“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
422
Çarlz Bukovski
Mənə eşqini gətir
Harri pilləkəndən enib bağçaya girdi. Xəstələrin çoxu bağçada idi. Arvadı Qloriyanın da
bağçada olduğunu demişdilər. Arvadını gördü, masaların birində tək-tənha oturmuşdu.
Astaca arxadan ona yaxınlaşdı. Masanın ətrafını fırlanıb üzbəüz oturdu. Qloria dimdik
oturmuşdu. Çox solğun idi. Harriyə baxdı, amma onu görmədi. Sonra gördü.
-Konduktor sənsənmi? deyə soruşdu.
-Nəyin konduktoru?
-Mümkün olanın konduktoru.
-Xeyr, deyiləm.
Üzü solğun, gözləri solğun idi, solğun mavi.
-Necə hiss edirsən özünü, Qloriya?
Oturduqları ağ rənglə boyanmış bir əsrlik dəmir masa idi. Masanın ortasına kiçik dibçək
qoyulmuşdu. Hüznlü, əyiri budaqlarından sallanan cansız çiçəklər.
-Sən bir qəhbə xəstəsisən Harri. Qəhbə s...irsən.
-Bu düzgün deyil Qloriya.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
423
-Ağızlarına da alırlarmı? Əmirlərmi?
-Ananı da gətirəcəkdim Qloriya, amma qripdən yatır.
-O yaşlı yarasanın həmişə narahatçılığı olur...Konduktor sənsənmi?
Xəstələrin bəziləri masalara oturmuş, bəziləri ağaclara söykənmiş, bəzilər isə çəmənlikdə
uzanmışdılar. Hərəkətsiz və səssiz idilər.
-Yeməklər necədir Qloriya? Yoldaşın varmı?
-Qorxunc və xeyr, qəhbə s...ən!
-Oxumaq üçün nə isə istəyirsənmi, Qloriya?Oxumağın üçün nə gətirə bilərəm?
Qloriya cavab vermədi. Sonra sağ əlini qaldırdı, əlinə baxdı, yumruğunu sıxıb burnuna
endirdi. Sərt. Harri uzanıb qadının əllərini tutdu.
-Qloriya, lütfən.
Ağlamağa başladı Qloriya.
-Niyə şokolad gətirmədin mənə?
-Şokoladda nifrət etdiyini demişdin mənə, Qloriya."
Qadının gözlərindən yaş axmağa başladı.
-Şokoladda nifrət etmirəm! Şokolad çox xoşuma gəlir!
-Qloriya ağlama, lütfən... Şokolad gətirəcəyəm sənə, hər istədiyini gətirəcəyəm... Bura
yaxın bir moteldə yerləşmişəm Qloriya, sənə yaxın olmaq üçün.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
424
Qadının solğun gözləri böyüdü.
-Motelə? Lənətə gəlmiş qəhbələrin biriylə bir yerdəsən! Porno filmlərə baxırsınız, tavan
başdan-ayağa güzgüdür!
-Bir neçə gün sənə yaxın olacağam Qloriya, Harri təskinlik verici bir tonla dilləndi. Nə
istəsən gətirəcəyəm.
-Elə isə eşqini gətir mənə, deyə qışqırdı Qloriya. Eşqini niyə gətirmirsən allahın bəlası?
Xəstələrdən bir neçəsi dönüb baxdı.
-Qloriya, kimsənin səni mənim qədər sevmədiyindən əminəm.
-Mənə şokolad gətirmək istəyirsən? G...nə sox o şokoladları!
Harri bir kart çıxardı cibindən. Motelin kartı idi. Qadına uzatdı.
-Unutmadan bunu sənə verim. Zəng etməyinə icazə verirlər? Bir şeyə ehtiyacın olsa
mənə zəng elə.
Qloriya cavab vermədi. Kartı götürüb qatladı, kiçik bir kvadrat elədi. Sonra əyilib
ayaqqabısını çıxardı, kartı ayaqqabının içinə qoydu və ayaqqabısını təkrar geyindi.
Harri doktor Censenin onlara doğru gəldiyini gördü. Doktor Censen dişini ağardaraq
yaxınlaşdı və "vay, vay, vay..." dedi.
-Salam doktor Censen, Qloriya soyuq bir səslə dilləndi.
-Otura bilərəmmi? Həkim soruşdu.
-Əlbəttə. Qloriya cavab verdi.
Həkim gombul bir adamdı. Dikbaşlıq, məsuliyyət və nüfuz qoxusu gəlirdi ondan.
Qaşlarının gur və ağır bir görünüşü vardı. Gur və ağır idilər. Sanki aşağı sürüşüb yumru
ağızına girmək istəyirlər lakin həyat icazə vermirdi.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
425
Həkim, Qloriyaya baxdı. Sonra Harriyə döndü.
-Bəli, son günlərdə qeyd etdiyimiz irəliləmədən son dərəcə məmnunam...
-Bəli doktor Censen, bir az əvvəl Harriyə özümü çox balanslı hiss etdiyimi, konsultasiya
və qrup müalicələrinin nə qədər faydalı olduğunu deyirdim. Məntiqsiz əsəbim, səbəbsiz
çılğınlığım, dağıdıcı özümə acıma hissim azaldı...
Qloriya əllərini qoynuna qoyub, gülümsəyirdi.
Həkim Harriyə gülümsədi.
-Qloriyada fövqəladə irəliləmə var!
-Bəli, dedi Harri, fərqindəyəm.
-Məncə yaxın vaxtda səninlə evə gedəcək, Harri.
-Siqaretinizdən bir dənə götürə bilərəm? deyə soruşdu Qloriya.
-Əlbəttə, dedi həkim. Cibindən ekzotik bir siqaret qutusu çıxarıb bir dənəsini ona uzatdı
Qloriya siqareti götürdü. Həkim qızılı alışqanını uzadaraq siqareti yandırdı. Qloriya bir
nəfəs alıb tüstüsünü havaya üfürdü...
-Xariqüladə əlləriniz var dokto Censen, dedi Qloriya.
-Təşəkkür edirəm canım.
-...və xilaskar bir xasiyyətiniz, ovsunlayıcı..."
Dostları ilə paylaş: |