“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
19
- Yaxşı, indi, – Professor lap cuşa gəlmişdi, – indi isə baxın!
O, kokosu götürdü və bayaq açdığı çuxurun içinə qoydu, sonra isə daşı əlinə aldı, amma
bu dəfə fərqli şəkildə – onun ucundan tutdu, enli hissə isə kənarda qaldı. Sonra isə kokosa
vurdu – elə də möhkəm yox – və onu parça-parça etdi. Kokosun südü çıxıntı ilə üzüaşağı
axıb töküldü, çuxurun dərinliyində kokos qabığının ağ lətli, təzə, tər və iştahaçan
parçaları qaldı. General parçalardan birini qamarlayıb görməmişliklə dişlərini ona sancdı.
O, daşa, Kaya, kokosun qalıqlarına baxa-baxa qalmışdı. O, dəhşət içindəydi.
- Günəşə and içirəm, Ka! Bu, əla bir şeydir. İnsanın gücü birə on artmışdır, o, daha heç
bir dinozavrdan qorxub çəkinməyəcək. O, artıq qaya və ağaclara sahibdir. İndi onun
əllərinin sayı artıb, mən nə danışıram... Yüzlərlə ələ sahib olub! Siz Onu haradan
tapmısınız?
Ka qürurla gülümsədi:
- Mən Onu tapmamışam. Mən Onu düzəltmişəm.
- Düzəltmisiniz? Bununla nə demək istəyirsiniz?
- Demək istəyirəm ki, O, əvvəllər mövcud olmamışdır.
- Siz dəli olmusunuz, Ka, – Generalın bədəni əsdi. – Yəqin, O, göydən düşüb, Onu
Günəşin qasidi, hava ruhlarından biri gətirib... Axı əvvəllər mövcud olmamış bir şeyi
necə düzəltmək olar?
- Olar! – Ka əminliklə dedi. – Daşı götürüb onu başqa daşlarla ta lazımı şəklə düşənədək,
əlin içinə yerləşə biləcək hala gələnədək döymək olar. O zaman bax elə həmin daşın
köməyilə əl ölçüsünə görə böyük və daha iti olan xeyli sayda daş yonmaq olar. Bunu mən
bacardım, General.
Generalın alnında iri tər damcıları göründü.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
20
- Onu hamıya göstərmək lazımdır, Ka, bütün Ordaya, o zaman kişilərimiz basılmaz
olacaqlar. Başa düşürsünüz? İndi biz ayının üstünə gedə bilərik: onun caynaqları varsa
da, bizdə də O var, hər hansı bir heyvan üstümüzə atılmamış ona qalib gələ bilərik, onu
öldürə, məhv edə bilərik. İlanı öldürə, tısbağanın qınını yara, onları məhv edə bilərik...
Uca Günəş!.. öldürə... insanı!.. – General bu yeni fikrin təsirindən bir anlıq dayandı,
sonra isə daha qəddar bir ifadə alaraq sözünə davam etdi:
- İndi, Ka, biz Orda Koammaya hücum edə bilərik, nə olsun ki, onlar bizdən daha hündür
və güclüdürlər, onlar bizə tabe olacaqlar və biz onların hamısını sonuncuyadək məhv
edəcəyik. Ka! Ka! – o, Professorun çiynindən yapışaraq silkələdi. – Bu qələbədir!
Ka ehtiyatla baxırdı, hiss olunurdu ki, o tərəddüd edir:
- Məhz buna görə də mən sizə öz icadımı göstərmək istəmirdim. Mən başa düşürəm ki,
dəhşətli bir icad etmişəm, o, bütün bəşəriyyəti dəyişə bilər. Öz məsuliyyətimdən
xəbərdaram. Mən dəhşətli dağıdıcı qüvvənin mənbəyini kəşf etmişəm. Yer üzündə
indiyədək belə bir şey olmayıb, ona görə də istəmirəm ki, kimsə ondan xəbər tutsun. Əks
halda müharibə intihara çevriləcək. Axı Orda Koamma da tezliklə belə daşlar yaratmağı
öyrənəcək, növbəti müharibədə nə qalib olacaq, nə də məğlub. Mən bu əşyanı əməyin,
sülhün, inkişafın aləti olaraq icad etmişdim, lakin indi görürəm ki, O özü ilə ölüm gətirir.
Mən Onu məhv edəcəyəm.
General qəzəbdən özündə deyildi:
- Özünüzə gəlin, Ka! Sizin ixtiyarınız yoxdur. Bunların hamısı axmaq alim
düşüncələridir. Siz ömrünüzün düz beş ilini bağlı qapı arxasında keçirmisiniz və
dünyadan bixəbərsiniz. Biz sivilizasiyaya doğru gedirik və əgər Orda Koamma qalib
gəlsə, nə dünya, nə azadlıq, nə də insanlarımızın firavan həyatı qalacaq. Bizim müqəddəs
borcumuzdur ki, sizin icadınıza sahib çıxaq. Bu heç də o demək deyil ki, ondan elə indi
istifadə edəcəyik. Vacib olan odur ki, onlar bizdə Onun olduğunu bilsinlər. Biz Onun
gücünü düşmənə nümayiş etdirəcəyik. Sonra biz Ondan istifadəni məhdudlaşdıracağıq,
lakin Onun bizdə olduğu andan etibarən heç bir düşmən bizə hücum etməyə cəsarət
etməyəcək.
Hələlik isə biz Onlara qəbir qaza, yeni mağaralar düzəldə, yerini hamarlaya bilərik. Əsas
odur ki, O, əlimizdə olsun, Onu işə salmaq o qədər də önəmli deyil. Bu dəhşətli bir
silahdır, O, koammalıları uzun illər boyunca susduracaq.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
21
- Yox-yox-yox, – Ka həyəcan içində öz dediyindən dönmürdü. – Ona sahib çıxdıqdan
sonra bizi daha heç nə saxlaya bilməyəcək. Onu məhv etmək lazımdır.
- Xeyir gətirsəniz də, siz, sadəcə, idiotsunuz! – General hiddətindən ağappaq oldu. – Siz
öz hərəkətinizlə düşmənlərimizə işləmiş
olursunuz, ürəyinizdə siz pro-koammasınız, elə
sizə bənzər bütün intellektuallar kimi, dünən bütün insanların ittifaqından dəm vuran aed
kimi siz də Günəşə inanmırsınız!
Kanın bədənindən əsməcə keçdi. O, başını əydi, gur qaşların altında lap balacalaşan
gözlərinə kədər çökdü.
- Mən əmindim ki, söhbət gəlib bu yerə çıxacaq. Mən pro-koamma deyiləm, siz də bunu
çox yaxşı bilirsiniz. Lakin günəş qanunları toplusunun beşinci qaydasına əsaslanaraq mən
ruhların mənə qəzəbinə səbəb olacaq suala cavab verməkdən imtina edirəm. İstədiyinizi
düşünün. Lakin o, bu mağaradan çıxarılmayacaq.
- Mənsə deyirəm ki, çıxacaq, özü də elə indi, Ordanın şərəfi xatirinə, sivilizasiya, xalqın
rifahı, Sülh naminə! – General bağırdı.
O, Ka bir az əvvəl etdiyi kimi, daşı sağ əli ilə götürüb var gücü, qəzəbi və nifrəti ilə
Professorun başına endirdi. Ka yerə yıxılaraq hər tərəfi öz qanına boyadı.
General əlində sıxıb saxladığı silaha dəhşət içində baxırdı. Sonra isə qələbə çalıbmış kimi
gülümsədi. Onun təbəssümündə qəddarlıq, rəhmsizlik vardı.
- Birinci... – deyə o pıçıldadı.
Tərcümə edəni: Svetlana Turan