“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
202
Volter: Deməli, bu qız gecə klubunda iĢləyir?
Solto: Elədir.
Volter: Onu tapa bilərsiniz?
Solto: Mən? (Pauza)
Volter: Onun yanındakı kiĢiləri tanıyırsınız?
Solto: M… m… Bax, bunu, deyəsən, tanıyıram.
Volter: Bu qızı tapın mənim üçün. Bu çox vacibdir. Sizə minnətdar olaram. Siz mənə
kömək edə biləcək yeganə adamsınız. Siz, axı, belə klubları tanıyırsınız.
Solto: Sən onu tanıyırsan?
Volter: (Pauzadan sonra) Yox.
Solto: Bəs bu Ģəkli hardan almısan?
Volter: Bu… vacib deyil.
Solto: Bəlkə Ģəklini görüb vurulmusan?
Volter: Hə elədir.
Solto: Hə, gözəl qızdır. Çox gözəldir. YaxĢı, Villi, çalıĢaram onu tapım.
Volter: Sağ olun.
(ÇıxıĢ qapısı açılıb-örtülür. Pilləkəndə ayaq səsləri eĢidilir.)
Solto: Bu kimdir?
Volter: KirayəniĢinimiz. Məktəb müəlliməsi.
(Ġkinci mərtəbə. Ani və Millinin otağı. Bacılar çarpayıya uzanıblar).
Milli: Ġstəmirəm. Qaynardır. Mənə soyuğunu ver.
Ani: Qaynar deyil.
Milli: Mənə elə gəlir ki, sən onu çox qızdırmısan.
Ani: Mən ora-bura vurnuxana qədər soyuyub.
Milli: Qazanda saxlamaq lazım idi. Qazanda gətirsəydin, soyumazdı.
Ani: Axı, indicə dedin ki, soyuq istəyirəm.
Milli: Soyuq istəyirəm.
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
203
Ani: Mən də deyirəm ki, soyuyub.
Milli: Bilirəm. Birdən mən isti istəsəydim necə? (Süd içir) Bir az da soyuq olsa, lap
yaxĢı olardı.
Ani: Bir tikə balıq verim? Ya da ki bulka?
Milli: Mən balıq istəyirəm. Bəs sən?
Ani: AĢağı düĢüb bulka gətirərəm.
Milli: Bunu götür.
Ani: Lazım deyil. AĢağıda özüm üçün hazırlamıĢam. Bunu sən ye. Balıqdan sonra.
Milli: Bəs sən niyə balıq yemirsən?
Ani: Bilirsən, indi mən nə yeyərdim? Sardinaya yox deməzdim.
Milli: Mənsə siyənəyə. Bir iri siyənək tikəsini nə vaxt desən, yemək olar.
Ani: Bir- iki sirkəli sardina. Və bir fincan isti Ģokolad.
Milli: Ġsti Ģokolad?
Ani: Kalaktonda isti Ģokolad içməyimiz yadında deyil?
Milli: Ġsti Ģokolad siyənək balığı ilə?
Ani: Axı, mən siyənək balığı yemirəm. Mən sardina yeyirəm.
(Pilləkəndə addım səsləri eĢidilir).
Ani: EĢidirsən? (Qapını azca aralayıb qulaq asır. Villi otağının qapısını döyür. Boğuq
səslər eĢidilir).
Salli: Bəli.
Volter: Mənəm.
Salli: Bir dəqiqə. Buyurun (Astadan açılan qapının səsi eĢidilir)
Volter: Salam. ĠĢlər necədir?
Salli: Əla. (Qapı örtülür)
Ani: Volter ordadı.
Milli: Volter ordadı nə deməkdir?
Ani: Ġçəri keçdi.
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
204
Milli: Hara?
Ani: Sallinin otağına.
Milli: Öz otağına.
Ani: YaxĢı, öz otağına.
Milli: Artıq otaqdadır?
Ani: Hə.
Milli: Qız da ordadır?
Ani: Hə.
Milli: Deməli, Salliylə bir yerdədi?
Ani: Hə.
Milli: Get qulaq as. (Ani çıxır)
(Sallinin otağı)
Volter: Dadına baxın. Sizin üçün gətirmiĢəm.
Salli: Bu nədir?
Volter: Brendi.
Salli: Nə münasibətlə?
Volter: Sadəcə… düĢündüm ki... Bir-birimizi daha yaxından tanımalıyıq. Bir damın
altında yaĢayırıq.
Salli: Ancaq…
Volter: Siz içirsiniz?
Salli: Əslində yox.
Volter: Aradabir bir-iki qədəh də içmirsiniz?
Salli: Nadir hallarda.
Volter: Onda mənimlə də azca için.
Salli: YaxĢı, amma lap az. Nədə içəcəyik?
Volter: Narahat olmayın, özümlə gətirmiĢəm.
Salli: Əvvəlcədən hazırlıq görmüsünüz?
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
205
Volter: (ġüĢəni açıb süzür) Sizin sağlığınıza.
Salli: Sağlığınıza.
Volter: Ġstəyirəm… Dünən sizinlə kobud danıĢdım. BağıĢlayın.
Salli. Nə danıĢırsınız? BoĢ Ģeydir.
Volter: Məsələ burasındadır ki, mən hələ öyrəĢməliyəm. Mənim otağımda
yaĢamağınıza.
Salli: Deyirəm, bəlkə otağı birtəhər bölüĢdürək?
Volter: BölüĢdürək?
Salli: Demək istəyirəm, siz də bu otaqdan istifadə edə bilərsiniz. Deyək ki, mən evdə
olmayanda.
Volter: BaĢa düĢmürəm necə?
Salli: Çox sadə. Axı, mən bütün gün məktəbdəyəm.
Volter: Bəs gecə?
Salli: Bəzən elə gecə də. Həftədə üç dəfə məktəbə gedirəm.
Volter: Nə məktəb?
Salli: Mən axĢam məktəbinə gedirəm. Xarici dilləri öyrənmək üçün. Sonra isə adətən
rəfiqəmlə harasa gedirik. O, tarix müəlliməsidir. Musiqiyə qulaq asırıq.
Volter: Hansı musiqiyə?
Salli: Motsarta, Bramsa, yaxud bu qəbildən baĢqa müsiqiyə.
Volter: A…a… o qəbildən… (Pauza) Bir az da içərsiniz?
Salli: Mən…
Volter: (Süzür) Bircə qədəh.
Salli: Sağ olun. Sağlam olun. (Pauza)
Volter: Öz aramızdır, sizə qədər burda bir qadın da olmayıb.
Salli: Belə de.
Volter: Düzdür, uĢaqlar, tez-tez gəlirdilər. Burda silahlı basqınlar üçün plan qururduq.
Salli: Doğrudan?
Volter: Xalalarım sizə deməyiblər məni niyə tutmuĢdular?
Dostları ilə paylaş: |