“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
125
Aralarında bulunduğum o insanların həyat tərzi üçün çox da gözüm atmırdı. Əgər mən
bayaq dediyim sırf azadlığa düşkün birisi olsaydım, onda o qaşqabaqlı insanların
gözlərindən oxunan çıxış yolunu seçməkdənsə, özümü okeana atmağı daha uyğun
sayardım. Bənzər şeylər barədə düşüncələrə dalmazdan öncə mən hər halda insan
davranışlarına uzun-uzadı göz qoymağı uyğun bilmişdim. Üst-üstə qalaqlanan bütün o
müşahidələr məni bəlli bir yola təhrik etmişdi.
İnsanları yamsılamaq necə də asan idi. Elə ilk günlərdən mən onlardan tüpürməyi
öyrəndim. İnsanlar mənim üzümə tüpürürdülər, mən isə onlarınkına. Aramızdakı yeganə
fərq ondan ibarət idi ki, mən öz üzümü yalaya bilirdim, onlar isə yox. Az sonra mən
matros kimi qəlyan tüstülətməyi də öyrəndim: elə ki qəlyandakı tütünü baş barmağımla
basırdım, göyərtədə hər kəs sevincdən dəli kimi çığırışırdı. Ancaq mən dolu və boş
qəlyanlar arasındakı fərqi uzun müddət, həm də heç cür dərk edə bilmədim.
Araq içməyə başlamam çox çətin oldu, çünki spirtin iyi burnuma vuranda başım
çatlayırdı. Özümü əbəs yerə buna alışdırmağa can atırmışam,
aradan bir neçə həftə
keçməmiş içkiyə də alışdım. Maraqlı cəhət də o idi ki, arağa öyrəşmək üçün apardığım
daxili mücadiləni çevrəmdəki insanlar ciddi, hətta ətrafdakı bütün digər şeylərdən daha
ciddi məsələ kimi qəbul edirdilər.
İndi mən keçmiş barədə düşünəndə çevrəmdəki insanların heç birinin üzünü xatirimdə
canlandıra bilmirəm. Ancaq yadımdadır ki, onlardan birisi həm Allahın ver günü,
həm də
gecə-gündüz demədən, bəzən tək, bəzən isə yanı yoldaşlı qəfəsimə yanaşır, içki içməyin
təhərini əyani şəkildə mənə göstərirdi. Onun gözündə anlaşılmaz bir məxluq
sayıldığımdan hər vəchlə məni anlamağa can atırdı. Bu müəllimim gözümün önündə
butulkanın ağzını ağır-ağır açandan sonra məni zənlə süzürdü – bu yolla o, mənim bu işi
qavrayıb-qavramadığımı öyrənmək istəyirdi. Etiraf edim ki, mən də nəfəsimi içimə çəkib,
onu izləyirdim, çünki o, öz hərəkətləriylə məni tilsimləyirdi. Yer kürəsindəki heç bir
müəllim özünə mənim qədər çalışqan şagird tapa bilməzdi.
Açdığı butulkanı ağzına aparanda gözlərimi zilləməklə onun hər hərəkətini izləyirdim.
Bu yerdə o, razılıqla başını tərpədir, içki şüşəsini dodaqlarına dirəyirdi.
Həmin an mən
gözlərimin yavaş-yavaş açıldığının fərqinə varır, sevincdən ciyildəyərək, tələsik ora-
buramı qaşıyırdım. Özündən məmnun görünən müəllimim butulkanı ağzından ayırmadan
ilk qurtumu alırdı. O dəm mən həyati biliklərə yiyələnərkən yaşadığım çarəsizliyin və
səbirsizliyin təsiriylə qəfəsin döşəməsini kirlədirdim. Bu məqam müəllimimə
görünməmiş həzz bəxş edirdi. O, butulkanı tutan qolunu əvvəlcə yana açır, sonra ildırım
sürətiylə təkrar ağzına yaxınlaşdırırdı. Başını geriyə əyməklə, içkini qurtaqurtla içirdi.
Həm də bu vərdişi yaxşı mənimsəyim deyə, ağır-ağır içirdi. Gördüklərimdən sarsıldığım
üçün mən qəfəsin dəmir çubuqlarından sallana qalırdım, o isə dərsin nəzəri hissəsini
bitirdiyindən qarnını qaşıyaraq, bic-bic qımışırdı.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
126
Bunun ardınca biz praktik məşğələlərə başlayırdıq. Soruşacaqsınız ki, nəzəri dərslər məni
yormurdu ki? Əlbəttə ki, çox yorurdu. Amma nə etmək olar?! Yəqin alın yazımda bu da
varmış. Hər şeyə rəğmən, mən var gücümlə çalışırdım. Müəllimimin mənə uzatdığı
şüşəni alıb, titrək əllərlə onun ağzını açırdım. Qazandığım uğur mənə əsl qol-qanad
verirdi. Sonra butulkanı qaldırırdım – bu mərhələdə mənim hərəkətlərim
müəlliminkindən çox az fərqlənirdi – ağzıma yaxınlaşdırandan sonra… onu iyrənərək bir
kənara tullayırdım: bəli, iyrənirdim, halbuki şüşə boş idi və sadəcə içindən burnuma araq
qoxusu vururdu. Bu uğursuzluq müəllimimdən çox məni məyus edirdi. Hətta butulkanı
bir kənara atandan sonra mən özümə xas səriştəylə qarnımı qaşısam da, bununla
müəllimimin könlünü ala bilmirdim.
Təkrar məşğələlərə davam edirdik. Müəllimimin yaxşı cəhəti o idi ki, heç vaxt mənə
acığı tutmazdı. Düzdür, hərdənbir yanan qəlyanıyla məni dümsükləyirdi və bunu o vaxta
qədər edirdi ki, bədənimin əlim yetməyən qismindəki xəz ütülməyə başlayırdı. Vəziyyəti
belə görəndə, o, öz qaba əliylə tüstüləyən xəzi söndürürdü. Heç vaxt mənə acığı
tutmurdu, çünki o da başa düşürdü ki, bizim ortaq düşmənimiz – mənim meymun
xislətimdir və onunla mübarizədə ən ağır yük məhz mənim çiyinlərimə düşür.
Qazandığımız qələbəyə isə hər ikimiz sevinirdik! Gözəl axşamların birində başımıza
xeyli adam toplanmışdı. Hər halda o gün hansısa bayram qeyd olunurdu, çünki
qrammofon oxuyurdu, gəmi heyətinin arasında bir zabit də gözə dəyirdi. Hər kəsin
başının qarışıq olduğunu sezən kimi mən qəfəsimin böyründə heyətdən kiminsə
təsadüfən unutduğu araq şüşəsini götürdüm və tamaşaçılarımın getdikcə artan maraq dolu
baxışları altında onun qapağını mənə öyrədilən tərzdə açdım, butulkanı ağzıma apardım
və üz-gözümü zərrəcə qırışdırmadan, lap o köhnə əyyaşlar kimi, çəkinib eləmədən arağı
qarnıma boşaltdım. Düzdür, o ara nəfəsim daraldı və az qaldı gözlərim hədəqələrindən
çıxa. Sonra mən boş butulkanı bir kənara tulladım, ancaq bu dəfə həmin hərəkəti küt
şagird kimi yox, öz işinin ustası kimi elədim. Qarnımı qaşımağı unutsam da, qarşısı
alınmaz istəyə boyun əyərək və başımda yaranan küyü boğmaq üçün ucadan və dəqiq
şəkildə «allo» çığırdım. Bunu söyləyərkən tələffüzüm çox səlis idi.
Məhz bu çığırma sayəsində mən öz keçmişimdən sıyrılıb, insanlar aləminə sıçrayış
elədim. Seyrçilərimin heyrətlə: «Buna bir baxın, o, danışır da!» - çığırmaları o ara tərlə
örtülən bədənimə yağan öpüş təsiri bağışlayırdı mənə.
Bir də təkrarlayıram, insanları yamsılamaq heç könlümə yatan iş deyildi. Onları
yamsılamağın tək səbəbi – çıxış yolu axtarmam idi və burada
başqa bir motivdən söz
gedə bilməz.