ƏN KƏSƏ YOL
Bir zamanlar quzeydə Dərbənddən güneydə Həmədan əyalətinə, doğuda Xəzərdən batıda
Göyçə gölünün batı əyalətlərinədək olan torpaqlarda yerləĢmiĢ qüdrətli Böyük Azərbaycan
XIX yüzilin birinci rübündə Rusiya imperiyasının 2 dəfə, üst-üstə götürdükdə 11 il davam
edən qanlı müharibələri nəticəsində əvvəl 2 hissəyə, sonralar bir neçə hissəyə parçalandı. Elə
bununla da Böyük Azərbaycanın 187 il davam edən faciəsi baĢlandı. Azərbaycan torpaqları
hərrac bazarına qoyuldu. Kim istədi satdı, kim istədi aldı, kim istədi bağıĢladı. Bütün bu dövr
ərzində Azərbaycan xalqı amansız qırğınlara məruz qaldı. Torpaqlarımız vaxtı ilə Türkiyə, Ġran,
Ərəbistan, Hindistan və Balkan bazarlarında girlənən erməni fırıldaqçılarına satıldı, hədiyyə
verildi.
Ġranın, Rusiyanın kölə və yarımköləsinə çevrilmiĢ xalqımız bütün bu tarix boyu çabaladı,
çalıĢdı, irəliləmək üçün deyil, yalnız və yalnız öz varlığını qoruyub saxlamaq uğrunda vuruĢdu.
Bu ölkədən o ölkəyə, o ölkədən bu ölkəyə qaçqın getdi, yurdda vuruĢanlar dağlara qaçaq
düĢdü, 100 il boyu Azərbaycanı qaçaq hərəkatı bürüdü. Yabançı
generallar, sərdarlar baĢlarını
Azərbaycanda qoydular.
Səttar xan, Qaçaq Nəbi, ġeyx Məhəmməd Xiyabani, Məhəmmədəmin
Rəsulzadə
kimi yüzlərcə Azərbaycan mücahidi xalqın azadlığı uğrunda çarpıĢdı. Bəli, müasir
dövrün görkəmli filosof tarixçisi, tatar
Qumilyov
demiĢkən, əgər hər hansı bir etnos (xalq)
bilə-bilə zaman-zaman öz arasından insanlar ayırıb öz varlığı üçün qurban verirsə, deməli, o
etnosa ölüm yoxdur! Mübarizə xoĢbəxt azadlıq uğrunda deyil, yaranan, tarixdə özünü
təsdiqlədən və dünyaya təqdim edən bir xalqın yaĢayıb-yaĢamaması uğrunda mübarizəsi idi.
1918-1920-ci illərdə Azərbaycan xalqı ölüm təhlükəsini aradan qaldırıb özünü tarixdə bir daha
təsdiqlətdi. Güneydə
Xiyabani
hərəkatı, Quzeydə
Azərbaycan Xalq Cümhuriyyəti
Azərbaycanı
Yeni dünyaya tanıtdı. Hamımızın bildiyi kimi, bu dövr çox çəkmədi… Rusiyada çarlıq
imperiyasının yeni varisi - qırmızı Sovet imperiyası yarandı. Ġlk illərində bu imperiya hələ zəif
olduğundan, Azərbaycanın quzeyindəki demokratik dövləti yıxdı, ancaq özünün də hələ zəif
olmasından dolayı, həmin demokratik dövlətin yerində hər hansı bir dövlət qurumunu
saxlamağa məcbur idi. Sonra bu dövlət qurumu
Azərbaycan Sovet Sosialist Respublikası
oldu.
20-ci ildən sonra Azərbaycanın güneyində Xiyabani hərəkatını boğdular. Ġranda Azərbaycan
sülaləsi olan Qacarlar devrildi, yerinə fars-Pəhləvi sülaləsi hakimiyyətə gəldi. Azərbaycan
xalqının (o taylı-bu taylı) yeni faciə dövrü baĢlandı. Qətllər, talanlar, qırğınlar ara vermədi…
Azərbaycanın quzeyindəki Sovet respublikası Azərbaycan xalqını əzmək alətinə çevrildi.
Belə bir fikir var və bu fikri son vaxtlar daha tez-tez eĢitmək olur; bu təqribən belə səslənir:
hər bir xalqın dövləti özünə layiqdir. Bunu belə Ģərh edirlər ki, guya bizim də dövlətimiz
özümüzə-xalqımıza uyğundur. Bu, tamamilə yanlıĢ düĢüncədir. Bu fikir özünü əslində harada
doğruldur? Bizim öyrəndiyimiz anlayıĢlarla desək, xalq - bazis özünün üstqurumlarından birini
- dövlət qurumunu yaratmalıdır. Əgər bu qurumu yaradırsa, sözsüz ki, bazisin tələbi və istəyi
əsasında yaranır və bu quruma həmin xalq, yaxud bu xalqa həmin qurum layiq olur, hər ikisi
bir-birini təmsil edir. Bu fikirlə razılaĢmamaq olmaz. Deməli, söz azad xalqdan gedir, öz
üstqurumunu yaratmaqda müstəqil olan bazisdən gedir. Əgər hər hansı bir xalq qanlı terror
və iĢğal nəticəsində özündən qat-qat güclü olan hər hansı bir imperiyanın köləsinə,
müstəmləkəsinə çevrilirsə, bu vaxt imperiya da onu istədiyi kimi əzmək, istismar etmək üçün
oyuncaq dövlət qurumu yaradırsa, deməli, bu qurum xalqın arzusu əsasında yaranmır və onu
təmsil etməyə layiq deyil!
Hətta böyük dövlətlərin əzdiyi xalqlar üzərində qurulan dövlət qurumları da müxtəlif olur.
Ġkinci dünya müharibəsində Amerika, Ġngiltərə, Sovet Ġttifaqı Avropanın ən güclü xalqlarından
biri olan almanları darmadağın etdilər. Almaniyanın böyük bir
hissəsində Amerika, Ġngiltərə və