73
E) Yanaşı gedən xəstəliklərin müalicəsi.
Ə)
Bağırsaq biosnozunun bərpası - biosporin, baktisropin, lineks, bifi-
dumbakterin forte, vitaflor, laktobakterin və s. Göstərilən preparatlar etiotrop müalicədən sonra,
patogenetik müalicə ilə eyni vaxtda standart dozalarda verilir.
Proqnoz u. Xoşdur. Yalnız qocalarda və 2 yaşadək uşaqlarda ciddi ola bilər.
Profilaktikası. Kəskin dizenteriyalı xəstələri kliniki sağalmadan üç gün sonra evə
yazmaq olar. Bu zaman RRS-də kəskin dəyişikliklər qeyd edilməməlidir. Etiotrop müalicədən 2
gün sonra götürülən 1 dəfəlik bakterio-loji müayinə mənfi olmalıdır. Qida ilə əlaqədar işdə
işləyənlər və ya cpide-mioloji cəhətdən ona bərabər tutulan işçilər bakterioloji təstiq olunmamış
kəskin dizentcriya keçirdikdən sonra, yuxarıda göstərilən qaydalara əməl edilməklə bir dəfəlik
bakterioloji müayinənin nəticələri mənfi olduqda, evə yazılır. Əgər bu şəxslərdə bakteriyalar
tapılmış olarsa, onda göstərilən şərtlər daxilində 1-2 gün fasilə ilə iki dəfə mənfi bakterioloji
müayinədən sonra evə yazılır.
Evə yazıldıqdan sonra dispanser müşahidəsi aparılır. Xroniki dizentcri-yalı və
bakterioloji təstiq olunmuş xəstələr 3 ay müddətində, hər ay bakterioloji müayinə aparılmaqla
dispanser müşahidəsində qalmalıdır.
Qida ilə əlaqədar və ona bərabər tutulan işlərdə işləyənlər kəskin dizente-ıiyadan
3 ay, xroniki dizenteriyadan sonra isə 6 ay dispanser müşahidəsində qalır, hər ay bakterioloji
müayinədən keçirilir.
Xəstəlikdən sağalanlarda 3 aydan artıq bakteriya aşkar edilərsə kon-siliumun
(infeksionist, terapcvt, cpidemioloq) qərarı ilə işə buraxılmır və başqa - ərzaqla əlaqədar olmayan,
epidemioloji cəhətdən daha az təhlükəli işə keçirirlər.
Xəstə şəxslərlə kontaktda olmuşlar 7 gün ərzində tibbi müşahidə altında
olmalıdırlar. Xəstə şəxs kollektivdə aşkar edilərsə onunla təmasda olmuşların hamısı bakterioloji
müayinədən keçməlidirlər. Kimyəvi profilaktika aparılmır.
Dizenteriyanın profilaktikası məqsədilə kompleks, ümumi sanitar tədbirləri
həyata keçirilməlidir. Vətəndaşların yaşayış şəraiti yaxşılaşdırılmalı, ətraf mühitin sanitar-
gigiyenik təmizliyinə riayət edilməli, su təhcizatı, epidemioloji cəhətdən təhlükəsiz ərzaq
məhsulları təminatı, əhalinin sanitar mədəniyyətinin yüksəldilməsinə və s. yönəldilmiş tədbirlər
həyata keçirilməlidir. Xəstələrin vaxtında aşkar edilib, düzgün müalicəsi vacib şərtdir.
Ərzaq məhsullarının saxlanması, daşınması, işlədilməsi, istehsalı ciddi nəzarətdə
olmalıdır. Həmçinin bu sahədə işləyənlərin vaxtaşırı bakterioloji müayinəsi aparılmalıdır. Bu cür
sahələrə işə götürülənlər mütləq bakterioloji müayinədən keçməlidirlər.
Spesifik profilaktika işlənilib hazırlanmamışdır. •
Vəba - kəskin infeksion xəstəlik olub, sürətlə inkişaf etməsi, diareya və qusma
nəticəsində orqanizmin qısa müddət ərzində susuzlaşması, elektrolit-lərin itirilməsi, ağır hallarda
dehidratasion şokun inkişafı ilə xarakterizə edilir. Sürətlə yayılaraq epidemiyalar və pandemiyalar
verdiyinə görə «karantin» -xüsusi təhlükəli infeksiyalar qurupuna aid edilir.
T ar i x i m əlu m a t. «Cholera» sözü vaxtı ilə Hipokrat tərəfindən işlədilmiş və
ödün axması deməkdir. Belə ki, o, xəstəliyin səbəbini öd axınının güclənməsi ilə əlaqələndirirdi.
Qədim dövrlərdən məlum olsa da, 1817-ci ilədək o, öz endemik ocağında - Cənub-Şərqi Asiya
downloaded from KitabYurdu.org
74
ölkələrində, əsasən Hindistanda Qanq və Brahmaputra çayları vadisində təsadüf olunurdu.
Hindistan vəbanın klassik ocağı - «vətəni» hesab edilir. 1817-ci ildən 1926-cı ilədək vəbanın
öz klassik ocağından kənara yayılmaları, altı pandcmiyası baş vermişdir. Bu pandemiyalar əksər
materikləri əhatə edərək milyonlarla insanların tələf olmasına səbəb olmuşdur. 1961-ci ildə
İndoneziyanın Sulavesi adasından başlamış VII pandemiya vəbanın yeni biovarı, El-Tor vibrionu
tərəfindən törədilməsi, nisbətən yüngül gedişi, vibrion gəzdirənliyinin çox təsadüf edilməsi və
xəstəliyin bütün materiklərə yayılması ilə fərqlənirdi. Hazırda vəba dünyanın 40-dan artıq
ölkəsində təsadüf edilir. ÜST məlumatına görə 1999-2000-ci illərdə bütün dünyada 500 minə
qədər vəba hadisəsi qeydə alınmışdır ki, onlardan da 20 mini tələf olmuşdur. Vəbanın törədicisini
- klassik vəba vibrionunu ilk dəfə 1883-ci ildə R.Kox tapmış və onun su ilə yayılmasını
əsaslandırmışdır. 1906-cı iidə F.Qotşlixt Sinay yarımadasında, El-Tor karanlin məntəqəsində
ziyarətə gedən insanlar arasında digər bir biovar El-Tor vibrionunu aşkar etmişdir. El-Tor vibrionu
ilk dövrlər patogen hesab edilmirdi. 1939-cu ildə İndoneziyada onun verdiyi epidemiyadan sonra
patogen olduğu bəlli oldu və 1962-ci ildə ÜST tərəfindən vəbanın törədicisi kimi qəbul edildi.
Etiologiy a sı. Vəba vibrionu qram-mənfi, spor, kapsul əmələ gətirməyən, 1,5-3
x 0,2-0,6 mkm ölçüdə, əyilmiş çöp şəklində fəal hərəkətli bakteriyalardır. Bir ucunda yerləşən
qamçısı vardır ki, bu da onu vergülə bənzədir və həmin qamçının köməyilə fəal hərəkət edirlər.
Aerobdur, anilin boyaları ilə yaxşı rənglənirlər. 10-40° C temperaturda (optimal +37°C), qələvi
mühitdə (pH 7,6-9,2) artıb çoxalırlar. Hazırda vəba vibrionunun 2 biovarı məlumdur: həqiqi və ya
klassik vəba vibrionu - vibrio cholera classika (comma)\ El-
Tor vibrionu - vibrio cholera El-tor. Öz morfoloji xüsusiyyətlərinə görə bir-birinə çox oxşardırlar.
El-tor vibrionu klassik variantdan fərqli olaraq qoyun eritrositlərini hcmoliz edir, xarici mühit
faktorlarına daha davamlıdır.
Vəba vibrionlan termostabil somatik O-antigenə və Lermoləbil H-antige-nə
(qamçı) malikdirlər. H-antigen vibrionların bütün variantları üçün eynidir. O-antigen isə spesifik
olub quruiuşundakı müxtəlifliyə görə 60 seroqrupu ayırd edilir. Vəba törədiciləri Ol seroqrupuna
aiddir. Digər seroqrupların nümayəndələri isə vəbaya oxşar qastıoenterit tipində xəstəliklər törədə
bilir, lakin onlar vəbanın Ol-zərdabı ilə aqlutinasiya reaksiyasına girmirlər. Bunlar NAQ vibrion
adlanır, monoloji xüsusiyyətinə görə vəba vibrıonlarından fərqlənmirlər.
Ol yarımqrupu daxilində O-antigenin A-, B-, C- tipləri ayırd edilir. Bu tiplərin
kombinasiyasına görə üç serovarı vardır. Oqava (AB), İnaba(AC),
Hikoşima (ABC). Vibrionların faqlara münasibətinə görə 5 faqotipi məlumdur.
Vəba vibrionları bir sıra toksiki substansiyalara malikdir:
- immunogen xüsusiyyətə malik endotoksin - termostabil hüceyrə membranı
ilə əlaqədar olan lipoproteid kompleksindən ibarətdir. Vibrion tələf olduqda xaric olur.
- ekzotoksin (enterotoksin və ya xolerogen) - termolobildir, iki
peptid fraqmentdən ibarətdir. Vəbanın əsas əlamətlərinin, dehidratasiya və demineıa-lizasiyanm
inkişafını şərtləndirir.
downloaded from KitabYurdu.org