C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə41/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   37   38   39   40   41   42   43   44   ...   207

85 

 

rehidratasiya  diareya  tam  dayananadək  aparılmalıdır.  Adətən  bu  1-2 günə  başa  çatır.  Vaxtında 



aparılan oral rehidratasiya əksər hallarda ağır formalı dehidratasiyanm qarşısını alır və infuzion 

terapiyaya ehtiyac qalmır. Bununla da infuzion terapiya zamanı baş verə biləcək ağırlaşmalardan 

qaçmaq olur. 

Su-duz  müalicəsi  qusma  dayandıqdan  və  son  6-12  saat  ərzində  ifraz  olunan 

sidiyin miqdarı nəcisin miqdarından çox olduqda dayandırılır. 

İmkan olmadıqda - səhra-çöl şəraitində oral rehidratasiya şəkər-duz məhlulu ilə 

aparıla  bilər.  1  litr  qaynamış  suya  8  çay  qaşığı  şəkər,  2  çay  qaşığı xörək  duz  qatılır.  Verilən 

mayenin miqdarı ishal və qusma ilə itirilən mayedən 1,5 dəfə çox olmalıdır. 

Patogenetik - rehidratasion müalicə ilə yanaşı xəstəyə etiotrop müalicə də təyin 

edilir. Etiotrop müalicə kimi antibiotiklər: tetrasiklin 0,3-0,5 q-dan hər 6 saatdan bir, İevomisetin 

0,5 q-dan gündə 4 dəfə 5 gün müddətində təyin edilməlidir. 3-5 gün müddətində gündə 1 dəfə 300 

mq  doksosiklin  də  vermək olar.  Etiotrop  müalicə  məqsədilə  ko-trimoksozol  (Biseptol)  800  mq 

gündə 2 dəfə 3 gün, furazolidon 0,lq gündə 4 dəfə 3-5 gün verilir. Vəbanın müalicəsində hazırda 

bağırsaq  infeksiyalarınm  müalicəsində  geniş  tətbiq  edilən  ftor-xinaloniarm  tətbiqinin  də 

müvəffəqiyyətli olması güman edilir. Belə ki, ollok-sasin 200 mq gündə 2 dəfə 3-5 gün təyin edilə 

bilər. 


Xostəliyin ağır gedişlərində fasiləsiz qusmalar zamanı ilk günlər antibiotiklərin 

parenteral  yeridilməsi  məsləhət  görülür.  Bu  zaman  diareya  sindromunun  zəifləməsi  müşahidə 

olunur ki, bu da rehidratasion məhlullara tələbatı azaldır. 

Manifest  formalarla  yanaşı  vibriongəzdirənlərə  də  5  gün  müddətində 

antibiotiklər  verilməlidir.  Yalnız  bir  dəfə  vibrion  ifraz  etmiş  sağlam  şəxslərdə  an-tibakterial 

müalicənin aparılmasına ehtiyac yoxdur. 

Amerika  alimlərinin  Vyetnam  müharibəsi  zamanı  inadlı  vibriongəzdi-rənlik 

əleyhinə  streptomisin  (daxilə)  tətbiq  edərək  müsbət  nəticələr  əldə  etdiyini  nəzərə  alsaq  bu 

məqsədlə  kanamisinin  0,5  q  gündə  4  dəfə  5  gün  verilməsini məsləhət  görmək  olar.  Vəba 

xəstələrinə xüsusi pəhriz tələb olunmur. Qusma kəsildikdən sonra xəstə adi qidalanma rejiminə 

keçir, lakin qəbul etdiyi qidanın miqdarı bir qədər az olmalıdır. Südəmər uşaqlar isə mütləq ana 

südü almalıdırlar və bu zaman əmizdirmənin müddəti və aradakı fasilə qısaldılmalıdır. Xəstəlikdən 

sağalan  şəxslərə  kaliumla  zəngin  qidalar  (ərik  qurusu,  kişmiş,  kartof,  tomat  və  s.)  verilməsi 

məsləhətdir. 

Vəba keçirmişlər və vibriongəzdirənlər evə tam kliniki sağalmadan sonra, adətən 

xəstəliyin  8-10-cu  günü,  3  dəfə  nəcisin  və  1  dəfə  12b.  bağırsağın  nıöhtəviyyatının  (B  və  C 

porsiyaları) bakterioloji müayinəsi mənfi olduqda yazıla bilər. Bakterioloji müayinə antibakterial 

müalicədən 24-36 saat sonra 3 gün dalbadal aparılmalıdır. I dəfə bakterioloji müayinə üçün nəcis 

işlədici duz (20-30 q MgSOa) verildikdən sonra götürülməlidir. Qida müəssisələrində, su təchizatı 

ilə  əlaqədar  işlərdə,  uşaq  bağçalarında,  müalicə-profilaktika  idarələrində  və  digər  bu  kimi 

epidemioloji cəhətdən təhlükə törədə biləcək işlərdə işləyənlər müalicədən sonra 5 dəfə nəcisin, 1 

dəfə 12 b.bağırsağın möhtəviyya-tınm bakterioloji müayinəsi mənfi olduqdan evə yazıla bilər. 



Profilaktikası. Vəbanın  profilaktikası  rəsmi  sənədlər  əsasında  aparılmalıdır. 

Hazırda  nəzərdə  tutulan  profilaktik  tədbirlər  sistemi  hələ  də  tam kamil  olmayıb,  sonrakı 

downloaded from KitabYurdu.org



86 

 

təkmilləşmələri tələb edir. Profilaktika ilk növbədə xəstəliyin ölkəmizə gətirilməsinin qarşısının 



alınmasına,  yaşayış  məntəqələrində  kommunal-sanitar  şəraitin  yaxşılaşmasına  yönəldilməlidir. 

Vəbanın qeydə  alındığı,  epidemioloji  cəhətdən  təhlükəli  olan  ölkələrdən  gəlmiş  şəxslər əgər 

observasiyadan  keçməsi  haqqında  müvafiq  sənəd  təqdim  etməzsə  5  gün müddətində  müşahidə 

edilməli və bir dəfə bakterioloji müayinədən keçməlidirlər. 

Su  mənbələrinin  qorunması  üçün  sanitar-gigiyenik  tədbirlər  sistemi  həyata 

keçirilməlidir. Qida ilə əlaqəli istehsalat müəsisələrində, ət-süd sənayesində, ticarət obyektlərində, 

ictimai-iaşə müəsisələrində, uşaq müalicə idarələrində, su təchizatı idarələrində sanitar-gigiyenik 

və epidemioloji nəzarət həyata keçirilməlidir. Vəba xəstəliyinin  yayılması təhlükəsi  yarandıqda 

isə  bütün  kəskin  bağırsaq  infeksiyası  olan  şəxslər  mütləq  hospitalizə  olunmalı  və  vəbaya görə 

bakterioloji  müayinədən  keçməlidirlər.  Təhlükəli  olan  bölgədə  bütün  əhalinin  vəbaya  görə 

immunlaşdırılması aparılır. Ətraf mühitdə vibrionlar aşkar edilərsə açıq su hövzələrindən istifadə 

qadağan edilir. Açıq su hövzələrindən, texniki və içməli su kəmərlərindən götürülmüş su, çirkab 

və kanalizasiya suları və s. 10 gündən bir bakterioloji müayinədən keçirilir. Bütün bağırsaq in-

feksiyası olan xəstələr 3 dəfə vəbaya görə bakterioloji müayinəyə cəlb edilir. İçməli və texniki 

suyun xlorlaşdırılma dərəcəsi artırılır. 

Vəba  xəstəliyi  aşkar  edilmiş  ocaqda  aşağıdakı  əks-epidemik  tədbirlər  həyata 

keçirilməlidir: 

-    karantin tədbirləri 

-     aşkar  olunmuş  xəstə  və  vibriongəzdiricilərin  məcburi  hospitalizasiya 

və müalicəsi 

-     xəstələrin  fəal  sürətdə,  qapı-qapı  gəzməklə  aşkar  olunması,  kəskin mədə-

bağırsaq xəstəlikləri olanların provizor hospitalizasiyası və vəbaya görə müayinəsi 

-     təmasda  olanların  müəyyən  edilib,  5  gün  müddətində  təcrid 

edilərək müşahidə edilməsi və bir dəfə bakterioloji müayinədən keçirilməsi 

-    ocağın epidemioloji müayinəsi 

-    cari və yekunlaşdıncı dezinfeksiya 

-    sanitar-gigiyenik və sanitar-maarif işləri 

-    xəstəliyin baş verməsinin epidemioloji təhlili. 

Rekonvalessentlər  Səhiyyə  nazirliyi  tərəfindən  müəyyən  edilmiş  müddətdə 

dispanser nəzarətində olmalıdırlar. Onlar 1 ay müddətində hər 10 gündən bir bakterioloji müayinə 

aparılmaqla  müşahidə  edilirlər.  Sonralar  isə  1  il  dispanser  müşahidəsində  olmaqla  vaxtaşırı 

vibriongəzdirənliyə qarşı bakterioloji müayinədən keçməlidirlər. 

Mədə-bağırsaq  sistemində  xəstəliyi  olan  və  xəstə  və  ya  vibrion  gəzdirənlə 

təmasda  olan  şəxslər  hospitalizə  olunurlar  və  onlar  5  günlük  tibbi  müşahidədən  və  1  dəfə 

bakterioloji müayinədən sonra evə yazılırlar. 

Spesifik profilaktika məqsədi ilə vəba vaksini və xolerogen - anatoksin işlədilir. 

Vaksinasiya epidemioloji göstərişə əsasən aparılır. 1 nıl-də 8-10 vibrion olan vaksin dəri altına 

yeridilir.  I  dəfə  1  ml  həcmində,  II  dəfə  7-10 gündən  sonra  1,5  ml  yeridilir.  2-5  yaşlı  uşaqlara 

müvafiq olaraq 0,3 və 0,5 ml, 5-10 yaşlarda 0,5-0,7 ml, 10-15 yaşlarda 0,7 və 1 ml. 

downloaded from KitabYurdu.org



Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə