Cabarova arzu qəDİr qizi



Yüklə 202,99 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix14.05.2018
ölçüsü202,99 Kb.
#44138
1   2   3   4   5   6   7

 

 

11 



bölməsində rəng adlarının tədqiqi tarixindən bəhs olunur. Rəng adları hər 

bir  dildə  mürəkkəb  sistem  təşkil  edir  və  hər  bir  dil  sistemi  səciyyəvi 

xüsusiyyətlər  büruzə  verir.  Bu  sahə  ilə  bağlı  T.T.Paşaleşvili  göstərir  ki, 

gözlə  fərqləndirilə  bilən  rənglərin  sayı  ilə  onların  adları  arasında  qeyri-

mütənasiblik  mövcuddur.  Onun  fikrincə,  heç  bir  dil  təqribi  də  olsa 

rənglərin sayı  qədər rəng adı  yarada bilməz,  heç bir insan  onları  yadında 

saxlaya bilməz, təfəkkür isə onlardan istifadə edə bilməz

1



İkinci fəslin ikinci bölməsində rənglər və rəng adlarının təsnifatından 

danışılır.  Rəng  adları  müxtəlif  aspektlərdən  təsnif  oluna  bilər:  işlənmə 

intensivliyinə  görə  əsas  və  qeyri-əsas  rəng  adları,  günəş  spekterindəki 

rənglərə  münasibətdə  axromatik  və  xromatik  rəng  adları,  öz  leksik 

mənalarına görə törəmə və törəmə olmayan rəng adları. Bizim fikrimizcə, 

törəmə  rəng  adları  rəngi  hər  hansı  bir  predmetə  münasibətdə  ifadə  edir. 

Bunlar bir qayda olaraq əsas rənglərin çalarlarını bildirirlər. Alman dilində 

bu çalarları ifadə  etmək üçün ən çox “isim + farben”, “isim + farbig”  və 

ya  “isim  +  rəng  adı”  modellərindən  istifadə  olunur.  Məsələn,  blutrot, 

maisgelb, 

pflaumenblau, 

olivengrün, 

olivenfarben, 

schneeweiß, 

lavandelblau,  korallenrot,    korallenfarbig,  meerblau,  meerfarben, 

mausgrau, mausfarben. 

Azərbaycan  dilində  isə  bu  çalarları  ifadə  etmək  üçün  müvafiq  isim 

kökünə  artırılan  müəyyən  şəkilçidən,  daha  çox  isə  “isim+rəng(i)” 

modelindən istafadə olunur. Məsələn, bənövşəyi, xınayı, püstəyi, qəhvəyi, 

şabalıdı, badımcanı və ya badımcan rəngi, yasəməni və ya yasəmən rəngi, 

buğdayı  və  ya  buğda  rəngi,  abı  və  ya  su  rəngi,  mixəyi,  çuğundur  rəngi, 

kök rəngi, torpaq rəngi, dəniz dalğası rəngi, od rəngi, hava rəngi, külrəng, 

sürməyi və s. 

Hər  iki  dildə  hər  hansı  bir  çaları  bildirmək  üçün  müqayisədən  də 

istifadə olunur. Bu zaman alman dilində wie sözü, Azərbaycan dilində isə 



kimi  sözü  işlənir,  məsələn,  weiß  wie  Wolken,  weiß  wie  der  Schnee, 

schwarz  wie  die  Nacht;  qar  kimi  ağ,  pambıq  kimi  ağ,  pomidor  kimi 

qırmızı, buğda kimi sarı, süd kimi ağ və s. 

Rəng adlarına semantik sahə prizmasından yanaşdıqda həmin sahənin 

strukturunu  əsas  rəng  adlarının  yaratdığı  nüvə  komponentləri  və  törəmə 

adların,  müxtəlif  tipli  rəng  çalarlarının  nominasiyalarının  formalaşdırdığı 

                                                             

Пашалешвили  Т.Т.  Цветообозначающая  лексика  в  персидском  языке, 



Автореф. дис. канд. филол. наук, 1991, стр. 3 


 

 

12 



periferirk  elementlərin  məcmusu  kimi  təsəvvür  etmək  olar.  Qeyd  etmək 

lazımdır ki, rəng spektrinin müxtəlifliyi sahənin vahid dominant ətrafında 

qruplaşmasını  qeyri-mümkün  edir.  Əsas  rəng  effektləri  isə  semantik 

mikrosahələr  strukturunu  əmələ  gətirir.  Beləliklə,  mikrosahələr  rəng 

sahəsinin  üfiqi  strukturunu  əmələ  gətirir  və  hər  bir  konkret  invariant-

semantik məna ətrafında müəyyən ifadə vasitələri toplanır. Buna görə də, 

rəng  bildirən  sözlər  sahəsini  əsas  ənənvi  rəng  nomenklaturasına  uyğun 

olaraq aşağıdakı mikroblokların vəhdəti kimi nəzərdən keçirilməsi elmi və 

praktik baxımdan daha məqsədəuyğundur: ağ rəng mikrobloku, qara rəng 

mikrobloku,  boz  rəng  mikrobloku,  qırmızı  rəng  mikrobloku,  göy  rəng 

mikrobloku, yaşıl rəng mikrobloku, sarı rəng mikrobloku. 

Əlbəttə,  müxtəlifsistemli  dillərdə  rəng  adları  semantik  və  emosional 

diferensiasiyanın  həcminə,  təmsil  olunma  dərəcəsinə  və  yayılmasınma, 

frazeoloji  fəallığa,  məcazlaşma  səviyyəsinə,  terminyaratma  potensialına, 

kəmiyyət  nisbətlərinə,  əvəzolunma  imkanlarına  görə  bir-birindən  seçilir, 

bir çox ümumi - universal və fərdi xüsusiyyətləri ilə səciyyələnir. 

İkinci fəslin üçüncü bölməsi müqayisə olunan dillərdə rəng adlarının 

semantik strukturuna həsr olunub. Semantik struktur deyəndə biz bu və ya 

digər  sözün  iyerarxiya  şəklində  təşkil  olunmuş  leksik-semantik  variant-

larını  nəzərdə  tuturuq.  Sözün  semantik  strukturuna  həmin  sözün  başqa 

sözlərlə  paradiqmatik  və  sintaqmatik  münasibətləri,  onun  sözdüzəltmə 

aktivliyi  və  ekspressiv  çalarları  daxildir.  Bu  meyarlar  əsasında  alman  və 

Azərbaycan  dillərində  işlənən  əsas  rəng  adlarının  semantik-struktur 

xüsusiyyətlərinin  qarşılıqlı  təhlili  prosesində  həmin  sözlərin  hər  iki  dildə 

semantik  cəhətdən  bir-birinə  ekvivalent  olan  və  olmayan  məqamlarının 

aşkarlanmasını  və ifadə  yollarının təhlilini  ön plana çəkməyi  məqsədəuy-

ğun  hesab  edirik.  Əslində  hər  iki  yanaşma  bir-birini  tamamlayır,  geniş-

ləndirir  və  rəng  adlarına  sistemli  yanaşmanı  özündə  ehtiva  edir.  Belə  ki, 



ağ rəng adının semantik strukturunu nəzərdən keçirdikdə görünür ki, mü-

vafiq  leksik  vahidlər  hər  iki  dildə  “qar”,  “süd”,  “tabaşir”  denotatlarının 

xarakteristikasına  uyğun  gəlir:  ein  weißes  Tischtuch,  eine  weiβe  Fahne, 

weiße  Zähne;  ağ  köynək,  ağ  at,  ağ  bayraq;  “açıq”,  “bəyaz”,  “parlaq” 

mənasını  bildirir:  weiβer  Wein;  ağ  çaxır,  ağ  un;  “bəyaz”  mənasında  bu 

söz  həmçinin  insan  dərisinin  rəngini  və  ya  onun  hansı  irqə  mənsub 

olduğunu  bildirir:  ein  weiβer  Mann,  weiβhäutig;  ağbəniz,  ağüzlü, 



ağdərili; ”təmiz” mənasını bildirir, bu halda "ağ" və "təmiz" mənaları bir-

birinə  qarışır:  ein  weiβes  Hemd,  weiβe  Wäsche;  ağ  köynək,  ağ  lövhə,  ağ 




Yüklə 202,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə