“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
22
Mixail Bulqakov
“Uçan holland”
Xəstənin gündəliyi
5 iyul. Öskürürəm. Durmadan öskürürəm. Bütün gecəni. Yatmaq əvəzinə, öskürəkdən
boğuluram.
7 iyul. Həkimin qəbuluna yazıldım.
10 iyul. Çəkiclə taqqıldadıb ―Hm!‖ dedi. Bu ―Hm!‖ nə deməkdir ki?
11 iyul. Məni rentgendən keçirtdilər. Çox qəşəngdir. Qapqarayam, ancaq qabırğalarım
ağdır.
20 iyul. Təbrik edirəm sizi, əziz yoldaşlar, vərəm imişəm. Əlvida, işıqlı dünya!
30 iyul. Məni müalicə almaq üçün ―Sağlam ruh‖ sanatoriyasına göndərdilər. 2000
verstlik yol xərci və döşəkli yatağı olan orta klasa havayı bilet verdilər.
1 avqust. ...taxtabiti də əskik deyil. Qatar gedir, mənzərələr gözəldir. Taxtabitilər tarakan
boydadır.
3 avqust. Sibirə gəlib çıxmışam. Çox qəşəngdir. Atlar məni bir az kənara aparmışdılar –
293 verst. Kumıs.
6 avqust. Bu da Kumıs! Deyirlər ki, yanlışlıq olub. Siz vərəm deyilsiniz. Yenə rentgen
elədilər. Öz böyrəyimi gördüm. Dəhşətli dərəcədə iyrəncdir.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
23
8 avqust. Ona görə də bu dəfə Rostovda oturub yazıram. Çox gözəl şəhərdir.
Kislovodskdakı ―Günəşin bəxşişi‖ sanatoriyasına yollanıram.
12 avqust. Kislovodsk. Yenə də yalan. Böyrəyin məsələyə heç bir dəxlisi yoxdur.
Soruşurlar ki, məni hansı lənətə gəlmiş oraya göndərib?
15 avqust. Paroxoddan yazıram. Guya ki, irsi sifilisim varmış (gizli formada), indi də
yolum Krımadır. Silkələnmədən ürəyim bulanır. Başına daş düşsün belə müalicənin!
22 avqust. Yalta – möhtəşəm şəhər! Bircə bu təbabət olmasaydı! Sirli elm. Burada məndə
qurd tapdılar, bir də gizlin formalı appendisit. Bu dəfə Tambov quberniyasının Lipetsk
şəhərinə gedirəm. Əlvida, Qara dənizin ucsuz-bucaqsız suları!
25 avqust. Lipetskdə hamının ağzı təəccübdən açıla qalıb. Həkim çox xoş görünüşlüdür.
Qurda aid bunu dedi:
- Özləridir qurd!
Məni qolumdan tutub pəncərəyə sarı çəkdi, gözlərimin içinə baxaraq elan etdi:
- Sizin ürək qüsurunuz var.
Mən tamam çürümüş olduğum fikrinə o qədər alışmışdım ki, heç təəccüblənmədim də.
Elə birbaşa soruşdum: indi hara?
Demə, Borjoma.
Xoş gördük, Qafqaz!
1 sentyabr. Borjomda heç əşyalarımı çamadandan çıxarmağa da imkan vermədilər.
Dedilər, biz revmatikləri müalicə etmirik.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
24
İndi də revmatik çıxdım! Bu dünyada yaşamağıma az qalıb, çox az qalıb! Yenə də Sibirə
gedirəm...
10 sentyabr. ...Gözəl dəniz, müqəddəs Baykal! Mənzərələri möhtəşəm, ancaq soyuğu
dözülməz. Buranın həkimi dedi ki, qarın yağmasına bu qədər az vaxt qalmış ikən o
kurortdan bu kurorta, bu kurortdan o kurorta gedib-gəlmək axmaqlıqdır. Deyir sizə ən
yaxşısı isti yerlərə gedib qızınmaq lazımdır. Təklif edir məni Krıma göndərsin... Orada
artıq olmuşam. Mersi. Bəs harasında olmusunuz deyə soruşur. Cavab verirəm ki, Yaltada.
Deyir mənsə sizi Alupkaya yollayıram. Nə olar, deyirsiniz – Alupka, olsun Alupka.
Mənim üçün artıq fərqi yoxdur, istəyirsiz lap cəhənnəmin dibinə göndərin. Özümə kürk
alıb düşdüm yola.
25 sentyabr. Alupkada hər yer bağlıdır. Deyirlər ki, gedin evinizə. Nə olub sizə, bütün
Respublika boyunca nəzarətsiz qalmış uşaq kimi gəzişirsiniz? Hər şeyə tüpürüb getdim
evə.
1 oktyabr. Budur, evdəyəm. Mən ora-bura gedib-gələn vaxtsa arvadım mənə xəyanət
edib. Yenə həkimə getdim. Deyir ki, siz lap top kimisiniz. Soruşuram, bəs onda necə olur
ki, məni neçə vaxtdır top kimi o yan-bu yana atırlar? Cavab verir ki, sadəcə, səhv ediblər!
Kimin səhvi olmur ki?! Sabahdan çıxıram işə.
Xəstə № 555. Mixail.
1925
Tərcümə edəni: Svetlana Turan
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
25
Oskar Uayld
“Bülbül və Qızılgül”
- O söylədi ki, əgər ona al qızılgül gətirsəm mənimlə rəqs edəcək, ancaq mənim bütün
bağımda tək bir al qızılgül belə yoxdu - gənc tələbə ağlayaraq deyirdi.
Həmişə yaşıl ağacdakı yuvasından bunu eşidən bülbül yarpaqların arasından boylanıb
maraqlandı.
Ağlayaraq ‖Baxçamda heç al qızılgül yoxdur‖ deyirdi, onun gözləri yaşla dolu idi.
- Ah, bu xoşbəxtlik necə də balaca şeylərə bağlıdı! Bütün ağıllı insanların yazdıqları
kitabları oxudum. Fəlsəfənin bütün gizliliklərini öyrəndim, amma al bir gülün olmaması
bütün həyatımı məhv edir.
- Və budur həqiqi aşiqi tapdım-dedi bülbül. - Heç tanımadan neçə gecələr onun üçün
oxudum. Gecələr boyu onun dastanını danışdım ulduzlara. İndi onun özünü görürəm.
Saçları sünbül çiçəyi kimi tünd, dodaqları ürəyini titrədən gül kimi al, amma sevda üzünü
fil dişi kimi soldurmuş, kədər alnına damğa vurmuşdur.
- Şahzadə sabah axşam yığıncaq təşkil edəcək-deyən tələbə deyinirdi. - O mənim
partnyorum olacaq. Əgər bir al qızılgül aparsam mənimlə sübhədək rəqs edəcək. Əgər tək
bir al qızılgül apara bilsəm onu qollarımın arasına alacam, o başını çiynimə qoyacaq ,
əlləri də ovcumun içində qalacaq. Ancaq mənim bağçamda heç al qızılgül yoxdu. Deməli
mən bir köşədə tənha oturacam və o mənim yanımdan ötüb keçəcək. Mənə heç
baxmayacaq, qəlbim qırılacaq.
- Həqiqi aşiq budur-dedi bülbül. - Mənim oxuduqlarımın ağrısını o çəkir, mənə həvəs,
ona yas olur. Əlbəttə, eşq möhtəşəm bir şeydir. Zümrüdlərdən, yaqutlardan daha dəyərli
mirvari ilə, nar ilə dəyişdirilməz, bazarda satılmaz. Nə satıcılardan alına bilər nə də ki,
qızıl tərəzisində ölçülə bilər.
Dostları ilə paylaş: |