62
Sinir sisteminin
zədələnməsi.
Zəiflik
Zəiflik,
adinamiya,
əsəbilik, üşütmə, titrəmə,
baş ağrısı, baş gicəllənmə,
huşun itməsi.
Kəskin zəiflik, apatiya,
anoreksiya.
Yuxu
pozğunluğu baş ağrısı,
qıcol-malar,
bəzən
hıçqırma.
Periferik qan.
Elə bir dəyişiklik
olmur.
Mülayim leykositoz və
sola meyil-lik.
Leykositoz
12-
15*10 V mkl Mütləq və
nisbi
ney-trofılyoz.
Kəskin sola meyillik,
hətta cavan formalı
elementlərin meydana
çıxması. Neytrofıllərin
toksi-ki
dənəvərliyi
EÇS-in sürətlənməsi.
Yoğun bağırsağın dis-
tal şöbəsinin selikli
qişasında dəyişikliklər.
Diffuz kataral
iltihab. Nöqtə
şəklində tək-tək
hemorragiya və
eroziyalar.
Diffuz kataral iltihab.
Hemorragiy-alar,
eroziyalar və xoralar
şəklində
ocaqlı
dəyişikliklərin
olması
xarak-dir.
Diffuz kataral iltihab.
Eroziya və xoralar
şəklində
ocaqlı
dəyişikliklərin
aşkar
edilməsi mütləq
göstəricidir.
Qastroenteritik variant- kliniki gedişinə görə qastroentero-kolitik variantı
xatırladır. Yalnız bu zaman kolitik əlamətlər qeyd edilmir. Yoğun bağırsaqda olan dəyişikliklər
zəif olur. Əsas əlamətlər qastroenterit və su-suzlaşma ilə xarakterizə olunur. Kliniki olaraq qida
toksikoinfeksiyasına oxşadığından differensasiya etmək çox çətinlik törədir.
Silinmiş gediş- kliniki əlamətləri zəif büruzə verir. 1-2 dəfə sıyığa bənzər
defekasiya, qarında qısa müddətli diskomfort, diqqətli müayinədə bəzən S-vari bağırsağın
gərginləşməsi və ağrılı olması müəyyən edilir. RRS-də kataral proktosiqmoidit, mikroskopiyada
nəcisdə selik və leykositlər aşkar edilir.
Subklinik forma- heç bir klinik əlamət olmur. Bakterioloji müayinə müsbət olur.
Seroloji reaksiyalarda antitellərin titrinin yüksəlməsi qeyd edilir.
Uzun sürən forma- yüngül gedişlərdə əlamətlər 2 həftədən, orta ağır 3 həftədən,
ağır gedişlərdə isə 4 həftədən artıq davam edərsə uzun sürən forma hesab edilir, 3 aya qədər çəkir.
Səbəbi pəhrizin pozulması, alkoqoldan istifadə, düzgün olmayan müalicə, immun sistemin
pozğunluqları ola bilər.
Xroniki dizente riya - xəstəlik 3 aydan artıq davam edərsə xroniki hesab edilir.
Kəskin dizenteriya 2-5% hallarda xroniki gediş ala bilər. Baxmayaraq ki, xroniki dizenteriyanın
səbəbləri kifayət qədər öyrənilməmişdir, bununla belə təkrari yoluxma, törədicinin növü,
immunoloji statusun aşağı olması, disbakterioz, qidalanmanın pis olması, yanaşı gedən xəstəliklər,
müalicənin düzgün aparılmaması və s. xronikiləşməni şərtləndirən amillər hesab edilir.
Xroniki dizenteriyanın 2 forması ayırd edilir: residiv verən və fasiləsiz.
downloaded from KitabYurdu.org
63
Residiv verən formaya daha tez-tez rast gəlinir. Remissiya və residivlərin
növləşməsi ilə xarakterizə olunur. Residivlərin, remissiya dövrlərinin davam etmə müddəti
müxtəlif olur və kliniki gedişində yoğun bağırsağın distal şöbəsinin zədələnməsi əlamətləri
üstünlük təşkil edir. Bununla bərabər diqqətli müayinələr patoloji prosesə mədənin, nazik
bağırsaqların, mədəaltı vəzin, hepatob-liar sistemin zədələnməsinin də qoşulduğunu göstərə bilər.
Residivlərin klinikası kəskin dizenteriyanm yüngül və orta ağır formasına oxşar gedir.
Lakin burada bağırsaq pozğunluğu ön plana çıxır, öz müddəti, inadcıllığı ilə seçilir, intoksikasiya
əlamətləri bir elə büruzə vermir.
Mərkəzi sinir sistemi də zərər çəkir. Xəstələr əsəbi olur, tez hirslənir, iş
qabiliyyətləri aşağı düşür, yuxu pozulur, tez-tez baş ağrıları olur. Bir sıra hallarda vegetativ
pozğunluqlar (vaqotoniya əlamətləri) qeyd edilir.
Residivlər arası dövrlərdə xəstələrin vəziyyəti kafi olur, iş qabiliyyəti saxlanılır.
Bununla belə bağırsağın funksional pozğunluqları qalır - defekasiya dayanıqsız olur. Həzm və
sorulma proseslərinin pozulması qeyd edilir. Çox yedikdə, yaxşı hazırlanmamış, qeyri-adi - adət
edilməyən qidalar qısa müddətli bağırsaq pozğunluqlarına səbəb olur. Bir sıra qida maddələrinin
(süd, alma, üzüm, kobud bitki mənşəli qidalar, şirniyyat və s.) qəbulu pis təsir göstərir. Qarında
diskomfort hissi olur. Bunlar xəstəyə mənfi təsir edib, psixiemosional gərginlik yaradır.
Defekasiyanm tezləşməsi hətta fiziki gərginlikdən - işdən, güclü İıəyacandan, qida rejiminin
pozulmasından belə ola bilər.
RRS-də düz və S-vari bağırsağın selikli qişasında polimorf dəyişikliklər qeyd
edilir. Kəskinləşmələr zamanı kəskin dizenteriyanı xatırladır. Bununla bərabər ayrı-ayrı sahələrdə
intensivlik eyni olmur. Selikli qişanın kəskin hipe-remiyalı sahələri ilə avazımış sahələr
növbələşir. Üzülmüş, boş olur, asanlıqla yaralanır.
Fasiləsiz formada remissiya dövrü olmur. Xəstəlik daima proqresssivləşə-rək
xəstənin vəziyyətini pisləşdirir. Ona görə də bu formada proqnoz pisdir.
B akt er iy agə z dir ənlik - kəskin dizenteriyadan sağalmışlarda 3 aydan artıq
davam edən bakteriya ifraz etmə rekonvalessent bakteriyagəz-dirənlik adlanır. Bu zaman heç bir
klinik əlamət olmur. Rekteromonosko-piyada iltihabi prosesin qalıq əlamətləri qeyd edilə bilər.
Qan zərdabında spesifik antitellər diaqnostik titrdə təyin olunur.
Bakteriyagəzdirənlik aşkar edilən gündən 3 ay əvvəl ki, dövrdə heç bir klinik
əlamət, bağırsaq disfunksiyası, intoksikasiya əlamətləri qeyd edilməmişdirsə bu subkliııik
bakteriyagəzdirənlik hesab edilir. Bu zaman RRS-də dəyişikliklər qeyd edilmir. Seroloji
reaksiyaların nəticələri mənfi olur. 90% hallarda subklinik bakteriyagəzdirənlik qısa müddətli olur.
Ağırlaşmaları. Mümkün olan ağırlaşmadan İTŞ və qarışıq (infek-sion-toksik,
dehidratasion şok), İTE-nı, bağırsaq deşilməsini, sfmkterdə çatı, hemorroyun kəskinləşməsini,
xoraların çapıqlaşması nəticəsində ola biləcək hissəvi və ya tam bağırsaq keçməməzliyini,
bağırsaq qanaxmasını, düz bağırsağın düşməsini, disbakteriozu, kollapsı və s. göstərmək olar.
II-li infeksiyanın qoşulması nəticəsində inkişaf edən infeksiyalar - pnev-moniya,
qalxan urogenital infeksiyalar və s.-də qeyd edilməlidir.
Bağırsağın toksiki dilatasiyası, mezenterial damarların trombozu da rast gəlinə
bilər.
downloaded from KitabYurdu.org