71
inkişaf edərsə intensiv infuzion terapiya aparılmalıdır. Bu zaman müalicə tədbirləri iki mərhələdə
aparılır:
1. İtirilmiş maye və elektrolitlərin bərpası - I-li rehidıatasiya.
2. Kompensator rehidralasiya - müalicə müddətində itirilən mayenin bərpası.
Bağırsaqda olan toksinləri birləşdirmək və xaric etmək üçün endosor-bentlər
işlədilir - smekta, polifepan, pektin, enterodez və s. Polifepan gündə 3 dəfə, hər dəfə lhəb;
enterodez 5 q x 3, smekta gündə üç dəfə verilir.
Kəskin dövrlərdə yoğun bağırsağın spazmını aradan qaldırmaq üçün noşpa
0,004x3, bellasterin, besalol, bellagin 1x3, papaverin hidroxlorid 0,002x3 və s. təyin edilir. Güclü
ağrılarda noşpa-2 ml əzələ daxili, platifıllin hidrotarta-rat 0,2% - 1-2 ml, kəskin tenezmləri
zəiflətmək üçün 50-100 ml 0,5%-li nova-kainlə mikroimalədən istifadə edilir. Yığışdırıcı
preparatlardan - vikalin, vikoir 1x2 ya 3 dəfə, tannakomp 1x3 məsləhət görülür.
Göstərmək lazımdır ki, kolloid məhlullar dizenteriya zamanı ehtiyatla tətbiq
edilməlidir və dehidratasiya əlamətləri keçdikdən sonra işlədilə bilər. Belə ki, kolloid məhlullar
hüceyrə dehidratasiyasmı gücləndirir, hipervoleıııiya verir ki, bu da ürək fəaliyyətinin funksional
yüklənməsinə gətirib çıxarır. Belə ağırlaşmaların baş vermə ehtimalı kolloid məhlullarla eyni
vaxtda duz məhlulları yeridilərsə artır. Maye bu halda kolloidin səthinə sorulur və iri hidratlaş-mış
komplekslər əmələ gəlir. Bunlar damar mənfəzini tutaraq qanın hərəkətini məhdudlaşdırır, toxuma
perfuziyasını çətinlədirir.
Infeksion allergik əlamətlər, bağırsaqda olan iltihabi proseslər antihista-min
preparatların tətbiq edilməsini patogenetik əsaslandırır. Mikrosirkul-yasiyanı yaxşılışdırmaq
məqsədilə askorbin turşusu, rutin, Ca-qlukonat və s. müsbət təsir edir.
Dizenteriyanm müalicəsində vitaminlərin tətbiqi əhəmiyyətli yer tutur. Onlar
dezintoksikasiya və regenerasiya prosesini sürətləndirir. Vitaminlərin tətbiqi meydana çıxan
vitamin çatışmamazlığı baxınundan da əhəmiyyətlidir, xüsusən antibakterial müalicə nəticəsində
güclənən disbakterioz fonunda.
Bütün xəstəlik müddətində tərkibində askorbin turşusu (0,5-0,6 q/gün), nikotin
turşusu (gündə 60 mq), tiamin və riboflavin (hər birindən 9 mq) olan polivitamin kompleksi təyin
edilməlidir. Eyni zamanda xəstəliyin qızğın dövründən standart polivitaminlər, rekonvalessensiya
dövrü daxil olmaqla verilməlidir.
Kəskin dizenteriyanm uzun sürən formalarının müalicəsində immun reak-tivliyi
yüksəldən preparatların mühüm əhəmiyyəti vardır. Metilurasil 0,5x3, pentoksil 0,25x3, Na-
nukleinat 0,1x3, dibazol 0,04x3 yeməkdən 2 saat sonra və ya 2 saat əvvəl verilməlidir. Vitaminin
U, timolin, timogen, pirogenal və digər immunostimulyatorlar da tətbiq edilə bilər. Bu preparatlar
antitellərin artmasına, regenerasiyanm sürətlənməsinə, leykositlərin faqositar fəallığına
müsbət təsir edir.
Bağırsağın biosenozunun lcorreksiyası məqsədilə müxtəlif bioloji bakterial
preparatlar istifadə edilir. Belə ki, kəskin koiit sindromları olan xəstələrə Ba-ci llus cinsindən olan
mikroorqanizmlərə əsaslanan biosporin, baktisporin, baktisubtil, flonivin-BC beş gün müddətində
gündə 2 dəfə, hər dəfə 2 doza verilir. Kəskin dövrdə enteritik sindromları olan xəstələr
isə Saecharomyces ailəsinədən olan mikroorqanizmlərə əsaslanan entera'i, Rekiseıı-RD
downloaded from KitabYurdu.org
72
0,25x2; bakterioterapiyamn
7-ci
günü
lineks,
bifiform,
vitallor,
bifıdumbakterin-
forte, laktobakterin, kolibakterin kimi preparatlara üstünlük verilməlidir. Onlar
standart dozalarda verilir. Relconvalessentlərə yaxşı keçirərlərsə süd-turşulu müalicəvi pəhriz,
bifidolakto tərkibli ərzaqlar vermək məsləhətdir. Bunlar yüksək müalicəvi effektliyə malikdirlər.
Kandidoz inkişaf edərsə nislatin gündə 3-4 mil. v., 12-14 gün; ketokona-zol 0,2-
0,4 q bir dəfə, yemək zamanı 12-14 gün, fulkonozol bir gün 0,2x2 verilir.
Bağırsaqda kəskin iltihabi proseslərdə və ya selikli qişada reparasiyanın ləngidiyi
hallarda müalicəvi imalələrdən (çobanyastığı, evkalipt və s.) istifadə edilir. İmalə 100 ml
həcmində, yatmazdan əvvəl, defekasiyadan sonra edilir, 36-37°C qızdırılmış məhlul rezin katetrlə
15-20 sm dərinliyə yeridilir. Eroziya, xoralar zamanı yaxşı effektli nəticəni itburnu yağı və
karotolin, vinilin məlhəmi, vitaminləşdirilmiş balıq yağı və s.-in tətbiqində əldə edilir. Poliglükinin
5 gün müddətində, hər gün 50 ml imalə edilməsi də effektlidir.
Uzun sürən formalarda fizioterapiyadan (ozokerit və ya parafin applika-siyası,
ümumi isti vannalar, papaverin və ya novokainlə elektroforez və s.) istifadə edilir. Bunlar ağrıları
azaldır, iltihabın tezliklə çəkilməsinə səbəb olur.
Xroniki dizenteriyanın müalicəsi kompleks şəklində, mərhələlərlə aparılmalıdır.
Bu zaman xəstəliyin müddətinə bu və ya digər üzv-sistemlərin prosesə cəlb edilməsinə diqqət
yetirilməlidir. Kəskinləşmələr dövründə müalicə kəskin dizenteriyada olduğu kimi aparılır və bu
zaman yalnız patogenetik müalicəyə üstünlük verilir. Müalicəvi qidalanma, həzm femıentləri,
eubiotiklər, fizioterapevtik proseduralar və s nəzərdə tutulur. Qida rejiminə ciddi əməl
edilməlidir. Spirtli içkilər, pivə tam qadağandır. 4 saylı pəhriz təyin edilir. Yanaşı
gedən xəstəliklər, bu və ya digər qidanın orqanizmin qəbul edə bilməsi nəzərə alınmalıdır. Həzm
sistemində mövcud olan funksional morfoloji dəyişikliklər diqqət mərkəzinə çəkilməlidir.
Disbakterioza, disfermentoza, mədə turşuluğunun azalmasına diqqət yetirilməlidir. Antibakterial
müalicə kursu ehtiyatla tətbiq edilməlidir, orqanizmin spesifik və qeyri-spesifik rezistenliyini
yüksəldən və ya digər vasitələrlə birlikdə verilməlidir. Kəskin bağırsaq pozğunluğunun əlamətləri
aradan qaldırıldıqdan sonra yanaşı gedən xəstəliklərin müalicəsinə başlanılmalıdır. İlk növbədə
qurd invaziyasına, xolesistitə, mədə - 12 b.bağırsaq xorasına, xroniki qastrit və pankreatitə diqqət
yetirilməlidir.
Xroniki dizenteriyanın müalicəsində levomizol, prodigiozan, pirogenal və s. bu
kimi immunomodulyatorların tətbiqi mühüm əhəmiyyət kəsb edir. Bu halda xəstənin fərdi
xüsusiyyətləri, imınun statusu nəzərə alınmalıdır.
Adətən xroniki dizenteriya 1,5-2 il davam edir. Sonra sağalma baş verir və ya
xroniki dizenteriyadan sonrakı kolit formalaşır.
Xroniki dizenteriyanın müalicəsini sxematik olaraq aşağıdakı kimi göstərmək
olar:
A) Etiotrop müalicə - ftorxinolonlar: siprofioksasin 0,5 x 2, ofloksasiıı
0,2 x 2.
B) İmmunoterapiya - timalin, timogen, levomizol, dibazol və s.
C) Əvəzləyici müalicə - panzinozm, festal, pankreatin, pepsin və s
D) Vitaminlər - yüksək dozada, kompleks şəkildə
downloaded from KitabYurdu.org