“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
444
Dəstə rəhbəri: "Azğın Düşməni Geriyə Oturdan… Şanlı Vətən Oğlunun… Adı Əsla
Unudulmayacaq…" - deyib, çıxışını bitirəndən sonra kitabı Minaşın önünə qoydular.
Martın 6-da həlak olanlardan və itkin düşənlərdən bəhs edən 1993-cü səhifədə, güclə
seçilən hərflərlə, onun oğlundan da yazılmışdı. Minaş titrəyən barmaqlarını o qısa,
yarımçıq kəlmənin üstündə gəzdirir, elə bil oğlunun sağ olub-olmadığını buradan duya
biləcəyinə inanırdı. Ancaq soyuq kağız dinmirdi: elə bil dözülməz soyuqdan büzüşüb
kiçilmiş hərflər geniş ağ kağıza tək-tək, ordan-burdan səpələnmişdi.
Köynəyinin nişastalı yaxası düz çənəsinin altında düymələnmiş Beslan, qarının o andakı
dözülməz ağrısını öz canında hiss etdiyindən, ürəyi sıxıldı. "Hiss etmək" bəlkə xeyli
gurultulu çıxdı. O, qarıya ancaq gözünün ucuyla baxmış, dərhal da baxışını
yayındırmışdı: bu ağrıya tab gətirmək olmazdı…
İndi Beslan öz dostuyla birlikdə həmin qarını kənddən çıxarmağa gedirdi. Onlar birinci
müdafiə xəttini tərk edib – başqa çarə də qalmamışdı – ikinciyə çəkiləndə iyirmidən artıq
ev düşmən əlinə keçmişdi. Ortalıq qarışanda qarı kimsənin yadına düşməmişdi, hayına
qalası bir yaxın qonşusu da yoxdu.
Gürcülərin əlinə düşsəydi, aləmə car çəkəcəkdilər ki, abxazlar elə götürülürlər, qoca-
qoltuq yaddan çıxıb qalır…
Qaranlıqda Minaşın evini tapdılar. Yandakı əl yerindən işartı gəlirdi. Onlar içəri girəndə
Minaş bir küncdə qabları yığışdırırdı. İşığı çoxdan kəsmişdilər, divardan asılan kerosin
lampasının altında yan-yörəni güclə seçmək olurdu.
- Kim var burda?! – Qarı təlaşlı səslə soruşdu.
- Qorxma, özgə deyilik. – Beslan cavab verdi.
Minaş şkafdan aralanıb Beslana yaxınlaşdı. Anışdırmaq üçün bir ara altdan-yuxarı ona
baxdı.
- Can, tanıya bilmədim, kimin nəvəsisən?
- Qədirin.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
445
- Həə, Tərsxanın nəvəsisən, deməli! Mən onu belə çağırırdım, can, niyə ölmürəm axı
mən… Onun torpağı sanı Allah sənə ömür versin!...
- Burda qalmaq qorxuludur, Minaş, yır-yığış elə, aparaq səni.
- Can, noolub, niyə evimdən çıxmalıyam ki?
- Dava gedir, düşmən bizə hücum çəkib…
Minaş Beslanı şəkli-şəkli süzdü.
- Vay başıma xeyir, nə danışırsan sən! O dedikləri dava başlayıb yəni… Son günlər güllə
səsləri gəlirdi, təyyarələr də lap aşağıdan uçurdu, az qalırdı armudun kəlləsinə ilişsin. Bir
gurultu vardı, Allah sən saxla! Ürəyimə dammışdı ki, xeyirliyə deyil bunlar, ancaq dava
heç ağlıma gəlməmişdi...
- Ən vacib nəyin varsa, yığ, gedək.
Minaşı fikir götürmüşdü, bilmirdi, neyləsin. Sonra bir qərara varıbmış kimi dilləndi:
- Mən bugün-sabahlığam, ay bala, sizə yük olmayım… Yaxşısı budur, evimdə qalım…
- Bura bax, deyəsən, bu qarının başı xarab olub axı! – Con təəccüb içində dilə gəldi.
Minaş onun nə dediyini tam anlamadı, ancaq səsindən bildi ki, acığı tutub, tez aranı
yumşaltmaq istədi:
- Can, mənə görə əziyyət çəkmisiniz, ömrünüz uzun olsun!
- Minaş, düşmən qapını kəsəndə neyləyəcəksən? – Beslan da hövsələdən çıxırdı.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
446
- Deyirəm də sənə, başı xarab olub bunun!...
Ha dilə tutsalar da, qarı "yox!" deyib durdu.
- Elə dediyini deyir e! İndi ovcuma götürüb vuracam qoltuğuma, cınqırını da çıxara
bilməyəcək! – Conun səbr kasası daşdı.
Vəziyyətin qəlizliyini görən Minaş kövrəldi, əvvəlcə astadan, sonra isə get-gedə ucadan
oxşama deyib ağlamağa başladı:
- Can, anan ölsün, ay bala! Səs eşitcək qapıya yüyürmüşəm ki, bəlkə sənsən! Gecələr,
yuxu bilməyib, yolu dinşəmişəm! Ocağı yanılı qoyub, bir qazan qarğıdalı sıyığı asmışam
hər gün, vedrədə su qızdırmışam ki, yol gəlib yorulmuş olarsan: isti su yorğunluğunu da
çıxarar, günahlarını da yuyub aparar. Sabun köpüyü içində ağappaq olar, tərtəmiz
yuyunarsan, can bala... Amma indi gəlsən, görəcəksən ev bomboşdu, can! Orda da dava,
burda da – hər yandan yolun bağlandı, ay bala!...
Minaş Beslana baxa-baxa deyirdi bunları, onun da halı özündə deyildi.
Birdən Minaş tamam ayrı cür, acıqlı səslə söylənməyə başladı:
- Sizdə, siz kişilərdədi günahın hamısı! Başıma gətirdikləriniz azlıq eləyib, indi də silah
götürüb üstümə gəlmisiniz ki, qoca arvaddır da... Gücünüzə arxayınsınız, hə?! İndi elə
qarğayaram, yerinizdən tərpənə bilməzsiniz!...
Hər nə desə də, onu orda qoymaq olmazdı…
Artıq gecəyarıydı. Aydın payız səmasında Süd Yoluna səpələnmiş ulduzları bir-bir
saymaq olardı. Hardasa, ünyetməz uzaqlarda atılan odlu güllələr havanı cıza-cıza göyün
ənginliklərinə şığıyırdı. Öləziyən, ya da öz sərhəd xəttinə dirənən (bəlkə də göylər
onların hər biri üçün ayrıca sərhədlər cızmışdı) güllələr bir-birinin ardınca sönürdü.
Minaş dinmirdi. Con az qala bütün yol boyu onu qucağında aparmışdı. Qarının əlində bir
bağlama vardı. Çox dirəşəndən sonra, axırda birdən razılaşıb, dinməz-söyləməz onlarla
gəlmişdi.
Dostları ilə paylaş: |