Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə72/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   ...   68   69   70   71   72   73   74   75   ...   82

238
Buxovları qıran
istifadə etmişəm. Mən etiraf edirəm ki, bədənimdən 
sui-istifadə  etmişəm  və  ziyanlı  vasitə  ilə  ağlı-
mı  proqramlaşdırmışam.  Mən  eləcə  də  Müqəddəs 
Ruhu  söndürmüşəm.  Məni  bağışladığına  görə  çox 
sağ  ol.  Mənim  yeməkdən  və  ya  spirtli  içkilərdən, 
dərmanlardan,  narkotik  maddələrdən  sui-istifadə 
etməyimlə həyatımda yaranan hər bir şeytani əlaqəni 
və ya təsiri inkar və rədd edirəm. Bütün qayğı yükü-
mü qayğıma qalan Məsihə ötürürəm. Mən artıq belə 
maddələrə  təslim  olmayacağıma,  əksinə,  Müqəddəs 
Ruhun məni idarə etməsinə və gücləndirməsinə yol 
açacağıma qərar verirəm. İsanın adı ilə, amin. 
Sizə məlum olan bütün günahları etiraf etdikdən sonra bu duanı 
edin: 
Rəbbim, mən indi bu günahları Sənə etiraf edirəm 
və Rəbb İsa Məsihin qanı vasitəsilə bağışlanmanı və 
təmizlənməni qəbul edirəm. Mənim günahda könüllü 
iştirakıma görə murdar ruhların ürəyimdə əldə etdiyi 
hər bir yeri mənimsəyirəm. Mən bunu Rəbbim və Xi-
laskarım, İsa Məsihin gözəl adı ilə dua edirəm. Amin. 
7
-ci addım: Lənətlərin əvəzinə xeyir-dualar
Azadlıq üçün növbəti addım əcdadlarınızın günahlarını, eləcə də 
aldanmış insanlar, yaxud qruplar tərəfindən sizə edilən lənətləri 
inkar və rədd etməkdir. Allah On Əmri verərkən demişdi: 
Özün üçün heç bir oyma büt, nə yuxarıda – səmada 
və  ya  aşağıda  –  yerdə,  nə  də  yerdən  aşağıya  yığılan 
sulardakı  şeylərin  heç  birinin  surətini  düzəltmə.  Belə 
şeylərə  səcdə  qılaraq  ibadət  etmə.  Çünki  Mən,  sənin 
Allahın Rəbb, qısqanc Allaham. Mənə nifrət edən atala-


Məsihdə azadlıq addımları 
239
rın cəzasını üç-dörd nəslə qədər övladlarına çəkdirərəm. 
Məni  sevib  əmrlərimə  əməl  edənlərin  isə  minlərlə 
nəslinə məhəbbət göstərərəm (Çıxış 20: 4-6). 
Əgər əcdadlarınızın günahlarını inkar və rədd etməsəniz, həm 
də  Məsihdə  yeni  ruhani  mirasa  sahib  olmasanız,  günahlar  bir 
nəsildən o biri nəslə ötürülə bilər. Siz hansısa bir əcdadınızın gü-
nahına görə təqsirkar deyilsiniz, amma onların günahları şeytanın 
sizə hücum etməsinə imkan verə bilər.
Dünyaya  günah  girdiyinə  görə  siz  genetik  olaraq  müəyyən 
gücə  və  ya  zəifliyə  meyillisiniz  və  böyüdüyünüz  fiziki  və  ruha-
ni atmosfer sizə təsir göstərir. Bu hallar imkan yarada bilər ki, 
insan  hansısa  bir  günaha  meyil  etsin.  Aşağıdakı  duanı  etməklə 
Rəbdən ailənizin səciyyəvi xüsusiyyəti olan xüsusi günahları sizə 
göstərməsini xahiş edin:
Əziz göylərdə olan Atam, ailəm vasitəsilə ötürülən 
bütün  əcdadlarımın  günahlarını  indi  yadıma  sal-
mağını Səndən xahiş edirəm. Mən həmin təsirlərdən 
azad  olmaq  istəyirəm  və  Allahın  övladı  kimi  yeni 
kimliyimdə gəzmək istəyirəm. İsanın adı ilə, amin. 
Rəbb ailənizin günahlarını yadınıza saldıqca onları aşağıda qeyd 
edin. Bu addımda az sonra siz onları inkar və rədd edəcəksiniz. 
  1. .........................................................................................
  2. .........................................................................................
  3. .........................................................................................
  4. .........................................................................................
  5. .........................................................................................
  6. .........................................................................................
  7. .........................................................................................
  8. .........................................................................................


240
Buxovları qıran
  9. .........................................................................................
10. .........................................................................................
Əcdadlarınızın günahlarından, sizə qarşı tuşlanmış lənətlərdən, 
eləcə də sizə göndərilən murdar ruhlardan azad bir halda gəzmək 
üçün  aşağıdakı  bəyanatı  ucadan  oxuyun  və  növbəti  duanı  uca-
dan edin. Yadda saxlayın, belə fəaliyyətə qarşı dayanmağınız üçün 
Məsihdə sizə lazım olacaq bütün səlahiyyətlər və müdafiə var.
Bəyanat
Mən  indi  əcdadlarımın  bütün  günahlarını  rədd 
edirəm  və  inkar  edirəm.  Mən  xüsusilə  (Rəbbin  si-
zin yadınıza saldığı ailə günahını burada söyləyin) 
günahlarını  inkar  və  rədd  edirəm.  İndi  zülmət 
hakimiyyətindən xilas olub Allah Oğlunun Padşahlı-
ğına köçürülmüş biri kimi ailəmdən mənə ötürülən bü-
tün şeytani əməlləri ləğv edirəm. İsa Məsihlə çarmıxa 
çəkilmiş və dirilmiş, eləcə də göylərdə Onunla birlikdə 
oturan  biri  kimi  mənə  və  xidmətimə  doğru  verilən 
bütün  şeytani  tapşırıqları  inkar  və  rədd  edirəm. 
Mən şeytanın və onun işçilərinin mənə etdikləri hər 
bir lənəti ləğv edirəm. Mən şeytana və onun bütün 
qüvvələrinə  bəyan  edirəm  ki,  Məsih  çarmıxda  gü-
nahlarıma görə öləndə mənim üçün lənətləndi. Mən 
şeytanın mənə sahiblik etməkdə iddia etdiyi hər bir 
şeyi  rədd  edirəm.  Mən  Öz  qanı  ilə  məni  satın  al-
mış Rəbb İsa Məsihə məxsusam. Mən şeytanın mənə 
sahiblik  etməkdə  iddia  edə  bildiyi  bütün  qan  qur-
banlarını  rədd  edirəm.  Mən  özümü  bütünlüklə  və 
əbədi olaraq Rəbb İsa Məsihə verirəm və həsr edirəm. 
Məsihdə  olan  səlahiyyətim  ilə  mənə  təsir  edən  hər 
bir  murdar  ruha  və  Rəbb  İsanın  hər  bir  düşməninə 
hüzurumdan çıxıb getməyi əmr edirəm. Mən Allahın 
iradəsini  yerinə  yetirmək  üçün  bu  gündən  etibarən 
özümü göylərdə olan Atama həsr edirəm. 


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə