Cabarova arzu qəDİr qizi



Yüklə 202,99 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix14.05.2018
ölçüsü202,99 Kb.
#44138
1   2   3   4   5   6   7

 

 

15 



düzəlir, "kiməsə qara yaxmaq" mənasında işlədilir. Er- prefiksi ilə də yeni 

sözlər  yaranır:  ergrünen  -  yaşıllaşmağa  başlamaq,  ergrauen  -  saçları 

ağarmaq, çallaşmaq, erröten - qızarmaq. 

Rəng  adları  müxtəlif  suffikslər  qəbul  etməklə  yeni  sözlər  yaradır. 

Məsələn,  -e  suffiksini  əsas  rəng  adlarına  artırıb  onları  isimləşdirmək 

mümkündür:  die  Bl



ӓ

ue  (göy  rəng),  die  Br

ӓ

une    (dərinin  qara  buğdayı 

olmasını və ya gündə qaralmasını göstərir), die Röte  (qızartı) və s. 



-lich  suffiksi  rəng  adlarına  qoşularaq  rəng  əlamətinin  (rəngin 

intensivliyinin)  zəifliyinin  aşağı  həddini  göstərir:  br



ӓ

unlich,  rötlich, 

grünlich. Rəng adları eyni zamanda həm suffiks, həm də prefiks qəbul edə 

bilər: Begrünung, Errötung. 

Rəng  adları  yarımprefiks  də  qəbul  etmə  xüsusiyyətinə  malikdir. 

Məsələn,  -sucht  yarımsuffiksi  bəzi  rəng  adlarına  qoşularaq  müəyyən 

xəstəliklərin  adını  bildirir:  die  Gelbsucht  (sarılıq),  die  Weißsucht 

(albinizm).  Bunlar  hamısı  periferik  komponentlər  kimi  müvafiq  rəng 

mikroblokunun strukturuna daxil olur və çalarlanmada iştirak edir. 

Azərbaycan  dilində  də  şəkilçılər  vasitəsilə  rəng  adlarından,  əsasən 

isim, sifət və fellər yaranır. Məsələn, -lıq - ağlıq, qaralıq, yaşıllıq; -ar/ər - 

ağartı,  göyərti,  qaraltı;  -(ı)mtıl  -  sarımtıl,  göyümtül;  -la/lə  -qaralamaq, 

qırmızılamaq və s. 

Azərbaycan  və  alman  dillərində  sözlərin  bir-birinə  yanaşması  nəticə-

sində yeni sözlərin yaranması söz yaradıcılığında ən geniş yayılmış üsuldur. 

Azərbaycan dilində rəng adlarının iştirakı ilə yeni sözlərin yaranması əsasən 



Ra+isim  (ağbəniz,  göygöz,  ağbaş,  qarabaş,  sarıbaş,  qırmızıyanaq)  və 

isim+Ra  bəzən  isə  Ra+sifət  (qarabuğdayı)  modelləri  üzrə  olur.  İsim+Ra 

modelinə  uyğun  dilimizdə  az  söz  vardır:  üzüağ,  qəlbiqara,  qanıqara, 



bağrıqara,  ağzıqara  (canavar),  gözügöy,  dəmirqara  (vələs  ağacı-nın  bir 

növü),  bəzən  isim  rəng  adı  yerində  işlənərək  Ra+isim  modelinə  uyğun 

olaraq  yeni  söz  yaradır:  odquyruq,  xoruzquyruğu.  Alman  dilində  isə  rəng 

adları  vasitəsilə  yeni  sözlərin  yaranması  əsasən  Ra+isim  (Braunkohle, 



Rotfeder),  isim+Ra  (grasgrün,  olivengrün),  Ra+Ra  (blauschwarz, 

gelbgrün)  modellərinə  uyğun  olur.  -rəng,  -farben  sözləri  ilə  düzəlmələr  də 

geniş yayılmışdır: elfenbeinfarben, fleischfarben, goldfarben, kupferfarben, 



orangefarben, pastellfarben; pürrəng, lalərəng, gülrəng. 

Müqayisə olunan hər iki dil 1-ci komponenti rəng adı olan mürəkkəb 

sözlərlə  zəngindir.  Belə  mürəkkəb  sözlərin  komponentlərinin  müstəqil 

mənalarının  cəmi  həmin  sözün  ümumi  mənasını  verməyə  də  bilər,  lakin 




 

 

16 



çox  zaman  adlandırma  prosesində  müvafiq  predmeti  xarakterizə  edən 

əlamət  kimi  qəbul  edilən  rəng  duyğuları  hiss  olunur.  Bu  sözlər  müxtəlif 

semantik sahələrə daxil ola bilər. Məsələn,  

-  insanları, onların əlamət və keyfiyyətlərini bildirən semantik  qrup: 



der  Graubart,  der  Graukopf,  der  Blaubart,  das  Rotkäppchen,  rotbäckig, 

rotwangig;  ağsaqqal,  ağbirçək,  ağsaç,  qarasaç,  sarısaç,  qırmızısaç, 

qırmızıyanaq (qırmızıdodaq); 

-  heyvan,  quş,  həşərat  adları  bildirən  semantik  qrup:  der  Goldfisch

der  Braunbär;  ağbalıq,  qızılüzgəc,  qızılbalıq,  qızılxallı,  qaragül. Maraqlı 

faktdır  ki,  alman  dilinin  izahlı  lüğətlərində  der  Schwarzbär  sözünün 

izahında  qeyd  edilir  ki,  bu  ayı  müxtəlif  rənglərdə  ola  bilər  (əlbəttə  ki, 

ayıya  xas  olan  rənglər  nəzərdə  tutulur).  Belə  işlənmədə  “schwarz” 

sözünün daha geniş məna tutumu ilə rastlaşırıq. 

-  bitki  adları  bildirən  semantik  qrup:  die  Blaubeere,  die 



Schwarzbeere,  der  Rotdorn,  der  Schwarzdorn,  der  Weißdorn,  der 

Grünkohl, der Weißkohl, der Blaukohl, der Rotkohlağqovaq, qaraqovaq, 

ağsöyüd, 

qızılsöyüd, 

ağşam, 

qaraşam, 

qızılağac, 

bozqızılağac, 

sarızanbaq, qızılzanbaq; 

-  xəstəlik  adları  bildirən  semantik  qrup:  das  Gelbfieber,  die 



Gelbsucht,  schwarze  Galle,  Schwarze  Pocken;  ağsu  /  qarasu,  qızılyel, 

göyöskürək, qaraboğma

Üçüncü  fəslin  ikinci  yarımbölməsi  müqayisə  olunan  dillərdə  rəng 

adları  ilə  düzələn  frazeoloji  vahidlərə  həsr  olunub.  Dilin  lüğət  tərkibinin 

zənginləşdirən  frazeoloji  vahidlərin  (sabit  qoşa  sözlər,  sabit  müqayisə 

quruluşları,  idiomlar,  qanadlı  sözlər,  atalar  sözləri)  yaranmasında  da  rəng 

adları  aktiv  fəaliyyət  göstərir.  Rəng  adları  ilə  düzələn  sabit  qoşa  sözlərə 

aşağıdakıları misal çəkmək olar: grau in grau, schwarz auf weiß, blau und 

grün schlagen, gelb und grün werden, alt und grau werden, blau und blaß; 

ağa-boza  baxmamaq,  ağ-qara  bilməmək, gözünün  ağı-qarası, qızıl-qırmızı 

üzə durmaq. Sabit müqayisə tərkiblərinə weiß wie Schnee, weiß wie Milch, 

rot  wie  Blut, schwarz  wie  Kohle,  schwarz  wie  Pech, grau  wie  eine  Maus; 

qar kimi ağ, süd kimi ağ, kömür kimi qara, his kimi qara, şəvə kimi qara, 

qır  kimi  qara,  turp  kimi  qırmızı,  pomidor  kimi  qırmızı,  heyva  kimi  sarı, 

buğda kimi sarı ifadələrini nümunə göstərmək olar. Das Blaue vom Himmel 

herunter lügenaus schwarz weiß, aus weiß schwarz machen; blau machen

blau sein; auf einen grünen Zweig kommen; ağ gün ağlamaq; ağı qaradan 

seçməmək;  qarasını  tökmək;  qara  basmaq;  sifətini  bozartmaq  və.s.  rəng 



 

 

17 



adları  ilə  düzələn  idiomlardir.  Der  rote  Faden,  graue  Theorie,  boz 

nəzəriyyə,  das  rote  Gespenst,  qırmızı  kabus  kimi  ifadələr  qanadlı  sözlərə 

misal  ola  bilər.  Hər  iki  dil  tərkibində  rəng  adları  olan  atalar  sözləri  ilə 

zəngindir:  Die  Teufel  sind  alle  schwarz;  Auch  ein  schwarzes  Huhn  legt 

weiße Eier; Heute rot, morgen tot; Aşı bişirən yağ olar, gəlinin üzü ağ olar; 

Ağbirçək xalası, əlində də malası; Ağın adı, qaranın dadı; Axşam qızartısı 

sabaha yaddır, sabah qızartısı axşama vaydır. 

Bu  fəslin  üçüncü  bölməsi  rəng  simvolikasından  bəhs  edir.  Gündəlik 

həyatın  hər  bir  sahəsinə  aid  rəng  simvollarına  rast  gəlmək  mümkündür. 

Rənglərin mənalandırılmasında hər bir xalqın mədəniyyət və ənənələrinin 

böyük təsiri var və  hər bir ölkə  öz rəng simvolikasına malikdir. Məsələn, 

Avropa və Asiya ölkələri üçün yaşıl təbiət, yaşıl çəmənlər, yaşıl ormanlar 

adi  haldır. Burada qeyri-adilik  hiss  olunmur. Ölkəsində böyük bir ərazini 

səhralar  təşkil  edən  Afrika  xalqları  üçün  yaşıllıq  cənnətə  bərabər  tutulur. 

Bu  səbəbdən  də  yaşıl  rəng  bu  xalqlar  üçün  cənnətin,  həyat  bəxş  edən 

oazisin rəmzi sayılır. Eskimolar üçün ağ rəng xüsusi əhəmiyyətə malikdir. 

Ağ  rəngin  müxtəlif  çalarlarını  bildirmək  üçün  onların  dilində  onlarla  söz 

mövcuddur.  Rənglərin  simvolikasını  nəzərdən  keçirdikdə  çoxlu  maraqlı 

faktlara rast gəlmək olar. 

 

Beləliklə,  rənglər  insanlarda  çox  müxtəlif  emosiyalar  və  assosia-



siyalar yarada bilər. Bu, insanların  yalnız fərdi xüsusiyyətləri  və təcrübə-

ləri  ilə  deyil,  əsrlərdən  bəri  xalqın  yaddaşında  möhkəmlənən  adət-ənənə-

lərlə  də bağlıdır. Buna görə də, demək  olar ki, rənglərin  mənası, simvolu 

tariximizi, həyatımızı əks etdirir.  

Dissertasiyanın  Nəticə  hissəsində  tədqiqat  işinin  əsas  məzmunundan, 

aparılan araşdırmalardan irəli gələn elmi qənaətlər ümumiləşdirilmiş, alman 

və  Azərbaycan  dillərində  rəng  adlarının  struktur-semantik  xüsusiyyətləri 

müəyyənləşdirilmiş,  ümumi-universal  və  fərdi  cəhətlər  göstərilmiş  həmin 

sahələr ətraflı tədqiq olunmuş və aşağıdakı nəticələr qeyd olunmuşdur: 

1.  Rəng  adları  ətrafında  qruplaşan  müxtəliftipli  və  müxtəlif 

xarakterli  ifadə  elementləri  asılılıq  münasibətlərinə  görə  bütöv  bir  sistem 

əmələ  gətirir  ki,  bu  da  həmin  ifadə  vasitələrinə  sahə  kimi  yanaşmağa 

imkan verir. Mərkəz-periferiya strukturu rəng sahəsinin səciyyəvi əlaməti 

kimi özünü göstərir. 

2.  Ümumi  rəng  makrosahəsinin  mərkəzi  və  müvafiq  olaraq  hər  bir 

rəng  mikroblokunun  dominantı  kimi  cıxış  edən  əsas  rəng  adları  öz 




 

 

18 



şüalandırıcı təsirini bütün leksik-semantik sahə üzərinə yayaraq invariant- 

semantik mənanın reallaşmasında aparıcı rol oynayir. 

3.  Dil  faktlarına  əsasən  demək  olar  ki,  bütün  dünya  dillərində  rəng 

adları  kifayət  qədər  məhdud  olduğundan  müxtəlif  rəng  çalarları,  rəng 

referensiyasını  ifadə  etmək  üçün  müqayisələrdən,  vasitəli  perifrastik 

formalardan, söz birləşmələrindən istifadə edilməsi geniş yayılmış bir hal 

kimi  özünü  göstərir.  Bu  cəhət  alman  və  Azərbaycan  dilləri  üçün  də 

səciyyəvidir. 

4.  Dillərarası  və  mədəniyyətlərarası  mübadilənin  genişlənməsi, 

intensivləşməsi  ilə  əlaqədar  olaraq  təbabət,  coğrafiya,  minreologiya, 

botanika,  zoologiya,  iqtisadiyyat  və  s.  kimi  bilik  sahələrində  rəng  adları, 

xüsusilə  əsas  rəng  adları  ilə  bağlı  terminlərdən  istifadə  olunur  ki,  burada 

da  semantik  kalkalar  mühüm  əhəmiyyət  kəsb  edir.  Həmin  bağlamda  rus 

dilinin  keçmiş  Sovet  İttifaqında  mövcud  olan  bütün  dillər,  o  cümlədən 

Azərbaycan dili üçün ortaq-vasitəçi bir rol oynadığını söyləmək olar. 

5.  Hər  bir  əsas rəng  ətrafında  bilavasitə  həmin  leksik  vahidin  məna 

tutumu  ilə  bağlı  bir  məcazi  məna  qatı,  metaforik  sahə  əmələ  gəlir  və  bu 

sahə  ad  simvolikası  ilə  birlikdə  sahə  elementlərinin  semantik  diferensia-

siyasının dərinləşməsində, rəng qavrayışının genişlənməsində əhəmiyyətli 

rol oynayır. Həmin uyarlıq alman və Azərbaycan  dillərinin rəng sahəsini, 

leksik-semantik sistemini də xarakterizə edir. 

6.  Araşdırmalar  göstərir  ki,  sabit  söz  birləşmələrinin  yaranması, 

semantik  mikrobloklar  daxilindəki  frazeoloji  fəallıq  heç  də  bütün  rəng 

adlarında özünü eyni səviyyədə göstərmir, qırmızı, qara, ağ rənglərlə bağlı 

frazeoloji  aktivliyin  xüsusilə  yüksək  olduğunu  söyləmək  olar.  Bu, 

şübhəsiz  insanların  zəruri  həyatı  təlabatı,  psixologiyası,  bütövlükdə  rəng 

qavrayışının intensivliyi ilə bağlıdır. Göstərilən vəziyyət müqayisə olunan 

alman və Azərbaycan dillərinin materialları ilə də təsdiq olunur.  

7.  Rəng  adları  sahəsi  şəksiz  spesifik  milli  təzahürlərlə  yanaşı  mü-

rəkkəb struktur-semantik sistem təşkil edir və sahə elementlərinin hər biri-

nin  konkret  mənası  həmin  sistem,  daha  doğrusu,  yarımsistem  daxilində 

aydınlaşıb  müəyyənləşir.  Dil  faktlarından  çıxış  edərək  inamla  söyləmək 

olar  ki,  konkret,  əlahiddə  rəng  adlarının  müqayisəli  tədqiqinə  nisbətən 

ayrı-ayrı  mikrosistemlər,  mikrobloklar  səviyyəsində  araşdırmalar  aparıl-

ması rəng semantikasını geniş qavramaq, daha aydın təsəvvür etmək üçün 

daha səmərəli yoldur. 




 

 

19 



8.  Bütün  sahə  elementləri  müvafiq  mikroblokun  dominantını  əmələ 

gətirən  əsas  rəng  adı  və  nüvə  qatına  daxil  olan  komponentlərlə  sıx  bağlı 

olduğundan  mikrosistemin  struktur-semantik  təşkilini  müəyyən  edir  ki,  bu 

linqvistik  qanunauyğunluq  da  invariant-semantik  yükün  nüvə  və  periferik 

komponentlər arasında bölüşdürülməsi, funksional nisbətlərini şərtləndirir. 

9.  Digər  dillərdə,  o  cümlədən  də  alman  və  Azərbaycan  dillərində 

keçid  və  qarışıq  rəngləri,  rəng  çalarlıqlarını  ifadə  etmək  üçün  müxtəlif 

sahə  elementlərinin  yanaşı  işlənməsindən,  ayrı-ayrı  modifikatorlardan, 

təkrar  sözlərdən,  prdemet-rəng  oxşarlıqlarından  geniş  istifadə  olunur.  Bu 

vəziyyət  qismən  rəng  nominasiyalarındakı  boşluğu,  çatışmazlığı  aradan 

qaldırmağa şərti-nisbi mənada adekvat verballaşmaya xidmət edir. 

10.  Müxtəlif  elm  sahələrinin,  texnologiyanın  inkişafı,  mədəniyyət-

lərarası  və  dillərarası  əlaqələrin  intensivləşməsi  analoji  adlandırmaların, 

semantik  kalkaların  yaranmasına  və  bu  prosesin  daim  genişlənməsinə 

gətirib çıxarır ki, müxtəlifsistemli dillərin rəng adları sistemində, xüsusilə 

periferiya 

qatında 

ümimi-ortaq 

elementlərin 

çoxalmasına, 

sahə 

elementlərinin kəmiyyət artımına səbəb olur. 



11. Alman və Azərbaycan dillərinin rəng adları sistemini araşdırarkən 

sahə  elementlərinin  istər  kəmiyyət,  istərsə  də  keyfiyyət  münasibətlərində 

müxtəliflik  özünü  göstərir,  həm  bütövlükdə  mikrosahənin,  həm  də  ayrı-

ayrı  mikroblokların  struktur  təşkilində  spesifik  cəhətlər  meydana  çıxır. 

Alman  dilinin  rəng  adları  sahəsinin  spesifik  cəhətlərindən  biri  “mavi”  və 

“göy” rənglərinin eyni sözlə adlandırılmasıdır.  

12. Müşahidələrə  və  araşdırılan  dil  faktlarına  əsasən,  bu  qənaətə  gəl-

mək olar ki, Azərbaycan dilində rəng adları ilə frazeoloji birləşmələrin, ge-

niş  mənada  frazeologizmlərin  yaranması  daha  produktiv  xarakter  daşıyır. 

Terminyaratmada isə əksinə, alman dilinin imkanları daha aşkar görünür. 

13. Spesifik  cəhətlər  rəng  makrosahəsinin  həm  nüvə,  həm  də  ucqar 

komponentlərində, mərkəz - periferiya qarşılaşmasında özünü büruzə verir 

ki, bu da rəng adlarının ümumu struktur-semantik xarakteristikasını təyin 

edir. 


 

Dissertasiyanın  mövzusu  ilə  bağlı  aşağıdakı  elmi  məqalələr  çap 

olunmuşdur: 

1.  Müxtəlifsistemli dillərdə rəng adlarının funksional xüsusiyyətləri, 

“Müasir mərhələdə humanitar elmlərin tədqiqi problemləri”  elmi- praktik 

konfransın məruzələrinin tezisləri ADDİ, Bakı, 1997, səh. 39 




 

 

20 



2.  Dil  sistemində  sahə  nəzəriyyəsi,  “Müasir  mərhələdə  humanitar 

elmlərin  tədqiqi  problemləri”  elmi-  praktik  konfransın  məruzələrinin 

tezisləri, ADDİ, Bakı, 1997, səh. 40-41 

3.  Törəmə  rəng  adları  və  onların  alman  dilindən  Azərbaycan  dilinə 

tərcümə  yolları,  ADU,  Tərcümə  və  transmilli  proseslər,  Beynəlxalq 

konfrans 14-15 aprel, Bakı 2005, səh. 120-121 

4.  Sabit söz birləşmərinin tərcüməsi zamanı qarşıya çıxan çətinliklər 

(rəng  adları  misallarında),  Mədəniyyətlərarası  dialoq,  linqvistik,  pedaqoji 

və  bədii  aspektlər,  Beynəlxalq  elmi  konfransın  materialları  (25-27  mart 

2010), Bakı, 2010, səh. 

5.  Müasir alman dilində rəng adlarının sözdüzəltmə imkanları, Bakı, 

Mütərcim 2002, s.15-17 

6.  Alman  dilində  rəng  adlarının  semantik  xüsusiyyətləri,  Bakı, 

Mütərcim 2005, № 1, s. 3-12 

7.  Dildə  sintaqmatik  sahələr,  Elmi  axtarışlar,  Bakı,  Nurlan  2008, 

№5, s. 246-250 

8.  Dilin  leksik  sistemi,  Filologiya  məsələləri,  Bakı,  AMEA 

Əlyazmalar İnstitutu, 2008, № 9, s. 101-105  

9.  Dilin  lüğət  tərkibində  leksik  vahidlərin  müxtəlif  əlaqə  növləri. 

Leksik-semantik qruplar. Filologiya məsələləri. Bakı, Elm və təhsil, 2009, 

№10, s. 121-127 

10.  Синонимы  и  антонимы  как  разновидность  парадигматичес-

кого  поля,  Филологичные  науки,  збiрник  науко  вихпраць.  Полтава 

2012, Выпуск 12, стр.119-123 

11.  Müxtəlif  dillərdə  rəng  adlarının  ifadə  vasitələri,  Azərbaycanda 

Xarici Dillər. Bakı, 2014, № 2 (25), s. 5-10 

 

 



 

 

21 



Арзу Гадир гызы Джабарова 

 

Структурно-семантические особенности цветообозначений 

в разносистемных языках 

(на материале немецкого и азербайджанского языков) 

 

РЕЗЮМЕ 

 

Настоящая  диссертация  посвящена  исследованию  лексико-се-



мантических особенностей цветообозначений в разносистемных язы-

ках.  Работа  состоит  из  введения,  трех  глав,  заключения  и  списка 

использованной литературы. 

Во  введении  обосновывается  актуальность  темы,  определяются 

цель  и  задачи,  материал  и  методы  исследования,  научная  новизна, 

теоретическая  и  практическая  значимость,  а  также  представлены 

положения,  выносимые  на  защиту,  апробация  и  структура 

диссертации. 

Первая  глава  озаглавлена  «Теоретические  аспекты  изучения 

лексических систем языка». Здесь рассматриваются теория поля, раз-

личные  связи  лексических  единиц,  а  также  парадигматические  и 

синтагматические поля. 

Во  второй  главе  под  названием  «Лексико-семантическая  харак-

теристика цветообозначений в немецком и азербайджанском языках» 

анализируется 

история 


исследования 

цветообозначений, 

их 

классификация и семантические структуры. 



В третьей главе под заголовком «Словообразовательные особен-

ности  цветообозначений  в  немецком  и  азербайджанском  языках» 

излагаются  способы  образования  новых  слов  и  фразеологических 

оборотов  посредством  цветообозначений.  Наряду  с  этим  здесь  осве-

щаются  проблемы  символики  цветов  и  субстантивация  цвето-

обозначений как составная часть словообра-зовательного процесса. 

В заключении изложены основные выводы исследования. 

   


   

 

 



  


 

 

22 



Arzu Qadir Jabarova 

 

Semantic-structural Features of colour names 

in different systemed languages 

 

SUMMARY 

 

The  present  thesis  is  dedicated  to  the  semantic-structural  features  of 



colour names in differentsystemed languages. The research work consists 

of  the  introduction,  three  chapters,  a  conclusion  and  the  list  of  used 

literature. 

The introduction substuntiates the activity and urgency of the theme, 

determines the goals and objectives, methods of investigations, comprises 

its  scientific  innovation,  theoretical  and  practical  significance,  as  well  as 

the hypothesis of the thesis. 

The first chapter titled "Theoretical aspects of lexical systems of lan-

guage is related to the investigation of paradigmatic field, lexico-semantic 

groups,  such  as  synonyms.  antonyms.  semantems.  morphosemantic 

paradigms,  parts  of  speech  and  their  qrammatical  categories  and 

syntagmatic dimension. 

The  second  chapter,  which  is  called  "Lexico-semantic  features  of 

colour  names  in  German  and  Azerbaycani  languages"  deals  with  the 

hystory of the colour names, their classification and semantic structure of 

colour names in differentsystemed languages. 

The third  chapter  named  "The Features  of  word-formation  of  colour 

names  in  German  and  Azerbaycani  languages"  is  dedicated  to  the 

investigation  of  selected  language  material  according  to  the 

substuntivation, word formation and phraseological units used with colour 

names. 

The Conclusion summerizes the basic results of the investigation. 



 

 

 

 

 

 

 


 

 

23 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Çapa imzalanıb: 27.02.2015

 

Format: 60х84 1/16. 



 

«Мütərcim» Nəşriyyаt-Pоliqrаfiyа Мərkəzi 

Bakı, Rəsul Rza küç., 125 

tel./faks  596 21 44 



e-mail: 

mutarjim@mail.ru

 



 

 

24 



МИHИСТЕРСТВО ОБРАЗОВАНИЯ 

АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ 

 

БАКИНСКИЙ СЛАВЯНСКИЙ УНИВЕРСИТЕТ 

 

 

 

На правах рукописи 

 

 



ДЖАБАРОВА АРЗУ ГАДИР ГЫЗЫ 

 

СТРУКТУРНО-СЕМАНТИЧЕСКИЕ ОСОБЕННОСТИ 

ЦВЕТООБОЗНАЧЕНИЙ В РАЗНОСИСТЕМНЫХ ЯЗЫКАХ 

(на материале немецкого и азербайджанского языков) 

 

 

 

5714.01 – Сравнительно-историческое и сравнительно- 

типологическое языкознание 

 

 



 

А В Т О Р Е Ф Е Р А Т 

 

 



диссертации на соискание ученой степени 

доктора философии по филологическим наукам 

 

 

 



 

 

 



 

БАКУ – 2015 

Yüklə 202,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə