Cabarova arzu qəDİr qizi



Yüklə 202,99 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix14.05.2018
ölçüsü202,99 Kb.
#44138
1   2   3   4   5   6   7

 

 



da  artırmışdır.  Məsələyə  bu  kontekstdə  yanaşdıqda  istər  məfhum  və  söz 

sahələrinin, istərsə də leksik- semantik və müxtəlif dil səviyyələrinin ifadə 

elementlərini  birləşdirən  funksional-  semantik  sistemlərin  öyrənilməsinin 

aktuallığı  məlum  olur.  Problemin  bütövlükdə  istər  ümumi-nəzəri,  istərsə 

də  qarşılıqlı-müqayisəli planda  kifayət  qədər araşdırılmamasını  da nəzərə 

alsaq, seçilmiş mövzunun aktuallığı bir daha aydınlaşar. 



Təqiqatın  elmi  yeniliyi. Tədqiqat  işinin  elmi  yeniliyi  ondan  ibarətdir 

ki, rəng adları və onların semantikası alman və Azərbaycan dillərinin ma-

terialları  əsasında  ilk  dəfədir  ki,  əhatəli  şəkildə  qarşılıqlı-müqayisəli  təd-

qiqata cəlb olunub. Rəng adlarının geniş sahə müstəvisində araşdırılması, 

ayrı-ayrı  leksik-semantik  sistemlər,  paradiqmalar  şəklində  öyrənilməsi 

rəng  fenomeni,  vizual  qavrayışın  imkanları  ilə  bağlı  bir  sıra  konkret 

linqivistik  problemlərin  üzərinə  işıq  salmağa  kömək  edir.  Rəng  adlarının 

başqa semantik sahələr və semantik qruplarla sıx əlaqə və vəhdətdə götü-

rülməsi,  belə  təhlillərin  müqayisəli-tipoloji  planda  həyata  keçirilməsi 

tədqiqatın yeniliyi və orijinallığı kimi dəyərləndirilə bilər. 



Tədqiqatın  obyekti  və  predmeti.Müxtəlifsistemli  dillərdə  rəng  sahəsi 

bir fiziki hadisə, substansiya olaraq, rəng diferensiasiyasının dil sistemin-

də  ifadə  olunma,  işarələnmə  uyarlıqlarının  araşdırılması  tədqiqat  işinin 

obyektini  təşkil  edir.  Rəng  sahəsinin  ayrı-ayrı  semantik  mikrosahələrinin 

struktur  təşkili  qaydası,  nüvə-periferiya  münasibətləri,  müxtəlif  ifadə 

vasitələrinin  iyerarxik  təşkili  və  funksional  xüsusiyyətləri  də  tədqiqatın 

obyektinə daxildir. 

Ayrı-ayrı nitq hissələrinə aid rəng nominasiyaları, əsas rəng adlarının 

struktur-semantik təhlili, müxtəlifsistemli alman və Azərbaycan dillərində 

müxtəlif  sahə  elementlərinin  müqayisəli  semantik  planda  nəzərdən 

keçirilməsi tədqiqatın predmetini müəyyən edir. 

Tədqiqat  işinin  məqsəd  və  vəzifələri.  Dissertasiya  işində  qarşıya  qo-

yulan  əsas  məqsəd  rəng  adlarının  semantik-struktur  xüsusuiyyətlərini 

aşkara  çıxarmaq,  sahə  komponentlərinin  qarşılıqlı  əlaqə  və  asılılıq  mü-

nasibətlərini təhlil edib öyrənmək, müxtəlif sistemli alman və Azərbaycan 

dillərində  rənglərin  semantik  diferensiasiyasının  vəziyyətini,  ümumi  və 

fərdi  cəhətlərini  müəyyənləşdirməkdir.  Tədqiqatın  qarşısında  duran  vəzi-

fələr aşağıdakılardan ibarətdir: 

-  rəng  sözləri  sahəsinin  strukur  təşkilini,  ifadə  vasitələri  inventarını 

müəyyənləşdirmək; 



 

 



-  ayrı-ayrı  mikrosahələrin  əsas quruluş cizgilərini təyin  etmək,  müx-

təlif  sistemli  dillərdə  mərkəz-  periferiya  qarşılaşmasının  özünəməxsus 

cəhətlərini tədqiq edib aşkara çıxarmaq; 

-  əsas  rəng  adlarıının  müvafiq  mikrosistemlərin  dominantlarının 

semantik  tutumuna,  məna  çalarlarının  aydınlaşmasına  və  dəqiqləşməsinə 

müəyyənedici təsirlərini öyrənmək; 

-  konkret  dilə  aid  ayrı-ayrı  rəng  mikroblokları  daxilində  hansı  ifadə 

elementlərinin  üstün  rol  oynadığını,  bunun  funksional  özünəməxsus-

luğunu  aşkara  çixarmaq  (söz  birləşmələri,  analitik  formalar,  təsviri-

perifrastik ifadələr və s.);  

-  rəng  bildirən  leksik  vahidlərdə  sözdüzəltmə  imkanlarını,  termin-

yaratma və frazeoloji fəallıq, məcazlaşma səviyəsini müəyyənləşdirmək; 

-  bütün  insanlar,  xalqlar  üçün  eyni  olan  rəng  spektrinin  müxtəlif 

sistemli dillərdə ifadə spesifikliyini müəyyənləşdirmək; 

-  müxtəlif  sistemli  alman  və  Azərbaycan  dillərində  əsas  rənglər  və 

onların  çalarlıqlarının  qarşılıqlı  əlaqə  və  təsir  vəziyyətlərini  aşkara 

çıxarmaq; 

-  müxtəlif  sistemli  alman  və  Azərbaycan  dillərində  əsas  rəng 

adlarının  semantik  həcmində  eləcə  də  əlaqə  imkanlarındakı  ümumi  və 

spesifik cəhətləri müəyyən etmək və s. 



Tədqiqat işinin nəzəri və praktik əhəmiyyəti. Müxtəlifsistemli dillərin 

bu  və  ya  digər  səviyyələrinin  müqayisəli-tipoloji  tədqiqata  cəlb  edilməsi, 

həmin  dillərin  özünəməxsus  səciyyəvi  xüsusiyyətlərinin  aşkarlanması 

müqayisəli dilçiliyin ümumi nəzəri problemlərinin dəqiqləşdirilməsi baxı-

mından  mühüm əhəmiyyət kəsb  edir.Tədqiqat işindən  alınan nəticələr se-

mantik  valentlik  nəzəriyyəsinin,  dilin  ayrı-ayrı  leksik-semantik  sistem-

lərinin,  psixolinqvistik  və  sosioloji  aspektlərin,  praqmatik  və  koqnitiv 

dilçilik məsələlərinin şərhi baxımından da faydalı ola bilər.  

Dissertasiya  işində  toplanan  materiallardan  xüsusi  kursların  təşkilin-

də, leksikologiya və üslubiyyat fənlərinin tədrisində, ali və orta məktəblər 

üçün dərslik və dərs vəsaitlərinin hazırlanmasında, semantik lüğətlərin ha-

belə ikidilli və izahlı lüğətlərin tərtibində istifadə oluna bilər. 



Tədqiqat  işinin  mənbə  və  metodları.  Dissertasiya  işində  müxtəlif  lü-

ğətlərdən,  alman  və  Azərbaycan  dillərində  bədii  ədəbiyyat  nümunələrin-

dən, habelə digər funksional üslublara və dövrü mətbuata aid dil faktların-

dan  geniş  istifadə  olunmuşdur.  Dissertasiyada  istifadə  olunan  metodlar 

müasir  dilçilikdə  tətbiq  olunan  metodlardır.  Araşdırılan  dil  materialının 



 

 



məqsəd  və  vəzifələrinə,  xarakterinə  uyğun  olaraq,  tədqiqat  işində  təsvir, 

müqasyisəli - kontrastiv təhlil, müşahidə və komponent təhlili metodların-

dan  istifadə  olunmuşdur.  Əldə  edilən  faktlar  təsvir  və  tutuşdurma-müqa-

yisəli təhlilin köməyi ilə ümumiləşdirilir. Tədqiq olunan mövzunun xüsu-

siyyətindən  asılı  olaraq,  alman  və  Azərbaycan  dillərindən  nümunə- 

cümlələr seçilmişdir. 



Tədqiqatın fərziyyəsi: 

-  rəng  adlarının  mətndə  və  danışıqda  istifadə  olunan  çalarlarının 

düzgün seçilməsi əsas amillərdən biridir; 

-  rəng  adlarının  çalarlarının  sayı  nə  qədər  çox  olarsa,  onların  həlli 

yollarının araşdırılması o qədər çətinləşir; 

-  rəng  çalarlarının  düzgün  təyin  edilməsi  üçün  formal  informasiya 

müəyyənləşdirilir. 

  

Dissertasiyada müdafiəyə təqdim olunan müddəalar. Tədqiqat işində 

müdafiəyə  təqdim  olunan  müddəaları  aşağıdakı  kimi  ümumiləşdirmək 

olar: 


-  dil  sistemində  rəng  adlarının  məhdudluğu,  leksik-semantik  sahədə 

çoxlu əlavə adlandırmaların - analitik formaların, təsviri-perifrastik ifadə-

lərin,  qarışıq  adlar  və  müxtəlif  modifikatorların  köməkliyi  ilə  yaranan 

sözlərin mövcudluğunun şərtləridir; 

- müqayisə olunan dillərdə oxşar və fərqli cəhətlər yalnız rəng sözləri 

sahəsinin  ucqar,  periferik  elementlərini  deyil,  bütövlükdə  sahənin,  eləcə 

də  ayrı-ayrı  semantik  mikroblokların  dominantlarını,  nüvə  komponentlə-

rini də əhatə edir; 

- rənglərin semantik diferensiasiyası, konkret rəng mikrosahəsinin ver-

ballaşma səviyyəsi hər bir dilin spesifik milli xüsusiyyətlərini əks etdirir; 

-  rəng  adları  ilə  yaranan  məcazi  mənalar,  rəng  simvolikası  hər  bir 

xalqın həyat və  məişətinin, düşüncə tərzinin  etnik psixologiya və  mental-

lığının mühüm göstəricisi kimi çıxış edir; 

-  rəng  adları  üçün  məcazlaşma,  terminyaratma  və  frazeoloji  fəallıq 

xarakterikdir; 

- hər bir  mikroblokda toplanan  ifadə  elementləri semantik baxımdan 

əsas  rəng  adlarına,  mikrosistemin  dominantı  rolunda  çıxış  edən  leksik 

vahidlərə tabedir və "bir mərkəzdən" idarə olunur. 



Dissertasiyanın  aprobasiyası.  Tədqiqat  işinin  nəticələri  ilə  bağlı 

Azərbaycan  Dillər  Universitetinin  müasir  alman  dili  kafedrasının 




Yüklə 202,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə