Bu beytlərdən aydın olur ki, Firdovsinin yaĢadığı dövrdə bu yalan bir həqiqət kimi "dillərdə
gəzirmiĢ". Burada ikinci bir mətləbə baxaq: Bunu kim demiĢ, kim yazmıĢ? - "qədim dövr
tarixini
izləyən". Mifin necə tarixləĢdirildiyini görürsünüz və Firdovsi qabaqcadan əsərinin
baĢlarında yazırdı ki, "Mənim sözlərimdə tapılmaz yalan, nə əfsun, nə əfsanə, inan!", ancaq
"ġahnamə" baĢdan ayağa əfsun, əfsanə və yalanlardan, saxtalıqlardan, boĢ tərif və
yaltaqlıqdan ibarətdir. Sultan Mahmud Qəznəvi tarixdə məlum, görkəmli Ģəxsiyyət, istedadlı
sərkərdə, özü bilikli olduğu kimi, elmə, biliyə, Ģerə, sənətə çox böyük qiymət vermiĢ, elm və
mədəniyyət hamisi kimi tarixdə tanınmıĢdır. Ancaq tarixi Ģəxsiyyət olan Mahmud Qəznəvi
Firdovsinin "vəsf" adı altında yaltaqlanıb, saxtalaĢdırdığı Mahmuddan çox fərqlidir. Firdovsi
yazır:
Bu, Hindistanın Ģanlı sultanıdır,
Bu, Rumun qızıl taclı xaqanıdır.
Ədalətlə vermiĢ cahana bəzək,
GünəĢdir onun tacı, təxti fələk.
Bəlli olduğu kimi, Sultan Mahmud Hindistana 17 kərə hücum edib, oranı hakimiyyəti altına
alıb, ancaq o nəinki Ruma (Bizansa), hətta Azərbaycana belə gəlib çatmayıb, daha doğrusu
hücum etməyib və heç bir zaman da Rum (Bizans) ona hər hansı bir Ģəkildə tabe olmayıb.
Bizə elə gəlir ki, Firdovsi Rumun (Bizansın) harada yerləĢdiyini də dəqiq bilmirmiĢ, çünki o,
"ġahnamə"nin baĢqa bir yerində belə yazır:
Salınca nəzər Ģah, Səlm oğluna:
Halaldır, -dedi, -Rumu-Xavər ona,
Buyurdu: -Götürsün qoĢun, durmadan
ġahənĢah kimi ġərqə olsun rəvan.
Burada göstərildiyi kimi, Fəridun Ģah guya dünyanın ĢahənĢahıdır. O, dünyanı üç oğlu
arasında üç yerə bölür. Rumu-Xavəri böyük oğlu Səlmə verir, Ġranzəmində ortaya göndərir.
Onda Səlm Ġrandan çıxanda ġərqə yox, Qərbə getməli idi.
Sultan Mahmudu "vəsf" edən Ģair yazır:
Çinə, KəĢmirə, Hində
bir sal nəzər,
Bütün padiĢahlar ona baĢ əyər.
Firdovsi yalanın gözünə doğrunu qatıb zəhərli yalanı Ģəkər kimi savadsız və az savadlı
oxucusuna yedizdirir. Bu, doğrudan-doğruya insanlıq qarĢısında cinayətdən baĢqa bir Ģey
deyildir. Çin imperatorunun XI yüzildə Sultan Mahmuda baĢ əyməsi, Firdovsinin yalanından,
gopundan və yaltaqlığından doğan fantaziyası, əfsanəsidir. Öz yaĢadığı dövrün tarixini,
Ģəxsiyyətlərini əfsanələĢdirən bir Ģairin qədim qaranlıq tarixləri necə mifləĢdirəcəyi apaydındır.
Fars Ģovinizmi həmiĢə Allahı və dinləri xalqla Ģahlar arasında bir alətə, vasitəyə çevirmiĢdir.
Nə yazıq ki, bu, islam dininə münasibətdə də belə olmuĢdur. Firdovsi bunu bir hikmət, bir
fars atalar sözü kimi qələmə almıĢdır:
O istər görə xalqı allahpərəst,
Çünki allahpərəstlər olar Ģahpərəst.
Deməli xalqa dini, Allahı ona görə öyrədir, təbliğ edirlər ki, xalq bu yolla sonucda "Ģahpərəst"
olsun. Dindən və Allahdan amac budur. Görəsən, Ulu Tanrı bu iyrənc məqsədləri
bağıĢlayacaqmı? Axı belə olmaz! ġah dinə xidmət etməlidir, din Ģaha yox!