“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
456
- Tez qayıdarsan.
- Həmişəki vaxtda. Götür, bu dama-dama köynəyi geyin, hələlik o əynindəki flaneldə
gözə dəyməsən yaxşıdır. Nə bilmək olar, bəlkə səni görüblər?
Anna onun pişik gözütək işıldayan parıltılı gözlərinindüz içinə baxdı. Damaso tərli
ovuclarını şalvarına sürtüb:
- Məni heç kəs görməyib, – dedi.
Anna ağları qoltuğuna vurub təkrar dilləndi:
- Bilmək olmaz. Salamatı budur ki, sən hələ evdən bayıra çıxmayasan. Qabaqca mənim
getməyim yaxşıdır, gedib oralara baş çəkərəm, bir az fırlanıb vəziyyəti öyrənərəm.
Məndən arxayın ol, mən quyruq ələ vermərəm..
Nə baş verdiyini şəhərdə heç kəs doğru-dürüst bilmədi-yindən, Anna da eyni şeyi hər
dəfə təkrar eşitməli olurdu. Şənbə günləri ağları paylayandan sonra o adətən bazara
dəyərdi, indi isə birbaşa meydançaya üz tutdu.
Bilyardxananın qarşısında gözlədiyinidən az adam vardı. Badam ağaclarının kölgəliyində
üç-dörd kişi dayanıb gaplaşırdı. Gündən qorunmaqçün başlarına güllü yaylıq örtmüş
suriyalılar elə yerdə bardaş qurub nahar edirdilər. Onların brezent örtüklü dükanları sanki
gün altında mürgü döyürdü. Mehmanxananın geniş vestibülündəkikresloda bir kişi
yayxanıb yatmışdı;kişinin ağzı açıqdı, qollarını yana ataraq eləcə sərələnib qalmışdı.
Gün-ortanın bürküsü sanki hər şeyi iflic etmişdi.
Anna müəyyən ara saxlayır, bilyardxanadan müəyyən bir məsafədə hərlənirdi. Arxa
tərəfdəki boş sahədə bir xeyli adam yığışmışdı. Bu zaman Anna Damasodan eşitdiyi və
hamı bilsə də, yəqin ki, təkcə daimi müştərilərin yadında olası bir şeyi xatırladı:
bilyardxananın dal qapısı boş sahəyə açılır! Qarnını əliylə örtüb gizlətməyə çalışan Anna
cəmisi bircə dəqiqədən sonra camaatın arasında dayanıb artıq həmin qapını diqqətlə
gözdən keçirirdi. Asma qıfıl salamatdı, ancaq cəftələrin biri yerindən dartıb qopa-
rılmışdı. Ərinin təkbaşına gördüyü işin ağırlığını təsəvvür edə-edə Anna xəyalən ona
acıdı da.
- Bu kimin işidir belə? – Anna heç kəsin üzünə baxmadan laqeyd səslə soruşdu.
- Bilən yoxdu, – kimsə cavab verdi, – deyirlər gəlmədi.
- Əlbəttə, yad adamın işidir, bizimki olmayacaq ki, – arxa tərəfində dayanmış bir qadın
dilləndi, – bizdə oğru-əyri nə gəzir,hamı bir-birini tanıyır.
Anna qadına sarı dönüb gülümsədi:
- Hə, düz deyirsən.
Böyürdə qosqoca bir kişi dayanmışıdı; peysərinin dərisi qırış-qırış idi, Annanı isə tər
basmışdı.
- Görəsən çox şey aparıblar? – Anna soruşdu.
- İki yüz peso, üstəlik də bilyard şarlarını, – deyə ahıl kişi cavab verib Annanı diqqətlə
süzməyə başladı. – Belə getsə, bir azdan göz qırpmağa da aman verməyəcəklər.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
457
Anna üzünü çevirib dediyini bir də təkrar elədi:
- Hə, düz deyirsən.
Sonra yaylığını başına salıb bir qədər aralandı; gedə-gedə kürəyində qocanın qıyıq
baxışlarını hiss edirdi.
Bilyardxananın arxa tərəfinə toplaşan camaat təxminən on beş dəqiqəyəcən sakitcə durub
gözlədi, elə bil qapının dalında ölü yatmışdı; sonra yavaş-yavaş hərəkətə gəldilər və qarşı
üzdəki meydana doğru axışmağa başladılar.
Bilyardxananın sahibkarı alkald və iki polislə qapının ağzında durmuşdu. Sahibkar
balaca, toppuş bir kişiydi; toqqasız şalvarı nataraz qarnına güclə gəlirdi. Gözündəki
eynək uşaqların düzəltdiyi əldəqayırma oyuncaq gözlüyə bənzəyirdi. Görkəmindən
adamın bütün heysiyyətini ayaqlayıb alçaldan bir miskinlik yağırdı.
Camaat kişini dövrəyə alanda, Anna da hasara söykənibdiqqətlə qulaq kəsildi ki, görsün
o nə danışır və adamlar seyrələnəcən yerindən tərpənmədi, eləcə durub dinlədi. Axırda
istidən pörtmüş halda yola düzəldi, həyətdə geniş müzakirə açmış qonşu arvadların
yanından dinməzcə ötüb öz otaqlarına keçdi.
Bütün bu müddətdə Damaso çarpayıda sərələnib heyrət içində düşünür, amma heç cür
qana bilmirdi ki, ötən gecə, onun yolunu gözləyərkən necə olub Anna siqaret çəkməyib;
necə dözə bilib, necə bacarıb bunu? İndi onun gülümsünə-gülümsünə içəri nə cür
girdiyini, tərdən islanmış yaylığı başından nə təhər açıb atdığını görəndə Damasonun az
qala ürəyi dayanacaqdı; o yenicə yandırdığı siqareti kötük əlindən əlindən yer olmayan
torpaq döşəməyə basıb soruşdu:
- Hə, nə xəbər var?
Cavab verməzdən öncə Anna yanını yerə basıb oturdu və kürəyini çarpayıya söykədi.
- Heç demə, sən təkcə oğru yox, həm də yalançısanmış!
- Nolub ki?
- Bəs deyirdin siyirmədə heç nə yoxuydu?
- Hə, nolsun? – Damaso qaşlarını çatdı.
- Orda iki yüz peso olub, – Anna təsdiqlədi.
- Yalan sözdü,– Damaso səsini qaldırdı və qalxıb oturdu, tez də pıçıltıya keçdi. – Orda
cəmi-cümlətanı iyirmi beş sentavo vardı, vur-tut iyirmi beş sentavo, vəssalam.
Anna inanmaya bilmədi.
- Qoca quldur, – Damaso yumruqlarını düyünlədi, – ağız-burnuna heyfi gəlmir!
- Gic-gic danışma, – Anna ürəkdən güldü.
Damaso da özünü saxlaya bilməyib, şaqqanaq çəkdi. Üzünü qırxanda isə Anna görüb-
eşitdiklərinin, öyrənib-bildiklərinin hamısını bircə-bircə söyləyib axırda dedi: