Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə71/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   ...   67   68   69   70   71   72   73   74   ...   82

Məsihdə azadlıq addımları 
235
Xüsusi ehtiyaclar üçün xüsusi dualar
Boşanma 
Rəbbim,  boşanma  prosesimdə  oynadığım  hər  bir 
rolumu (Rəbdən rolunuzu göstərməsini xahiş edin) 
Sənə  etiraf  edirəm.  Bağışladığına  görə  çox  sağ  ol 
və mən özümü də bağışlayıram. Mən indi bu yalanı, 
yəni  «kimliyimin  boşanmış  adam»  olduğunu  inkar 
edirəm. Mən Allahın övladıyam və boşanmaya görə 
ikinci  dərəcəli  məsihçi  olduğumu  söyləyən  yalanı 
inkar  edirəm.  Mənim  dəyərsiz,  sevilməyən  olduğu-
mu və həyatımın boş və mənasız olduğunu söyləyən 
yalanı  inkar  edirəm.  Məni  olduğum  kimi  sevən 
və  qəbul  edən  Məsihdə  tamamlanmışam.  Rəbbim, 
məni  incidənləri  bağışlamağa  qərar  verdiyim  kimi 
həyatımda olan bütün ağrılara şəfa verməyini Sənə 
tapşırıram. Mən eləcə də gələcəyimi Sənin əllərinə 
verirəm və etibar edirəm ki, məbədinlə və əgər iradən 
olarsa,  həyat  yoldaşı  ilə  etməli  olduğum  yoldaşlı-
ğı təmin edəcəksən. Mən bütün bunları Xilaskarım, 
Rəbbim  və  yaxın  dostum  İsanın  şəfa  verən  adı  ilə 
dua edirəm. Amin. 
Homoseksuallıq
Rəbbim,  mən  bu  yalanı,  yəni  Sənin  məni  və  ya 
başqasını  homoseksual  olmaq  üçün  yaratdığını  in-
kar və rədd edirəm, eləcə də homoseksual ünsiyyəti 
Kəlamında  aydın  şəkildə  qadağan  etməyinlə  ra-
zılaşıram.  Mən  özümü  Allahın  övladı  kimi  qəbul 
edirəm  və  məni  kişi  (qadın)  yaratdığına  görə  Sənə 
minnətdaram.  Mən  bütün  homoseksual  düşüncələri, 
istəkləri, sürüklənmələri və hərəkətləri inkar və rədd 
edirəm  və  ünsiyyətlərimi  pozmaq  üçün  şeytanın  bu 
şeylərdən istifadə etdiyi bütün vasitələri ləğv edirəm. 
Mən qarşı cinsdən və öz cinsimdən olan şəxslə Sənin 


236
Buxovları qıran
nəzərdə  tutduğun  tərzdə  ünsiyyət  qurmaq  üçün 
Məsihdə azad olduğumu bəyan edirəm. İsanın adı ilə, 
amin. 
Abort
Rəbbim,  mən  etiraf  edirəm  ki,  Mənə  etibar  etdi-
yin həyatı düzgün qaydada mühafizə etməmişəm və 
qorumamışam  və  bu  günahdır.  Bağışladığına  görə 
mən  özümü  bağışlaya  bilərəm.  Bunun  üçün  Sənə 
minnətdaram.  Mən  bilirəm  ki,  uşaq  əbədilik  Sənin 
qayğıkeş əllərindədir. İsanın adı ilə, amin. 
Sui-qəsd meyilləri
Rəbbim,  bütün  sui-qəsd  düşüncələrini,  həyatımı 
və ya özümü zədələmək üçün etdiyim bütün cəhdləri 
inkar  və  rədd  edirəm.  Mən  bu  yalanı,  yəni  həyatın 
ümidsiz  olduğunu  və  həyatımı  sona  yetirməklə  sülh 
və azadlıq tapa biləcəyimi inkar və rədd edirəm. Şey-
tan oğrudur, oğurlamağa, öldürməyə və tələf etməyə 
gəlir. Mənə həyat vermək üçün gələn və onu bol verən 
Məsihdə  həyatı  seçirəm.  Özümü  bağışlamağa  imkan 
verən  bağışlama  hərəkətinə  görə  çox  sağ  ol.  Mən 
Məsihdə həmişə ümid etməyi seçirəm. İsanın adı ilə 
dua edirəm. Amin. 
(Yəhya 10:10-a baxın.) 
Həddən artıq istəmək və tələbkarlıq
Rəbbim,  mən  bu  yalanı,  yəni  dəyərimin  yerinə 
yetirmək bacarığımdan asılı olduğunu inkar edirəm. 
Mən  kimliyimi  və  dəyərimi  Sənin  övladın  olmaqda 
görürəm  və  bunu  bəyan  edirəm.  Mən  başqa  insan-
lardan  bəyənilmə  və  qəbuledilmə  gözlədiyimi  inkar 
və  rədd  edirəm,  Məsihin  ölümü  və  dirilməsinə  görə 
artıq  bəyənildiyimə  və  qəbul  edildiyimə  inanıram. 
Mən  salehliklə  edilən  əməllərə  görə  deyil,  Sənin 


Məsihdə azadlıq addımları 
237
mərhəmətinlə xilas olduğuma inanıram. Məsih mənim 
uğrumda  lənətləndiyinə  görə  artıq  qanunun  lənəti 
altında  olmadığıma  inanıram.  Mən  Məsihdə  əvəzi 
ödənilməyən həyat hədiyyəsini qəbul edirəm və Onda 
qalmağa qərar verirəm. Mən qanun altında yaşamaq-
la kamil olmaq üçün səylərimi inkar və rədd edirəm. 
Göylərdə olan Atam, mən Sənin lütfünlə qərar verirəm 
ki,  bu  gündən  etibarən  Kəlamda  göstərilən  həqiqətə 
uyğun  olaraq,  Müqəddəs  Ruhun  gücünə  imanla  ad-
dımlayacağam. İsanın adı ilə, amin. 
Qidalanma pozğunluqları və ya özünə zərər yetirmək 
Rəbbim,  mən  bu  yalanı,  yəni  dəyərimin 
görünüşümdən və ya hərəkətlərimdən asılı olduğunu 
inkar  və  rədd  edirəm.  Mən  özümü  nəzarətdə  saxla-
maq,  görünüşümü  dəyişdirmək  və  ya  şərdən  özümü 
təmizləmək məqsədilə özümü kəsdiyimi və ya özümə 
zərər  yetirdiyimi,  özümü  qusdurduğumu,  işlətmə 
dərmanlarından  istifadə  etdiyimi  və  ya  özümü  ac 
saxladığımı inkar və rədd edirəm. Yalnız İsa Məsihin 
qanının günahdan məni təmizlədiyini bəyan edirəm. 
Mən çox baha qiymətə satın alındığımı və Müqəddəs 
Ruhun  məbədi  olan  bədənimin  Allaha  məxsus  oldu-
ğunu  dərk  edirəm.  Ona  görə  də  bədənimdə  Allahı 
izzətləndirməyə  qərar  verirəm.  Mən  bu  yalanı,  yəni 
pis olduğumu və ya bədənimin hansısa bir hissəsinin 
pis  olduğunu  inkar  və  rədd  edirəm.  Necə  varamsa, 
eləcə  Məsihdə  məni  qəbul  etdiyinə  görə  çox  sağ  ol. 
İsanın adı ilə dua edirəm. Amin. 
Spirtli içki və narkotik maddələrdən istifadə  
Rəbbim,  mən  etiraf  edirəm  ki,  həzz  almaq, 
həqiqətdən qaçmaq və ya çətin problemlərdən uzaq-
laşmaq məqsədilə spirtli içki, tütün, yemək, reseptlə 
verilən  dərmanlar,  narkotik  maddələrdən  sui-


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə