“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
632
birimizə sığına-sığına süzməyə başladıq. Hiss etdik ki, səadət dalğası bizi yenə də öz qoynuna
aldı. Bu rəqsdə Hermine təkəbbürdən,
kinayədən, soyuqluqdan əl çəkdi. Bilirdi ki, özünü mənə sevdirmək üçün daha heç nə lazım
deyil. İndi büsbütün onunku idim. Rəqsdə də, baxışında da, öpüşündə, də, təbəssümündə də
özünü tamamilə təslim etmişdi. Bu titrətməli gecədə ürəyimə köz salan qadınların hamısı –
qəlbini ovladıqlarım da, arxasınca məhəbbətlə, həsrətlə baxdıqlarım da əriyib bir-birinə
qarışmış, indi qollarım arasında çiçəklənən təkcə bir qıza çevrilmişdi.
Bu toy rəqsi çox çəkdi. Arada musiqi iki-üç dəfə kəsildi, kərənayçılar alətləri yerə qoydu,
pianoçu royalın arxasından durdu, birinci skripkada çalan oğlan heydən düşmüş halda başını
buladı, ancaq hər dəfə də axıra qalanların yalvarış dolu şövqlü baxışlarından qızışıb təzədən
başladılar, daha bərkdən çaldılar, daha da coşdular. Sonra – biz hələ də qol-boyun dayanıb
qalmışdıq və axırıncı rəqsi çox acgözlüklə oynadığımızdan güclə nəfəs alırdıq – pianonun
qapağı şaqqıltı ilə örtüldü, qollarımız kərənayçıların, skripkaçıların əlləri kimi yanımıza düşdü,
fleytaçı göz vuraraq fleytasını qabına qoydu,
qapılar açıldı, soyuq hava içəri doldu, xalatlı xidmətçilər gəldi, barmen işığı söndürdü. Hər şey
dəhşətli bir xəyal kimi çəkilməyə başladı, bayaq od-alov saçan rəqqaslar üşüyə-üşüyə paltoların
içinə girib yaxalıqlarını qaldırdılar. Herminenin rəngi avazısa da, gülümsəyirdi. Asta-asta
qollarını qaldırıb saçını geri sığalladı, qoltuğunun altı işıqda parıldadı, oradan ani, həddən artıq
zərif bir kölgə qopub örtülü sinəsinə doğru getdi və mənə elə gəldi ki, bu zərif, ani kölgə
təbəssüm kimi onun gözəl bədənindəki bütün cazibədarlığı, işvələri, imkanları özündə əks
etdirdi.
Dayanıb bir-birimizə tamaşa edirdik. Zalda da, binada da yalnız ikimiz qalmışdıq. Haradasa lap
aşağıda bir qapı şaqqıldadı, şüşə sındı, istehzalı gülüşlər yenicə işə salınan avtomobillərin kəskin,
qəzəbli uğultusuna qarışıb eşidilməz oldu. Haradansa lap uzaqlardan, yüksəklərdən gülüş səsləri
eşidildi. Həddən artıq cingiltili, şaqraq, sevinc dolu, həm də dəhşətli, yad bir gülüş idi; büllur
kimi, buz kimi cingiltili, parıltılı, ancaq soyuq, amansız bir gülüş! Niyə bu qəribə gülüş mənə
belə doğma görünürdü? Bilmədim...
Dayanıb bir-birimizə tamaşa edirdik. Bircə anlığa ayrıldım, ayazıdım. Hiss etdim ki, tərdən
tamam yaş olmuş paltarım kürəyimə yapışıb, əllərim qızarıb, damarlarım şişib, manjetlər əzik-
əzik olub, tərə bələnib. Ancaq hamısı keçib getdi. Herminenin bircə baxışı hər şeyin üstündən
xətt çəkdi.
Sanki, öz qəlbim onun baxışı ilə özümə baxdı və bütün gerçəklik, hətta ona qarşı yaranmış
ehtiras aləmi də həmin baxışların qarşısında darmadağın oldu.
Sehrlənmiş kimi dayanıb bir-birimizə tamaşa edirdik. O zavallı körpə qəlbim özümə baxırdı.
– Hazırsanmı? – Hermine soruşdu və təbəssümü də sinəsində gözdən itən kölgə kimi yox oldu.
Haradasa lap uzaqlarda, yüksəklərdə, naməlum bir məchulluqda o qəribə gülüş yenə cingildədi.
Başımı tərpətdim. Əlbəttə, hazır idim!
Həmin anda musiqiçi Pablo qapıda göründü, şən-şən gülümsəyən gözlərini bizə zillədi. Əslində,
o gözlər heyvan gözləri idi, ancaq heyvanların gözü həmişə ciddi olur, bununku isə həmişə
gülürdü və həmin gülüş də onları insan gözlərinə çevirirdi. Səmimiyyətlə, mehribanlıqla bizə əl
elədi. Əynində güllü ipəkdən gödəkçə vardı və onun qırmızı yaxalığının fonunda köynəyinin
süzülmüş yaxalığı, yorğun, avazımış sifəti həddən artıq solğun, ölgün görünürdü, amma
parıldayan qara gözləri həmin eybi örtürdü. Onlar həm də gerçəkliyin üstünü örtür, hər şeyi
sehrləyirdi.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
633
Yanına getdik, qapıdan çıxanda mənə tərəf pıçıldadı:
– Qardaşım Harri, sizi qısa bir tamaşaya dəvət edirəm. Giriş yalnız dəlilər üçündür, haqqı da –
ağıldır. Hazırsınızmı?
Başımı tərpətdim.
Əziz dostum! Nəvazişlə, ehmalca qolumuza girdi. Herminenin sağ, mənimsə sol qolumdan tutub
pilləkənlə aşağı düşürtdü, tavanından mavi işıq süzülən dəyirmi bir otağa gətirdi. Demək olar ki,
otaq boş idi, balaca bir dəyirmi stoldan, üç kreslodan başqa heç nə yoxdu. Həmin kreslolara
oturduq.
Harada idik? Yatmışdımmı? Evdəmi idim? Yoxsa maşına oturub harayasa gedirdim? Yox, mavi
işığa qərq olmuş dəyirmi bir otaqda oturmuşdum. Havası seyrək idi və hansı layındasa gerçəklik
getdikcə gözdən itirdi. Bəs Herminenin rəngi niyə belə qaçmışdı? Pablo niyə belə çox danışırdı?
Bəlkə, onu danışdıran elə mən özüm idim, onun dili ilə danışırdım? Herminenin qonur gözləri
kimi onun da qara gözlərindən mənə tamaşa edən öz qəlbim – o perikdirilmiş hürkək quşcuğaz
deyildimi?
Dostumuz Pablo öz alicənab, bir az da təntənəli, mehriban baxışlarını bizə zilləyərək elə hey
danışırdı. Ömründə heç bir rabitəli söz danışmayan, heç bir müzakirəyə, lakonikliyə meyil
etməyən, fikirləşməyə qabil olmayan Pablo indi hərarətlə, rəvan, səlis danışırdı:
– Dostlar, sizi Harrinin çoxdan arzuladığı, həsrətində olduğu bir tamaşaya dəvət etmişəm. Ancaq
bir az gecdir və çox güman ki, hamımız yorulmuş olarıq. Ona görə də gəlin əvvəlcə burada bir
az dincələk, qüvvə toplayaq.
Əlini atıb divardakı taxçadan üç qədəh və balaca, məzəli, qəribə bir şüşə, rəngbərəng taxta qutu
götürdü. Qədəhləri ağzınacan doldurdu, qutudan üç dənə nazik, uzun, sarı rəngli siqaret götürdü,
ipək gödəkçəsinin cibindən alışqan çıxarıb onları yandırdı. Hərəmiz bir kresloya çöküb tüstüsü
buxur tüstüsü kimi qalın olan siqaretləri asta-asta sümürür, qurtum-qurtum o kəmşirin, ömrümdə
duymadığım bir dad verən mayedən içirdik. Və içdikcə də, doğrudan da, həvəsə gəlir, kefimiz
durulurdu, elə bil, adamın içinə hava dolur, getdikcə yüngülləşirdi. Beləcə oturub siqaretə hərdən
qullab vura-vura,
qurtum-qurtum içə-içə yüngülləşir, şənlənirdik. Pablo da öz hərarətli səsi ilə astadan danışırdı:
– Əziz Harri, çox şadam ki, sizi bu gün nəyəsə qonaq edə bildim. Siz tez-tez öz həyatınızdan
bezirsiniz. Çox vaxt da ondan əl çəkmək istəyibsiniz, elə deyilmi? Bu zəmanəni, bu dünyanı, bu
gerçəkliyi tərk edib, özünüzə bab olan ayrı bir gerçəkliyə, vaxt ölçüsü olmayan bir aləmə getmək
həsrətindəsiniz. Əziz dost, indi istəyinizə çata bilərsiniz, mən sizi buna dəvət edirəm. Axı özünüz
həmin dünyanın harada gizlənib qaldığını bilirsiniz. Bilirsiniz ki, axtardığınız dünya öz
qəlbinizdədir.
Həsrətində olduğunuz o ayrı gerçəklik də öz içinizdədir. Mən sizə yalnız öz içinizdə olanları
verər, yalnız öz qəlbinizdəkiləri göstərə bilərəm. Yalnız və yalnız şərait yaradar, həvəsləndirər,
açar verərəm.
Öz daxili aləminizi görməyə kömək edərəm, vəssalam.
O, yenə də əlini əlvan gödəkçəsinin cibinə salıb, dəyirmi bir güzgü çıxartdı:
– Baxın: özunüzü həmişə belə görübsünüz!Güzgünü gözlərim önünə tutdu (yadıma bir uşaq şeri
düşdü: «Güzgücük, əlimdəki güzgücük...») və mən dalğın-dalğın, dumanlı gözlərlə ona baxanda
qorxunc, daxilən narahat, yerində qərar tuta bilməyən, gah köpən, gah səngiyən bir şəkil –
özümü, Harri Halleri və həmin Harrinin də içindəki Yalquzağı – o qəşəng, ancaq yazıq-yazıq,