“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
619
– Nə danışırsan, bu xoşbəxtliyə sözüm yoxdur, çox xoşuma gəlir, ona minnətdaram. Yağışlı-
çiskinli yayda çıxan günəşli günə bənzəyir. Amma hiss edirəm ki, çox çəkməyəcək. Belə
xoşbəxtlik xeyirsizdir, adamı razı salır, lakin beləsi mənim xörəyim deyil. Yalquzağı yuxuya
verir, hər şeydən doydurur. Ancaq adama ölüm bəxş edən xoşbəxtlik deyil.
– Yalquzaq, ölmək mütləq lazımdır?
– Mənə elə gəlir ki, lazımdır! Səadətimdən çox razıyam, hələ xeyli də ona dözə bilərəm. Ancaq
ayılmaq, nəyinsə həsrətini çəkmək üçün bircə saatlığa ondan ayrı düşəndə, həmin xoşbəxtliyi
əbədi saxlamağın deyil, əzablara düçar olmağın həsrətini çəkirəm. Özü də şirin, əvvəlkilərə
bənzəməyən əzablar... Elə əzablar diləyirəm ki, məni öz xoşumla ölməyə hazırlaya bilsin!
Hermine nəvazişlə, yalnız ona xas olan kədərli nəzərlərlə gözümün içinə baxdı. O gözəl, dəhşətli
gözlər! Yavaş-yavaş, sözləri seçə-seçə, bir-birinin yanına düzə-düzə danışmağa başladı. Elə
astadan danışırdı ki, güclə eşidirdim.
– Bu gün sənə bir şeyi demək istəyirəm. Elə şey ki, çoxdan bilirəm, lap sən də bilirsən, ancaq
bəlkə də, indiyəcən heç özünə də deməmisən. İndi özüm haqqımda, sənin haqqında, ikimizin də
taleyi haqqında bir söz deyəcəm. Harri, sən sənətkar, mütəfəkkir olubsan, çoxlu sevinc, inam
görübsən, böyüklük, əbədilik sorağına düşübsən, heç vaxt gözəlliklə, xırdalıqla
kifayətlənməyibsən. Ancaq həyat səni qəflətdən oyadıb özünə qaytardıqca, bədbəxtliyin
böyüyüb, əzabların, hürkəkliyin, ümidsizliyin artıb, onların içində boğulmağa başlayıbsan və
heç nə, hətta bir vaxtlar gözəl, müqəddəs bilib
sevdiyin, pərəstiş etdiyin şeylər də, haçansa insanlara, ali məqsədimizə olan inamın da sənə
kömək eləyə bilməyib. Hamısı öz mənasını itirib, çilik-çilik olub gedib. Sənin bu inamına nəfəs
almaq üçün hava çatmayıb. Boğulmaq da ən qorxunc ölümdür. Düzdür, Harri? Taleyin belə
deyil?
Başımı yırğalayır, yırğalayır, yırğalayırdım.
– Sənin daxilində başqa bir həyat təsəvvürü, inam, istək vardı, – deyə sözünə davam etdi, –
böyük-böyük əməllərə, əzab çəkməyə, qurban getməyə hazır idin. Amma getdikcə hiss etməyə
başladın ki, bu gün dünya səndən heç bir qəhrəmanlıq, heç bir qurbanlıq və buna bənzər əməllər
istəmir. Həyat da igidlik və buna bənzər şeylərin meydanı olan qəhrəmanlıq dastanı deyil,
insanların adicə yeməkiçməklə, qəhvəylə, toxunma corabla, kart oynamaqla, radio musiqisi ilə
kifayətləndiyi bir meşşan daxmasıdır. Başqa diləyi olan, özündə qəhrəmanlıq, gözəllik istəyi
gəzdirən, böyük şairlərə, müqəddəslərə pərəstiş edən adam səfehdir. Don Kixotdur. Demək,
belə... Bu, mənim də başıma gəlib, dostum! Mən də bacarıqlı bir qız idim. Yüksək ideallarla
yaşamaq, qarşıma böyük vəzifələr qoymaq, şərəfli işlər görmək üçün yaranmışdım. Mənim də
bəxtim gətirə bilərdi, hansı şahınsa arvadı, hansı inqilabçınınsa sevgilisi, hansı dahininsə bacısı,
hansı əzabkeşinsə anası olardım. Ancaq həyat mənə həddən artıq yüksək zövqlü bir kurtizan qız
olmağa icazə verdi. Elə bunun özü də böyük çətinliklər hesabına başa gəldi! Mənim taleyim də
belə olub! Bir xeyli nə edəcəyimi bilmədim, uzun zaman günahı özümdə axtardım. Fikirləşdim
ki, həyat həmişə axırda haqlı çıxır və mənim arzularıma gülübsə, deməli, hamısı səfeh imiş,
haqsız imiş. Heç bunun da xeyri olmadı. Ancaq iti görən gözlərim, yaxşı eşidən qulaqlarım
olduğundan, hər şeylə maraqlandığımdan bu həyata, tanışlarıma, qonşularıma, yüz cür adama,
yüz cür taleyə diqqətlə baxa bildim və gördüm ki, Harri, mənim də arzularım səninkilər kimi min
dəfə haqlı imiş! Həyat, gerçəklik isə – haqsız! Mənim kimi bir qadının özgə yol tanmayıb hansı
pulgirinsə makinası arxasında oturub kasıb, mənasız bir həyat sürə-sürə qocalması, ya da puluna
görə ona ərə getməsi, yaxud da fahişəyə bənzər bir məxluqa çevrilməsi eynilə sən tək adamın
tənhalıq, qorxu, ümidsizlik içində ülgücə əl atması kimi insafsızlıqdır! Ola bilsin ki, mənim
bədbəxtliyim maddi, əxlaqi, səninki isə mənəvi cəhətdən yaranıb – ancaq fərqi yoxdur, yolumuz
bir olub. Elə bilirsən, nəyə görə fokstrotdan qorxduğunu, barlardan, rəqs zallarından zəhlən
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
620
getdiyini, caz musiqisi və buna bənzər zir-zibildən iyrəndiyini başa düşmürəm? Hamısını lap
yaxşı başa düşürəm, eyni zamanda, nə üçün siyasətdən zəhlən getdiyini də, partiyaların,
mətbuatın çərənləməsindən, məsuliyyətsiz hay-küyündən olmuş və olacaq müha-ribənin
dəhşətlərindən, bugünkü insanların düşüncə, oxumaq, qurub-yaratmaq,
musiqi bəstələmək, bayram keçirmək, təhsil almaq tərzindən kədərləndiyini də bilirəm! Sən
haqlısan, ay Yalquzaq! Lap yüz dəfə, min dəfə haqlısan, ancaq bununla belə, məhv olmalısan!
Sən bu günün sadə, rahat, az şeyə qane olan dünyası üçün həddən artıq iddialısan, acsan. Ona
görə də dünya səni özündən kənar edəcək, çünki sənin ölçü daşın o istədiyindən bir az ağırdır.
Kim bu gün yaşamaq, yaşadığı həyatdan da zövq almaq istəyirsə, gərək sənin kimi, mənim kimi
adam olmasın. Bu gözəl
dünya dınqıltı əvəzinə musiqi, əyləncə əvəzinə sevinc, pul əvəzinə mənəvi dünya, hay-küy
əvəzinə əsl iş, yalançı inilti-sızıltı əvəzinə əsl iztirab istəyən adamlar üçün heç vaxt vətən ola
bilməz!
O, baxışlarını yerə dikib fikrə getdi.
– Hermine! – deyə nəvazişlə dilləndim. – Bacım, sənin nə iti gözlərin varmış! Ancaq buna
baxmayaraq, mənə fokstrot öyrətdin! Sən nə fikirdəsən, bizim kimi adamlar, ölçü daşı bir az ağır
gələnlər belə bir dünyada necə yaşaya bilir? Axı nə üçün belədir? Bu yalnız bizim zəmanədəmi
belə oldu? Yoxsa həmişə belə olub?
– Bilmirəm. Ulu dünyanın xətrinə deyərdim ki, yalnız bizim zəmanədə belə olub. Özü də bu,
xəstəlikdir. Bu günün bədbəxtliyidir. Rəhbərlərimiz sürətlə, uğurla növbəti müharibəyə
hazırlaşır, biz isə fokstrot oynayır, pul qazanır, şokolad yeyirik. Belə bir zəmanədə dünya çox
təvazökar olmalıdır.
Gəl ümid edək ki, bütün zəmanələr yaxşı imiş və yenə də yaxşı, zəngin, geniş, mənalı olacaq.
Ancaq bunun bizə heç bir xeyri yoxdur. Nə bilmək olar, bəlkə də, həmişə belə imiş...
– Həmişə belə olub? Dünya həmişə siyasətçilər, alverçilər, xidmətçilər, əxlaqsızlar dünyası olub
və əsl insanlar da orada boğulub?
– Deyə bilmərəm, bəlkə, elə olub, heç kəs də bilmir. Bir də nə fərqi? Mən isə, dostum, indi sənin
ən çox sevdiyin, hərdən haqqında danışdığın, məktublarını oxuduğun o Motsart haqqında
düşünürəm.
Bəs onun taleyi necə olub? Onun yaşadığı zəmanədə dünyanı kim idarə edib, qaymağını yeyib,
gərdişinə təsir eləyib, onun yaxşısını pisindən ayırıb, onu Motsarta – alverçilərə, Motsarta –
düjündüjün dayaz adamlara bölüb? Bəs o necə ölüb, necə dəfn olunub? Mənə elə gəlir ki, həmişə
belə olub və olacaq da! Məktəbdə adını «Dünya tarixi» qoyub əzbərlətdikləri qəhrəmanlar,
dahilər, böyük əməllər, böyük hisslər başdan-ayağa yalandır. Hamısını məktəb müəllimləri təlim
məqsədilə uydurublar ki, uşaqların başını qatsınlar. Həmişə belə olub və olacaq da! Zəmanə,
dünya, pul, hakimiyyət də xırdaların, dayazların olacaq, başqalarına – əsl insanlara isə heç nə
qalmayacaq. Yalnız ölümdən
başqa...
– Özgə heç nə?
– Yox, bir də əbədiyyət.
– Nəsillər üçün qoyub getdiyi adı, şöhrəti nəzərdə tutursan?