C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə40/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   36   37   38   39   40   41   42   43   ...   207

83 

 

rotavirus  qastrocnteıitdə  yuxarı  tənəffüs yollarının  katarı,  yumşaq  damaqda  olan  dənəvərlik; 



göbələk və kimyəvi  maddələrlə, ağır metal  duzları  ilə zəhərlənmələrdə qarında şiddətli  ağrılar, 

stomatit, bəzən qanlı qusma, sinir pozğunluqları və s. vəbada olmur. 

Vəbanın oxşar xəstəliklərdən differensiasiyasında epidemioloji anamne-zin və 

aparılan bakterioloji müayinələrin də mühüm əhəmiyyəti vardır. 



Miı  ali  c  d  s  i. Xəstəliyin  ağır  gedişi  və  orqanizmin  sürətlə  susuzlaşması  ilə 

əlaqədar vəbada müalicənin əsasını su-duz mübadiləsinin bərpası və tənzimi təşkil edir. Ona görə 

də vəbanın bütün fomaları mütləq xəstəxanada yerləşdirilməlidir. 

Xəstəliyin  müalicəsinin  əsas  prinsiplərini  dövr  edən  qanın  həcminin  və 

toxumaların elektrolit balansının bərpası, törədici amilə təsir təşkil edir. İki mərhələdə aparılır. I 

ilkin  rehidrcıtasiya -  itirilmiş  maye  və  duzların  bərpası; II  - nizamlayıcı,  kompensator 



rehidrcıtasiya -  ifraz  edilməsi  davam  edən  maye  və mineralların  bərpası.  Rchidratasiyaya 

reanimasion  tədbir  kimi  baxılmalıdır. Ağır  xəstələrə  təcili  təxirəsalınmaz  yardım  tələb 

olunduğundan qəbul şöbəsinə aparılmadan birbaşa rehidratasiya palatasına aparılmalıdır, ilk beş 

dəqiqə  ərzində  xəstənin  nəbzi,  tənəffüs  tezliyi,  A\T,  çəkisi  təyin  edilir.  Qanın  nisbi  sıxlığını, 

hematokriti, elektrolitlərin miqdarını, asidozun dərəcəsini təyin etmək üçün qan götürülür, sonra 

xəstəyə poliion məhlullar yeridilir. 

Hazırkı uövıdə istifadə edilən poliion məhlullardan «Kvartasol» daha effektli hesab edilir. 1 litr 

suda 4,75 q NaCl; 1,5 q KC1; 2,6 q Na-asetat; 1 q Na-hidrokarbonat olur. «Asesol» (1 litr apirogen 

suda 5 q NaCl, 2 q Na-asetat, 1 q KC1), «Xolasol» (4,75 q NaCl; 3,6 q Na-asetat; 1,5 q KC1), 

«Laktosol»  (6,1 q NaCl; 3,4 q Na-laktat; 0,3 q  Na-hidrokarbonat; 0,3 q  KC1; 0,16 q CaCl; 0,1 

q MgCb), «Trisol» (bidistillə suya 5 q NaCl, 4 q Na-hidrokarbonat, 1 q KC1), «Disol» (6 q NaCl, 

2 q Na-asetat) və digər poliion məhlullar da köçürülə bilər. 

«Trisol» məhlulu optimal məhlullardan biri olsa da onun istifadəsində müəyyən 

məhdudiyyətlər vardır. Belə ki, 6 saatdan artıq saxlanıldıqda tərkibində olan Na-hidrokarbonat Na-

karbonata  çevrilir  və  məhlul  öz  bufer xüsusiyyətini  itirir.  ÜST  xüsusi  məhlul  təklif  edir.  1  litr 

apirogen suya 4 q NaCl; 1 q KC1; 5,4 q Na-laktat və 8 q qlükoza. 

Poliion  məhlullar  38-40°C  qızdırılaraq  vena  daxilinə  yeridilir.  II  dərəcəli 

susuzlaşmada  1  dəqiqədə  40-80  ml,  ağır  hallarda  isə  (III-IV°)  80-120  ml/dəq sürəti  ilə 

yeridilməlidir. 

Ağır gedişlərdə (susuzlaşma 10% və daha artıq olduqda) yeridilən məhlul bədən 

çəkisinin  ən  azı  10%-ni  təşkil  etməlidir  və  məhlulun  ilk  2-4  litri  şırınqa ilə  (100-120  ml/dəq. 

sürətlə), sonrakı hissə isə 30-60 ml/dəq. sürətlə yeridilməlidir. Yeridilən məhlulun sürəti xəstənin 

ümumi vəziyyətnin əsas göstəriciləri -A/T, nəbzin dolğunluğu, tezliyi, sianozun azalması, sidik 

ifrazının  bərpası  ilə müəyyən  edilir.  Vaxtından  əvvəl  məhlulların  yeridilməsinin  sürətinin 

zəiflədilməsi  böyrəklərdə,  miokardda  və  digər  üzvlərdə  geri  qayıtmaz  metabolik dəyişikliklərə 

gətirib çıxara bilər. 

Məhlulların lazımı sürətlə yeridilməsini təmin etmək məqsədi ilə bəzən bir neçə 

yerdən, bir neçə sistem qoyulması tələb edilir. Müvafiq şərait və vərdişlər olduqda xəstəyə kateter 

qoyulur və ya bir neçə venanın lcateterizasiyası həyata keçirilir. Venapunksiya aparmaq mümkün 

olmadıqda, venoseksiya edilir. Ağır xəstələrə ürək preparatları verilməsi göstəriş deyildir, pressor 

downloaded from KitabYurdu.org



84 

 

aminlər (adrenalin, mezaton və s.) isə əks göstərişdir. Adətən ilkin rehidratasiya başladıqdan 15-



25 dəq. sonra xəstənin nəbzini, A/T təyin etmək olur. 30-45 dəqiqədən sonra isə təngnəfəslik itir, 

sianoz azalır, səs bərpa olunur. 4-6 saatdan sonra xəstənin vəziyyəti xeyli  yaxşılaşmış olur. Bu 

müddətə qədər yeridilən mayenin miqdarı 6-10 litr və daha artıq ola bilər. Uzun müddət «Trisol»-

un  işlədilməsi  metabolik  alkoloz  və  hiperkaliemiyaya  gətirib  çıxara  bilər.  Ona  görə  də ehtiyac 

olduqda infuzion terapiyanı «Disol», «Kvartasol», «Xolosol» və ya «Asesolla» davam etdirilməsi 

məsləhətdir.  Ümumiyyətlə  müalicənin  3-4-cü günündən  başlayaraq  kalium  itirilməsinin 

korreksiyası məqsədi ilə xəstəyə pa-nangin (gündə 3 dəfə hər dəfə 1-2 həb) təyin edilir. Parenteral 

rehidratasiya zamanı 

turşu-qələvi  tarazlığı,  elektrolitlərin  səviyyəsi  daim  nəzarətdə 

olmalıdır. Kompensasiya 

olunmamış 

hipokaliemiyada 

əlavə 

olaraq 


kalium 

preparatları yeridilməlidir. Yeridiləcək 1%-li KCl-un həcm V = P • 1,44 (5-x) formulu ilə müəyyən 

edilir. V - KCl-un axtarılan həcmi, P - xəstənin çəkisi, X - xəstənin qanında K

+

 konsentrasiyası -



mmoi/ı, 5 - K

4

-un normal koıısenlrasiyası mmoi/i, 1,44 kofisent. 



Pirogen  reaksiya  (üşütmə,  temperaturun  yüksəlməsi)  baş  verərsə  infuzi-ya 

prosesi dayandırılmır. Məhlula 1-2 ml 1% dimedrol və ya pipolfen əlavə edilir. Reaksiya kəskin 

olarsa 30-60 mq prednizolon vuruiur. 

Xəstələrə  rehidratasiya  məqsədi  ilə  NaCl-uıı  izotonik  məhlulunun  yeridilməsi 

yol verilməzdir. Belə ki, o, kalium və Na-hidrokarbonat çatmamaz-lığını bərpa etmir və plazmamn 

hiperosmotikliyinə,  nəticədə  hüceyrələrin  II-li  susuzlaşmasma  səbəb  olar.  5%-li  qlükoza 

məhlulunun da çoxlu miqdarda köçürülməsi düzgün deyildir, bu nəinki elektrolit çatmamazlığını 

bərpa  edir,  əksinə  onların  plazmada  azalmasına  səbəb  olur.  Xəstələrə  qan 

əvəzediciləriniıı köçürülməsi  də  göstəriş  deyildir.  Kolloid  məhlulların  rehidratasiya  məqsədi 

ilə istifadəsi yol verilməzdir. 

Göstərildiyi  kimi  əldə  olunan  nəticəni  saxlamaq  məqsədi  ilə  nizamlayıcı 

rehidratasiya aparılır. Bu zaman yeridiləcək mayenin miqdarı xəstənin gün ərzində ishal, qusma 

ilə  itirdiyi  mayenin  miqdarı  və  gündəlik  sidik  ifrazı  nəzərə alınmaqla  müəyyən  edilməlidir. 

Böyüklərin gün ərzində tənəffüs və dəri ilə 1-1,5 litr maye itirdiyini də nəzərə almaq lazımdır. Hər 

2 saatdan bir xəstənin ishal və qusma ilə itirdiyi maye toplanıb ölçülür və rehidratasiya aparılır. I 

gün 10-15 1-dən artıq maye yeridilməsi lazım gəlir. 3-5 gün müddətində isə 20-60 litrədək maye 

köçürülə bilər. Müalicənin gedişinə qanın hematokrit göstəricisi, nisbi sıxlığı, asidozun dərəcəsi 

təyin  edilib,  intensiv  terapiya  vərəqinə  yazmaqla nəzarət  edilməlidir.  Xəstənin  vəziyyəti 

düzəldikdən,  qusma  dayandıqdan  sonra oral  rehidratasiya  mümkün  olduğundan  ishal  dayanana 

qədər  oral  rehidratasiya  aparılmalıdır.  Bir  litr  içməli  suya  3,5  q  NaCl,  2,5  q  NaHCCb,  1,5  q 

KC1, 20  q  qlükoza  qarışdırılıb  verilir.  Qlükoza  nazik  bağırsaqda  elektrolitlərin  so-rulmasım 

yaxşılaşdırır.  Maye  40-42°C-dək  qızdırılmalıdır.  «Citroglükosolan», «Rehidron»,  «Oralit»  də 

vermək olar. 

Yüngül və bəzən də orta ağır xəstələrdə əgər qusma qeyd edilmirsə, rehidratasiya 

peroral aparılmalıdır. Yuxarıda göstərdiyimiz oral rehidratasiya zamanı istifadə edilən qarışıqlar 

(«Rehidron», «Citroglükosolan», «Oralit» və s.) istifadə edilə bilər. Əvvəlcə hissə-hissə verilərək, 

2-4  saat  müddətində  itirilmiş  maye  və  duzların  miqdarı  bərpa  olunur.  Sonrakı  dövrdə  hər  2-4 

saatdan bir  ishalla  itirilən  mayenin  miqdarı  hesablanıb,  nizamlayıcı  rehidratasiya  aparılır.  Oral 

downloaded from KitabYurdu.org



Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə