“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
416
Bu dəm qarğasifət oğlanın biləyi ―Hambal Məmməd bəy‖in əlinə keçdi. O biri uşaqların
―ana-bacı‖ söyüşlərindən də hirslənərək oğlanı sillələməyə başladı. Oğlanın bağırtısıyla
ətrafdakıların qışqırığına bir polis, iki gözətçi qaçaraq gəldilər. Dükançıların da
köməkliyi ilə qarğasifət oğlanı ―Hambal Məmməd bəy‖in əlindən aldılar. Günahı ―bir
uşağı küçənin ortasında sillələmək ‖- olan adam polis bölməsinə aparıldı.
Küçüyə gəlincə... O özündən getmişdi. Kiçicik başı qabaq ayaqları üstünə düşmüş,
kənarlarında yaşlar qurumuş, yumulu gözlərilə səssiz yatır, arada ağzı açılsa
da heç bir
səs çıxarmadan qapanırdı.
Bir azdan qoca zibilyığan günəşin altında büsbütün qurumuşa bənzəyən və dünyasından
razı olmadığını bəlli edən bezmiş halıyla heyvanının başını çəkərək gəldi. Arabanı
küçüyün yanında saxladı. Adət etdiyi kürək hərəkətilə iti yerdən qaldırdı, arabaya atdı,
sonra yenə o yorucu, hər şeydən bezmiş halıyla heyvanının başını çəkərək uzaqlaşdı.
Tərcümə edəni: Elnarə Ağaoğlu
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
417
Haruki Murakami
İpanemalı qız
Bax, qəşəng, incə qamətli, günəşdə qaralmış
İpanemalı qız keçib gedir yoldan
Samba ritmində,
Yırğalana-yırğalana, gedir...
Amma... Niyə kədərliyəm?
Ah... Etiraf etmək istəyirəm ona...
Bəli!... Mütləq ürəyimi açmalıyam ona...
Lakin baxmır mənə,
Dənizə dikilib baxışları...
İpanemalı qız altmış üçüncü ildə dənizə bax belə baxırdı. Elə indi də, səksən ikinci ildə,
ipanemalı qız dənizə elə o cür baxır. O heç yaşlanmayıb. Öz qəlibinə möhürlənmiş
şəkildə zaman dənizi ilə sakitcə üzür... Bəlkə də, yaşlanıb, elə isə yaşı qırxa yaxın
olmalıdır. Ola bilsin ki, mənimlə razılaşmayanlar da var, amma onun qaməti, bəlkə də,
əvvəlki kimi düz, dərisi ondakı kimi qaralmış deyil. Artıq üç uşağı var, günəş şüaları da
dərisini yandırır və ağrıdır. Bəlkə də, o, yaraşığını hələ də itirməyib, lakin iyirimi il
bundan əvvəlkitək gənc deyil, təbii ki...
Ancaq valda o heç yaşlanmayıb, bunu dəqiq bilirəm. Bax indi o, Sten Qetsin tenor-
saksafonunun məxməri içində, həmişəlik olaraq on altı yaşlı, incə və düz qamətli
ipanemalı qızdır. Mən patefonu işə salır, iynəni buraxıram və elə o dəqiqə onun xəyalı
üzə çıxır.
Ah... Etiraf etmək istəyirəm ona...
Bəli!... Mütləq ürəyimi açmalıyam ona...
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
418
Bu mahnını hər dinləyəndə məktəbin dəhlizi yadıma düşür. Mənim məktəbimin qaranlıq,
az qədər rütubətli dəhlizi. Beton döşəmə ilə yeridikcə addımlar hündür tavanda əks-səda
olunur. Bir neçə pəncərə şimala baxır, amma onların qarşısını yaxın yerləşən dağlar
kəsib, ona görə də dəhliz həmişə qaranlıq olur. Qəbirdəki kimi qaranlıq və sakit. Hər
halda, bu dəhliz mənim yaddaşımda dəhşətli dərəcədə səssizliyi ilə qalıb.
Nəyə görə ―İpanemalı qız‖ı eşidər-eşitməz məktəb dəhlizini xatırlamağım heç mənim
özümə də aydın deyil. Axı onların arasında heç bir əlaqə yoxdur. Çox maraqlıdır, 63-cü
ilin İpanemalı qızının yaddaşımın quyusuna atdığı nə daşlardır elə?
Məktəbin dəhlizi də öz növbəsində mənə tərəvəz salatını xatırladır. Xiyar, pomidor, kahı,
acı bibər, sparja, halqa-halqa doğranmış baş soğan və bunlarının hamısının üzərinə əlavə
olunmuş çəhrayı rəngli ―Min ada‖ sousu. Bu, təbii ki, o demək deyil ki, bizim məktəbin
dəhlizinin axırında salat satırdılar. Dəhliz qapı ilə bitirdi, ondan iyirmi beş metr aralıda
isə görkəmsiz üzgüçülük hovuzu yerləşirdi.
Bəs nəyə görə məktəb dəhlizi mənə tərəvəz salatını xatırladır? Elə burada da, belə
baxanda, heç bir əlaqə yoxdur.
Tərəvəz salatı da mənə bir zamanlar azacıq tanıdığım bir qızı yadıma salır.
Amma məhz elə bu assosiasiya kifayət qədər izaholunandır. O qız elə həmişə tərəvəz
salatı yeyərdi.
- Sən, xırt-xırt, ingilis dilindən olan tapşırığı, xırt-xırt, yerinə yetirmisən?
- Xırt-xırt, hələ yox, xırt-xırt, lap az, xırt-xırt, qalıb.
Elə mən özüm də tərəvəz həvəskarı idim, ona görə də salatı birlikdə yeyirdik. O qızın
özünəməxsus əqidəsi vardı: bütün qəlbi ilə inanırdı ki, əgər balanslaşdırılmış tərəvəz
diyetasına əməl olunsa, onda həyatda hər şey əla olacaq. Əgər bütün bəşəriyyət yalnız
tərəvəz yeməyə başlasa, onda gözəllik və yaxşılıq bərqərar olacaq, dünya isə sağlamlıq
və sevgi ilə dolacaq. Lap ―Çiyələk tarlası‖ yadıma düşdü... (İnqmar Berqmanın məşhur
filmi nəzərdə tutulur. – S.T.)