“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
10
genişləndiriləcək, eyni zamanda ölkəmizin daxilində və xaricdəki anoloji İnternet Kitabxanaların
şəbəkəsinə qoşulması, qarşılıqlı faydalı əməkdaşlığa xüsusi əhəmiyyət veriləcək. Layihənin
sonrakı mərhələsində şeir, nəsr, elmi-kütləvi əsərlər, eləcə də tərcümə əsərləri, milli folklor
nümunələri portalda xüsusi yer ayrlacaq. Sonuncu mərhələ kimi kitablarınn elektron versiyası
hazırlanır ki, bu layihə bitdikdən sonra gerçəkləşdirilir və saytın hazırlanması yerli resurslar
hesabına gerçəkləkləşdirilir. Gənclər sektoru, müxtəlif nəsil gəncləri, gənclər QHT-lərini əhatə
etməklə, təhsil müəssisələri, elm ocaqları, xarici ölkələrdəki diaspor və milli mədəniyyət
mərkəzləri ilə geniş bilgi, e-kitab, ədəbiyyat, intellektual əlaqələr yaradılacaq, Azərbaycan
haqqında, onun milli-mənəvi, ədəbi-mədəni, tarixi-kulturoloji dəyərlərinin, sərvətlərinin dünyada
tanıdılması istiqamətində ən yeni texnologiyalardan bəhrələnərək geniş fəaliyyət göstəriləcək.
Risklər
Layihə həyta keçirilərkən kiçik risklər ola bilər, bu yaradılan resursların dağıdılması, elektron
kitabların pozulması və b. Buna görə də peşəkar İT xidmətlərindən yararlanılacaq. Eləcə də
müəlliflik və əlaqəli hüquqlarla bağlı müəyyən beynəlxalq tələblər - standartlara riayət edilməsi
lazım olacaq.
YYSQ-nin fəaliyyət sahəsi və uyğun təcrübəsi
YYSQ milli və dünya mədəniyyət və ədəbiyyat hadisələrinin, təlim və kursların təşkili,
Azərbaycan ədəbiyyatını, mədəniyyətini inkişaf etdirmək, zənginləşdirmək və dünyada tanıtmaq
istiqamətində yeni nəsil yaradıcı insanları səfərbər etmək və b. sahələrdə fəaliyyətini qurub.
Təşkilat 15 ildir ki, respublika əhəmiyyətli və beynəlxalq səviyyəli mədəniyyət, ədəbiyyat, sənət,
kitab nəşri və təbliği, qəzetçilik, yeni mass-media və İnternet fəaliyyəti ilə məşğul olur. 12 dəfə
Bakı Kitab Bayramı – illik Milli Kulturoloji layihə həyata keçirmiş, 7 kitab nəşr etmiş, çoxsaylı
mətbuat-ədəbiyyat layihələri həyata keçirmişdir. Hazırda İnternetdə və ictimai düşüncədə
―Virtual Azərbaycan‖ Layihəsini gerçəkləşdirir. YYSQ-nun bu dəyərli layihəsi əsasında
www.kitabxana.net ünvanlı Virtual Milli Elektron Kitabxana İnternet portalı yaradılıb və
fəaliyyət göstərir. internetdə və sosial şəbəkələrdə 20-yə yaxın resursları fəaliyyət göstərir.
İndiyəcən bir neçə kur yaradıb və 200-dən artıq elektron kitabı hazırlayaraq İnternet
istifadəçilərinin azad istifadəsinə təqdim edib.
YYSQ İctimai Qurumlarla Əlaqə və Analitik İnformasiya bölümü
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
11
Umberto Eko
"O"
- İşinizdə nə irəliləyiş var, Professor? - General hövsələsini zorla basıb soruşdu.
- İrəliləyiş? – Professor verilən sualı təkrarladı. O, cavab verməyə tələsmirdi.
- Beş ildi burda - aşağıda işləyirsiz və bu günəcən bir dəfə də olsun sizi narahat eləyən
olmayıb. Biz sizə etibar edirik, amma quru sözlərə nə qədər inanmaq olar.
Ortaya konkret
iş qoymağın vaxtı çatıb.
Generalın səsində təhdid hiss olunurdu və Ka yorğun-arğın əlini yelləyərək gülümsündü.
- Quşu gözündən vurdunuz, General. Mən bir az da gözləməyi düşünürdüm, amma siz
məni qızışdırdınız. Mən işi başa çatdırmışam, O artıq hazırdır, - Professor pıçıltıya keçdi,
Günəşə and olsun ki, Onu dünyaya nümayiş etdirməyin vaxtı çatıb.
O əlinin işarəsiylə Generalı mağara dəvət etdi. Ka qonağı mağarın ən dərin yerinə apardı.
Divarın dar dəliyindən içəri xəfif işıq düşürdü. O, düz, hamar çxıntı üzərinə qoyulmuşdu.
O, formaca badama oxşayırdı: üzərində çoxlu xırda şırımlar vardı və parıldayırdı.
- Bu ki... – General özünü itirdi. – Bu ki daşdı.
Professorun sıx tüklü qalın qaşları altında gizlənən mavi gözləri bic-bic gülürdü.
- Bəli, - o təsdiqlədi. – Daşdı. Amma bu, başqa daşlara bənzəməz. Biz onu təpiklə
vurmayacağıq, yaxşı olar ki, onu əlimizə götürək.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
12
- Əlimizə?
- Bəli, General. Bu daşda elə böyük qüvvə toplanıb ki, bəşəriyyət indiyəcən bunu hətta
arzulamağa da cürət etməyib. Milyon adamın qüvvəsi. Baxın...
O, əlini daşın üzərinə qoydu; daşı barmaqları arasında sıxıb qaldırdı.
O daşı ovcunda elə sıxmışdı ki, enli tərəfi ovcunun içində qalmış, iti ucu isə çölə
çıxmışdı. Professorun əlinin hərəkətinə uyğun olaraq daşın iti ucu gah yuxarı, gah aşağı,
gah da Generala tərəf yönəlirdi.
Professor daşı tutduğu əlini başı üzərindən geriyə apardı və daşın ucu havada xətt cızdı.
Sonra onun əli sürətlə yuxarıdan aşağı enib divarın kövrək çıxıntısına çırpıldı. Və...
möcüzə baş verdi! – daş çıxıntıya girib çat əmələ gətirdi.
Professor vurmaqda davam etdi, çat çökəyə, daha sonra isə dərin oyuğa çevrildi. Zərbələr
suxuru əzib toza döndərirdi.
Genaral bütün bunları gözünü bərəldib, nəfəsini içinə sıxıb seyr edirdi.
- İnanılmazdı, - general ağzının suyunu udub dedi.
- Hələ bu nədir ki, - Professor qürurlandı, - bu heç nədir! Hərçənd bunu barmaqlarınızla
edə bilməzdiniz.
İndi də bura baxın! - Alim küncdən böyük bir hindqozu götürdü: tüklü və bərk bir
hindqozu – daş kimi! Və onu generala uzatdı.
- Götürün, əllərinizlə sıxıb əzin.