77
olunur. Alimlər güman edirlər ki, vibrion genin xromosomlanndan biri patogenliyin yaranmasının
əsas səbəbkarıdır. Əsas patogenetik rol baktcriyanın həyat fəaliyyəti məhsullarına -
ekzotoksinə ayrılır. Vəba sindiromunun inkişafı əsasən iki maddə ilə: zülali enterotoksin -
xolerogen və neyraminidaza ilə əlaqədardır. Xolerogen enterositlərin spesifik reseptorları ilə, GMI
qanqliozidlərlə əlaqəyə girir. Neyraminidaza asetilney-ramin turşusunun turşu qalığını
parçalayaraq qanqliozidlərdən spesifik resep-torlar əmələ gəlməsinə səbəb olur ki, bu da
xolerogcnin təsirini gücləndirir. Xolerogen - spesifik reseptor kompleksi adeniltsikiaza fermentini
fəallaşdırır. Bu isə tsiklik 3-5 AMF və QMF sintezini gücləndirir. Nəticədə elektrolitlərin və
mayenin bağırsaq mənfəzinə ifrazı güclənir. Hipersekresiyamn baş verməsində prostaqlandinlərin
və fosfodiesteraza fermentinin də rolu göstərilməlidir. Prostaqlandinlər AMF və QMF sintezini
stimullaşdırır, fosfodiesteraza isə ləngidir. Hipersekresiya ilə yanaşı yoğun bağırsaqdan sorulma
prosesi də zəifləyir. Nəticədə ifraz olunan maye və elcktrolitlər geriyə sorula bilmir və profuz ishal
və qusmanın meydana çıxmasına səbəb olur. Xaric olan mədə möhtəviy-yatında zülal çox cüzi
olur (1 q/1). Bir litr ifrazatında elektrolitlər - 135 mmol/1-Na
+
, 18 mmol/l-K
+
, 48 mmol/l-
hidrokarbonat, 100 mmol/l-Cl (1 litr ifrazatda 5 q NaCl, 4 q Na-hidrokarbonat, 1 q KC1) olur. Ağır
hallarda gün ərzində itirilən mayenin miqdarı 30 litrə çata bilər. Bu plazmanın həcminin
azalmasına, qanın qatılaşmasına, dövr edən qanın miqdarının azalmasına səbəb olur. Hüceyrədən
kənar izoosmotik dehidratasiya, hipovolemiya inkişaf edir. İnter-stisial mayenin damarlara
keçməsi baş verir, bu davam edən maye itirilməsini bərpa edə bilmir. Tezliklə mikrosikulyasiyada
dəyişikliklər, hemodinamik pozğunluqlar, toxuma hipoksiyası, metabolik asidoz, respirator
alkaloz, qanın kəskin hipokoaqulyasiyası, böyrək çatmamazlığı, və s. meydana çıxır ki, bu da xoşa
gəlməz nəticələr verə bilər.
Dehidratasiya ilə bərabər demineralizasiya da baş verir. Kəskin hipoka-liemiya
nəzərə çarpır. Nəcisdə kaliumun miqdarı qandan 3-5, bikarbonatların miqdarı isə 2 dəfə çox olur.
Kalium çatmamazlığı kəskin əzələ zəifliyinə, mio-kardın funksional zəifliyinə, bağırsağın
parezinə, böyrək kanalcıqlarmm zodo-lənməsinə səbəb olur. Qanın buferi olan bikarbonatların
ishalla itirilməsi metabolik asidozu gücləndirir və turşuların təsirindən əzələ qıcolmalan baş verir.
Vəba zamanı orqanizmin susuzlaşmasmın 4 dərəcəsi ayrıd edilir:
-1 dərəcə - maye itirilməsi bədən çəkisinin 1-3%-nə çatır. Xəstəlik yüngül və
silinmiş formalarda keçir və elə bir fizioloji pozğunluqlar olmur.
- II dərəcə - 4-6% maye itirilməsi - dövr edən qanın miqdarı müəyyən qədər
azalır. Kliniki olaraq özünü orta ağır gediş kimi göstərir.
- III dərəcə - maye itirilməsi 7-9 %-ə çatır, dövr edən qanın
miqdarı əhəmiyyətli dərəcədə azalır, periferik qan dövranında pozğunluqlar meydana çıxır, nəbz
təzyiqi aşağı düşür, keçici metabolik dəyişikliklər meydana çıxır və bu xəstəliyin ağır gedişinə
uyğun gəlir.
- IV dərəcə - 10% və daha artıq maye itirilməsi. Çox ağır hal
olub, dehidratasion şokun inkişafı ilə xarakterizə olunur. Qanın qatılaşması, hema-tokrit əmsalının
son dərəcə yüksəlməsi, periferik hemodinamikanın kəskin pozulması, metabolik asidoz, toxuma
hipoksiyası, respirator alkaloz, əzələ qıc-olmaları, böyrək çatmamazlığı baş verir. Vaxtında
müvafiq müalicə apanlma-sa baş vermiş pozğunluqların bərpası mümkün olmur.
downloaded from KitabYurdu.org
78
P at an at o m iy ası. Vəbadan ölmüş xəstələrdə dəri örtüyünün sia-nozu, əzələ
relyefinin kəskin nəzərə çarpması, dəridə iri qırmızı-bənövşəyi ləkələrin olması (meyid ləkələri),
meyid qacıması, əzələ qıcolmaları nəticəsində meyidin “boksçu" və ya "döyüşçü“ vəziyyətlərini
xatırlatması qeyd edilir. Təşrih
zamanı qanın iri damarlarda toplanması, kapilyar şəbəkəsinin boş olması, qanın qatı qətranvari
olması - moruq jelesini xatırlatması müəyyən edilir. Işemik sahələrlə yanaşı, kapilyarlarda
durğunluq, doluqanlı sahələrə də rast gəlinir. Bu mədə-bağırsaq sistemi, ağ ciyərlər və qaraciyər
üçün xarakterikdir. Qaraciyərdə, miokardda distrofik dəyişikliklər olur. Böyrəklərin ölçüləri
kiçilir, kapsul asanlıqla soyulur. Yumaqcıqlar doluqanlı olur, qıvrım kanalcıqlarda piy və vakuol
distrofıyası, bəzən proksimal kanalcıqlarda nekrotik ocaqlar, qabıq maddənin kapilyarlannda
durğunluq, doluqanlılıq qeyd edilir. Bağırsaqlar bulanıq maye ilə dolu olur. Xəstəlik dövründə
mədə-bağırsaq sisteminin selikli qişasının biopsiyası ilə həzm sisteminin bütün sahələrində kəskin
eksudativ proses müəyyən edilir. Bağırsaq xovlarınm epiteli saxlanılır, onun quruluşunda və
funksiyasında pozğunluq qeyd edilmir.
Klinikası. İnkubasion dövr bir neçə saatdan, 5 günədəkdir. Orta hesabla 2-3
gündür. Tipik gedişlərdə orqanizmin susuzlaşma dərəcəsindən asılı olaraq yüngül, orla ağır, ağır,
çox ağır formaları ayırd olunur.
At ipik formaları isə aşağıdakılardır:
silinmiş, ildirımsürəlli, quru
vəba, El-Tor vəbasında isə çox vaxt
vibriongəzdirənlik şəklində subklinik formalar da ayırd
olunur. Xəstəlik qəflətən, prodromal dövr olmadan gecə və ya səhərə yaxın defekasiyaya impe-
rativ çağırışlarla başlayır. Defekasiya aktı ağrılar, gücənmələr olmadan baş verir. İlk dövrlər nəcis
öz xarakterini saxlasa da, sonradan itirir. Miqdarı çox, rəngsiz, iysiz olur. Əksər hallarda isə elə
ilk anlardan nəcis öz xarakterini itirir. Tipik hallarda ağ bulanıq, üzərində köpüklər olan düyü
həlimini xatırladır, iyi olmur və ya artezian quyu suyu iyi verir. Qarında qurultular, göbək nahiy-
yəsində xoşa gəlməz hissiyyat ola bilər.
Qusma bir qayda olaraq ishaldan sonra qəfildən, mədə bulanması, ağrı olmadan
başlayır, tezliklə düyü həlimini xatırladır.
Vəba zamanı bədən temperaturu adətən normal olur. Bəzi hallarda isə subfebril
hərarət qeyd olunur.
Xəstəliyin yüngül forması 1-2 gün çəkir, müşahidə edilən bütün xəstələrinin 50-
60%-ni təşkil edir. Defekasiya aktının sayı 3-5 və ya 10 dəfəyə çatır. Ümumi vəziyyət bir o qədər
dəyişmir, yüngül zəiflik, iştahanın pisləşməsi, bir qədər yanğı, ağızda quruluq, əzələ zəifliyi ola
bilər. Nəbzin tezloşməsi, qarının «çəkilməsi», ağrısız olması, qurultu, nazik bağırsaq boyunca
maye şırıltısı hiss edilir. Susuzlaşma bədən çəkisinin 1-3%-dən artıq olmur. Xəstə tezliklə sağalır.
Orta ağır forma - 20-25% rast gəlinir. Xəstəlik proqressivləşir. Defekasiya
tezləşir: 15-20-yə çatır, nəcis sulu, çoxlu olub, düyü həlimini xatırladır. Xəstəliyin ilk saatlarından
ishala dəfələrlə təkrarlanan qusma qoşulur. Mədə bulanması, qarında ağrılar olmur, qusma su kimi
olub, öd qarışdığına görə bir qədər sarıya çala bilər. Qusmanın qoşulması ilə susuzlaşma artır. II
dərəcəli dehidratasiya inkişaf edir. Xəstənin vəziyyəti pisləşir, ağızda quruluq, yanğı, əzələ zəifliyi
artır. Dili ağ, təbaşir rəngində ərplə örtülü olur. Dəri, görünən selikli qişalar avazıyır, dərinin
turqoru zəifləyir. Dodaqlarda, barmaqlarda keçib gedən sianoz meydana çıxır, çox vaxt səs xırıltılı
olur. Nəbz tezləşir, A/T düşür (əsasən nəbz təzyiqi), sidik ifrazı azalır, hətta olmur. Bədən
downloaded from KitabYurdu.org