“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
195
isə, gecə-gündüz istədiyi vaxt sallana-sallana o baĢa bu baĢa – gəzəcək. Axı, bura qonaq
otağıdır. Bir də ki, mən tanımadığım adamla bir stol arxasında oturmaq istəmirəm.
Ani: O yalnız otağı kirayələyib. Bir də səhər yeməyinin pulunu verir, mən də
yeməyi otağa aparıram.
Volter: Nə səhər yeməyi?
Ani: QaynanmıĢ yumurta və bir iri vetçina tikəsi. Ümumiyyətlə, iĢtahı yaxĢıdır.
Volter: Hamısı da həftədə 35 funt yarıma ? BaĢqaları xidmət üçün üç funt, üstəlik də
on Ģillinq alır. O, sizə kələk gəlib. Ġsti-soyuq su, hər cür Ģəraiti olan ev, rahat yataqda
səhər yeməyi… O, sizi barmağına dolayıb!
Ani: Heç də yox!
Volter: Mən öz otağıma qalxmalıyam. Bəzi əĢyalarımı götürməliyəm.
(Çıxır)
Volter ikinci mərtəbədə otağının qarĢısında dayanıb. Salli vanna otağından çıxır.
Salli: Mister Strit?
Volter: Bəli.
Salli: Çox Ģadam. Sizin haqqınızda çox eĢitmiĢəm.
Volter: Belə… (Pauza) Mən…
Salli: Gözəl xalalarınız var.
Volter: M… m… m… (Pauza)
Salli: Evə qayıtdığınız üçün sevinirsiniz?
Volter: Otağımdan bəzi Ģeyləri götürməliyəm.
Salli: Hə, əlbəttə. Ümid edirəm, tezliklə görüĢəcəyik. Sağ olun!
(Otağına keçir).
Volter: (Arxasınca gedib dayanır) Olar?..
Salli: Nə?
Volter: Ġçəri keçə bilərəm?
Salli: Ġçəri? Ancaq… Əlbəttə, əgər istəyirsinizsə.
(Otağa daxil olurlar. Volter arxasınca qapını örtür. Sallini daban-dabana izləyir.)
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
196
Salli: BağıĢlayın, otaq səliqəsizdir. Bütün gün məktəbdə oluram. Yır-yığıĢa vaxt
qalmır. (Pauza) Deyəsən, siz də mənim dərs dediyim məktəbdə oxumusunuz. Elə deyil?
Volter: Tindəki? Hə, orda oxumuĢam.
Salli: Ġnanmazsınız, sizin haqqınızda nələr eĢitmiĢəm? Xalalarınız sizə məftundurlar.
Volter: Elə sizə də. (Pauza)
Salli: Bura mənim çox xoĢuma gəlir. Xalalarınızla da yaxĢı yola gedirik.
Volter: Bilirsiniz, mən burdan bəzi Ģeyləri götürməliyəm.
Salli: Burdan? Mənə elə gəldi ki, siz öz otağımdan dediniz.
Volter: Hə də. Bu, axı, mənim otağımdır.
(Pauza)
Salli: Bu?
Volter: Siz mənim otağımı tutmusunuz.
Salli: Doğrudan? Nə pis oldu? Heç ağlıma da gəlməzdi. Bu barədə heç nə bilmirdim.
Mənə heç nə deməyiblər. Heyif! Otağa yerləĢmək istəyirsiniz.
Volter: Etiraz etməzdim.
Salli: Ay Allah, nə pis iĢ oldu. Bura mənim çox xoĢuma gəlir. Bəs mən harda
yatacağam?
Volter: AĢağıda divan var.
Salli: Yox, mən o köhnə-külüĢə etibar etmirəm. Bəs siz? Əlbəttə yaxĢı divandır.
Amma çarpayı əladır.
Volter: Bilirəm əladı. Mənim çarpayımdı.
Salli: Demək istəyirsiniz, sizin çarpayınızda yatıram?
Volter: Elədir ki, var!
Salli: O! (Pauza)
Volter: Burdan bir Ģey götürməliyəm.
Salli: Buyurun.
Volter: Amma… Bu… bu çox.. Qısası, mən tək qalmalıyam.
Salli: Ġstəyirsiniz, mən çıxım?
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
197
Volter: Hə. Etirazınız yoxdursa.
Salli: Tamam otaqdan çıxım?
Volter: Bir dəqiqəliyə.
Salli: Axı, siz nə axtarırsınız?
Volter: Bu… çox… məxfi məsələdi.
Salli: Tapança. (Pauza) Ġstəyirsiniz üzümü çevirim?
Volter: Ġkicə dəqiqə. Çox çəkməz.
Salli: YaxĢı iki dəqiqə. (Çıxır, arxasınca qapını örtür və pilləkənin yanında dayanır,
aĢağı düĢmür).
Volter: (Burnunun altında) Buna bax, büzmələr, qırçınlar. Özü də mənim otağımda.
Salli: (Pilləkəndən) Vəssalam?
Volter: Bir dəqiqə də. (ġkafı açır, rəfləri axtarır, mızıldanır) Hardadı bu zəhrimar
çamadan? Bu nədir? (Cırılan kağızın səsi eĢidilir) Oho!
Salli: Hər Ģey qaydasındadır?
Volter: Hə, sağ olun.
Salli: Tapdınız?
Volter: Hə. (Qapıya tərəf gedir). Nə dərsi keçirsiniz, rəqs?
Salli: Rəqs? Yox. Qəribə sualdır.
Volter: Adi sualdır. Qadınların çoxu rəqs dərsi keçir.
Salli: Mən rəqs eləmirəm. (Pauza)
Volter: BağıĢlayın. Deyəsən, axĢamkı planlarınızı pozdum.
Salli: Yox, eybi yoxdur.
Volter: Gecəniz xeyrə qalsın.
Salli: Xeyrə qarĢı.
(Qonaq otağı)
Ani: Bir tikə də limonlu pirojnadan yeyin, mister Solto. Görürəm, xoĢunuza gəlir.
Solto: Məmnuniyyətlə. Təsəvvür edirsiniz, məni soymaq istəyirdilər. Düz üç yüz əlli
funt… Gəlir vergisi. Vicdan haqqı ĢiĢirtmirəm. Deyirəm, dəli olmusunuz nədir?
“Çağdaş dünya ədəbiyyatı. Pyeslər”. Ədəbi-poetik, kulturoloji-kreativ tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
198
Ġstəyirsiniz, mən ölüm? Onda elə mənə bir tabut sifariĢ verin, özüm də gedim qəbrimi
qazım. Siz bir fikir verin, üç yüz əlli funt! Deyirəm, axı harada yazılıb? Mən nə qədər pul
qazanıram? Yox, siz mənə kağızı göstərin. Hesabdar çıxıblar mənim üçün! Kim
hesablayıb bunu? Özünüz kimi tülkünün biri. Deyirəm ki, mən təqaüdçüyəm. Həftədə üç
funt gəlirim olur. Bax belə.
Volter: Məlum məsələdi, bir dəstə yaramaz. Hamısı bir bezin qırağıdı.
Ani: Qocalara qayğı göstərən yoxdur.
Milli: Görürəm, siz enerjili adamsınız, mister Solto.
Solto: Necə adamam?
Milli: Enerjili.
Solto: Enerjili! Siz hələ mənim cavanlığımı – Avstraliyada iĢlədiyim vaxtları
görəydiniz. Sizcə, o vaxt onlar üçün Ģimal zonasını kim kəĢf edib. Əlbəttə, Solto!
Milli: Maraqlıdır ki, evli deyilsiniz, mister Solto.
Solto: Mən həmiĢə yalquzaq olmuĢam. Birinci dəfə qadınlar məni yoldan çıxarmağa
çalıĢanda öz-özümə dedim: dayan, Solto. Artıq bir addım da atma. Özünə gəl. Sərhədi
keçmə. Sənin baĢını tovlamaq istəyirlər. Evlənmək – heç vaxt!
Volter: Bu fikir ağlınıza harda gəldi? Avstraliyada, yoxsa Yunanıstanda?
Solto: Avstraliyada.
Volter: Bəs Yunanıstana necə gedib çıxmıĢdınız?
Solto: Dənizlə. Bəs necə? Yol pulunu ödəyə bilmək üçün matros kimi iĢə
düzəlmiĢdim. Bilirsiniz, necə gözəl səyahət idi! Yeniyetmə vaxtlarım idi. Yadımdadı, ilk
dəfə necə adam öldürdüm. Bax, bu əllərimlə. Madaqasqarlı bir hindu idi. Zorba bir Ģey
idi. Uzunluğu altı funt olardı.
Ani: Madaqasqardan?
Solto: Hə, dəqiq yadımdadı. Hindu idi.
Milli: Hindli?
Solto: Hindu. Madaqasqardan. (Pauza)
Volter: Deməli, əvvələr də baĢınıza belə hadisələr gəlib.
Solto: Gələcəkdə də yan keçməyəcək.
Milli: Bir tikə də Ġsveç kökəsindən dadın, mister Solto.
Dostları ilə paylaş: |