“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
154
qoyublar. Deyəsən, Lindleylər və atları haqqında nə isə eşitmişdi, amma yadına sala
bilmədi. Neddi çılpaq ayaqla yaş otların üstü ilə yeriyib, hovuzun yanına gəldi. Hovuz
boş idi.
Hovuzların sırasının pozulmasına dilxor oldu, səyyah axtardığı zəngin su hövzəsinin
yerinə qurumuş çay yatağı tapmışdı. Həm kefi pozulmuşdu, həm də pərt olmuşdu. Çox
adam yayda tətilə çıxırdı, ancaq heç kim hovuzun suyunu boşaltmırdı, şübhəsiz,
Uelçerlər həmişəlik köçmüşdülər; mebelləri bir kənara yığıb üstünü brezentlə
örtmüşdülər. Vanna otağının qapısı qıfıllı idi. Evin bütün pəncərələri möhkəm
bağlanmışdı. Dalana tərəf getdi və ağaca mismarlanmış üstündə ―Satılır‖ sözləri yazılan
lövhəciyi gördü. Axırıncı dəfə nə vaxt Uelçerlərdən xəbər almışdı, daha doğrusu,
Lüsinda və Ned axırıncı dəfə nə vaxt onların nahar dəvətlərini rədd etmişdilər? Bir həftə,
ya da bir az ondan çox olardı. Yaddaşı korlanırdı? Bəlkə də xoşuna gəlməyən xatirələri
hafizəsindən silməyə adət etdiyindən, artıq həqiqəti də görə bilmirdi. Birdən uzaqdan
tennis zərbələrinin səsi eşidildi. Bu, onu ruhlandırdı və qara fikirlərdən xilas etdi. Artıq
nə soyuq külək, nə də tutqun səma onu qorxutmurdu. Bu gün Neddi Merilin bütün
dairəni üzüb keçdiyi gün idi. Bu gün böyük gün idi. Və səyahətinin ən çətin maneəsini də
aşmaq üçün yola düşdü.
Həmin bazar günü 124 nömrəli şose yolundan keçsəydiniz, bəlkə də yolu keçmək üçün
fürsət gözləyən yarıçılpaq Neddi Merrili yolun kənarında görə bilərdiniz. Və
başlayardınız fikirləşməyə, görəsən, onu soyublar, maşını xarab olub, ya sadəcə,
axmaqdır? Yol kənarındakı tullantıların- pivə qutularının, köhnə təkər qalıqlarının, cır-
cındırın arasında ayaqyalın dayanan, gülüş hədəfinə çevrilən Nedin çox mağmın görkəmi
var idi. Yola çıxanda bilirdi ki, bu yoldan keçməli olacaq- xəritəsində göstərilmişdi, lakin
gün işığında parlayan sonsuz maşın axını ilə qarşılaşa biləcəyini hesablamamışdı. Ona
gülür, onu ələ salırdılar, kimsə üstünə pivə bankası atdı. Onun isə bu vəziyyətə dözmək
üçün nə ləyaqət, nə də yumor hissi var idi. O, Uesterheyzgilə hələ də günün altında
istirahət edən Lüsindanın yanına qayıda bilərdi. Heç nəyə qol çəkməmişdi, and
içməmişdi, heç kimə söz verməmişdi, hətta özünə də. Bəs, niyə ağlın hər cür
inadkarlıqdan üstün olduğunu bilə-bilə geri qayıda bilmirdi? Niyə həyatının təhlükəyə
atmaq bahasına da olsa, inadla səyahətini tamamlamaq istəyirdi? Bu zarafat, bu dəcəllik ,
bu ağılsız təşəbbüs nə vaxt belə vacib bir məsələyə çevrilmişdi. O, geriyə qayıda
bilmirdi, hətta Uesterheyzlərin şəffaf suyunu, durmadan həddən artıq içdiyini təkrarlayan
dostlarının qayğısız səslərini xatırlamaq da müşkül bir işə çevrilmişdi. Bircə saat, ya da
ondan bir az artlq bir müddətdə keçdiyi yolu geri qayıtmaq qeyri-mümkün olmuşdu.
Saatda 15 mil sürətlə gedən bir qoca ona yolun ortasındakı otluq sahəyə keçməyə imkan
verdi. İndi ona cənuba tərəf gedənlər gülürdülər, lakin 10-15 dəqiqədən sonra bu maneəni
də keçdi. Buradan da Lankester istirahət mərkəzinə - həndbol meydançaları, sonra isə
ictimai hovuza çatmaq üçün bir az yerimək qalırdı.
Suya toxunub qayıdan səslər, həyəcan və təmtəraq illüziyası – hər şey Bankerlərdəki
səmimi qarşılamanı xatırladırdı,
burada səslər daha gur, daha kobud idi, camaat arasına
qarışan kimi, ictimai qaydalarla üzləşməli oldu:
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
155
―BÜTÜN ÜZGÜÇÜLƏR HOVUZA GİRMƏZDƏN ƏVVƏL DUŞ QƏBUL
ETMƏLİDİRLƏR. BÜTÜN ÜZGÜÇÜLƏR AYAQLARINI SANİTAR
TƏMİZLƏMƏDƏN KEÇİRMƏLİDİRLƏR. BÜTÜN ÜZGÜÇÜLƏRİN
FƏRQLƏNDİRİCİ NİŞANI OLMALIDIR.‖ O duşa girdi, südrəngli, aşındırıcı məhlulda
ayaqlarını yudu. Xlor iyi verən maye ona zibil çanağını xatırladırdı. İki xilasedici iki
qüllə üzərindən müntəzəm fasilələrlə fit verir, meqafonla üzgüçüləri danlayırdı. Neddi
həsrətlə Bankerlərin hovuzundakı açıq-mavi rəngli suyu xatırladı və düşündü ki, bu
horranın içində üzməklə öz şəxsiyyətinə, sərvətinə, cazibədarlığına xələl gətirir, lakin
özünə xatırlatdı ki, o, səyyahdır, böyük ixtiraçıdır, bura isə sadəcə, Lüsinda çayının ölü
döngəsidir. O, iyrənə-iyrənə xlorlu suya daldı, başını suyun üstündə saxlamağa, heç
kimlə toqquşmamağa çalışırdı, amma o dəqiqə üstünə su sıçradıb, hər tərəfdən itələməyə
başladırlar. Hovuzun qurtaracağına çatanda, hər iki xilasedici qışqırdı: ―Ey sən,
fərqləndirici nişanını taxmayan, sudan çıx‖, lakin onu təqib edən olmadı, xlor və günəş
kreminin iyindən xilas olub, qasırğadan qorunmaq üçün çəkilmiş çəpəri, həndbol
meydançalarını və yolu keçib, Helloranların kiçik meşəliyinə çatdı. Meşə baxımsız
olduğundan, burada ayaqyalın yerimək nəinki çətin, həm də təhlükəli idi. Nəhayət,
çəmənliyi və hovuzu əhatələyən budanmış fıstıq ağaclarını gördü.
Son dərəcə varlı və qoca Helloronlar onun dostları idilər, kommunist olduqlarından,
şübhələnə-şübhələnə məmnuniyyətlə günəş vannası qəbul edirdilər.
Onlar hər cür
islahatın çılğın tərəfdarı idilər, amma kommunist deyildilər, kommunizmə rəğbət
bəsləməkdə günahlandırılmaq- bəzən belə hallar olurdu- onlara iltifat kimi görünürdü,
sevinir, həyəcanlanırdılar. Onları qəfil gəlişindən xəbərdar etmək üçün ―Salam, salam‖
qışqırdı. Nedə naməlum olan səbəblərdən Helloronlar həmişə çılpaq üzürdülər, görünür,
bu da onların sönmız islahat coşğusunun bir parçası idi, buna görə də onların hovuzunda
peyda olmazdan əvvəl nəzakətli görünmək üçün üzgüçü tumanını çıxartdı.
Missis Helloran - şışman, ağsaçlı, dincsimalı qadın – ―Tayms‖ qəzetini oxuyurdu. Mister
Helloran çalov vasitəsilə hovuzun içinə düşən yarpaqları təmizləyirdi. Elə bil, Nedin
gəlişinin onlara heç dəxli yox idi. Qocaların hovuzu bəlkə də dairənin ən köhnə hovuzu
idi, yonulmamaş daşlardan təşkil olunmuşdu, heç bir filtr və ya nasos olmadan, təbii çay
suyu ilə qidalanırdı, ona görə də suyu tünd sarı rəngdə idi.
- Su yolu ilə dairəni dolanıram. – Ned dedi
- Heç ağlıma da gəlməzdi ki, bu mümkündür, – Missis Helloran ucadan
dilləndi.
- Uesterheyzlərdən başlamışam, dörd mil olar.