“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
53
bucaqsız ölü səhralarda axtarmaqda ikən, o, hey düşünür, arada bir hikkəylə öz-özünə: «Lənət
şeytana, hara yoxa çıxmısan, haralara qaçıb gizlənmisən ki, ünüm sənə yetmir, səsim çatmır, səni
heç cür ələ keçirə bilmirəm… ələ keçirə bilsəydim, onda bilərdin, hakimiyyət nə deməkdi!» -
deyə deyinirdi. İndi o, hikkə və nifrətindən başqa heç nə duymurdu, sinəsinə qoyduğu şlyapası
şiddətli ürək döyüntülərindən narın-narın titrəyir, anasının – ondan, nə baş verdiyini öyrənməyə
çalışan Bendisyon Alvaradonun sualını sanki heç eşitmirdi… «Gün tutulmasından sonra niyə
belə qanıqara gəzirsən, bir kəslə kəlmə də kəsmirsən? Niyə içini yeyirsən?» O, dinməzcə ayağa
qalxır, anasını ürəyində söyə-söyə, fil ayaqlarını arxasınca sürütləyə-sürütləyə çıxıb gedir, gedə-
gedə, acı heyrətlə, bir Allah bilir, kimdənsə əsəbi-əsəbi: «Yəni doğurdan bu, mənəm? Doğurdan,
başım bu qədər xarab olub ki, neyləməyin, necə yaşamağın təhərini bilmirəm?.. Yəni doğurdan
mən, daha öz taleyimin ağası deyiləm? Bəlkə hamısı ona görədi ki, o qızın evinə, bir zamanlar
Santos-İqeronos de Fransisko Lineronun sərin və rahat evinə girdiyim kimi yox, qızın anasının
icazəsiylə girirdim?» -deyə soruşurdu.
Fransisko Lineroyla bağlı əhvalat, hələ Patrisio Araqonesdən əvvəl, o öz mübarək çöhərsini
xalqa, şəxsən özü göstərməyə məcbur olduğu vaxtlarda baş vermişdi.
«O, qapını döymədən, içəri girdi… ona görə girdi ki, könlü belə istəyirdi… saat on biri vuran
zəngin sədaları altında içəri keçdi… mən, pationun üstündəki eyvandaydım, onun qızıl
mahmızının, saatın zəngiylə həmahəng cingildədiyini eşidirdim; onun, pationun kərpic
döşəməsində fil kimi tappıldatdığı addımlarının səsini eşidirdim, onu bu vaxtacan görməsəm də,
vücudunu, boy-buxununu, əzəmətiylə bir təsəvvürümə gətirib o, hələ içəri eyvanın astanasında
peyda olmamışdan dəhşətə gəldim; dan quşu qızılı ətirşahların arasında haray çəkir, o da saat on
birin olmasından xəbər verir, qvineo bananlarının ətrindən məst olmuş sarıköynək cəh-cəh vurur,
ağacın şirəli meyvələr dolu bir neçə budağı pationun çardağı altında yellənirdi; avqust ayının
həmin o məşum çərşənbə axşamı günəşinin şəfəqləri yarpaqların, bal dadan sapsarı meyvələrin
və bir gün əvvəl ərim Ponsio Dasanın sübh erkəndən gülləylə vurmuş və qanı axsın deyə,
çardağın altından, qvineo salxımlarının böyründən asdığı cavan maralın cəmdəyi üzərində
oynaşırdı… Budur o, içəri girdi, qara-qura yuxularda görə biləcəyindən daha qorxunc və zəhmli,
tərdən islanmış xaki rəngli gödəkçədə, silahsız-qundaqsız içəri girdi… amma o, tək deyildi,
yanında, əlini maçetenin qulpuna qoymuş qaraqabaq bir hindu daynmışdı. Mən onun, içi
çıxılmazlıqlar dolu, qəddar gözlərini gördüm. O, öz incə, qadın əlini yuxuluymuş kimi, yavaş-
yavaş qvineo budağına uzatdı, salxımlardan birini qoparıb acgöz-acgöz yedi, sonra birini də
qoparıb yedi, sonra birini də, birini də, meyvələri ağzına basıb marçamarçla elə yeyirdi, elə bil
bataqlıq lehməsi sümrülürdü…» O, həm salxımları, həm də gözləriylə Fransisko Lineronun
gözəl bədənini yeyirdi… biçarə qadınsa, az qalırdı xəcalətdən əriyib yerə girsin… o çox cavan
idi, təzəcə ərə getmişdi və bu cür baxışlardan sıxılırdı, amma onu da gözəl başa düşürdü ki, bu
qorxunc adam bura, öz ehtirasını, şəhvətini söndürmək üçün gəlib və olacağa çarə yoxdu, çünki
baş vermək üzrə olan vaqiənin qarşısını almağa yalnız bir adamın gücü çatardı – o da bu
əjdahanın özünün.
«Mən, ərimin, dəhşətdən təngiyən nəfəsini eşidirdim… o mənim yanımda oturdu, biz əl-ələ
verib, bir müddət daş kimi donub qaldıq, elə bil ürəklərimiz də bir-birinə qovuşdu, bir ürək kimi
vurmağa başladı… heybətli qoca isə ikicə addımlıqda dayanmışdı, gözü doymadan, qvineo
meyvələrindən basıb yeyir, çəyirdəkləri arxaya tullayır və gözlərini qırpmadan, mənə baxa-baxa
ağacın bütün salxımlarının axırına çıxırdı… o, maral cəmdəyinin böyründən asılmış budağı
tamam-kamal soub qurtardı, ayaqyalın hindusuna işarə verib, ərim Ponsio Dasaya: «Çıx çölə,
dostumla bir az söhbət elə, səninlə bir məsələni yoluna qoymalıdı!» - dedi. Mən, qorxudan
titrətsəm də, başa düşürdüm ki, həyatımı xilas etməyin bircə çarəsi var – bu da, mənimlə etmək
istədiyinə imkan vermək, bütün hərəkətlərinə dözməkdi; odu ki, məni soyunduranda, özüm də
ona kömək eləyirdim, yoxsa krujevaların içində azıb-qalırdı, nəyi nə cür açmağın təhərini
bilmirdi… onun iyrənc iyindən, otağa dolan üfunətindən, az qala boğulurdum… axırda o,
pəncəsinin bir zərbəsiylə paltarımı cırdı və məni vəhşi kimi sıxcalamağa, əlini hara gəldi atmağa
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
54
başladı, mən isə qeyri-ixtiyarı düşünürdüm; «Pərvərdigara, bu gün səhərdən başım marala elə
qarışıb ki, qıçlarımın arasını yumağa da macalım olmayıb, rüsvayçılıqdır!» Nəhayət, o öz
istəyinə çatdı, ancaq bunu elə tələm-tələsik, elə naşıcasına elədi ki, elə bil əldən düşmüş qoca,
yaxud indiyəcən qadın görməmiş burnufırtıqlı yeniyetməydi. Öz acizliyindən özü də əməlli başlı
pərt olmuşdu, lap qurumsağa oxşayırdı… sıtqayıb ağlayır, sidik kimi isti göz yaşları axıdırdı…
sifəti o qədər kədərli, gözləri o qədər qüssəliydi ki, üzündən də yetimsayağı bir kimsəsizlik,
yazıq yalqızlıq yağırdı ki, ona ürəyim ağırıdı… ona da, elə dünyadakı bütün kişilərə də yazığım
gəldi, barmaqlarımın ucuyla başını sığallamağa, ona təsəlli verməyə başladım: «Toxtayın,
mənim generalım, bu cür dilxor olmağa dəyməzn. Həyat hələ irəlidədir!»
Həmin o dəqiqələr hindu, ərim Ponsio Dasanı bağın dərinliyinə aparıb, orda maçete ilə öldürdü,
əks təqdirdə, general özü üçün barışmaz düşmən qazana bilərdi; hindu onu öldürüb, tikə-tikə
doğradı, bu tikələri də donuzlar daşıyıb apardı, belə ki, zavallı Ponsionu dəfn etməzdən əvvəl
meyitini bütövlükdə bir yerə yığmaq mümkün olmadı – bax, o belə bir adamdı».
Keçmiş günlərindən qalan bu sayaq xatirələri beynində dolaşıb, qanını bir az da qaraldır, acı
düşüncələr ürəyini sıxır, onu hövsələdən çıxarırdı; o, düşünürdü ki, demə, hakimiyyətinin qatı
cövhərində xeyli su qarışğı varmış, belə olmasaydı, o, adicə, miskin bir günəş tutulması kimi
cadu-ovsunun qarşısında bu cür aciz qalmazdı. O, domino oyunu masası arxasında əziz dostu,
soyuqqanlı və təmkinli general Rodriqo de Aqilarla üzbəüz oturanda yenə ürəyindən qara qanlar
axdı, bu general, hərbçilərin içində inandığı, etibar elədiyi yeganə adam idi; qaraqabaq,
ayaqyalın, mühafizəçi-mələyi podaqra xəstəliyinə tutulandan bəri o öz həyatını yalnız bu
generala etibar eləyirdi; o, generala baxır və fikirləşirdi ki, bəlkə də bütün bu bədbəxtliklər onun,
öz əziz dostuna həddən çox inandığına, ona hədsiz böyük səlahiyyətlər verdiyinə görə baş verir.
«Bu əziz və sevimli dostumun əlləşib-vuruşduğu məgər onun üçün deyildimi ki, məni əl
quzusuna çevirsin, məgər o çalışmırdımı ki, məni kaudilyo nişanələrindən məhrum eləsin, bu
fərqlənmə nişanlarını ülgücləsin, sivirib atsın, işləri də qəsdən elə qururdu ki, hamı məni əlil,
şikəst hesab eləsin, elə çarəsiz şikəst ki, əmrlərini qulaqardına da vurmaq olar; bu «ekiz tayı»
məsələsini də beynimə o salmışdı, məhz onun fırıldağıyla, mən başqa bir adamın kölgəsində
gizlənməyə məcbur olmuşdum, iş o yerə gəlib çatmışdı ki, o məni, bir sürü keşikçinin əhatəsində
belə xalq qarşısında görünməkdən çəkinməyə məcbur etmək istəyirdi, halbuki vaxtı ilə bircə
hindu tək canıya: «Yol verin, qurumsaqlar, hökmdar gəlir!..» - bağıraraq, öz maçetesi ilə
izdihamı yara-yara, mənə yol açırdı və heç bir pis hadisə baş vermirdi… baxmayaraq ki, o
vaxtlar biz, hələ alqışların kükrədiyi bu insan meşəsində, kimin əsl vətənpərvər, kimin məkrli
xain və quldur olduğunu müəyyən eləməyi bacarmırdıq və yalnız indi bilirik ki, «Yaşasın əsl
kişi!.. Yaşasın general!» - deyərək, hamıdan bərk bağıranların çoxu satqın və əclafdır.
Bir hindu isə nəhəng izdihamın öhdəsindən asanlıqla, təkbaşına gəlirdi, bu əziz dostuma isə
bütöv bir ordu da kifayət eləmir ki, tələb elədiyim qızı axtarıb tapsın. Belə məqamlar - o, qızın
necə sürüşüb aradan çıxdığını, onun, qocalıq şəhvətinin seyrək hasarı arasından necə asanlıqla
sivişdiyini düşünəndə, domino daşlarını qəzəblə yerə çırpır, oyunu, ən həlledici məqamında
yarımçıq kəsir, dünyanın ən biədəb söyüşlərini söyə-söyə çıxıb gedirdi; bir dəfə oyunu beləcə
yarımçıq saxlayanda o, qəfildən içində dərin sarsıntı və əzginlik duydu və fikirləşdi ki, bu
dünyada hər şey gec-tez öz yerini tutur, bircə o heç cür təsəlli tapa bilmir; o, nəfəsinin dözülməz
təngitmələrlə kəsildiyini, boğulduğunu hiss elədi, günün bu çağında, adətən istinin səngidiyi bir
vaxtda köynəyinin, tərdən islandığına təəccübləndi, dənizdən buxarlanan buğun iyində leş
qoxusunu duydu, nəmişin bürküsündən köpüşən şişi göynəyib tütək səsi çıxartdı… o, nə baş
verdiyini anlaya bilmədi və özünə təsəlli verə-verə, öz-özünə: «Bürküdəndi…» - dedi.
Lakin bunu da nagüman halda, mümkün olmayan bir şey haqqında düşünən tək, düşündü…
hansısa qeyri-müəyyən, məchul bir duyğu onu üzüb əldən salırdı; o, pəncərənin önündə
dayanmışdı, çöldən görünən qəribə işığın nə olduğunu, nədən saçdığını anlamağa çalışırdı…