75
- keçiricilik faktoru - enterositlərin GMİ qanqliozidləri ilə qarşılıqlı əlaqəyə
girən neyroaminidaza, lipaza, proteazalar və digər fermentlərdən ibarətdir.
2000-ci ildə Amerika alimləri vəba vibrionunun genetik quruluşunu aça
bilmişlər. Vibriondan təhlükəli geni kənarlaşdırmaqla insan üçün təhlükəsiz, vaksinasiya məqsədi
ilə istifadə ediləcək vibrionlar almaq imkanı əldə edilmişdir.
Vibrionlar, xüsusən El-Tor vibrionları xarici mühitə xeyli davamlıdırlar. Onların
xarici mühitdə qalma müddəti bir sıra faktorlardan - duzların miqdarı, pH, üzvi maddələrlə
çirklənmə dərəcəsi və sairdən asılıdır. Vibrionlar 17°C-dək isinən, çirkab suları qarışan açıq su
hövzələrində uzun müddət (aylarla) saxlanırlar. Aşağı temperatura da davamlıdırlar. Belə ki,
donmuş su mənbələrində bütün qışı qala bilirlər. Ərzaq məhsullarında 2-5 gün, meyvələrdə,
pomidorda, qarpızda 8 saatadək dözürlər. Qaynatdıqda 1 dəq., qurutduqda və günəş şüaları
təsirindən bir neçə saata, dezinfeksiyaedicilərin təsirindən isə bir neçə dəqiqəyə tələf olur. Zəif
turşu məhlulları da (1:10000) onları bir neçə saniyəyə məhv edir.
Epide m iologi yası. Vəba antroponoz bağırsaq infeksiyası olub, fekal-oral
yoluxma mexanizminə malikdir. Xəstəlik mənbəyi xəstə insanlar və vibriongəzdirənlərdir.
Amerikalı alim R. Colvell hesab edir ki, vəba vibrionları epidemiyalararası dövrdə dəniz suyunda
da inkişaf edib, yaşaya bilərlər. Belə ki, vəba genomunda müəyyən genlər vardır ki, onlar
vibrionların plankton-larda inkişafına şərait yaradan fermentlər ifrazına səbəb olurlar.
Beləliklə, əslində insan orqanizmi deyil, dəniz planktonları vəba vibrionları üçün təbii mühit hesab
edilir.
Vəba digər bağırsaq infeksiyalarına nisbətən asanlıqla və sürətlə yayılır. Daha
intensiv infeksiya mənbəyi ağır formalı xəstələr hesab edilir. Belə xəstələr xəstəliyin ilk dövrləri
10-20 litr və daha artıq ifrazat xaric edirlər ki, onun da hər ml-də 10
6
-10
9
sayda vibrion olur.
Bununla belə yüngül gedişli, silinmiş formalı xəstələr ətrafdakılar üçün daha təhlükəlidirlər. Onlar
həkimə müraciət edib müalicə qəbul etmir və təcrid olunmurlar, fəal həyat tərzi keçirərək vibrion
ifraz etməkdə davam edirlər. Vəbanın epidemiologiyasmda vibrion gəzdirənlər xüsusi rol
oynayırlar. Adətən rekonvalesentlər 2-4 həftə, tranzitor gəzdi-ricilər isə 9-14 gün vibrion ifraz
edirlər. Onlann 1 q ifrazatlarında 100-10 000 vibrion ola bilər.
Onu da qeyd etmək İazımdır ki, hazırda yayılmış olan El-Tor vəbasında
xəstəliyin yüngül və silinmiş formaları, həmçinin bakteriyagəzdirənlik daha çox təsadüf edilir.
Bakteriyagəzdirənlik uzun müddət, illərlə davam edə bilər.
Yaşlı şəxslərdə isə öd kisəsində və öd yollarında olan xəstəlik vəbadan sonra vibrion gəzdirənliyə
şərait yaradan faktorlardan hesab edilir. Belə xəstələrin ifrazatında bəzən vibrion aşkar edilməsə
də, 12b.bağırsaq möhtəviyyatınm bakterioloji müayinəsi həmişə müsbət olur. Göstərmək lazımdır
ki, El-Tor vəbasında sağlam vibrion gəzdirənlər qeyd edilən xəstələrin 50%-nə bərabər olursa,
klassik vəbada bu 20%-ə çatır. Klassik vəbaya nisbətən El-Tor vəbasında vibriongəzdirənlik 2,
bəzən 5 dəfə artıq olur.
Yoluxma su, məişət-təmas, qida və qarışıq yolla olur. Su epidemiyaları daha
böyük və qorxuludur. Bu zaman epidemik alovlanmanın miqyası su mənbəyinin çirklənmə
dərəcəsindən və əhatə etdiyi yaşayış məntəqələrinin böyüklüyündən asılıdır. Su mənbəyinin
çirklənmə dərəcəsi nə qədər çox və ondan istifadə edən insanların sayı artıq olarsa, epidemiyanın
downloaded from KitabYurdu.org
76
miqyası bir o qədər böyük olur. Ərzaq məhsulları ilə yoluxma kütləviliyi ilə seçilməsə
də, müəyyən epidemioloji alovlanmalar verə bilər. Daha çox termiki işlənmədən keçməyən soyuq
qəlyanaltılarla (salat, yağ, süd və s.) yoluxma qeyd edilir.
Məişət əşyaları da xəstənin ifrazatı ilə çirklənə bilər. Belə ki, vəba zamanı ifraz
olunan möhtəviyyat iyisiz, rəngsiz olduğuna görə diqqəti çox vaxt cəlb etmir. Xəstə və vibrion
gəzdirənlərin yataq ağlan və istifadə etdikləri digər əşyalar, mebel, uşaq oyuncaqları çirklənərək
ətrafdakılar üçün təhlükə törədirlər. Xəstəliyin yayılmasında milçəklərin rolunu da qeyd etmək
lazımdır. Bir sıra hallarda yoluxmuş su hövzələrindən tutulmuş balıq, qurbağa, xərçəngkimi-ləri
də infeksiyanın ötürülməsində rol oynaya bilər.
Xəstəliyin yayılmasında mövsümülük mövcuddur. Daha çox yay və payızın
əvvəllərində qeyd edilir. Bu yoluxma faktorlarının fəallaşması ilə əlaqədardır. Açıq su
hövzələrində çimmək, meyvə-tərəvəz çox istifadə edilməsi, çoxlu maye qəbulu - bu zaman mədə
turşuluğunun aşağı düşməsi - vəba vibrionu ilə yoluxmağa əlavə şərait yaradır. İlin isti fəsillərində
vibrionların artıb çoxalması üçün əlverişli şəraitin olmasını da qeyd etmək lazımdır.
İnsanların vəbaya həssashğı yüksəkdir. Lakin axolik qastriti olanlar,
alkoqoliklər, yoluxmağa şərait yaradan yanaşı gedən xəstəliyi olanlar, yaşlılar daha çox
xəstələnirlər. Xəstəliyin yayılmasında şəxsi gigiyena qaydalarına əməl edil-məsi də rol oynadığına
görə bu baxımdan uşaqlar arasında xəstəliyin daha çox təsadüf edilməsi mümkün sayılır. Keçirilən
xəstəlikdən sonra davamsız, 3-6 ay davam edən immunitet yaranır.
Patogenez i İnfeksiyanın giriş qapısı mədə-bağırsaq sistemidir. Ağızdan daxil
olan vibrionların bir qismi mədə turşuluğunun təsirindən tələf olur. Xəstəlik yalnız vibrionlar mədə
turşuluğunun səddini keçdikdə baş verir. Mədə turşuluğunun azalması və müəyyən yanaşı gedən
xəstəliklər buna şərait yaradır. Bu baryeri keçən vibrionlar nazik bağırsağa düşərək onun
əlverişli mühitində (qoləvili-peptonlu) sürətlə artıb-çoxalırlar. Göstərmək lazımdır ki, bağırsağın
özündə də bir sıra qeyri-spesifİk baryerlər vardır kı, bunlar da pa-togen bakteriyaların inkişafına
maneçilik törədə bilirlər. Bu baxımdan bağırsağın normal mikroflorasmın rolu əhəmiyyətlidir.
Eksperimental yolla sübut olunmuşdur ki, normal bağırsaq mikroflorası vəba vibrionlarının
inkişafını ləngidir.
Əlverişli şərait olduqda 12-24 saat müddətində bakteriyalar bağırsaq mənfəzində
çoxalaraq, selikli qişada kaloniyalar əmələ gətirirlər. Enterositləri
əhatə edən gelə daxil olur və onlara adgeziyası baş verir. Adgeziya əvvəl qeyri-spesifik xarakter
daşıyır, sonra bakteriya adgezinlori ilə enterositlərin reseptor-larının spesifik qarışılıqlı təsiri baş
verir. Hələlik bu prosesin mənşəyi araşdırılıb, öyrənilməmişdir.
Vibrionların intensiv artıb çoxalması və tələf olması çoxlu miqdarda ek-zo- və
endotoksinin xaric olması ilə müşayiət olunur. Bu zaman selikli qişada heç bir iltihabi proses
inkişaf etmir. Vəba toksiıılorini nazik bağırsaqdan gedən limfa və qan damarlarında da aşkar
etmək olur. Bununla belə toksinin digər orqanları zədələməsi barəsində də heç bir məlumat
yoxdur.
Son illər Amerika alimləri vəba vibrionunun genini öyrənərək xəstəliyin
mexanizmini açmağa çalışmışlar. Məlum olmuşdur ki, vibrion yalnız hələlik naməlum qalan
virusla kombinasiyaya girdikdə təhlükəli olur. Onların qarşılıqlı təsiri nəticəsində toksin ifraz
downloaded from KitabYurdu.org