Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə305/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   301   302   303   304   305   306   307   308   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

621 


– Yox, ay körpə canavar, şöhrəti nəzərdə tutmuram. Məgər onun bir mənası var ki? Doğrudanmı, 

elə bilirsən bütün kamil adamların hamısı məşhur olub, nəsillər onları tanıyıb? 

– Əlbəttə, yox! 

– Deməli, şöhrəti demirəm. Şöhrət də yalnız təlim üçün yaranıb, məktəb müəllimlərinin  

uydurmasıdır. Yox, şöhrət deyil! Adına  əbədiyyət deyilən şeydir. Mömin adamlar ona ilahi 

səltənət deyirlər. Mən belə fikirləşirəm: əgər nəfəs almaq üçün bu dünyanın havasından başqa 

hava olmasaydı, bu zəmanədən başqa bir də əbədiyyət və əsl insanlar aləmi yaranmasaydı, bizim 

kimi iddiası böyük olanlar, nəyinsə həsrətini çəkənlər, çəhd daşı bir az ağır gələnlər heç cür 

yaşaya bilməzdilər. Buraya Motsartın musiqisi, sənin böyük şairlərinin şeirləri və möcüzələr 

yaratmış, şəhid olmuş, insanlar üçün nümunəyə çevrilmiş müqəddəslər aiddir. Bu  əbədiyyətə əsl 

qəhrəmanlıq haqqında təsəvvürlər,  əsl  

insani hisslərin gücü də aiddir. Eybi yox, qoy heç kimin ondan xəbəri olmasın, heç kim onu 

görməsin, heç kim onu yazıb gələcək nəsillər üçün saxlamasın! Əbədiyyətdə gələcək nəsil 

yoxdur, orada yalnız çağdaşlar var! 

– Haqlısan, – dedim.  

– Möminlər, – deyə fikirli-fikirli sözünə davam etdi, – bunları başqalarına nisbətən daha yaxşı 

biliblər. Ona görə də müqəddəsləri və bir də «müqəddəslər icması» dedikləri şeyi yaradıblar.  

Müqəddəslər də əsl insanlardır. Xilaskarımızın kiçik qardaşlarıdır. Hər bir yaxşı əməlimizlə, 

cəsarətli fikrimizlə, məhəbbətimizlə biz də ömrümüz boyu onlara tərəf gedirik. Qədim 

zamanlarda rəssamların qızılı səmanın qoynunda çəkdikləri parlaq, gözəl, ülvi şəkillər – 

müqəddəslər icması, əslində, mənim indicə «əbədiyyət» adlandırdığım şeydir. O dünyadakı 

zəmanənin, görünməzliyin səltənətidir. Biz həmin səltənətin adamlarıyıq. Vətənimiz oradır, 

ürəyimiz də ora can atır. Ay Yalquzaq, ona görə dəölüm həsrətindəyik. Sən orada öz Geteni, 

Novalisini, Motsartını, mən isə öz müqəddəslərimi, Xristoforu, Flipp fon Nerini və başqalarını 

təzədən tapacağıq. Elə müqəddəslər var ki, onlar da əvvəlcə dəhşətli günahlar içində boğulublar, 

ancaq günahın özü də müqəddəsliyə aparan yol ola bilər. Günah da, əxlaqsızlıq da... Yəqin, 

güləcəksən, lakin mənə çox vaxt elə gəlir ki, bəlkə, dostum Pablo da kəşf olunmamış 

müqəddəsdir.  Eh, Harri, öz evimizə çatmaq üçün biz nə qədər dəhşətli, mənasız yollar 

keçməliyik! Heç kəsimiz də yoxdur ki, bizi bu yolla aparsın. Yeganə bələdçimiz həsrətdir! 

Son sözləri lap astadan dedi və otağa dərin bir sakitlik çökdü, içəridəki qalaq-qalaq kitablar 

qürub edən günəşin qızılı saçaqlarına bələndi. Herminenin yanaqlarını ovuclarıma alıb bacım 

kimi alnından öpdüm, üzümü aparıb üzünə söykədim və xeyli beləcə dayandıq. Məndən olsa, bu 

günü beləcə dayanar, heç yerə də çıxmazdım. Ancaq bu gecə – böyük maskarad balına bircə gün 

qalmış, Mariya gəlməli idi. 

Onun görüşünə gedərkən yol uzunu Mariya barədə deyil, Herminenin dedikləri haqda  

düşünürdüm. Mənə elə gəlirdi ki, bunlar onun öz fikri deyildi. Gələcəyi yaxşı görən bu qız 

mənimkiləri ustalıqla oxuyub, əxz eləyib yeni bir formada, yeni bir məzmunda özümə 

qaytarmışdı. Ancaq əbədiyyət haqqında dedikləri üçün həmin anda ona hədsiz dərəcədə 

minnətdardım. Onlar mənə çox lazım idi – onlarsız nə yaşaya, nə də ölə bilərdim. Rəfiqəm, rəqs 

müəllimim bu gün mənə müqəddəs «o dünya»nı, sonsuzluğu,  əbədi mənalar dünyasını, ilahi 

varlığı təzədən bəxş etmişdi. Geteni gördüyüm yuxunu, o müdrik qocanın surətinin qeyri-adi 

gülüşünü, hikmət dolu zarafatını xatırladım. Getenin  – ölməz bir dahinin gülüşünün mənasını 

yenicə anladım. Onun konkret obyekti yoxdu, yalnız işıq idi, yalnız şəffaflıq idi,  əzabların,  

əxlaqsızlığın, səhvlərin, ehtirasların, anlaşılmazlıqların qoynundan keçib əbədiyyətə, kainata 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

622 


qovuşan  əsl insanın saldığı iz idi.  «Əbədiyyət»in özü də,  əslində, zəmanənin qurtuluş, müəyyən 

mənada saflığa qayıtması, qayıdıb təzədən bir də kainata qovuşması demək idi. 

Mariyanı adətən şam elədiyimiz yerdə axtardım, ancaq tapmadım, hələ gəlməmişdi. Şəhər 

kənarındakı sakit meyxanada, hazır stolun arxasında oturub gözləməyə başladım. Fikrim hələ də 

bayaqkı söhbətin yanındaydı. Hermine ilə danışdığımız sözlər mənə elə doğma, elə yaxın idi ki, 

sanki, keçmiş mifoloji dünyamdan, xəyallar aləmindən gəlirdi. Sonsuz kainata qovuşmuş, 

unudulmuş, xəyala dönmüş ölməzlər və onların üzünə efir kimi çəkilmiş büllur əbədilik. O 

xəyali dünyanın soyuq, ulduz kimi işıq saçan aydınlığı... Görəsən, bunlar nə üçün mənə belə 

doğma idi? Fikrə daldım, yadıma Motsartın «Kassasiya»sından, Baxın «Yaxşı köklənmiş 

klavir»indən bəzi pyeslər düşdü və həmin  

soyuq ulduz parlaqlığı, həmin efir şəffaflığı bu musiqinin qoynunda bərq vura-vura süzməyə 

başladı.  

Bəli, doğrudan da, bu musiqi dönüb kainata çevrilmiş zəmanə kimi bir şey idi və onun üzərində 

də nəhayətsiz, qeyri-adi bir aydınlıq, əbədi, ilahi gülüş süzulürdü. Ah, yuxuda gördüyüm o qoca 

Gete də bura yaman yaraşırdı. Və qəflətən hər tərəfdən həmin müəmmalı gülüş – ölməzlərin 

gülüşü eşidildi. Elə bil, tilsimə düşmüşdüm və tilsimli-tilsimli də qoltuq cibimdəki qələmi 

çıxardım, kağız axtardım, axırda şərabların qiymət kağızı gözümə sataşdı, onu çevirib, arxa 

tərəfinə şeir yazdım və bir gün sonra onu 

cibimdə tapdım.  

Həmin şeir belə idi. 

 

ÖLMƏZLƏR 

 

Yer üzündən bizə sarı elə can atır  



Gecə-gündüz inad ilə həyat həvəsi.  

O həvəsin çətinliyi, dəhşəti vardır,  

Nəşə dolu ehtirası, ölüm nəfəsi.  

O nəfəsin mayasında əbədi tamah,  

Ehtiraslı cəlladların tökdüyü qanlar,  

Qorxu, həsəd tanrısının hər an qovduğu  

Qatil, vaiz, ya sələmçi donlu insanlar.  

Bu insanlar qovrulurlar, tüstülənirlər,  

Yavaş-yavaş çürudükcə didxor olurlar.  

Mənən yanıb külə dönən ömürlərində 

Vəhşi eşqdən, səadətdən zövq də alırlar.  

Öz-özunü yeyir, yeyir,  




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   301   302   303   304   305   306   307   308   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə