Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə307/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   303   304   305   306   307   308   309   310   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

626 


günləri ilə ədvələnmişdi. Onda meyxanaya getmək, şərab içmək, siqaret çəkmək yasaq 

olunduğundan hamısı əlçatmaz, ləzzətli şeylər sayılırdı və yaman da dəbdə idi… Həmin anda 

heç içimdəki Yalquzaq da baş qaldırıb dişlərini qıcamadı, o şirin xəyalları pərən-pərən salmadı. 

Rahatca oturub keçmişin, sönmüş bir ulduzun zəif işartısına isindim... 

Bir çərçi içəri qovrulmuş şabalıd gətirdi, ondan bir ovuc aldım. Sonra gülsatan yaşlı qadın gəldi, 

ondan da bir neçə qərənfil alıb sahibəyə bağışladım. Yalnız yeməyin pulunu vermək üçün adətim 

üzrə əlimi pencəyin cibinə atanda hiss elədim ki, frak geymişəm. Maskarad balı! Hermine! 

Ancaq hələ çox tez idi, «Qlobus» restoranına indidən getməyə ürək eləmədim. Hiss etdim ki, son 

vaxtlar iştirakçısı olduğum bütün müsamirələrdəki kimi yenə də daxilimdə nəsə bir etiraz 

duyğusu baş qaldırdı: böyük, ağzına kimi dolu, səsli-küylü otaqlara heç girmək istəmirdim, o yad 

ab-havada əhlikeflərə qoşulub rəqs etməkdən uşaq kimi utanırdım. 

Veyllənə-veyllənə gəlib bir kinoteatrın yanına çıxdım. Qabağında topa-topa işıqlar, rəngarəng iri 

afişalar sayrışırdı və bir-iki addım gedəndən sonra geri qayıdıb içəri girdim. Təxminən saat on 

birə qədər qaranlıqda rahatca otura bilərdim. Əlində zəif işıqlı fənər tutmuş xidmətçi məni içəri 

apardı, pərdələrin arasından sivişib zülmət kimi qaranlıq zala girdim, boş yer tapıb oturdum və 

birdən-birə əhdi-ətiq əyyamına düşdüm. Bu elə filmlərdən idi ki, sanki, pul qoparmaq üçün deyil

böyük bir xərc hesabına, böyük bir diqqətlə, müqəddəs, nəcib məqsədlər naminə çəkilmişdi. 

Hətta ilahiyyat müəllimləri də günortadan sonra öz şagirdlərini ona baxmağa gətirirdi. Musa 

peyğəmbərlə israillilərin  

Misirdəki macəraları çəkilmişdi və cürbəcür adamlar, atlar, dəvələr, saraylar, zəngin fironlar, bir 

də isti qum səhralarında əziyyət çəkən yəhudilər təsvir olunurdu. Gördüm ki, saçını Uolt Uitmen 

kimi daramış bu bər-bəzəkli səhnə Musası əlində uzun bir əsa qaşqabaqla, odlu-odlu, mübarizə 

allahı Vodanın yerişi ilə yəhudilərin qabağına düşüb səhra ilə gedir. O, Qırmızı dənizin sahilində 

dayanıb allaha üz tutdu, dəniz iki bölündü, ortasından yol açıldı və həmin yol da sulardan 

yaranmış dağların arasındakı dərəyə 

bənzədi (keşişin bu dini filmə gətirdiyi konfirmandlar kinoçəkənlərin həmin səhnəni necə 

yaratdıqları barədə uzun-uzadı mübahisə edə bilərdilər). Gördüm ki, peyğəmbər və vahimə 

basmış adamlar oraya girdilər. Onların arxasınca fironun döyüş arabaları peyda oldu. Sahildəki 

misirlilər əvvəlcə karıxdılar, qorxuya düşdülər, sonra da cəsarətlə irəli atıldılar, sulardan 

yaranmış dağlar ağız-ağıza gəldi, qızıl zirehli zəngin fironu da, döyüş arabalarını da, 

döyüşçülərini də uddu. Və bu zaman Hendelin iki bas üçün yazdığı ecazkar duetini xatırladım: 

həmin hadisə orada çox gözəl təsvir olunurdu. Sonra Musanın  

Sinay dağına çıxdığını gördüm. İndi o, kədərli, sıldırım qayaların arası ilə gedən qüssəli bir 

qəhrəman idi və gördüm ki, Yehova orada dalğaların, tufanın, işıq siqnallarının vasitəsi ilə on 

dənə ehkamı ona çatdırdı. Həmin anda onun özünə layiq olmayan xalqı dağın ətəyində Qızıl 

Dana heykəli ucaldıb yallı gedir, görünməmiş şənlik edirdi. Oturub bunlara baxmaq özümə də 

qəribə xəyal kimi gəlirdi. Nə vaxtsa uşaqlığımız üzərinə qeyri-adilik, başqa bir dünya haqqında 

dumanlı təsəvvürlər pərdəsi çəkən müqəddəs keçmişi, onun qəhrəmanlarını, möcüzələrini pul 

qazanmaq xətrinə sakitcə oturub özləri ilə 

gətirdikləri kökəni yeyən, qədirbilən tamaşaçılara göstərirdilər! Zəmanəmizdəki mədəniyyətin 

ucuzluğundan, dəyərsizliyindən xəbər verən bir səhnə! İlahi, gərək belə alçaqlığın qabağını 

almaq xətrinə misirlilərdən başqa yəhudilər də, yer üzündə qalanlar da məhv olaydı, bu gün 

bizim öldüyümüz o dəhşətli, yalançı, tədrici ölümdənsə, məcburi, ləyaqətli bir ölümün qurbanı 

olaydı! Kaş olaydı! 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

627 


Qəlbimdə baş qaldıran o gizli etiraz səslərini, maskarad balı qarşısındakı əsassız qorxu hisslərini 

nə kino, nə də onun yaratdığı təəssürat azalda bilmədi,  əksinə, onları daha da artırdı və axırda 

Hermineni xatırlayaraq özümü «Qlobus»a getməyə məcbur eləyəsi oldum. 

Gecikmişdim, artıq balın qızğın çağıydı və heç soyunmağa macal tapmadım, birdən-birə maskalı 

izdihamın arasına düşdüm, yaxın adam kimi hərə bir tərəfə dartışdırdı, qızlar şampan şərabı 

satılan yerə çəkmək istədi, təlxəklər  əlini çiynimə qoyaraq «sən» deyə müraciət etməyə 

başladılar. Heç birinə yaxınlıq verməyib ağzına kimi dolu zalları birtəhər keçərək asılqana 

çatdım və nömrəni alan kimi cibimdə yaxşı-yaxşı gizlətdim ki, bəlkə, bu hərc-mərclikdən bezib 

onu tez götürəsi oldum. 

Böyük binanın bütün otaqlarında bayram şənliyi idi, zalların hamısında, hətta zirzəmidə də rəqs 

edirdilər. Bütün dəhlizlər, pilləkənlər maskaya, rəqsə, musiqiyə, gülüşə bələnmişdi, adam  

əlindən tərpənmək olmurdu. Sıxıla-sıxıla bu basabasın arası ilə zənci kapellası olan otaqdan xalq 

musiqisi çalınan zala keçdim, bərq vuran  əsas zaldan çıxıb dəhlizlərə, pilləkənlərə, barlara, 

bufetlərə, şampan içilən yerlərə baş vurdum. Divarların çoxu  ən müasir rəssamların yöndəmsiz,  

əyləncəli şəkilləri ilə bəzədilmişdi. Burada nə cür adam desən tapmaq olardı: sənətkar, jurnalist, 

alim, tacir və bir də şəhərin  

bütün əyyaşları... Orkestrlərin birində mister Pablo oturub şövqlə öz yoğun kərənayını üfürürdü. 

Məni görən kimi kərənayda bir qıy vurdu. Basabasa düşüb gah bu otağa, gah da o birinə keçdim, 

gah aşağı düşdüm, gah yuxarı qalxdım. Zirzəmidəki dəhlizlərdən biri cəhənnəmsayağı 

bəzədilmişdi və içəridəki iblislər ansamblının guppultusundan qulaq tutulurdu. Yavaş-yavaş yan-

yörəmə göz gəzdirməyə başladım ki, bəlkə Herminedən, Mariyadan birini görəm. Sonra diqqətlə 

axtardım, bir neçə dəfə əsas zala dürtülməyə çalışdım, ancaq heç birinə düşə bilmədim: gah 

sıxışdırıb yoldan çıxartdılar, gah da  

içəridən çıxan izdiham imkan vermədi. Gecə yarı olmuşdu, ancaq heç birini tapa bilməmişdim. 

Rəqs eləməsəm də, istilənmişdim, başım hərlənirdi və yaxındakı boş kətillərin birində – 

tanımadığım adamların arasında oturub bir qədəh şərab gətirtdim, fikirləşdim ki, mən yaşda olan 

adamın, belə hayküylü şənliyə gəlməsi yersizdir. Qüssəli-qüssəli şərabdan içərək qadınların 

çılpaq qollarına, çiyinlərinə baxdım, gözlərim önündən qəribə-qəribə maskarad paltarları geymiş 

adamlar gəlib keçdilər. Bəziləri yüngülcə çiynimə toxundular. Dizimin üstündə oturmaq, ya da 

rəqs etmək istəyən bir neçə qızı sakitcə özümdən araladım. Onlardan biri ucadan «Qoca kaftar» 

dedi və düz də elədi. İstədim içib cəsarətlənəm, kefim açılsın, ancaq şərab da ləzzət eləmədi, 

ikinci qədəhi güclə axıra çatdırdım. Getdikcə hiss etməyə başladım ki, Yalquzaq başımın üstünü 

kəsdirib dişlərini qıcayır. Buralar mənim yerim deyildi, ona görə də bir şey alınmadı. Xoş 

niyyətlə gəlmişdim, ancaq kefim açılmadı, bu aşıb-daşan sevinclər, gülüşlər, çılğınlıq mənə çox 

saxta, gülünc görünürdü.Beləliklə də, saat birdə peşman-peşman, hirsli-hirsli paltomu geri almaq 

üçün özümü birtəhər asılqana çatdırdım. Bu, məğlubiyyət, təzədən yalquzaqlığa qayıtmaq demək 

idi və Hermine də bunu ömrundə mənə bağışlamazdı. Amma başqa  yolum da yox idi. İzdihamın 

arasından birtəhər keçərək asılqana tərəf gedə-gedə bir də diqqətlə yan-yörəyə baxdım ki, bəlkə 

rəfiqələrimdən hansınısa görə 

biləm. Sən demə, boş şey imiş! Axır ki, balaca pəncərəyə çatdım, arakəsmənin o biri tərəfindəki 

nəzakətli kişi nömrəmi almaq üçün  əlini irəli uzatdı, qoltuq cibimi axtardım və birdən gördüm 

ki... nömrə yoxdur! Lənət şeytana, bircə bu çatmırdı. Qüssə-kədər içində zalları dolaşa-dolaşa, 

oturub o dadsız-tamsız şərabdan içə-içə yarımçıq getməmək üçun özümlə mübarizə aparanda, 

tez-tez  əlimi cibimə aparmış və həmişə də görmüşdüm ki, nömrə yerindədir. İndisə yoxsa 

çıxmışdı! Hər şey mənə qarşı çevrilmişdi. 

– Nömrəni itiribsən? – böyrümdə peyda olan sarı-qırmızı qiyafəli balaca şeytan civildədi:  




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   303   304   305   306   307   308   309   310   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə