81
yerdə gedə bilər. Vəba toksinemiya ilə keçən bakterial infeksiyalarla birlikdə daha ağır gedişə
malik olur. Qanın qatılaşması, sidik ifrazının azalması bədəndə bakterial toksinlərin qatılığının
çoxalmasına, klinik əlamətlərinin daha ağır keçməsinə səbəb olur.
Vəbanın şigellozla bir yerdə gedişi zamanı enterokolit və intoksikasiya
əlamətləri ön plana çıxır - qarında tutmaşəkilli ağrılar, temperaturun yüksəlməsi, tcnezmlər,
nəcisdə selik və qanın olması («pash nəcis»)>gərginləşmiş, bərkləşmiş S-vari bağırsağın
əllənməsi qeyd olunur. RRS-də dizenteriyaya xas olan kataral-hemorragik dəyişikliklər aşkar
edilir. Lakin bir neçə saata nəcisin həcmi - miqdarı artır və ət suyunu xatırladır. Ayrı-ayrılıqda hər
iki xəstəlikdə proqnoz bir elə təhlükə təşkil etməsə də, yanaşı gedən şigellozlar vəbanın gedişini
ağırlaşdırır, proqnoz ciddiləşir.
Amöbiazla birlikdə gedişlərdə nəcisdə amöblər aşkar edilir. Xəstəliyin
klinikasında diqqəti amöb əleyhinə müalicə aparılmadıqda uzun müddət, 2-3 həftə davam edən
diareya cəlb edir. Vəbanın gedişi bağırsaq amöbiazının resi-divlərlə gedən formasında daha ağır
olur. Belə xəstələrdə qarında köplük, sağ qalça çuxurunda ağrı, palpasiyada kor bağırsaqda ağrı,
nəcisdə qan və şüşə-yəbənzər selik və digər amöb koliti əlamətləri müşahidə edilir.
Vəbanın ağır gedişi tif-paratif xəstəlikləri zamanı da qeyd edilir. Belə xəstələrdə
intensiv diareya olur. Xəstəliyin 10-19-cu günləri həyat üçün təhlükəli ağırlaşmalar - qanaxma və
perforasiyalar baş verə bilər.
Vəba vibrion gəzdirənlərinin onun epidemiyaları ilə mübarizədə xüsusi rolu
vardır. Klinik olaraq vibriongəzdiriciliyi aşağıdakı qruplara bölmək olar:
- klinik manifest formalı xəstəlik keçirən rekonvalessentlərdə vibrion-gəzdirənlik.
- silinmiş formalı xəstəlikdən sonrakı rekonvalessent vibriongəzdirənlik.
- inkubasion vibriongəzdirənlik - xəstəlik önü bir neçə gün vibriongəzdirənlik.
- subklinik və ya əlamətsiz vibriongəzdirənlik.
Ağırlaşmalar. Vəba zamanı müşahidə edilən ağırlaşmalar dehid-ratasion şokun
inkişafı və ikincili mikrofloranın qoşulması ilə əlaqədar olur. Zəifləmiş xəstələrdə abseslər,
müxtəlif lokalizasiyalı fleqmonalar, sepsis müşahidə edilə bilər.
Proqnoz u. Vaxtında, düzgün aparılan müalicə zamanı proqnoz xoş-dur. Letallıq
demək olar ki, qeyd edilmir. Ildınmsürətli, quru vəbada və gecikmiş müalicə aparılarsa proqnoz
ciddi hesab edilir. Təcili yardımın təşkil edilməsi mümkün olmadıqda poliion məhlulların
çatmamazlığı şəraitində letallıq 60%-ə çata bilər.
Diaqnoz u. Epidemiyalar zamanı vəbanın diaqnozu bir elə çətinlik törətmir.
Xarakterik klinik əlamətlərin olması kifayət edir. Xəstəlik yayılmayan, müşahidə edilməyən
yerlərdə ilk dəfə təsadüf olunan hallarda diaqnoz mütləq bakterioloji olaraq təsdiq edilməlidir.
Bakterioloji müayinə məqsədi ilə patoloji material kimi xəstənin nəcisindən, qusuntu kütləsindən,
vibrioııgəzdi-rənliyə şübhə olduqda 12b.bağırsaq möhtəviyyatından götürülür. Lazım gəldikdə
şübhəli su mənbəyindən, kanalizasiya suyundan, qida maddələrindən, xəstələrin ətrafındakı
əşyalardan və s. götürmək olar. Material fərdi olaraq de-zinfeksiyaedici məhlullardan təmizlənmiş
qablara, xüsusi təlimat əsasında götürülür. Pataloji material antibakterial müalicə tətbiq edilənə
qədər və ya onların qəbulu dayandırıldıqdan 24-36 saat sonra götürülməlidir, ifrazat 10-20 ml
həcmində dezinfeksiya edilmiş metallik qaşıqla götürülərək steril qaba qoyulur və tıxacla möhkəm
downloaded from KitabYurdu.org
82
bağlanıb 3 saat müddətində laboratoriyaya çatdırılmalıdır. Materialı bu müddətdə çatdırmaq
mümkün olmadıqda konservant mühitlərdən (qələvili peptonlu su, Monsuı* 1 mühiti və s.) istifadə
edilir. 10 ml konservanta 1-3 ml ifrazat qoyulur. Materialı rezin kateter, şüşə borucuq, alüminium
ilgək və pambıq tamponla götürmək olar. Xəstəlikdən sağalmışlar, rekonvalessentlər və xəstələrlə
təmasda olmuş sağlam şəxslərə əvvəlcədən 20-30 q maqnezium-sulfat, işlədici verilməlidir.
Material xüsusi metallik qabda, ayrıca nəqliyyat vasitəsi və bir nəfərin müşayiəti ilə göndərilir.
Hər bir götürülmüş materialın üzərində xəstənin adı, soyadı, nümunənin adı, götürülmə vaxtı, yeri,
ilkin diaqnoz və nümunə götürənin soyadı qeyd edilir. Patoloji material 1%-li qələvili peptonlu
suya, tauroxolattellurit peptonlu suyuna, Monsur mühitinə; bərk mühitlərdən Dedon, Xottinger
aqarı kimi mühitlərə əkilir. Bakterioloji müayinənin cavabı 12-36 saata hazır olur. Müsbət cavab
18-24 saata, mənfi nəticə isə 36 saata müəyyən edilir. Vib-rionlann biovarı C (IV-Mukerci) və El-
Tor II faq tipləri ilə lizisə uğraması ilə təyin edilir. Toyuq eritrositləri ilə hemaqlutinasiya
reaksiyası və polimiksin B ilə sınağın nəticələri də nəzərə alınmalıdır El-Tor vibrionu IV qrup
balc-teriofaqa və polimiksinə qarşı davamlıdır, toyuq eritrositlərini aqlutinasiya edir.
Diaqnoz qoymaq məqsədi ilə ilkin etaplarda bakterioskopik üsul da tətbiq edilə
bilər. Mikroskopiyada vibrionlar balıq sürüsünü xatırladır. Bu üsul yalnız istiqamətverici
əhəmiyyətə malikdir.
Vəbanın diaqnozunda sürətləndirilmiş bakterioloji üsul da tətbiq edilə bilər, vəba
əleyhinə O-zərdabla vibrionların mikroaqlulmasiya və immobilizasi-ya üsulu. Bu zaman kontrast
faza
mikroskopiyasından
istifadə
edərək
bir
neçə dəqiqəyə
diaqnoz
qoyulur. Makroaqlutinasiya üsulu spesifik vəba əleyhinə O-zərdabının peptonlu suda nativ
material təsiri ilə 3-4 saata nəticə verir.
İmmunojlürossensiya üsulu - flürossensiya edən spesifik antigen-antitel
kompleksinin əmələ gəlməsinə əsaslanır. 1,5-2 saata cavab vermək olur.
DoHAR, NR, IFM kimi antitoksik və vibrion əleyhinə antitellərin aşkar
edilməsinə yönəlmiş seroloji müayinə üsullarının da müəyyən diaqnostik əhəmiyyəti vardır.
Differcnsial diaqnozu. Vəbanı bir sıra xəstəliklərdən fərqləndirmək lazım gəlir.
Belə ki, salmonellozun qastrointestinal, baktcrial dizente-riyanın qastroenterokolitik,
qastroenteritik formasından, enteropatogen mənşəli qida toksikoinfeksiyalarından, rotavirus
qastroenteritlərindən;
ağır metal duzları, zəhərli göbələklərlə, kimyəvi maddələrlə
zəhərlənmələrdən differensiasiya edilməlidir.
Vəba qastrit və enterit əlamətləri olmadan keçir, onu yalnız şərti olaraq infcksion
qastroenteritlərə aid etmək olar. Temperaturun yüksəlməməsi, qarında ağrıların olmaması əsas
fərqləndirici olamətlərdəndir. İshal və qusmanın baş verməsindəki ardıcıllığa xüsusi diqqət
yetirilməlidir. Bütün kəskin bakte-rial qastroenteritlərdə və toksiki qastritlərdə əvvəl qusma, bir
neçə saatdan sonra ishal meydana çıxır. Vəbada isə əksinə, digər qastrit və enterit
əlamətləri olmadan əvvəl ishal, sonra isə qusma meydana çıxır. Vəbada qısa müddətdə çoxlu maye
itirilməsi baş verir. Ağır hallarda itirilən mayenin miqdarı hətta xəstənin çəkisindən belə artıq olur.
Differensiasiya ediləcək xəstəliklər üçün xarakterik olan bu və ya digər
əlamətlər isə vəbada qeyd edilmir. Salmonellozda yüksək temperatur, mədə bulanması, qarında
ağrılar, nəcisin xarakteri; dizenteriyada tenezmlər, qanlı-selikli ishal, rektoskopik dəyişikliklər;
downloaded from KitabYurdu.org