“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
623
Sonra qaytarır yediyini o insanlar –
Belədir qayda.
Bu dünyaya müharibə, nifaq salırlar,
Gözəl sənət əsərləri verirlər ya da.
Öz səadət evlərini – yansa da belə –
Xəyallarla bəzəyirlər uşaqsayağı.
Bələnirlər gəldi-gedər sevinc rənginə,
Unudurlar axirəti, təmiz əxlaqı.
Pozğunluqlar edə-edə ölür insanlar.
Amma yenə baş qaldırır həyat həvəsi.
Yenə qaçır istək, sevinc, nəşə dalınca
Bir gün gəlir, bu yolda da çıxır nəfəsi.
Bizsə ulu ulduzların parıldadığı
Fəzaların qucağında yaşamaqdayıq.
Nə kişiyik, nə qadınıq, nə gənc, nə qoca,
Nə gün, nə də saat yükü daşımaqdayıq.
Adilərin qismətidir sevinc, qəm, kədər
Günah edin, qorxu çəkin – düşün təlaşa.
Şəhvət dolu nəşəniz də, lap qətliniz də
Bizim üçün «Dünya» adlı adi tamaşa!
Çünki günəş deyil bizdə zaman ölçüsü,
Hər günumüz yüz illərdən daha da uzun.
Səksəkəli ömrünüzçün gülünc sayırıq
Biz görəndə taleyini ölən ulduzun.
Kainatın qışı ilə nəfəs alırıq,
Dostlaşırıq göylərdəki qərib ruhlarla.
Biz ölməzik, biz bilirik görüşməyəcək
Həyatımız nə payızla, nə də baharla.
Çünki ölməz olanların ömrü əbədi
Əsl ruhlar ola bilməz adicə qonaq,
Sonsuzluqlar ölçüsündə yaşayanların
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
624
Gülüşü də ulduzlartək donuq və parlaq...
Sonra Mariya gəldi. Şam yeməyini bitirib birlikdə tutduğum evə getdik. Bu gecə o,
həmişəkindən gözəl, hərarətli, səmimi idi. Mənə elə nəvaziş göstərdi, elə oxşadı ki, az qala,
huşum başımdan çıxdı...
– Mariya, – dedim, – sən bu gün ilahələr kimi əliaçıqlıq eləyirsən. Gəl ikimizi də birdən
öldürmə, axı sabah maskarad balıdır. Görəsən, sabah sənin kavalerin kim olacaq?! Ay mənim
gözəl çiçəyim, qorxuram nağıllardan gəlmiş şahzadə ola, səni qaçırdıb apara, mən də heç vaxt
tapammayam.
Məni bu gün elə öpüb-oxşayırsan ki, yalnız əsl sevənlər ayrılıq anında son dəfə belə öpüb-
oxşayırlar.
Dodaqlarını qulağıma söykəyib pıçıldadı:
– Danışma, Harri! Hər görüş son görüş ola bilər. Hermine sənə sahib olan kimi məni
unudacaqsan. Bəlkə də, elə sabah sahib oldu...
Həmin gecə keçirdiyim qəribə hissləri, o qeyri-adi, acılı-şirinli, qoşatəbiətli ovqatı hələ indiyəcən
görməmişdim. Doğrudan da, əsl səadət idi: Mariyanın gözəlliyi, vurğunluğu, yaşımın bu ötmüş
vaxtında ehtiras dünyasının bəxş etdiyi nəşənin, təmasın, sərbəstliyin, zövqü-səfanın zərif
dalğaları qoynunda uyumaq... Ancaq bunların hamısı həmin səadətin yalnız üz qabığıydı. Daxili
isə mənalarla, gərginliklə, gələcəklə doluydu və mən də məhəbbətlə, nəvazişlə, o vüsal
anlarından məst ola-ola, aşıbdaşan səadətin həsrətli qoynunda xumarlana-xumarlana qəlbimin
dərinliklərində hiss edirdim ki, taleyim hürkmüş xam at kimi başını dik tutaraq qorxa-qorxa,
həsrətlə, ölüm həvəsiylə uçuruma,
fəlakətə doğru şığıyır. Bir az bundan əvvəl qorxa-qorxa, hürkə-hürkə şəhvani məhəbbətin gəldi-
gedər nəşəsindən necə qaçırdımsa, Mariyanın şux, hamıya pay düşən gözəlliyindən necə
qorxurdumsa, indi də ölümdən eləcə qorxurdum. Lakin bu elə bir qorxu idi ki, tezliklə özünün
fədakarlığa, qurtuluşa çevriləcəyini bilirdi.
Səssiz-səmirsiz vüsal anının üzüntülü nəşəsinə təslim olaraq özümüzü həmişəkindən də artıq
bir-birimizin ixtiyarına verdiyimiz dəqiqələrdə qəlbim Mariya ilə, onun bəxş etdiyi səadətlə
vidalaşırdı. Onun sayəsində ölümqabağı bir dəfə də özümü uşaq kimi həyatın üst qatındakı
əyləncələrin qoynuna atdım, gəldi-gedər sevinclərin ardınca qaçdım, naməhrəmliyin günahsız
dünyasında gah uşağa, gah da heyvana döndüm, elə hala düşdüm ki, əvvəlki həyatımda ona
yalnız nadir bir təsadüf kimi rast gəlmişdim. Çünki şəhvani həyatı və naməhrəmliyi həmişə
günah hesab eləmiş, mənəvi dünyanın adamı kimi özümü onlardan qorumuşdum. Ancaq indi
Hermine ilə Mariya o məşum cənnət bağını mənə göstərdilər, minnətdarlıq hissi ilə ona mehman
oldum, lakin tezliklə də oranı tərk etmək vaxtı gəlib çatdı. Çünki həddən artıq gözəl, həddən
artıq hərarətli idi.
Mənim alnıma isə həyatın zirvəsinə qalxmaq, onun sonsuz günahlarını yumaq yazılmışdı. Asan
həyat, asan məhəbbət, asan ölüm – bunların heç biri mənim üçün deyildi.
Qızların işarəsindən başa düşürdüm ki, sabahkı balda, ya da ondan sonra qeyri-adi nəşələr,
əyləncələr nəzərdə tutulur. Bəlkə də, bu, son gün olacaq. Bəlkə də, Mariyanın ürəyinə daman düz
çıxacaq. Bəlkə də, bu gün axırıncı dəfə bir yerdə yatırdıq və bəlkə də, sabahdan özgə bir ömür
yolu başlayacaqdı...
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
625
Coşqun bir həsrət, dəhşətli bir qorxu məni bürüdu. Bütün varlığımla Mariyaya sarıldım, titrəyə-
titrəyə, acgözlüklə bir dəfə də onun cənnət bağının bütün cığırlarından keçdim, cəngəlliklərinə
baş vurdum, oradakı ağacların şirin meyvələrindən daddım...
Gecəki yuxusuzluğun əvəzini gündüz çıxdım. Səhər-səhər hamama getdim, yorğun-arğın halda
evə qayıtdım, yataq otağının pərdələrini kip çəkdim. Soyunarkən şeir əlimə gəldi, ancaq tez də
yadımdan çıxdı, tələsik yerimə girdim. Mariyanı da, Hermineni də, maskarad balını da unudaraq
bütün günü yatdım. Yalnız axşamüstü durub üzümü qırxanda yadıma düşdü ki, bir saatdan sonra
maskarad balı başlayır və mən özümə yaxalıqlı köynək axtarmalıyam. Kefi kök, damağı çağ
hazırlaşmağa başladım, şam etmək məqsədi ilə evdən də bir az tez çıxdım.
İlk dəfə idi ki, maskarad balına gedirdim. Düzdür, əvvəllər də bir-iki dəfə belə müsamirələrdə
iştirak etmişdim. Hətta bəzən xoşuma da gəlmişdi, lakin heç vaxt rəqs etməmiş, yalnız tamaşaçı
olmuşdum. Başqalarının da bu haqda heyranlıqla danışması, danışılanlara qulaq asması həmişə
mənə çox gülünc görünmüşdü. Ancaq bugünkü bal mənim üçün də hadisəyə çevrilmişdi və onu
qorxu-qarışıq bir maraqla gözləyirdim.Qadınsız getdiyim üçün qərara aldım ki, içəri hamıdan
sonra keçim. Hermine də belə məsləhət görmüşdü.
Bir vaxtlar oylağım olmuş, küskün kişilərin bütün gecəni şərab içə-içə yalandan subaylıq
çağlarına qayıtdıqları «Dəmir dəbilqə»yə son vaxtlar az-az gedirdim. Çünki indiki həyat tərzimə
uyğun gəlmirdi. Amma bu axşam nəsə məni zorla çəkib oraya apardı. Qismətin, ayrılığın
səksəkəli sevinci məni bürüdüyü anda həyatımın bütün dolayları, xatirə oylaqları bir də həsrətlə
keçmişin gur işığına bələndi. Həmin işıq əvvəllər daimi müştərisi olduğum bu balaca, tüstülü-
dumanlı meyxanaya da düşdü.
Bir vaxtlar onun ən primitiv «bihuşdarı»sı hesab olunan bircə şüşə yerli şərab bir gecəni də öz
tənha yatağımda keçirməyə, bircə gün də həyata dözməyə bəs eləyirdi. O zamandan bəri çox
şeyin – bundan da təsirli «dərman»ların dadını görmüş, ondan da şirin zəhərlər içmişdim.
Gülümsəyə-gülümsəyə o qədim meyxanaya girdim. Sahibə «xoş gəldin» elədi, qaradinməz daimi
müştərilər də başlarını tərpətdilər. Qızardılmış cücə təklif elədilər və elə ondan da gətirdilər, təzə
Elzas şərabı qalın çapma stəkanda bərq vurdu, dümağ, tərtəmiz taxta masalar, divardakı qədimi
sarı haşiyələr üzümə güldü.
Yeyib-içən zaman qəlbimi sarımış bədbinlik, ayrılıq hissləri, keçmiş həyatımın bir-birinə
calanmış bütün ağrılı-acılı şirin duyğuları daha da gücləndi. Heç vaxt ölüb getməyən bu duyğular
indi məhv olmaq üçün yetişirdi. «Müasir» insan buna sentimentallıq deyir. Onun daha heç
nədən xoşu gəlmir.
Hətta çox müqəddəs hesab elədiyi şeylərdən də, girəvə düşən kimi yaxşı marka ilə dəyişmək
istədiyi avtomobilindən də zəhləsi gedir. Bu müasir insan qoçaqdır, iş biləndir, sağlamdır,
soyuqqanlı və ciddidir, tayı-bərabəri yoxdur, növbəti müharibədə də özünü əməlli-başlı
doğruldacaq. Ancaq bunların mənə dəxli yoxdu, çünki nə müasir insan idim, nə də keçmişin
nümayəndəsi: zamanın axarından ayrılmışdım, harayasa ölümə tərəf gedir, getdikcə də ona
yaxınlaşırdım. Sentimentallığın əleyhinə deyildim, əksinə, çox sevinirdim ki, nə yaxşı, mənim
də viranə qəlbimdə hisslərə bənzər nəsə var.
Beləliklə də, özümü bu qədimi meyxana ilə bağlı xatirələrin, içəridəki qədimi yöndəmsiz
kətillərin yaratdığı şirin duyğuların, vətən həsrətinə bənzəyən şərab və tüstü qoxusunun, o köhnə
adətdən qalmış işartının, hərarətin ixtiyarına buraxdım. Ayrılıq nə gözəl, nə həzinmiş! Taxta kətil
də, çapma stəkan da, meyvə dadı verən sərin Elzas şərabı da, bu otaqda hər şeyin, hamının
doğmalığı da, haçansa qardaş olduğum o xəyalpərvər, düşkün sərxoşların sifətləri də mənə çox
əziz idi. Hamısından meşşan sentimentallığının qoxusunu alırdım. Həmin qoxu da ərgənlik
çağlarımın meyxanalarda keçən romantik
Dostları ilə paylaş: |