir? Birmənalı cavab verək ki, çox-çox Ģeylər itirmiĢdir.
Birincisi
, bir daha qeyd edək ki,
bəĢəriyyət mifdən çoxallahlığa, çoxallahlıqdan
azallahlığa, azallahlıqdan üç və ikiallahlığa və onlardan da təkallahlığa doğru
bəĢəriyyət böyük əzablı bir yol keçərək öz təfəkkürünü, dünyagörüĢünü
kamilləĢdirmiĢdir.
Bundan geriyə qayıtmaq tərəqqi deyil, irticadır, geriləmək və bəĢər
inkiĢafına maneçilikdir və çox-çox heyiflər olsun ki, bu maneçilik min illərdir davam edir. Bu
dediklərimiz artıq dünya düĢüncə tarixində, tarixin fəlsəfəsində danılmaz, heç cür inkar
edilməz bir həqiqətdir.
Məsələnin
ikinci
yönü:
mif, din və bilim (elm)
- hər üçü ayrı-ayrılıqda dünyagörüĢü,
dünyabaxĢıdır, aralarında iliĢkilərin olmasına baxmayaraq, bir-biri ilə müəyyən ziddiyyət,
inkar, rəqabət və mübarizədədirlər. Mifik təfəkkür
bilim
təfəkkürünə qarĢı daha düĢmən
mövqedə dayanır, demək olar ki, əks qütbü təĢkil edir. Din düĢüncəsi
bilimə
mifik
düĢüncədən az mane olur. Bu açıdan da
dindən mifə
qayıtmaq
bilimin
(elmin) inkiĢafına,
bilim
təfəkkürünün gəliĢməsinə mane olmaq deməkdir. Ġnsan oğlu mifdən dinə, dindən
bilimə
yürümüĢdür. Dindən mifə qayıtmaq
bilimdən
inkar deməkdir,
bilimə
gedən yoldan geri
dönmək deməkdir.
Dostları ilə paylaş: |