C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə38/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   34   35   36   37   38   39   40   41   ...   207

79 

 

temperaturu normal olur. Su-duz mübadiləsinin pozulması, toxuma hipoksiyası, asidozun inkişafı 



ilə süd turşusunun toplanması nəticəsində baldır, çeynəmə əzələlərində, ayaq və barmaqlarda tək-

tək, qısa müddətli qıcolmalar meydana çıxır. Qanın elektrolit tərkibindəki dəyişdiklər daimi olmur, 

keçici  xarakter  daşıyır.  Tez-tez hipokaliemiya,  hipoxloremiya  müşahidə  edilir.  Kompensə 

olunmuş  metabolilc asidoz  qeyd  olunur.  Xəstəlik  4-5  gün  davam  edir.  Bir  sıra  hallarda 

xəstələr müalicəsiz belə sağalır. 

Ağır  forma -  III  dərəcəli  dehidratasiya,  susuzlaşma  bədən  çəkisinin  6-9%-ni 

təşkil edir. Xəstələrin vaxtında müalicəsi aparılmadıqda bir neçə saat müddətində inkişaf edir. 8-

10% hallarda qeyd edilir. İlk saatlardan çox kütləli, tək-rari ishal (1 dəfəyə 1,5 litr maye itirilir) və 

qusmalar nəticəsində kəskin susuzlaşma əlamətləri meydana çıxır. Dəri, selikli qişalarda quruluq 

şiddətlənir,  dözülməz  yanğı  olur.  Dərinin  turqoru  aşağı  düşür.  Dəridə  yaradılan  büküşlər  uzun 

müddət düzəlmir, vəba üçün xarakterik olan şəkil alır, sifətin cizgiləri dərinləşir, gözlər çuxura 

düşür, dodaqlarda, burunda, qulaq seyvanında, barmaqlarında sianoz qeyd edilir. Barmaqlarında 

dərinin qırışması - paltar yuyan əli, bədəndə əzələ relyefinin aydın nəzərə çarpması olur. Ətrafların 

və qarının əzələlərində ağrılı qıcolmalar meydana çıxır, xəstəlik inkişaf etdikcə tək-tək müşahidə 

edilən bu klonik qıcolmalar tezləşir və hətta toniki qıcolmalara keçir. Qarının palpasiyasında güclü 

qurultular, bağırsaqlarda maye köçürülməsi - şırıltılar eşidilir, palpasiya ağrısız olur. Qaraciyər, 

dalaq  böyümür.  Nəbz tezləşir,  dolğunluğu  zəif  olur  -  sapvari,  110-120  vurğuya  çatır,  ürək 

tonları karlaşır, A/T proqressiv olaraq düşür. 90 mm.c.s-dan aşağı enir, əvvəl maksimal, sonra isə 

minimal  nəbz  təzyiqi  düşür.  Səs  xırıltılı  olur,  hətta  afoniya qeyd  edilir.  Toxumalarda  oksigen 

çatmamazlığı, asidoz, hipokalemiya dərinləşir, hipovolemiya, hipoksiya və elekrolitlərin itirilməsi 

nəticəsində  böyrək yumaqcıqlarında  süzülmə  zəifləyir,  oliqouriya  və  ya  anuriya  baş  verir. 

Qanın nisbi  sıxlığı  1030-1035,  hemotokrit  indeksi  0,55-0,65-ə  çatır.  Metabolilc 

asidoz, hipokaliemiya, hipoxloremiya dərinləşir, kompensator hipernatriemiya və hətta azotemiya 

belə  meydana  çıxa  bilər.  Hipovolemiyanın  bu  cür  kəskin yayılır.  Umumi  tonik  qıcolmalar 

nəticəsində xəstə müxtəlif vəziyyətlər - «dö-yüşçü», «boksçu» vəziyyətləri alır. Qarın içəri batnuş, 

gərgin  olur.  Palpasiyada qarının  düz  əzələlərinin  qıcolma  yığılmaları  müəyyən  olunur.  Yüngül 

palpa-siya belə ağrılı qıcolmaların güclənməsinə, xəstənin narahatlığına səbəb olur. Diafraqmanın 

qıcolması  nəticəsində  xəstədə  aramsız, əzabverici  hıçqırma olur. Adətən  sidik  ifrazı  tam 

dayanır, anuriya  baş  verir. Xəstə  can  verir.  Yuxululuq sopora  keçir,  sonra  isə  koma  baş  verir. 

Huşun pozulması tənəffüs pozğunluğu ilə eyni vaxta düşür, tənəffüs tezləşmiş, səthi olur, sonra 

pataloji  -  Çeyn-Stoks, Biot  tipli  tənəffüs  qeyd  edilir.  Bu  formanın  davam  etmə  müddəti  bir 

neçə saatdan bir neçə günədək ola bilər. Vaxtında intensiv müalicə aparılmadıqda xəstə tələf olur, 

letallıq 60%-ə çatır. 

olmasına  baxmayaraq  vaxtında  aparılan  məqsədyönlü  müalicə  nəticəsində  1-3  gün  ərzində 

orqanizmdə baş vermiş bütün pozğunluqlar bərpa olunur. 



Çox  ağır  forma - vəba  algidi  - susuzlaşma  bədən  çəkisinin  10%-dən  çoxunu 

təşkil  edir,  12%-ə  çatır, dehidralasion  şok baş  verir.  Belə  hal  xəstələrin 8-10%-də  müşahidə 

olunur. Ağır hallarda dehidratasion şok xəstəliyin ilk 12 saat ərzində inkişaf edir. Sürətli inkişafı, 

fasiləsiz ishal və qusma olması ilə fərqlənir. Xəstənin vəziyyəti dayanmadan pisləşir. 

downloaded from KitabYurdu.org



80 

 

Algid vəziyyətdə mədə və bağırsaq əzələlərinin parezi ilə əlaqədar ishal və qusma 

dayanır.  Qarının  ön  divarından  basdıqda  möhtəviyyat  bağırsaqdan sərbəst  olaraq  axır.  Qusma 

hıçqırma ilə əvəz olunur. Qeyd etmək lazımdır ki, ishal və qusma aparılan rehidratasiya fonunda 

və ya ondan sonra yenidən başlaya bilər. Dəri torpaq, kül rəngi alır, total sianoz olur. Çox vaxt 

burnun ucu,  qulaq  seyvanı,  dodaqlar,  göz  qapaqlarının  kənarları  bənövşəyi-qara  rəng alır.  Üz 

cizgiləri  daha  da  dərinləşir,  gözlərin  ətrafında  tünd  göy  həlqə  - eynək simptomu meydana  çıxır. 

Gözlər çuxura düşmüş, baxışlar bir nöqtəyə dikilmiş olur. Sklera bulanıq olur. Bəbəklər  yuxarı 

dönür, yuxarı göz qapaqları arxasına keçir, gizlənir - batan günəş simptomu meydana çıxır. Səsi 

çıxmır - batır. Üzündə əzab, yalvarıcı bir ifadə olur - J'acies cholerica (Hipokrat sifəti). Huş uzun 

müddət saxlanılır. Dərisi soyuq, toxunduqda yapışqanlı olur. Dərini qırışdırdıqda qırışlar düzəlmir, 

«paltar  yuyan»  əlləri  olur.  Bədən  temperaturu  34-35°C-ə  düşür.  Elə  bununla  əlaqədar  da  bu 

forma vəba algidi adlandırılır 

(«algid» - latınca soyuq deməkdir). Tonik xarakterli qıcolmalar bütün əzələlərə 

Hipovolemik şok zamanı qanın qatılaşması nəticəsində eritrositoz - 6-8 x 10

12

/1, 



neytrofil  leykositoz  (2O10

3

/l)  qeyd  edilir.  Qanın  formalı  elementlərinin aqreqasiyası  baş  verir. 



Qanın  nisbi  sıxlığı  1035-1050-dək  artır,  hemotokrit indeksi  0,65-0,7-ə  çatır,  azotemiya  artır, 

kalium  ionlarının,  xlor,  hidrokarbo-natların  (hipokaliemiya  2,5  mmol/l-dək  olur)  kəskin 

çatmamazlığı olur. De-kompensə olunmuş metabolik asidoz və respirator alkaloz inkişaf edir. 

Xəstələrin  isti  iqlim  zonalarında  olması  onların  tərlə  əlavə  olaraq  maye  və 

elektrolitlər itirməsinə gətirib çıxarır. Bu və ya digər səbəbdən su istifadə etməyin mümkünsüzlüyü 

(su az olan yerlər, suyun kəsilməsi, zəhərlənməsi və s.) şəraiti də vəbanın gedişini ağırlaşdırır. Bu 

zaman  vəba  üçün  xarakter  olan hüceyrədən  kənar  (izotonik)  susuzlaşma  ilə  hüceyrə  daxili 

(hipertonik)  dehid-ratasiya  qarışır.  Belə  hallarda  ishal  və  qusmamn  miqdarı  xəstəliyin 

ağırlığına uyğun  gəlməyə  də  bilər.  Defekasiyanm  sayının  çox  olmadığı  hallarda  belə 

qısa müddətdə həyat üçün təhlükəli olan susuzlaşma baş verə bilər. 

Vəba bir  yaşadək  uşaqlarda xüsusən  ağır  keçir.  Uşaqda  fizioloji  uyğunlaşma 

mexanizminin  inkişaf  etməməsi  tezliklə  dekompensə  olunmuş  susuzlaş-maya  gətirib  çıxarır. 

Bununla bərabər uşaqlarda orqanizmin toxumalarının hidrofılliyi eksikoz əlamətlərinin bir qədər 

nəzərə  çarpmamasına  səbəb  olur. Diqqətdən  kənarda  qalır.  Bununla  bərabər  hemodinamik 

pozğunluqlar,  tənəffüs  çatmamazlığı,  anuriya  və  çox  vaxt  ensefalopatiya  əlamətləri  inkişaf 

edərək koma baş verir. Tezliklə hipokaliemiya inkişaf edərək qıcolmalara səbəb olur. 



Silinmiş forma - bu zaman vəbaya xas olan əlamətlər demək olar ki, qeyd edilmir. 

Xəstələrin ümumi vəziyyəti yaxşı olur, 1-2 dəfə duru nəcis ifrazı olur. 



İldirımsürətli  forma -  qəflətən  başlayır,  əlamətlər  çox  şiddətli  olub,  sürətlə 

inkişaf edərək dehidratasion şokla nəticələnir. Xəstəliyin I giinündo ölüm baş verir. 



Quru  vəba -  qəflətən  və  çox  şiddətli  başlayır.  Xəstədə  mədə-bağırsaq  sistemi 

pozğunluqları əlamətlərinin inkişafına vaxt çatmır. İshal və qusma olmadan eksikoz və toksikoz 

əlamətləri inkişaf edərək xəstənin bir neçə saata tələf olmasına səbəb olur. 

Bir sıra faktorlar (içməli suların kütləvi çirklənməsi, isti, günvurma, stress, aclıq 

və  orqanizmin  rezistentliyini  zəiflədən  digər  faktorlar)  qarışıq  in-feksiyaların  inkişafına  şərait 

yaradır. Bu baxımdan vəba şigelloz, amöbiaz, virus hepatitləri, tif-paratif xəstəlikləri və s. ilə bir 

downloaded from KitabYurdu.org



Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə