C fiziki şəxsin işəgötürənlə bağlanmış əmək müqaviləsi üzrə işçi öz əmək qabiliyyətinin realizəsi ilə bağlı işin yerinə yetirilməsi zamanı



Yüklə 402,03 Kb.
Pdf görüntüsü
səhifə10/15
tarix24.02.2018
ölçüsü402,03 Kb.
#27802
1   ...   7   8   9   10   11   12   13   14   15

b)  ola bilər 

c)  ancaq məhkəmənin qərarı ilə ola bilər 

d)  dövlət Əmək Müfəttişliyinin qərarından asılıdır  

e)  ola da bilər, olmaya da 

153  Əmək müqaviləsi bağlanılarkən işçidən aşağıdakı sənədlər tələb olunmur?   

a)  hərbi bilet, ailə tərkibi barədə arayış və pensiya vərəqəsi 

b)  şəxsiyyəti təsdiq edən sənəd  

c)  əmək kitabçası 

d)  dövlət sosial sığorta şəhadətnaməsi 

e)  pensiya vəsiqəsi  

154  Əmək kitabçası təqdim edilmədən kimlərlə əmək müqaviləsi bağlanıla bilər?   



a)  məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan, 

habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan 

işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə  

b)  məcburi köçkün statusu olanlarla  

c)  məcburi köçkün və onlara bərabər tutulan şəxslərlə 

d)  qaçqın statusu olanlarla 

155  Əmək müqaviləsi nə vaxt qüvvəyə minir?     

a)  əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, tərəflərin imzaladığı 

gündən 

b)  ertəsi gün 

c)  imzalandığı gün  

d)  təsdiq olunduğu gün  

e)  əmək müqaviləsində müəyyənləşdirildiyi gün  

156  Sınaq müddətinə daxil edilmir?    



a)  işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı 

saxlanılmaqla işdə olmadığı dövrlər  

b)  işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrlər  

c)  işçinin iş yeri saxlanılmaqla işdə olduğu dövrlər  

d)  işçinin orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər  




e)  işçinin iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər 

157  Dövlət qulluğu haqqında AR-nın Qanununa əsasən stajı əmək müqaviləsi 

bağlayıb dövlət qulluğuna qəbul edilərkən sınaq müddəti hansı müddətə müəyyən 

edilir? 


a)  6 ay müddətinə 

b)  3 ay müddətinə  

c)  4 ay müddətinə  

d)  5 ay müddətinə 

e)  7 ay müddətinə  

158  Əmək müqaviləsi bağlanılarkən sınaq müddəti müəyyən edilmir?   



a)  məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan 

şəxslərə 

b)  yaşı 18-dən az olan şəxslərə 

c)  müsabiqə yolu ilə vəzifəni tutanlarla  

d)  hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını 

təkbaşına böyüdən kişilərə 

e)  təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi)üzrə ilk dəfə işə götürən şəxslərə 

159  Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə AR ƏM 

hansı maddəsi ilə xitam verilir?   

 

a)  AR ƏM-in 70-ci maddəsinin «d» bəndi ilə  

b)  AR ƏM-in 68-ci maddəsinin birinci hissəsinin «d» bənd ilə  

c)  AR ƏM-in 69-cu maddəsinin birinci hissəsi ilə  

d)  AR ƏM-in 70-ci maddəsinin «a» bəndi ilə  

e)  AR ƏM-in 70-ci maddəsinin «ç» bəndi ilə  

160  Əmək şəraitinin şərtlərinin pisləşməsinə səbəb olan dəyişikliklər aparılarkən 

işəgötürən bu barədə hansı müvafiq icra hakimiyyəti orqanına rəsmi məlumat 

verməlidir?   

 

a)  Baş Məşğulluq İdarəsi və onun yerli orqanlarına  

b)  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına  

c)  Azərbaycan Respublikasının Milli Məclisinə 



d)  Azərbaycan Respublikası Nazirlər Kabinetinə 

e)  Dövlət Əmək Müfəttişliyinə  

161  Əmək funksiyasının həcmi işəgötürən tərəfindən müəyyən edilə bilərmi?   

 

a)  edilə bilər 

b)  edilə bilməz  

c)  yuxarı orqanın qərarı olduqda edilə bilər  

d)  həmkarlar ittifaqı təşkilatı ilə birgə edilə bilər  

e)  yalnız Dövlət Əmək Müfəttişliyinin icazəsi olduğu təqdirdə edilə bilər 

 162 Əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilərmi?  

a)  AR ƏM-də müəyyən olunmuş hallar istisna edilməklə, dəyişdirilə bilməz 

b)  dəyişdirilə bilər 

c)  dəyişdirilə bilər də, bilməz də  

d)  AR ƏM-də müəyyən olunmuş hallar istisna edilməklə, dəyişdirilə bilər  

e)  işəgötürənin mülahizəsindən asılıdır  

163  İş vaxtı ərzində əvəzçilik üzrə işləmək üçün işəgötürənin razılığı tələb 

edilirmi?   

a)  tələb edilir  

b)  tələb edilmir  

c)  işəgötürənin mülahizəsindən asılıdır  

d)  məhkəmə qərarından asılıdır 

e)  dövlət əmək müfəttişliyinin qərarından asılıdır 

164  Müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına 

yol verilirmi?   

 

a)  ancaq tərəflərin razılığı ilə  

b)  ancaq işçinin razılığı ilə 

c)  ancaq işəgötürənin razılığı ilə  

d)  ancaq işəgötürənin və həmkarlar ittifaqı təşkilatının razılığı ilə  

e)  yalnız Dövlət Əmək Müfəttişliyinin razılığı ilə mümkündür  

165  Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə....   

 

a)  tərəflərin razılığı ilə yol verilir  




b)  yol verilmir  

c)  işəgötürənin razılığı ilə yol verilir  

d)  işəgötürənin və həmkarlar ittifaqı təşkilatının razılığı ilə yol verilir 

e)  ancaq işçinin xahişi və işəgötürənin razılığı ilə yol verilir  

166  Aşağıdakı hansı işçilərin attestasiyası keçirilə bilər?   

 

a)  şəkərli diabet xəstəliyinə tutulmuş işçilər  

b)  hamilə qadınların 

c)  vətən müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət 

(yaralanma, travma, kontuziya)almış və əlil olmuş işçilər 

d)  bir vəzifədə (peşədə)beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın 

statusu olan işçilər  

e)  yaşı 18-dən az olan işçilər  

167  İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən əmək 

müqaviləsini ləğv etməzdən əvvəl işçini hansı müddətə rəsmi xəbərdar etməlidir?   



a)  ən azı iki ay əvvəl  

b)  ən azı bir həftə əvvəl 

c)  ən azı iki həftə əvvəl  

d)  ən azı bir ay əvvəl  

e)  ən azı üç ay əvvəl  

168  Müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar əmək müqaviləsinə 

xitam verildikdə işəgötürən işçiyə hansı miqdarda müavinət ödəyir?    

a)  orta aylıq əmək haqqının azı üç misli miqdarında 

b)  ödənilmir  

c)  işəgötürənin mülahizəsindən asılıdır  

d)  həmkarlar ittifaqı təşkilatının razılığı ilə bir aylıq orta əmək haqqı miqdarında 

ödənilir  

e)  orta əmək haqqının azı iki misli miqdarında  

169  İşçinin peşəkarlıq səviyyəsini kim müəyyən edir?   

a)  AR-sı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  

b)  Məhkəmə ekspertiza mərkəzi  




Yüklə 402,03 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə