“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
130
O, başı ilə razılıq bildirir.
- Mən sizi aparmaq istəyirəm, - söyləyirəm. – Əvvəl özümlə birinizi aparıb, sonra o
birinizin dalınca geri qayıda bilərəm...
Onlara baxıb gözləyirəm. Onun yorğun simasında minnətdarlıq təzahür olunur. Göyərçin
onun əlində çırpınır. O, quşu bərk sıxsa da, sağ əlini heç cür azad etmir.
- Sağ ol, qızım, - söyləyir. – Ancaq, o gedə bilməz.
Və analıq qayğısı ilə kişiyə baxır. Mən də ona baxıram.
- O, kordu. – deyə, sanki qəsdən laqeydliklə izah edir.
Kişi üzünü mənə tərəf çevir. Və ölü gözlər ani olaraq canlı gözlərlə qarşılaşır. O,
işləməkdən deformasiya olunmuş barmaqları ilə nəvaziş və etibarla qadının əlini sıxır.
Onun sağ əlində nişan üzüyü parıldadı. O, adsız barmağa taxılmışdı. Bütün bu vaxt
ərzində kişi bir kəlmə də danışmadı.
- Çox sağ ol, - qadın təkrar söylədi. – Sənin də günün xoş olsun.
O, məğrur və incəliklə ərinin əlini düzəldir. Və onlar uzaqlaşırlar. Ahəstə və rəvan
addımlarla. Kəndliyə xas addımlarla.
Mən təəccüblə onların arxasınca baxıram. Hansısa anda onlar döngədə gözdən itir. Və
yenidən mənim ayaqlarımın altında görünür. Yol serpantin kimi aşağıya– mülayim,
gümüşü dənizə doğru burulub gedir.
Daha bir döngə. Və daha biri. Nəhayət, onlar mənim nəzərlərim üçün anlaşılmaz olur...
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
131
Müasir yunan hekayəsi
Yazıçı, tərcüməçi və publisist İrina Anastasiadi 1968 – ci ildə Tbilisidə anadan olub.
Gürcüstanda ―Xarici dillər‖ institutunu bitirib. 1993 – cü ildə Yunanıstana miqrasiya
edib. Hal – hazırda Sankt Peterburqda bir neçə ədəbi qəzet və jurnallarla, həmçinin
«Δρσίδες» (Drides) yunan qəzeti ilə əməkdaşlıq edir.
Əsasən hekayə janrında yazır. O əsərlərini üç dildə yazır (yunan, rus, ingilis). İki kitabı
müəllifidir.
Tərcümə edəni: Səid Əliyev
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
132
Çarlz Bukovski
Qələm əhli
Harold mənzilin qapısını döydü.
O ara Nelson mətbəxdə pendirli keksdən qalan son tikəni yeməkdəydi. Qabağında bir
fincan espresso qəhvəsi vardı.
«Kimdir o?» deyə qapıya səsləndi Nelson. Çünki adətən qapısı döyüləndə təlaşlanırdı.
Təlaşa qapılanda isə başındakı
tik tez özünü büruzə verirdi, başı başlayırdı əsib-
titrəməyə.
- Kimdir o?
- Nelson, mənəm, Harolddur.
- Bir dəqiqə.
Keksin son tikəsini də ağzına dürtüb, tez-tələsik çeynəyən Nelsonun gözləri alacalandı.
Çəkisi normadan düz iyirmi kilo artıq idi. Son loxmanı da uddu, tələsik əlüzyuyana tərəf
gedib boşqabı və əllərini yuyandan sonra zənciri çıxartmaqla mənzilin giriş qapısını açdı.
Harold içəri keçdi. O, 1 metr 60 santimetr boyunda, zərif bir kişiydi. Altmış səkkiz yaşın
içindəydi. Nelson ondan təqribən otuz yaş cavan olardı. Hər
ikisi qələm əhliydi və ancaq
şeir yazırdılar.
Kitabları yaxşı satılmadığından necə dolandıqlarını bircə özləri bilirdilər. Hər ikisinin
yaxşı qazanc kanalı vardı, ancaq bu barədə aralarında bir kəlmə də kəsməzdilər.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
133
- Bir fincan espresso? – deyə Nelson təklif elədi.
- Təbii ki. Niyə də içməyək?
Harold keçib, əyləşdi. Az sonra Nelson qonağına qəhvə gətirdi və divanda əyləşdi. O ara
ev sahibinin başı təkrar titrəməyə başladı.
- Görüşdüm o qancıq balasıyla, Harold. Məni evinə çağırmışdı.
Fincanı ağzına aparan Harold duruxdu:
- Faktovskini?
Bir yazıçıya qoşduqları ayama idi bu.
- Hə.
Qəhvəsindən bir qurtum alan Harold fincanı qarşısındakı səhbaya (alçaq miz – A.Y.)
qoydu.
- Mən isə elə sanırdım ki, o, daha heç kəslə görüşmür.
- Məzələnirsən mənimlə? Ona məktublar yazan və zəng edən istənilən qadınla görüşür.
Onları içirdib sərxoş edir, yalanlar sırıyır və hap-gop vədlərlə başlarını tovlayır. Bir
küncə sıxışdırdığı qadınlar müqavimət göstərəndə isə onları zorlayır.
- Sonra da vicdanı rahat şəkildə ortalıqda gəzib-dolaşır.
- Deyir ki, bu yolla özünə mövzular tapır.
- Əcəb iyrənc və şorgöz qurumsaqdır o!