Cabarova arzu qəDİr qizi



Yüklə 202,99 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix14.05.2018
ölçüsü202,99 Kb.
#44138
1   2   3   4   5   6   7

 

 

13 



vərəq;  “təmiz”,  “ləkəsiz”,  “vicdanlı”,  “namuslu”  mənalarını  bildirir:  eine 

weiße  Weste  haben;  üzüağ,  üz  ağlığı;  “qarlı”,  qış  fəsli  ilə  bağlı  olan 

“soyuq”  mənalarında  işlənir:  weiße



 

Weihnachten,  ağ  yorğana  bürünmək; 

saçın  (saqqalın)  rəngini  ifadə  etməklə  bir  dildə  çal  sözünün,  o  biri  dildə 

isə  grau  sözünün  sinonimi  kimi  çıxış  edir,  lakin  Azərbaycan  dilində  ağ 

sözünün  bu  halda  “hörmətli”,  “yaşlı”,  “təcrübəli”  kimi  mənaları  da  var: 

weißhaariq, weißbärtig; ağsaçlı, ağbirçək, ağsaqqal. 

Azərbaycan  dilində  "ağ"  rəng  adı  başqa  mənalarda  da  işlənir, 

məsələn,  "xoşbəxt”,  “bəxtəvər"  mənasında:  ağ  gün  ağardar,  qara  gün 

qaraldar; işıqlı  mənasında: ağ gecələr; “ ifrat”, “ mübaliğəli”,” açıqdan-

saçığa”  mənalarında:  ağ  yalan,  ağ  böhtan;  “qorxaq”,”  cəsarətsiz” 

mənalarında: ağbağır, ağciyər. 

Azərbaycan  dilində  ,  “ağ”  sözü  “böyük”,  “möhtəşəm”  ,  “uca” 

mənalarında  da  işlənir.  Yəqin  ki,  “Ağdərə”,  “Ağdam”,  “Ağdaş”  coğrafi 

adlarındakı “ağ” elementi də məhz “böyük” sözünün semantikasına uyğun 

gəlir.  Həmin  söz  məcazlaşaraq  və  simvolik  mənalar  kəsb  edərək 

“xoşbəxt” sözünün mənası ilə bərabərləşməklə müasir Azərbaycan dilində 

geniş miqyasda işlənməkdədir.  

Müqayisə olunan hər iki dildə ağ rəng adı ilə bir çox sabit birləşmələr 

vardır ki, bunlarda ağ sözü müxtəlif mənalarda işlənir: weiße Kohle, jemand 

ist ein weißer Rabekeine weiße Weste habenweiß wie die Wand; eləcə də: 

ağ qızılağ eləməküzünə ağ olmaqağ günə, üzünü ağartmaq və s. 

"Sarı" rəng adının leksik-semantik sahəsinə isə aşağıdakılar daxildir: 

sarı rəng adı günəş spektrində narıncı və yaşıl arasında olan rəngi bildirir: 

die  gelbe  Farbe  der  Zitrone,  der  Vogel  hat  einen  gelben  Schnabel;  sarı 

gül,  sarı  paltar,  sarı  saç.  Əgər  Azərbaycan  dilində  “sarı  saç”  demək 

mümkündürsə,  alman  dilində  “gelbes  Haar”  deyil,  blondes  Haar  deyilir. 

Sarı  rəng  adı  hər  iki  dildə  insan  dərisinin  rəngini,  yəni  onun  həm  hansı 

irqə mənsub olduğunu ifadə edə bilər, həm də xəstəlikdən, dərddən və ya 

başqa bir səbəbdən rənginin adi haldakına nisbətən solğun olmasını və ya 

saralmasını göstərə bilər; meyvənin, hər hansı bir taxıl bitkisinin yetişmiş, 

dəymiş olduğunu və ya yaşıl bir bitkinin solduğunu ifadə edə bilər: gelbes 

Getreide, gelbe Blätter; sarı yarpaq. 

Alman dilində sarı rəng adı “qibtə”, “paxıllıq” mənası ifadə edir: der 



gelbe  Neid.  Alman  dilində  XIX  əsrin  sonlarında  fəhlələrin  inqilabi 

təşkilatlara  daxil  olmasının  qarşısını  almaq  üçün  sahibkarlar  tərəfindən 

yaradılan və maliyyələşdirilən təşkilatlar da gelb rəng adı ilə adlandırıldı: 



 

 

14 



die  gelbe  Gewerkschaft.  Streykbrexerləri  də  bu  adla  tanıyırdılar. 

Almanlarda sarı rəng satqınlıq rəmzi kimi işlənməkdədir.  

Azərbaycan dilində sarı rəng adı həm də "qızıl" mənasında da işlənir. 

Sarı  rəng  adı  hər  iki  dildə  bir  sıra  birləşmələrdə  və  hər  dəfə  də  yeni 

mənalarda  işlənir:  es  wird  jemandem  gelb  und  grün  vor  den  Augen  

gözləri  qaralmaq,  gelbe  Raben  (qızıl  pullar),  Gelbsucht,  sarılıq  xəstəliyi, 



ürəyinə  sarı  yağ  kimi  yayılmaq,  sarı  ev  (köhn.  ruhi  xəstələr  üçün 

xəstəxana)

Toplanmış  materialların  təhlili  nəticəsində  belə  bir  qənaətə  gəlmək 

olar  ki,  rəng  adlarının  semantik  strukturu  bir-biri  ilə  sıx  məna 

münasibətində olan həqiqi və məcazi mənalardan ibarətdir. Əksər hallarda 

məcazi  məna  həqiqi  (nominativ)  mənaya  istinad  edir  və  burada  rəng 

obrazı hiss olunur. Belə məcazi mənalar həqiqi mənanın ardıcıl inkişafının 

nəticəsi ola bilər. Bu inkişaf zamanı mücərrədlik dərəcəsi müxtəlif olur. 

Üçüncü  fəsil  "Alman  və  Azərbaycan  dillərində  rəng  adlarının 

sözdüzəltmə xüsusiyyətləri" adlanır. Bu fəslin birinci bölməsində alman və 

Azərbaycan  dillərində  rəng  adları  ilə  yeni  sözlərin  yaranması  yolları 

göstərilir. Hər iki dildə rəng adlarından yeni sözlər əsasən, üç yolla əmələ 

gəlir: isimləşmə, şəkilçi qəbul etmə və digər sözlərlə birləşmə. İsimləşmiş 

rəng  adları  həm  mücərrəd,  həm  də  konkret  predmetləri  ifadə  edir.  Bu 

proses iki yolla gedə bilər: şərti isimləşmə (fərdi şəkildə düzəlmiş, yalnız 

bir mətndə işlənməklə məhdudlaşıb qalan) və tam isimləşmə. 

Tam  isimləşmə  zamanı  rəng  adları  müstəqillik  hüququ  alır,  təklikdə 

və  sabit  söz  birləşmələrində  işlənə  bilir.  Məsələn,  əgər  bütün  rəng  adları 

"paltar,  geyim"  mənasında  yalnız  kontekst  daxilində  çıxış  edə  bilirsə, 

"qara" rəng adı "matəm libası" mənasında isim kimi müstəqil işlənə bilir: 

qara  geymək,  qara  bağlamaq  .  Azərbaycan  dilində  “qara”,  “ağ”,  “göy”, 

“sarı”  kimi  rəng  adları  tam  isimləşə  bilir.  Tam  isimləşmə  zamanı  rəng 

adları  ifadə  etdikləri  mənaları  və  əlamətləri  məhdudlaşdırır  və  konkret 

predmetlərin  adını  bildirir.  Məsələn,  die  Grünen,  göy  almaq,  sarı  (qızıl) 



hər şeyi həll edir

Şəkilçi qəbul etmə alman dilində rəng adlarından yeni sözlərin yaran-

masının ikinci yoludur və bu dildə həmin sözdüzəltmə vasitəsinin bir necə 

təzahürlərini  qeyd  etmək  olar:  prefiks  qəbul  etmə  -  rəng  adları  prefiks 

qəbul etməklə öz ilkin mənalarını qismən itirir və yeni məna alır, məsələn, 

braun rəng adına an- prefiksi artırmaqla düzələn anbr

ӓ

unen sözü "bir şeyi 

yağda  qızartmaq"  mənasını  verir.  Anschw



ӓ

rzen  sözü  də  həmin  yolla 


Yüklə 202,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə