Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə73/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   ...   69   70   71   72   73   74   75   76   ...   82

Məsihdə azadlıq addımları 
241
(Qalat. 3:13-ə baxın.) 
Dua
Əziz  göylərdə  olan  Atam,  mən  Rəbb  İsa  Məsihin 
qanı ilə köləlikdən satın alınmış övladın kimi yanına 
gəlirəm. Sən kainatın və həyatımın Rəbbisən. Mən öz 
bədənimi diri və müqəddəs bir qurban, salehlik aləti 
kimi Sənə təslim edirəm ki, bədənimdə izzətlənəsən. 
İndi  Səndən  məni  Müqəddəs  Ruh  ilə  doldurmağını 
xahiş edirəm. Mənim üçün Sənin iradənin yaxşı, razı 
salan və kamil olduğunu sübut etməyə görə ağlımın 
yeniləşməsinə  qərar  verirəm.  Bütün  bunları  dirilmiş 
Rəbb İsa Məsihin adı və səlahiyyəti ilə dua edirəm. 
Amin. 
A
zadlığınızı əldə saxlamaq
Bu  yeddi  addımdan  keçməklə  Məsihdə  azadlıq  tapdıqdan 
bir  neçə  saat,  gün,  hətta  həftədən  sonra  ağlınızda  nəzarəti  ələ 
keçirməyə  çalışan  şeytani  təsirlər  tərəfindən  sizə  hücumlar  ola 
bilər.  Amma  onlara  yer  verməmək  mümkündür.  Allah  qarşısın-
da itaətkarlıqla gəzməkdə davam etsəniz, siz şeytana qarşı dura 
biləcəksiniz və o da sizdən qaçacaq (Yaqub 4:7). 
Milçəklər zibilliyə cəlb olunduğu kimi, şeytan da günaha cəlb 
olunur.  Əgər  zibillikdən  azad  olsanız,  milçəklər  iyli  yerlərə  qa-
çıb gedəcəklər. Eyni üsulla, bütün günahları etiraf edərək və sizi 
incidənləri bağışlayaraq həqiqətə görə həyat sürün, onda şeytanın 
sizin həyatınızda iş görməsi üçün yer olmayacaq. 
Bir qələbənin çalınması döyüşlərin sona yetməsi demək deyil. 
Azadlıq  əldə  saxlanılmalıdır.  Bu  azadlıq  addımlarını  bitirən  və 
sevinclə dolu olan bir qadın məndən: «Görəsən mən həmişə belə 
olacağam?»  —  deyə,  soruşdu.  Mən  ona  söylədim  ki,  o,  Allah 
ilə düzgün münasibətdə qaldıqca azadlıqda yaşayacaq. «Hətta siz 
büdrəyib yıxılsanız da» — deyə, mən onu ruhlandırdım — «siz 
Allah ilə düzgün münasibəti necə bərpa etməyi bilirsiniz.» 


242
Buxovları qıran
Dəhşətli qəddarlığın qurbanı olan bir şəxs mənimlə bu hekayəni 
bölüşdü:
Bu, öz evimdə qəddar düşmənlə oyun oynamağa va-
dar edilməyə bənzəyir. Mən oyunu uduzmaqda davam 
edirdim və oyunu dayandırmaq istəyirdim, amma qəddar 
düşmən  məni  qoymurdu.  Nəhayət,  mən  polis  (İsanı) 
çağırdım  və  o  gəlib  düşməni  bayıra  çıxardı.  Düşmən 
yenidən  içəriyə  daxil  olmaq  üçün  qapını  döydü,  amma 
bu dəfə mən onun səsini tanıdım və onu içəriyə burax-
madım.
Bu hekayə Məsihdə azadlıq əldə etməyin və onu saxlamağın 
necə də gözəl təsviridir! Biz bütün səlahiyyətləri olan İsanı çağı-
rırıq və O, canımızın düşmənini həyatlarımızdan bayıra çıxarır. 
Azadlığınızı əlinizdə necə saxlamalı
Siz azadlığınızı əlinizdə saxlamalısınız. Biz bunu kifayət qədər 
vurğulaya bilmərik. Siz davam edən müharibədə vacib bir döyüşdə 
qalib gəlmisiniz. Siz həqiqəti seçməkdə və Rəbbin gücündə möhkəm 
dayanmaqda  davam  etdikcə  azadlıq  sizin  əlinizdə  qalacaq.  Əgər 
inandığınız  yalanlardan  agah  olsanız,  onları  inkar  və  rədd  edin, 
eləcə də həqiqəti seçin. Əgər yeni, ağrılı xatirələr üzə çıxarsa, sizi 
incidənləri bağışlayın. Əgər Rəbb həyatınızda olan başqa günahları 
göstərirsə,  tez  onları  etiraf  edin.  Allahın  göstərdiyi  şeyləri  həll 
etməkdə bu vasitə sizə daimi bələdçi kimi xidmət edə bilər. Bəzi 
insanlar «Məsihdə azadlıq addımları»ndan yenidən keçməyi fayda-
lı hesab edirlər. Siz bu addımlardan yenidən keçərkən təlimatları 
diqqətlə oxuyun. 
Sizin böyüməyiniz və ruhlanmağınız üçün biz sizə əlavə olaraq 
bu  kitabları  tövsiyə  edirik:  «Qaranlıq  üzərində  qələbə»  (və  ya 
gənclər  üçün  versiya,  «Stomping  Out  the  Darkness»  –  «Qa-
ranlığı  tapdalamaq»),  «Walking  in  Freedom»  –  «Azadlıqda 
gəzmək» (21 günlük əlavə dərs) və «Living Free in Christ» – 


Məsihdə azadlıq addımları 
243
«Məsihdə azad yaşamaq». Məsihdə azadlığı əldə saxlamaq üçün 
biz sizə aşağıdakıları da ciddi tövsiyə edirik. 
1.  Sevən, qayğınıza qalan, Allahın həqiqətinin lütf ilə öyrədildiyi, 
başqaları ilə açıq və səmimi ola bildiyiniz məbədə qoşulun. 
2.  Gündəlik Kəlam oxuyun və üzərində fikirləşin. «Məsihdə azad-
lıq  addımları»ndan  aparıcı  ayələri  əzbərləyin.  Siz  «Həqiqət 
bəyanatlarını» (2-ci addıma baxın) gündəlik oxuya və xatırla-
nan ayələri tədqiq edə bilərsiniz. 
3.  Hər bir düşüncəni əsir edib Məsihə itaət etdirməyi öyrənin. 
Düşündüyünüz  şeylərə  görə  məsuliyyət  daşıyın.  Ağlınızın 
süstləşməsinə imkan verməyin. Bütün yalanları rədd edin, fik-
rinizi  həqiqətdə  cəmləməyə  qərar  verin  və  Məsihdə  Allahın 
övladı olduğunuz həqiqi kimliyinizdə möhkəm dayanın. 
4.  Keçmiş düşüncə, hiss və hərəkət tərzlərinizə qayıtmayın. Əgər 
ruhən  və  əqlən  tənbəlləşsəniz,  bu,  asanlıqla  baş  verə  bilər. 
Əgər həqiqətə görə həyat sürmək sizin üçün çətin gələrsə, si-
zin üçün dua edəcək və möhkəm qalmaqda sizi ruhlandıracaq 
etibarlı dostunuzla çətinliklərinizi açıqcasına bölüşün. 
5.  Amma  başqa  insanların  sizin  döyüşünüzü  aparacağını 
gözləməyin. Onlar sizə kömək edə bilər, amma onlar düşünə, 
dua  edə,  Müqəddəs  Kitabı  oxuya  və  ya  həqiqəti  sizin  üçün 
seçə bilməz. 
6.  Özünüzü gündəlik duaya həsr edin. Dua Allaha etibar edən və 
Ondan asılı olan həyatı nümayiş etdirir. Sizə lazım gələn vaxt-
da aşağıdakı duaları imanla edə bilərsiniz. Qoy sözlər yalnız 
dodaqlarınızdan deyil, ürəyinizdən də gəlsin və onlara özünüz 
istədiyiniz sözləri əlavə edə bilərsiniz. 
Gündəlik dua və bəyanat
Əziz  göylərdə  olan  Atam,  mən  Səni  Rəbbim  kimi 
izzətləndirirəm və hörmət edirəm. Sən bütün şeylərə 
nəzarət  edirsən.  Həmişə  mənimlə  olduğuna  və 
heç  vaxt  atmadığına  və  tərk  etmədiyinə  görə  Sənə 
minnətdaram. Bütün güc-qüvvətə malik olan və müd-


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə