Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə70/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   ...   66   67   68   69   70   71   72   73   ...   82

Məsihdə azadlıq addımları 
231
edirəm  və  Rəbbim,  indi  Səndən  xahiş  edirəm  ki, 
ürəyimi  və  ağlımı  korlamış  bütün  qürur  formalarını 
yadıma salasan. İsanın adı ilə, amin. 
(Həv. İş. 10:34; 2 Kor. 5:16-ya baxın.)
Rəbbin sizin yadınıza saldığı ürəyinizdə olan hər bir tərəfkeşlik 
və ayrı-seçkilik üçün səmimi qəlbdən aşağıdakı duanı edin:
Mən (qrupun adını söyləyin) qarşı etdiyim qürur-
lu  ayrı-seçkilik  günahını  etiraf  edib  inkar  və  rədd 
edirəm.  Rəbbim,  məni  bağışladığına  görə  çox  sağ  ol 
və indi Səndən ürəyimi dəyişməyini və məni (qrupun 
adını söyləyin) ilə barışığın sevən vasitəçisi etməyini 
xahiş edirəm. İsanın adı ilə, amin. 
6
-cı addım: Əsarət əvəzinə azadlıq
Çox vaxt biz «günah et — tövbə et – günah et — tövbə et» 
olan dəhşətli çevrədə ilişib qalırıq və bunun sonu görünmür. Biz 
çox ruhdan düşə bilərik, tabe olub cismani təbiətin günahlarına 
təslim  ola  bilərik.  Azadlıq  tapmaq  üçün  biz  Yaqub  4:7-yə  əməl 
etməliyik: «Buna görə də Allaha tabe olun. İblisə qarşı durun və 
o, sizdən qaçacaq.» Biz Allaha günahı etiraf edib tövbə etməklə 
(günahdan üz döndərməklə) tabe ola bilərik. Biz şeytanın yalanla-
rını rədd etməklə ona qarşı dururuq. Bundan başqa, biz həqiqətə 
görə  həyat  sürürük  və  Allahın  keçdiyi  bütün  zireh  və  silahlara 
bürünürük (Efes. 6:10-20-ə baxın). 
Vərdişə çevrilmiş günah çox vaxt Məsihdə olan etibarlı bacı və 
ya qardaşdan kömək tələb edir. Yaqub 5:16-da yazılır: «Beləliklə, 
günahlarınızı bir-birinizə etiraf edin və bir-biriniz üçün dua edin 
ki,  sağalasınız.  Saleh  adamın  duası  çox  güclü  və  təsirlidir».  1 
Yəhya  1:9-da  olan  vəd  bizə  kömək  edir:  «Amma  günahlarımızı 
etiraf ediriksə, Allah sadiq və ədalətli olduğu üçün günahlarımızı 
bağışlayacaq və bizi hər haqsızlıqdan təmizləyəcək».


232
Buxovları qıran
Yadda saxlayın, etiraf etmək «mən üzr istəyirəm» demək deyil; 
bu,  açıq-aşkar  «mən  bunu  etdim»  deməkdir.  Başqa  adamlardan 
kömək lazım gəldikdə və ya nurda gəzmək üçün Allah qarşısında 
cavabdeh olmaq lazım gəldikdə aşağıdakı duanı ucadan edin:
Əziz  göylərdə  olan  Atam,  Sən  mənə  Rəbb  İsa 
Məsihə  bürünməyi  və  cismani  təbiətin  ehtiraslarına 
uymamağı söyləmisən. Mən etiraf edirəm ki, canıma 
qarşı  mübarizə  aparan  cismani  ehtiraslara  təslim 
olmuşam.  Məsihdə  günahlarım  artıq  bağışlandığına 
görə Sənə minnətdaram, amma mən Sənin müqəddəs 
qanununu  pozmuşam  və  bədənimdə  mübarizə  apar-
ması  üçün  şeytana  imkan  vermişəm.  İndi  mən  cis-
mani təbiətin bu günahlarını etiraf edirəm və onları 
rədd etmək üçün Sənin yanına gəlirəm ki, təmizlənim 
və günahın əsarətindən azad olum. İndi etdiyim cis-
mani təbiətin bütün günahlarını və Müqəddəs Ruhu 
kədərləndirdiyim  yerləri  yadıma  salmağını  xahiş 
edirəm. İsanın müqəddəs adı ilə dua edirəm. Amin. 
(Sül. məs. 28:13; Roma. 6:12, 13; 13:14;  
2 Kor. 4:2; 1 Peter 2:11; 5:8-ə baxın.) 
Bizi idarə edə bilən cismani təbiətin günahları çoxdur. Aşağıda-
kı siyahı onların bir çoxundan ibarətdir, amma Mark 7:20-23, Qal. 
5:19-21,  Efes.  4:25-31və  Kəlamın  başqa  hissələrini  dua  edərək 
nəzərdən keçirmək daha dəqiq olmaqda sizə kömək edəcək. Aşa-
ğıdakı siyahıya və indicə sadalanmış ayələrə baxın və Müqəddəs 
Ruhdan etiraf etməli olduğunuz günahları yadınıza salmasını xa-
hiş edin. O, başqa günahları da yadınıza sala bilər. Rəbbin sizə 
göstərdiyi hər bir günah üçün ürəkdən etiraf duasını edin. Siya-
hıdan sonra sadə dua var (Qeyd: cinsi günahlar, boşanma, qida-
lanma pozğunluqları, spirtli içki və narkotik maddələrdən istifadə, 
abort, sui-qəsd meyilləri və tələbkarlıq bu addımda bir az sonra 
müzakirə ediləcək. Daha çox yardım bu və ya digər sahələrdə tam 
şəfa və azadlıq tapmaqda zəruri ola bilər.).


Məsihdə azadlıq addımları 
233

Oğurlamaq

Mübahisə etmək/savaşmaq

Paxıllıq/həsəd

Şikayətlənmək/tənqid

Şəhvətli hərəkətlər

Qeybət/dedi-qodu

Söyüş söymək

Süstlük/tənbəllik

Yalan danışmaq

Nifrət

Hirs

Şəhvətli düşüncələr

Sərxoşluq

Aldatmaq

Süründürməçilik

Xəsislik/maddi şeyləri yığmağa can atmaq

Başqaları:
Rəbbim, mən (günahın adı) etdiyimi etiraf edirəm. 
Məni bağışladığına və pak elədiyinə görə çox sağ ol. 
İndi mən bu günahdan üz döndərirəm. Rəbbim, üzümü 
Sənə tərəf çevirirəm. Sənə itaət etmək üçün Müqəddəs 
Ruhunla məni möhkəmləndir. İsanın adı ilə, amin. 
Bədənimizdən əxlaqsız tərzdə istifadə etmək 
Günahın  bədənlərimizi  idarə  etməsinə  yol  verməmək  bizim  ca-
vabdehliyimizdir.  Biz  öz  bədənimizi  və  ya  başqasının  bədənini 
haqsızlıq aləti kimi istifadə etməməliyik (Roma. 6:12, 13). Cinsi 
əxlaqsızlıq bədənimizə, Müqəddəs Ruhun məbədinə qarşı edilən 
günahdır  (1  Kor.  6:18,  19).  Bu  duanı  etməklə  cinsi  əsarətdən 
azadlıq tapmağa başlayın:
Rəbbim, bədənimdən haqsızlıq aləti kimi istifadə et-
diyim hər bir cinsi günahı yadıma salmağını Səndən 


234
Buxovları qıran
xahiş edirəm ki, indi onları inkar və rədd edə bilim. 
İsanın adı ilə dua edirəm. Amin. 
Bədəninizdən  hər  cür  səhv  cinsi  məqsədlə  istifadə  etdiyiniz, 
sizə  edilən  (zorlama,  uşaq  olarkən  cinsi  sataşma)  və  ya  sizin 
tərəfinizdə  edilən  (pornoqrafiya,  masturbasiya,  zina)  günahları 
Rəbb yadınıza saldıqca bir-bir inkar və rədd edin:
Rəbbim,  mən  (bu  günahda  iştirak  edən  qarşı 
tərəfin adını söyləyin) ilə (bədəninizdən istifadə et-
diyiniz  hər  bir  günahın  adını  söyləyin)  görə  inkar 
edirəm. Mən (adı) ilə bu günahlı bağlılığın qırılması-
nı Səndən xahiş edirəm. 
Hər bir günah üçün bu duanı etdikdən sonra belə dua etməklə 
bədəninizi Rəbbə həsr edin:
Rəbbim,  bədənimdən  haqsızlıq  aləti  kimi  istifadə 
etdiyim bütün bu halları inkar və rədd edirəm, eləcə 
də, hər bir könüllü iştirakımı etiraf edirəm. Mən indi 
gözlərimi,  ağzımı,  ağlımı,  ürəyimi,  əllərimi,  ayaqla-
rımı və cinsi orqanlarımı salehlik alətləri kimi Sənə 
təqdim  edirəm.  Mən  bütün  bədənimi  diri,  müqəddəs 
və Səni razı salan qurban kimi Sənə təqdim edirəm. 
Mən  bədənimdən  cinsi  istifadəni  yalnız  nikah  üçün 
saxlamağa qərar verirəm. 
Mən bədənimin keçmiş cinsi günahlarım nəticəsində 
Sənin  üçün  təmiz  olmadığını,  çirkli  olduğunu  və  ya 
qeyri-məqbul  olduğunu  söyləyən  şeytanın  yalanını 
rədd  edirəm.  Rəbbim,  məni  tamamilə  təmizlədiyinə, 
bağışladığına  və  necə  varamsa,  eləcə  sevdiyinə  və 
qəbul  etdiyinə  görə  çox  sağ  ol.  Ona  görə  də  mən 
indi  Sənin  gözlərində  təmiz  olduğu  kimi  özümü  və 
bədənimi qəbul edirəm. Amin. 
(İbr. 13:4-ə baxın.)


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə