“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
419
―Qədim zamanlarda, – bir filosof yazır, – materiya və yaddaş arasında metafizik
boşluğun mövcud olduğu dövr olmuşdur‖.
Altmış üç-səksən ikinci illərin ipanemalı qızı metafizik qızmar çimərliklə səssizcə
getməyə davam edir. Çimərlik çox uzundur, sakit ağ ləpələr onu yuyur.
Külək əsmir,
üfüq tərtəmiz. Dəniz qoxusu gəlir. Günəş insafsızcasına yandırır.
Mən çimərlik çətirinin altında uzanıb qalmışam. Yanımdakı buzla dolu qabdan bir banka
pivəni çıxarıb açıram. Artıq neçəsini içmişəm? Beş? Altı? Əşşi, cəhənnəm olsun sayı.
Onsuz da, hər nə qədər içsən də, tərlə çıxır.
O isə elə hey gedir özü üçün. Sadə bikini qaralmış düz qamətli bədənə kip oturub.
- Salam, – deyə onu səsləyirəm.
- Hər vaxtın xeyir, – o deyir.
- Pivə içirsən? – ona təklif edirəm.
- Olar, – deyə razılaşır.
Biz çətirin altında birlikdə pivə içirik.
- Yeri gəlmişkən, – mən dillənirəm, – deyəsən, səni burada bir dəfə görmüşəm – altmış
üçüncü ildə. Elə buradaca, günün məhz bu vaxtında...
- Yox a... Elə çoxdan?
- Hə...
O, bankanın yarısını bir dəfəyə başına çəkir, sonra da bankanın içinə deşiyindən baxır.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
420
- Bəlkə də, görmüsən... Deyirsən altmış üçüncü ildə? Hm, altmış üçdə... Qarşılaşa
bilərdik.
- Sən heç dəyişilmirsən, elə?
- Mən axı metafizik qızam.
- Amma o vaxtı sən mənə heç baxmazdın. Gözün ancaq dənizdəydi...
- Hər şey ola bilər, – deyə gülür. – Qulaq as, bəlkə, bir dənəsini də içək?
- Hə, əlbəttə, – deyə onun üçün bankanı açıram. – Bəs sən elə o vaxtdan çimərlik
boyunca gəzirsən?
- Hə də.
- Bəs dabanların yanmır?
- Qətiyyən. Mənim çox metafizik dabanlarım var. Baxmaq istəyirsən?
- Əlbəttə.
O dübbədüz ayaqlarını irəli uzadaraq mənə dabanlarını göstərir. Əla metafizik
dabanlardır. Mən barmaqlarımı onlara yüngülcə toxundururam. Nə istidir, nə soyuq.
Onlara toxunarkən dalğaların güclə eşidiləcək küyü gəlir. Hətta bu küy də çox
metafizikdir.
Biz onunla bir kəlmə də kəsmədən pivə içirik. Günəş öz yerindən heç tərpənmir də. Vaxt
donub qalıb. Məndə elə təəssürat yaranır, sanki güzgünün içinə düşmüşük.
- Sənin barəndə nə vaxt düşünsəm, – deyirəm, – yadıma məktəb dəhlizi düşür. Görəsən,
niyə?
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
421
- İnsanın məğzi onun qəlizliyindədir, – o cavab verir. – İnsan haqqında elmin predmeti
olan obyekt deyil, bədənin içindəki subyektdir.
- Hmm, – deyirəm.
- Bir sözlə, sən özün üçün yaşa. Yaşa, yaşa, yenə də yaşa, vəssalam. Mənsə, sadəcə,
metafizik dabanlı bir qızam.
Bu sözlərlə altmış üç-səksən ikinci illərin ipanemalı qızı dizlərinin üstündəki qumu çırpır
və ayağa qalxır.
- Pivə üçün təşəkkür.
- Buyur.
Olur ki, mən ona metro qatarında rast gəlirəm. Həmin an o mənə gülümsəyərək sanki
deyir: ―Sağ ol ki, onda məni qonaq elədin‖. O vaxtdan bəri onunla bir kəlmə də olsun
kəsməmişik, amma mənə elə gəlir ki, bizim ruhlarımız arasında hansısa şəkildə bağlılıq
var. Necə bağlıdırlar, bu düyün hardadır – çətin ki, anlayam. Yəqin ki, hansısa sirli bir
yerdə, hansısa uzaq aləmdə. Elə bu düyündəcə həm məktəb dəhlizi, həm tərəvəz salatı,
həm də vegeterian qız öz çiyələk tarlası ilə bir-birinə dolanıblar...
Çox belə düşündükcə hadisələri daha da nostalji qarışıq istiliklə qəbul edirsən. Məni öz-
özümlə bağlayan düyün də haradasa olmalıdır! Allah bilən yaxşıdır, mən
də bir gün o
uzaq dünyaya, sirli məkana düşüb öz-özümlə rastlaşacağam. Əgər mümkündürsə, çox
istərdim ki, orada isti olsun. Hələ orada bir neçə banka pivə də olsa, lap əla olar. Orada
Mən-Olduğum-Kəsə çevriləcəyəm, Mən-Olduğum-Kəs isə mənə çevriləcək. Bizim
aramızda kiçicik də olsa, məsafə qalmayacaq. Belə bir möhtəşəm yer mütləq haradasa
olmalıdır.
Altmış üç-səksən ikinci illərin ipanemalı qızı isə hələ də isti çimərlik boyu gedir. Elə bu
cür
getməyə də davam edəcək, düz bu sonuncu val deşilənədək, çalınanacan.
Tərcümə edəni: Svetlana Turan