“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
413
Orxan Kamal
"Küçük"
Şəhərin əsas prospektindəki zərgər dükanlarından birinin səkisi qarşısında bir köpək
balası qabaq ayaqlarının üstündə uzanıb sızıldanır, arada başını o yan bu yana çevirib
ətrafına toplaşan məhəllə uşaqlarına baxırdı.
Köpək balasının iki arxa ayağını bir az əvvəl dəmir təkərli bir yük arabası əzmişdi.
Oynaqlardan aşağı
qaxaca dönmüş, ayaqları yalnız bir dəriylə bağlı qalmış, sallanırdı.
Əzilmiş hissə boyu qan axırdı. Arabir boynunu bükür, səsini yüksəldərək bir şey demək
istəyir, səsi ağırlaşır, yüksəlir, sonra yavaşıyıb kəsilirdi.
Ətrafına toplaşan məhəllə uşaqları isə yaramaz və kobuddular... Tatara bənzəyən,
yastıburun oğlanın əlində bir dəyənək var idi. Şaqqıldaqlı paltarının kürəyindəki cırıq-
söküyündən əti görünürdü. Yanında paslı bir həlqə tutmuş çox arıq bir oğlana: ―Ağlıyır
ha!‖- dedi.
Arıq oğlan başını yellətdi.
-Ala, ver əlindəkini...
Tatara oxşayan oğlanın əlindən dəyənəyi aldı.
- Neniyəssən?
Arıq oğlan cavab vermədi.
Keçirtdiyi ağrını-acını insanlara heç cür başa sala bilməyən köpək balasının əzilmiş, qanlı
ətini dümsüklədi. Köpək balasının bədəni birdən dəhəştli bir ağrı keçirtdi və yanıqlı-
yanıqlı bağırdı. Başda arıq oğlan, bütün uşaqlar sevinclə qışqırdılar.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
414
- Ala, bi dəfə də dümsüklə...
Dəyənəklə bir daha dümsüklədilər, sonra yenə, yenə.... Köpək balası hər dəfə elə müdhiş,
elə gözlənilməz səslər çıxartdı ki, sanki bütün qüdrətini bu fövqaladə səylərlə itirdi... İt
çarəsiz bir təslimiyyətlə yan yatan, bağlanmış gözləri, ağrı hiss edən, amma inləməyə halı
olmayan sükutu ilə əvvəlcə uşaqların, sonra onları əhatələyən daha böyüklərin, lap
böyüklərin kefini qaçırtdı.
Tatara oxşayan oğlan: ―Ay ibnə.. Heç bağırmır da.‖
Qısa bığlı bir nəfər: ―Ayağından bas yoxla!‖- dedi.
Qısa, göy şalvarının dizi iri qara parçayla yamanmış, böyürdən qarğaya oxşayan başqa
bir oğlan atasının geydiyi köhnə, sarı ayaqqabısıyla köpəyin əzilmiş arxa ayaqlarını
basdaladı. Özündən getmiş, daha doğrusu ölmüşə bənzəyən köpək balası ondan
gözlənilməyən yeni bir həmləylə şahlanaraq vəhşi bir səs çıxartdı...
Köpəyin ətrafında duran uşaqlar, onları əhatələyən böyüklər, lap böyüklər birdən qorxub
çəkindilər. Sonra köpəyin qabaq ayaqları arasında saxladığı başıyla təpəsi üstə qəribə
çevrilişini görən kimi qorxulacaq bir şey olmadığını başa düşərək təkrar toplaşdılar və
sevinc qışqırıqları yüksəldi.
Böyüklərdən biri: ― Afərin, sənə― –dedi.
―Afərin‖i qazanan qarğasifət oğlan yumruqlarını sinəsinə vuraraq qürurla dilləndi:
-Ura, bunu bu qəhrəman edibe. Necədi?
Bütün uşaqlar qarğasifət oğlana qısqanclıqla baxdılar. Daha yeni bir şey tapıb ―afərin‖
qazanmaq üçün düşünməyə başladılar.
Köpək balasının ölümü yaxınlaşırdı. Tatara oxşayan, yastıburun oğlanın ala gözləri
birdən bərələ qaldı, parıldamağa başladı... Qarşıdakı səkinin üstündə sökülmüş bir
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
415
döşəmə daşı var idi. Qaçdı, daşı yerindən zorla qaldıraraq köpək balasına
tərəf gəlirdi ki,
―Hambal Məmməd bəy‖ hardansa çıxdı. Tatara oxşayan oğlanın niyyətini başa düşdü və
qolundan yapışdı:
-Vay, vay, vay.. Yazıq.
Tatara oxşayan oğlan müvazinətini itirdi, döşəmə daşı yerə düşdü. Oğlan bunu
məğlubiyyət saydığından hirslə ona qışqırdı:
- Sənə nə, oğlun zadındı, nə qarışırsan?
Hamı qəhqəhəylə güldü. Oğlan lap sırtıqlaşdı.
- Əcəb edib atıram... Atanın köpəyi deyil ki..
- Yazıqdı, günahdı, oğlum.
―Hambal Məmməd bəy‖ danışdıqca yastıburun oğlan yumruqlarını belinə dayayıb ona
elə əzəmətlə baxırdı ki...
- Sən hambal adamsan, bizə ağıl öyrədəsi deyilsən, odur ki, get yükünü daşı.
Hamı qarnını tutub gülürdü...
Qulaqlarına qədər keçmiş solğun boz rəngli şlyapası, balaqları dizinə qədər çırmanmış
qara şalvarı, yalın ayaqlarıyla ―Hambal Məmməd bəy‖i qıçı boyda uşağın qabağında
təlxəyə bənzədən qarnı tox tacirlər o biri uşaqları da onun üstünə qaldırdılar. İş
məcrasından çıxmışdı. ―Ehey‖lərə, qarpız qabıqları, ovuc – ovuc toza tutulan ―Hambal
Məmməd bəy‖ çaşıb qalmışdı. Sağa-sola vurnuxduqda başına daş ilişdirdilər, geri
dönmək istəyəndə alnından yediyi yekə bir qarpız qabığı onu lap özündən çıxartdı.
Getdikcə adamlar çoxalırdı... Günün altındakı bu qələbəlik elə hey gülür, özlərini daha
bərkdən gülməyə vadar edirdilər.