“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
138
Sonra Nelsonun başı təkrar əsməyə başladı.
- Bu Faktovski iyrəncin biridir! Onu öpən qadınlar necə öyüyüb qusmur, axı, bax, bunu
ağlım kəsmir də!
Nelson soruşdu:
- Yoxsa sən elə sanırsan ki, haqqında yazdığı qadınların hamısını tanıyır?
- Nə bilim? Bir neçəsini görmüşəm. Yetərincə suyuşirin cananlar idilər. Düzü, heç nə
anlamıram.
- Sadəcə onun halına acıyırlar. Yoxsa onun bit-birə basmış itdən nə fərqi var ki?!
- Ona bunca uğur gətirən nədir, axı?
- Lənət şeytana, bunu mən də bilmirəm. Haçan onunla bir yerə getsək, biabırçılıq
çıxardır. Sonuncu eşitdiyim xəbər – bir naşirin onu və məşuqəsini «Polo klubu»na
aparmasıdır. Ayaqyoluna getmək üçün masadan qalxandan sonra qeybə çəkilibmiş.
Təkrar peyda olandan sonra isə ortada dolaşaraq, hamını saxtalıqda suçlayıb. Xidmət
personalının müdiri yaxınlaşıb, bu davranışının səbəbini soruşanda, onun üstünə bıçaq
çəkib. Sözün qısası, «Polo klub»da əsl həngamə çıxarıbmış.
- Bəs onu evinə dəvət edən professorgildə hansı hoqqalar durğuzduğunu necə, eşitmisən?
Saxsı dibçəklərdən birinə işəyib, toyuq hininə isə od vurubmuş.
- Əbləh tamam səviyyəsizdir ha!
- Səviyyəsi sıfırdır!
Bir ara susdular.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
139
Harold köksünü ötürdü:
- Yaza da bilmir o, Nelson.
- Təhsili də alayarımçıqdır, Harold.
- Zay təhsil almağı bir yana, zay da tərbiyə görüb.
- Qancığın balasıdr o! Əsl ibnədir! Nifrət edirəm ona.
- Niyə oxuyurlar ki, onu? Kitablarını niyə alırlar görən?
- Cümlələrinin dayazlığına görə. İnsanlar dayaz şeylərə daha çox etibar edirlər, axı.
- İyirminci əsrin ən gözəl misralarını biz yazdığımız halda, bütün tərifləri Faktovski
göydə qapır!
- Bir insan kimi də qara ruhludur o.
- Saxtakardır!
- Hansı qadın o çirkin üzü öpər görən?
- Dişləri sapsarıdır.
Telefon zəng çaldı.
- Bağışla, Harold…
Nelson dəstəyi qaldırdı:
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
140
- Allo?.. Ana… Nəyi?.. Bilmirəm. Məncə, bu, uyğun çözüm deyil. Yox, yox, zənn
eləmirəm. Unut bunu, anacan… Mənim yaxşılığımı dilədiyini bilirəm, ana… İndi mən
ciddi bir müzakirədəyəm. «Hollivud Boul»da bir şeir gecəsinə hazırlaşırıq. Bu günlərdə
sənə zəng vuraram. Öpürəm səni, anacan…
Nelson acıqla dəstəyi asdı:
- Ləçər!
- Nə olub, Nelson?
- Elə hey mənə bir iş yeri tapmağa çalışır! Halbuki bu, məndən ötrü ölümə bərabərdir!
- İlahi, bəyəm bu qadın heç nə anlamır ki?
- Harold, mən də elə bundan qorxuram da.
- Sən bilən, Faktovskinin anası olub?
- Mənimlə məzələnirsən? Onun kimi bir üzdənirağın başqa bədəndən çıxdığına necə
inanırsan? Bu, mümkün deyil!
Yerindən qalxan Nelson var-gələ başladı. Başı isə həmişəkindən daha betər əsib-
silkələnirdi.
- Tanrım, usandım artıq gözləməkdən! Dahini bu dünyada, yəni heç kəs anlamazmı?!
- Mənim anam da anlamamışdı məni, Nelson. Ta öldüyü gecəyə qədər anlamamışdı.
Halbuki həyatı boyu para-pul toplayıb, nələrəsə sərmayə yatıracaq qədər görüb-götürmüş
qadın idi.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
141
Nelson yerinə oturdu. Əlləriylə üzünü qapadı:
- Tanrım, Tanrım…
- Yəqin bizim dəyərimizi Faktovski öləndən yüz il sonra anlayacaqlar…
Əllərini üzündən çəkən Nelson gözlərini tavana dikdi. Başının əsmə sürəti bütün
rekordları geridə qoymuşdu.
- Niyə anlamırsan? Hər şey tanınmaz dərəcədə dəyişib artıq! O vaxta qədər isə… bütün
dünya məhv olacaq! Odur ki, gerçək dəyərimizi biz heç vaxt ala bilməyəcəyik!
Onların olduqları yerdən cənubda yerləşən bir şəhərdə isə Faktovski sərxoş halda yazı
makinasının arxasında oturub, vaxtilə tanıdığı iki yazıçı barədə mətn yazırdı. Bu,
sarsıdıcı bir hekayə sayılmazdı, ancaq gərəkli mətn idi. Ayda bir kərə çıxan erotik
jurnallar üçün yazılar yazardı və göndərdiyi hər şey çap olunardı. Maneəsiz. Bu idi onun
dünyadakı məşhurluğunun faydası.
İntim yerlərini sığallayan qızların fotoları arasında öz hekayələrinin təqdimindən
məmnun idi Faktovski. Xəyal edərdi ki, bu fotomodel qızlar jurnalı vərəqləyərkən bəlkə
onun hekayələrini də oxuyar bir gün.
Qızlar heyrətlə: «Belə də şey olar?!» - deyərdilər yəqin.
Onun da imkanı olsaydı, qızlara izah edərdi: «Qızlar, bu – həqiqi dialoqlar arasında
qurulan bəsit nəsr nümunəsidir və məqsədi baş qatmaq deyildir. Yəni, hekayə necə
olmalıdırsa, məhz elədir. Mənim çirkin və sapsarı dişli çöhrəmi siz sadəcə röyanızda öpə
bilərsiniz. Çünki məni artıq qamarlayıblar».
Makinadan çəkib çıxartdığı sonuncu səhifəni əvvəlkilərə tikən Faktovski zərf axtarmağa
girişdi. Bu yazı işinin ən müşkül tərəfi də məhz bu mərhələ idi: zərf tapmaq, yazını onun
içinə qoymaq, ünvanı yazmaq, markanı yapışdırmaq və zərfi poçt qutusuna atmaq.
Dostları ilə paylaş: |