Cabarova arzu qəDİr qizi



Yüklə 202,99 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix14.05.2018
ölçüsü202,99 Kb.
#44138
1   2   3   4   5   6   7

 

 



probleminin  müstəqil  həllini  vermişdir. Müəllif bütün  sahələri təklaylı  və 

coxlaylı  olmaqla  iki  yerə  bölür.  Təklaylı  sahənin  üzvlənməsi  yalnız  bir 

əlamətə  görə  ola  bilər.  Çoxlaylı  sahə  o  vaxt  yaranır  ki,  sahə  iki  və  daha 

çox  mövqedən  təhlil  edilsin.  L.Vaysgerberə  görə,  dil  sahəsinin  daxili 

qanunu  var  –  üzvlənmə  qanunu.  L.Vaysgerber  sahə  daxilində  iki  tip 

üzvlənməni  fərqləndirir: Reihengliederung  (ardıcıl)  və Flächengliederung 

(səthi).  Məsələn,  məktəbli  qiyməti  bildirən  sözlərin  sahəsi  birinci  tip 

üzvlənməyə,  qohumluq  bildirən  sözlərin  sahəsi  ikinci  tip  üzvlənməyə 

aiddir.  Lakin  dildə  tez-tez  qarışıq  tipdə  üzvlənmiş  sahələrə  rast  gəlmək 

olur.  Bu  da  onu  göstərir  ki,  sahə  tədqiqatı  ilə  bağlı  faktları  sadə  və 

sxematik  qəbul  etmək  olmaz.  Hər  bir  dil  həmin  dildə  danışan  xalqın 

dünyagörüşü  olduğu  üçün  sahənin  üzvlənməsi  L.Vaysgerberə  görə,  ana 

dili ilə bağlıdır, məsələn, alman dilində qohumluq bildirən sözlər sahəsinə 

Vater,  Mutter,  Bruder,  Schwester,  Onkel,  Tante,  Vetter,  Kusine,  Neffe, 

Nichte,  Schwager,  Schwägerin  və  s.  sözlər  daxil  olduğu  halda,  başqa 

dillərdə  Onkel  əvəzinə  atanın  qardaşı  (Azərbaycan  dilində  əmi),  ananın 

qardaşı  (Azərbaycan  dilində  dayı),  Tante  əvəzinə  atanın  bacısı 

(Azərbaycan  dilində  bibi),  ananın  bacısı  (Azərbaycan  dilində  xala)  kimi 

sözlər  də  daxildir.  Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  dilində  Tante 

sözünün  daha  başqa  mənaları  da  vardır,  məsələn,  əmidostu,  dayıdostu, 

gəlinbacı.  L.Vaysgerber  hətta  bəzi  dillərdə  Schwager  və  Schwägerin 

anlayışlarının  da  ayrı-ayrı  sözlərlə  ifadə  olunduğunu  göstərir.  (Müqayisə 

et:  Azərbaycan  dilində  yeznə,  qayın,  bacanaq;  baldız,  yengə/gəlin).  Dilçi 

alim  bu  üzvlənməni  xalqın  dünyagörüşünün  tərkib  hissəsi  hesab  edir  və 

xalqın tarixi mədəniyyəti ilə əlaqələndirir

1

1



Paradiqmatik  sahələrə  daxil  olan  leksik  vahidlərin  bu  və  ya  digər 

əlaqələrinə  görə  oxşar  olan  sinonim  və  antonimlər  də  çox  mürəkkəb 

təbiətə  malik  söz  qruplarıdır.  Bunlar  həm  denotat  ilə,  həm  də  məfhumla 

əlaqədar  bir-birinə  yaxın  və  əks  mənalardır.  Bu  baxımdan  sinonimlər  iki 

yerə  ayrılır:  1)  denotativ  sinonimlər:  ağ-bəyaz,  qırmızı-al;  2)  siqnifikat 

sinonimlər  (eyni  anlayışı  və  ya  onun  müxtəlif  məna  çalarlıqlarını  ifadə 

etmək  üçün  işlənən  müxtəlif  sözlər):  qara-əsmər-siyah-şəvə,  qəhvəyi-



şabalıdı-kəhər.  Şabalıdı  və  kəhər  sözləri  üçün  eyni  sema  onların  ikisinin 

                                                             

1

  Weisgerber  L.  Die  volkhaften  Kräfte  der  Muttersprache,  Dieserweg, 



Frankfurt/M, 1939, S.12-33 


 

 

10 



də  qəhvəyi  rəng  bildirməsidir,  lakin  bu  sözlərdən  biri  insanın  saçının 

rəngini, digəri isə atın rəngini bildirir.  

Rəng  adları  mənalarına  görə  bir-birinə  əkslik  təşkil  edib,  antonim 

kimi  çıxış  edə  bilirlər:  ağ-qara  (gün),  ağ-qara  (saç,  saqqal),  ağ-qara 



(bulud),  ağ-qara  (geyim),  ağ-yaşıl  (şüşə),  qara-sarı  (saç),  yaşıl-sarı 

(yarpaq). Polisemantik sözün bir-biri ilə əlaqəli  olan  mənalarının toplusu 

(kompleksi),  yəni  leksemlərin  qlobal  məzmunu,  şərti  olaraq  semantem 

adlandirilir.  Semantemi  təşkil  edən  sememlərin  adətən,  eyni  əlamətləri 

(sememləri) olduğu üçün onlar da semantik sahə kimi nəzərdən keçirilir. 

Morfosemantik sahə də leksik vahidlərin digər əlaqələrinə görə oxşar 

olan  müxtəlif  sistemlərindən  biridir.  Morfosemantik  sahələr  həm  leksika, 

həm  də  morfologiya üçün səciyyəvidir. Leksikada morfosemantik sahələr 

sırf  invariant  qruplar  kimi  çıxış  edir,  morfologiyada  isə  ümumi  morfem 

tərkibinə  və  ümumi  semantikaya  malik  olan  elementlər  qrupunun,  yaxın 

kommunikativ və ya struktur funksiyaları ola bilər. 

Morfosemantik  sahələrə  ikinci  komponenti  weiβ  və  ya  rot,  birinci 

komponenti  fahl  və  ya  dunkel  olan  rəng  adları  sahəsini  misal  göstərə 

bilərik.  Belə  sahələrə  -lich  suffuksli  rəng  adlarını  da  aid  edə  bilərik: 

blütenweiβ, fahlweiβ, federweiβ, perlweiβ, blutrot, bordeauxrot, brandrot, 

feuerrot,  glührot, fahlblau,  fahlbraun,  fahlgelb, dunkelblau,  dunkelblond, 

dunkelbraun, rötlich, grünlich və s. 

Bu  morfosemantik  sahələri  semantik  baxımdan  daha  kicik  sahələrə 

də bölmək  olar. Məsələn, rot sözü  digər rəng adları ilə birləşərək,  müəy-

yən  sahə  əmələ  gətirir:  braunrot,  karminrot,  orangerot,  purpurrot, 



rosatrot  və  s.  Bu  söz  (rot)  heyvan  və  bitki  adları  ilə  birləşərək  başqa  bir 

sahə  də  yarada  bilər:  krebsrot,  puterrot,  himbeerrot,  kirschrot,  rosenrot, 



tomatenrot və s. 

Nitq hissələri də paradiqmatik sahələrdir, yəni predmetlilik, atributiv-

lik,  predikativlik  və  s.  bildirən  sintaqmatik  semalara  görə  oxşar  olan  se-

mantik-qrammatik söz qruplarıdır. Bu qruplarda oxşarlığın əsasını sintaq-

matik  semlər  və  onlara  müvafiq  sintaktik  pozisiyalar  təşkil  etdiyi  üçün 

onları "sintaktik" qruplar " da adlandirilır. 

Paradiqmatik  və  sintaqmatik  sahələrin  birləşməsi  nəticəsində 

kompleks  sahələr  yaranır.  Bu  cür  sahələr  "assosiativ  sahə"  termini  ilə 

adlandırırlar. 

Dissertasiyanın ikinci fəsli "Alman və Azərbaycan dillərində rəng ad-



larının  leksik-semantik  xarakteristikası"  adlanır.  Bu  fəslin  birinci 


Yüklə 202,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə