Cabarova arzu qəDİr qizi



Yüklə 202,99 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix14.05.2018
ölçüsü202,99 Kb.
#44138
1   2   3   4   5   6   7

 

 



iclaslarında,  respublika  və  beynəlxalq  elmi  konfranslarda  məruzələr 

edilmiş, mövzu ilə bağlı müxtəlif jurnallarda 11 məqalə çap edilmişdir. 



Dissertasiyanın quruluşu və məzmunu. Dissertasiya işi giriş, üç fəsil, 

nəticə və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. 

   

İŞİN ƏSAS MƏZMUNU 

 

 

Dissertasiyanın  giriş  hissəsində  mövzunun  aktuallığı  əsaslandırı-

lır,  məqsəd  və  vəzifələri  müəyyənləşdirilir,  nəzəri-təcrübi  əhəmiyyəti 

barədə  məlumat  verilir,  tədqiqatın  obyekti,  predmeti,  metodları,  elmi 

yeniliyi və müdafiəyə təqdim olunan əsas müddəaları şərh olunur. 

Dissertasiyanın  birinci  fəsli  "Dilin  leksik  sisteminin  öyrənilməsinin 



nəzəri  aspektləri"  adlanır  ki,  bu  da  iki  yarımfəsildən  ibarətdir.  Bu  fəslin 

birinci bölməsində sahə nəzəriyyəsinin dilçilikdə tədqiqi şərh olunur. 

Dilçilik  tarixində  sahə  nəzəriyyəsiniun  əsaslandırılması  və  başlıca 

prinsiplərinin  işlənib  hazırlanması  semantik  sahələrin  araşdırılmasından 

başlayır. Sahə nəzəriyyəsi ilk dəfə J.Trir

1

 tərəfindən irəli sürülmüş və yeni 



humboldtçuluğun  ən  böyük  nümayəndəsi  L.Vaysgerber

2

  tərəfindən  daha 



da inkişaf etdirilmiş, genişləndirilmiş və təkmilləşdirilmişdir. 

Həmin nəzəriyyənin banisi J.Trir və aparıcı  nümayəndəsi J.Vaysger-

ber semantik sahəni  məfhumi dildə  öz ifadəsini tapan ekstralinqvistik ha-

disə  kimi şərh  etmiş, digər cəbhənin  nümayəndələri 

G.İpsen

3

, V.Portsig



4

G.Müller



5

  kimi  dilçilər  isə  semantik  sahəni  konseptual  deyil,  yalnız  dil 

hadisəsi kimi şərh etməyə üstünlük vermişlər. 

İstər  semantik,  istərsə  də  sintaktik  və  funksional-semantik  sahələrin 

müqayisəli  -  tipoloji  planda  öyrənilməsi  sahəsində  də  xeyli  işlər 

görülmüşdür ki, bu sahədə Azərbaycan dilçilərinin də nailiyyətlərini qeyd 

                                                             

1

 Trier J. Die Idee der Klugheit in ihrer sprachlichen Entfaltung. Zeitschrift für 



Deutschkunde 46, 1932, S. 625-635 

2

 Weisgerber L. Die volkhaften Kräfte der Muttersprache, Dieserweg, 



Frankfurt/M, 1939, 84 s. 

3

 Ipsen G. Der neue Sprachgbegriff.- Zeitschrift für Deutschkunde, Lepzig-Berlin, 



1932, Jg. 46, Hft.1, S. 1-18 

4

  Porzig  W.  Wesenhafte  Bedeutungsbeziehungen.  Beiträge  zur  Geschichte  der 



deutschen Sprache und Literatur 58, Halle, 1934, S. 70-97 

5

   Müller  G.  Wortfeld  und  Sprachfeld.  Beiträge  zur  Einheit  von  Bildung  und 



Sprache im geistigen Sein,  Berlin, 1957, S.155-163 


 

 



etmək  lazımdır.  Alman,  ingilis,  rus  dilçilərinin  müxtəlif  sahələrinin 

Azərbaycan  dili  ilə  müqayisəli  şəkildə  araşdırılması  həm  nəzəri,  həm  də 

emprik  baxımdan  əhəmiyyət  daşıyır  (S.Abdullayev,  E.Nəcəfov, 

U.Aslanova, X.İsazadə, İ.Tahirov və başqaları). 

S.Abdullayev rus dilçisi Q.S.Şurun sözlərinə  istinad  edərək  yazır ki, 

modallıq  sahəsi,  zaman  sahəsi,  aspektuallıq  sahəsi,  kəmiyyət  sahəsi  və  s. 

bu kimi terminlərin işlədilməsində "sahə" anlayışı "kateqoriya" mənasında 

anlaşıldığı  kimi,  bir  sıra  hallarda  da  geniş  mənada  "sistem",  "paradiqm", 

"qrup",  "funksional-semantik  plan"  terminlərinə  sinonim  kimi  anlaşılır, 

bəzən hətta dil strukturu sadəcə olaraq, "sahə" kimi də izah olunur

1

.

 



 

Qeyd etdiyimiz kimi, sahə nəzəriyyəsi ilk dəfə sistemli şəkildə J.Trir 

tərəfindən  işlənmiş  və  bir  nəzəriyyə  kimi  əsaslandırılmışdır.  Onun  əsas 

fəlsəfi ideyasını belə izah etmək olar ki, hər bir dil və hər bir dil səviyyəsi 

maddi  aləmi  başqa  cür  hissələrə  ayırır,  onu  başqa  cür  əks  etdirir  və  dil 

ünsiyyəti sayəsində insanlar, dünyanı dilin təsvir etdiyi kimi görür. 

Birinci  fəslin  ikinci  yarımbölməsində  dilin  lüğət  tərkibində  leksik 

vahidlərin  müxtəlif  əlaqə  növləri  tədqiq  olunur.  Müasir  dilçilikdə  əlaqə-

lərin  əsasən  iki  tipi  göstərilir:  paradiqmatik  və  sintaqmatik.  Sintaqmatik 

əlaqə  dil  vahidləri  arasındakı  xətti  əlaqədir.  Bu  əlaqə  dil  vahidlərinin  bir 

növ  sıralanmasına  aiddir.  Paradiqmatik  əlaqə  isə  müxtəlif  oppozisiyalar 

əsasında  mövcud  olur.  Paradiqmatik  və  sintaqmatik  əlaqələr  belə  izah 

edilir  ki,  nitq  dil  vahidlərinin  seçilməsi  və  birləşdirilməsi  nəticəsində 

yaranır. Bu proses zamanı sözlərin  mənasında dəyişikliklər baş verir. Dil 

vahidlərinin  seçilməsinə  paradiqmatik  əlaqə,  birləşməsinə  isə  sintaktik 

əlaqə  deyilir

2

.  Paradiqmatik  sahələrə  leksik  vahidlərin  bu  və  ya  digər 



əlaqələrinə görə oxşar olan ən müxtəlif sistemlər daxildir: leksik-semantik 

qruplar,  sinonim  və  antonimlər,  semantemlər  (polisemantik  sözün  bir-

birilə əlaqəli mənalarının cəmi), morfosemantik paradiqmlər, nitq hissələri 

və onların qrammatik kateqoriyaları. 

J.Vaysgerber,  K.Royning,  O.Duxaçek,  F.P.Filin,  A.A.Ufimtseva  və 

başqaları  leksik-qrammatik  qrupları  tədqiq  etmişlər.  L.Vaysgerber 

semantik  təhlilin  yeni  metodunu  tətbiq  edərək  leksikada  sistemlilik 

                                                             

1

  Abdullayev  S.  Müasir  alman  və  Azərbaycan  dillərində  inkarlıq  kateqoriyası, 



Bakı, 1998, s. 14-16 

2

  Verdiyeva  Z.,  Ağayeva  F.,  Adilov  M.  Azərbaycan  dilinin  semasiolo-



giyası. Bakı, Maarif, 1979, 306 s. 


Yüklə 202,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə